MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mülki Müdafiə qərargahında hazırlanan sənədlər və onlara qoyulan əsas tələblər



Yüklə 75,27 Kb.
səhifə15/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
2 5377702472280184284 (1)

17.Mülki Müdafiə qərargahında hazırlanan sənədlər və onlara qoyulan əsas tələblər
Mülki Müdafiə qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır:

  1. Mülki Müdafiənin təşkili və aparılması barədə sərəncam və ya əmr.

  2. Mülki Müdafiə planı.

  3. İllik planlaşdırma sənədləri.

  4. Föqəladə Hallar Komissiyasının sənədləri.

  5. Mülki Müdafiə qüvvələrinin sənədləri.

  6. Təlim və məşqlərin sənədləri.

  7. Təcili məlumatlar cədvəli üzrə hesabat sənədləri.

  8. Arayış sənədləri (hesabatlar, sxemlər, arayışlar, aktlar, məlumatlar və s.).

Sənədlərə olan əsas tələblər:

  1. Sənədlər, düzgün, qısa və aydın tərtib olunmalı və icraçılara vaxtında çatdırılmalıdır.

  2. Sənədlərin tərtibatında qərargah mədəniyyətinə əməl olunmalıdır.

  3. Sənədlərin məxfilik dərəcəsi (“xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” və ya “xidməti istifadə üçün”) sənədin sağ yuxarı hissəsində qeyd olunmalıdır.

  4. Məxfilik dərəcəsinin aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi yazılmalı, sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilməlidir.

  5. Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış,fotoşəkilli ola bilər və bir neçə nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir.

  6. Açıq üsulla göndərilən sənədlərdə, ünvanın əvəzinə idarəetmə məntəqələrinin şərti adları yazılır.

  7. Sənədlərdə olan bütün düzəlişlər, sənədi təsdiqləyən və onu hazırlayan şəxslərlə razılaşdırılır.

  8. Sənədin əks tərəfində, yaxud başqa jurnalda göndərilən nüsxələrin hesabatı, onların göndərilmə və alınma vaxtı qeyd olunur. Bu qeydləri sənədi göndərən şəxs təsdiqləyir. Sənədin alınma tarixi və vaxtı onu alan, yaxud açan şəxs tərəfindən hökmən qeyd olunur


Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin