- digər qüvvələrlə (qonşularla) qarşılıqlı fəaliyyət qaydası;
- işlərin təchizatı və təminatı üzrə görüləsi tədbirlər;
- iş prosesində idarəetmə necə təşkil ediləcək.
Qərar qəbul etmək idarəetmə prosesinin ən çətin və məsuliyyətli mərhələsidir.
Obyekt rəhbərinin vəzifə üzrə bilikləri, iş təcrübəsi, təşkilatçılıq bacarığı və liderlik
qabiliyyəti təzahürünü məhz bu mərhələdə tapır.
Rəhbər qərar qəbul edəndən sonra icraçıları əməli işə cəlb etmək üçün öz qərarını
onlara sərəncam (əmr) formasında elan edir.
4. Tabelikdəkilərə tapşırıqların verilməsi (çatdırılması).
Vəziyyətdən asılı olaraq tabelikdəkilərə iş tapşırığı əmr və ya sərəncam
formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da qərargah vasitəsilə çatdırılır.
Mülki Müdafiə rəhbərinin verdiyi bütün şifahi əmr və göstərişlər Mülki Müdafiə
qərargahında yazılı surətdə rəsmiləşdirilib qeydə alınır.
Dostları ilə paylaş: