“Mülkü müdafiə” fənni üzrə imtahan suallarının cavabları



Yüklə 131.08 Kb.
PDF просмотр
tarix24.04.2017
ölçüsü131.08 Kb.

 

 



“Mülkü müdafiə”  fənni üzrə imtahan suallarının cavabları 

I kollokvium  

1.1FH-lər nəyə deyilir ? 

FH-lər insan tələfatına, insanların səhhətinə və ya ətraf mühütə ziyan vurulmasına, 

ə

həmiyyətli  maddi  itkilərə    və  insanların  həyat  fəaliyyəti  şəraitinin  pozulmasına 



səbəb  ola  biləcək  və  ya  səbəb  olmuş  hərbi  əməliyyatlar,  qəza,  təbii  və  ya  dicər 

fəlakət nəticəsində müəyyən ərazidə  yaranmış vəziyyətdir.  



1.2Sülh dövründəki FH-lər hansılardır ? 

Təbii xarakterli FH  ,  Tefnogen xarakterli  FH ,   Bioloji  xarakterli  FH , 

Ekoloji  xarakterli  FH ,  Sosial  xarakterli  FH. 

 

1.3Bioloji xarakterli  FH-lər necə baş verə bilər  ?  

Yerin (Torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-

lar;    


Atmosferin  (mühütün  )  tərkibi  və  xassələrinin  dəyişməsi  ilə  əlaqədar  FH-lər  

(iqlimin kəskin  dəyişməsi,  şəhərlərdə oksigen azlığı və s. ); 

Hidrosferin  (su  mühütünün)    vəziyyətinin  dəyişməsi  ilə  əlaqədar    FH-lər    (su 

mənbələrinin quruması, çirklənməsi və ş.)   



1.4 ldrım hansı təsirləri  törədir  ? 

nsanları,  heyvanları    məhv  edir,    yanğınlar  törədir,    elektrik    şəbəkələrini 

zədələyir. 

1.5Geofiziki  FH-lər hansılardır ? Onların səbəbləri. 

Zəlzələlər,  vülkan  püskürmələri.    Zəlzələ  yerin  dərinliklərində,  tərkində  dağ 

süxurlarının  yerdəyişməsindən  ,  kəskin  sürətlə  dağılmasından  ,  yer  qabığının 

müəyyən  səthinin    titrəməsi  nəticəsində  yerin  altında  və  üstündə    çatların  əmələ 

gəlməsindən  ibarətdir.    Bu  zaman    yaranan  təkanlar  və  titrəyişlər  binalara  öz 

təsirini  göstərir.  Zəlzələ  ocağı  həndəvərində  yeraltı  təkanın  gücü  ən  çox  olan 

sahəyə  zəlzələ  mərkəzi  deyilir.  Vülkanın  qızğın  qırıntılarının  yer  səthinə  axması, 

maqmanın  sürətlə  çıxması,  hansı  ki  yer  səthinə  axdıqdan  sonra  lavaya  çevrilir.  

vülkan püskürməsi bir neçə saat və ya  bir neçə il ola bilər. 

 


 



2.1.F H-lər hansı əsas əlamətlərə görə təsnifat olunurlar? 

FH-lər asagıdakı əlamətlərə görə təsnifat olunurlar: 

1.Təsir dairəsinə görə (əhatə etdiyi ərazi), 

2.Həlak olunanların sayina görə (FH-nin dərəcəsinə görə, həlak olanların sayına görə), 

3.Zərər çəkən əhalinin sayına görə (təhlükə potensialının kəmiyyətinə görə), 

4.Zərərin dəyərinə görə (zərərin həcminə görə və FH-ın xarakterinə görə). 

2.2  Təsir  dairəsinə  görə  və  nəticələrin  ağırlığı  üzrə  FH-lər  nə  cür  təsnifat 

olunurlar? 

Təsir dairəsinə görə olur: 

1.Lokal (qismi və ya kiçik ərazidə baş vermiş).  ş yerində, mənzildə, 

2.Obyekt miqiyaslı (yəni səciyyəli) sənaye obyektlərində, bina və qurğu hüdudlarında, 

3.Yerli (ancaq yaşayış məntəqəsində,xalq təsərrufatının yalnız bir sahəsində) 

4.Regional (bir necə sənaye və ya kənd təsərrüfatı rayonlarında) bütünlüklə şəhəri və 

onun ətrafını əhatə edir, 

5.Milli (miqiyaslı hadisələr) respublikanın böyük ərazisini əhatə edən, 

6.Qlobal- bir ölkənin ərazisində baş verən və qonşu ölkələrə də yayılan FH. 

2.3 Baş vermə sahələrinə görə FH-lər nə cür olurlar? 

Baş vermə sahələrinə görə FH-lər olurlar: 

1.Təbii fəlakətlər- daşkın ,sel, zəlzələ, vulkan ,meşə yanğınları, 

2.Texnogen qəzalar- qisa qapanma ,yanğin, partlayış. 

3.Ekoloji- torpaq eroziyası, meşələrin qırılması, şirin suların azalması, dəniz sularının 

çirklənməsi,qlobal istiləşmə və.s.  

4.Sosial - peşə əlamətinə, dini əlamət üzrə ,qohumluq əlaməti üzrə olan FH-lər, 

5.Hərbi-siyasi,  millətlərarası münaqişələr, müharibələr və. s. 



2.4 Ekoloji xarakterli FH-lər hansılardır? Onları xarakterizə edin. 

Ekoloji xarakterli FH-lər bunlardır: 



 

1.Yerin (torpağin)vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-lər, 



2.Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar FH-lər, 

3.Hidrosferin (su mühitinin ) vəziyyətinin dəyişilməsi ilə əlaqədar FH-lər, 

4.Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-lər. 

2.5 Münaqişəli FH-lərə hansı hadisıləri aid etmək olar? Onları xarakterizə edin. 

Münaqişəli FH-lərə hərbi toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayişlar, 

milli və dini münaqişələr, terrorizm, tuğyan edən cinayətkarlıq və. s. aid etmək olar. 

Bu  münaqişələr  bir  ölkə  daxilində  və  ya  ölkələr  arasında  baş  verə  bilər.  Müasir 

dövürdə baş verən müharibələri misal qətirmək olar. 

3.1.Mülki  müdafiə  ilk  dəfə  hansə  ölkədə  yaranıb?  Azəraycan  Respublikasında 

MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub? 

Mülki  müdafiə  ilk  dəfə  Fransanın  Paris  şəhərində  1931-ci  ildə  general  Sant  Pol 

tərəfindən,  bir  qurum  kimi  yaradilmışdı.  Azərbaycanda  1992-ci  il  31  iyulda  Mülki 

müdafiə  haqqında  əsasnamə  qəbul  edilmişdi.3  noyabr  1993-cü  il  tarixindən 

Azərbaycan  bu  təşkilatın  üzvidir.  19  aprel  2006-ci  il  tarixində  FHN  haqqında 

ə

sasnamə qəbul edilmiş, nazirliyin strukturunu və işçilərin say həddini təsdiq etmişdi. 



29  dekabr  2006-ci  ildə  Azərbaycan  Respublikasının  FHN-nin  fəaliyyətini  təmin 

etmişdir. 



3.2  Dövlət  Mülki  müdafiə  sistemi  hansı  bölmələrdən  (fəsilələrdən)  ibarətdir? 

Onları xarakterizə edin. 

Dövlət Mülki Müdafiə sistemi aşağıdakı bölmələrdən ibarətdir 

1.Ərazi üzrə bölmə 

A)Naxçivan MR B) Şəhərlər C) Rayonlar D) Təsərrüfat obyektləri 

2. stehsalat sahəsi üzrə 

A)Nazirliklər (idarələr şirkətlər)  B)Təsərrüfat obyektləri 



3.3Azərbaycan  Respublikasının  FHN-nin  Mülki  Müdafiə  üzrə  əsas  vəzifələri 

hansılardır? Onları xarakterizə edin . 

1.  Əhalinin  FH-da  mühafizəyə  və  düzqün  fəaliyyətə  hazırlanmasını  təşkil  etmək  və 

ona nəzarəti təşkil etmək. 

2.Təhlükə  barədə  vaxtında  xəbərdarlıq  etmək  və  xəbərdarlıq  sisteminin  daimi  hazır 

olmasını təşkil etmık, 


 

3.FH-da əhalinin həyat fəaliyyətini təşkil etmək , 



4.FH-da  xilas  etmə  işlərini  təşkil  etmək  və  onları  idarə  etmək,  nəzərdə  tutulan 

qüvvələrin hazırlanması . 



3.4 Mülkü Müdafiənin təşkilində Dövlətin vəzifələri ? 

Ə

traf  mühitdə və  təhlükə  potensiallı  obyektlərdə  müşahidə və  nəzarəti  təşkil  etmək,  



yarana  biləcək  vəziyyəti  proqnozlaşdırmaq    və  qiymətləndirmək.    FH-ın  qarşısını 

almaq  üçün profilaktik tədbirlər görmək.  Əhaliyə  yardım üçün  lazımı maddi-texniki  

vəsait  ehtiyatları  yaratmaq,    FH-lar  barədə  xəbər  və  məlumatları  əhaliyə  vaxtında 

çatdırilmasını  təmin  etmək.  FH-ın  aradan  qaldırılması  işini  təşkil  etmək  və  ona 

rəhbərlik  etmək. 

3.5 Mülki Müdafiə üzrə hüquqi şəxslərin vəzifələri ? 

FH-ın nəticəsindən   əhalinin  və təsərrüfat  obyektlərinin  mühafizə edilməsi.  Sülh və 

müharibə  dövrlərində    adamların  həyatı,    sağlamlığı  üçün  təhlükə  yarandığı  barədə 

ə

halini vaxtında xəbərdar  edilməsi. Qəza,  xilasetmə  və dicər təxirəsalınmaz işlərin 



təşkili  və  yernə  yetirilməsi,  müvafiq  mühafizə    və  fəaliyyət  üsullarının  əhaliyə 

öyrədilməsinin  təşkili.    Mülkü  müdafiənin  mühəndi-texniki    və  dicər    tədbirlərinin  

hazırlanmasında həyata keçirilməsində iştirak etmək. 

4.1Sülh dövründəki FH-lar nəyə deyilir ? 

Hər  cür  təbii  fəlakət  və  istehsalat  qəzası  nəticəsində  yaranan  vəziyyətə  sülh 

dövründəki fövqəladə hall deyilir. Sənaye qəzaları, təbii fəlakətlər, məişət hadisələri  

qəzaları bura aiddir. Ekoloji və təbii xarakterli FH-də sülh dövründə baş verirlər. 



4.2 Respublikamızın ərazisində hansı FH-lərin baş vermə ehtimalı var? 

Azərbaycan Respublikasının ərazisindıə mənşəyinə görə: 

1)kortəbii FH-ar(yəni təbii xarakterli) ola bilər, 

2)texnogen FH-lar (sənaye məişət qəzaları) mümkündir, 

3)ekoloji FH-lar (dənizin çirklənməsi, meşə ynğınları, ozon dəliklərinin yaranması və. 

s .) mövcud ola bilər. 



4.3  Fiziki-coğrafi  şəraitə  görə  Azərbaycan  Respublikasının  ərazisi  üçün  ə

səciyəvi olan təbii fəlakətlər hansılardır ? 

Fiziki-coğrafi şəraitə görə Azərbaycan Respublikasının ərazisi üçün ən səciyəvi olan 

təbii fəlakətlərdir (zəlzələ rayonları : Şamaxı, Qobustan; sel çayları: Kiş, Dəmiraparan 

çay;  sürüşmə  əraziləri:  smaillı,  Qusar  rayonları  və  s  ).  Ucqunlar  ,  marxallar,  meşə 

yanğınları və s.. 


 



4.4 Zəlzələ nədir? 

Zəlzələ  -  yerin  təkində  suxurların  yerdəyişməsi  sayəsində  ,  yer  qabığının  müəyyən 

sahələrinin  titrəməsidir.  Respublikamızın  ərazisi  zəlzələ  təhlükəli  (seysmik)  zona 

sayılır.  1989-cu  ildə  hazırlanmış  sonuncu  xəritəyə  görə,  ərazimizin  hər  yerində  8 

baladək. Rayonlar, Naxçivan MR ərazisi isə,  9 baladək zəlzələ ehtimallı zona sayılır. 

Zəlzələ 12 ballıq şkala ilə ölçülür. 

4.5Respublikamızın ərazisində ehtimal olunan texnogen mənşəli fövqəladə hallar 

hansılardır? 

Respublikamızın  ərazisində  texnogen  xarakterli  FH-lar  əsasən  güclü  istehsalat  və 

nəqliyyat  qəzalarıdır. Məişətdə  təhlükəsizlik  qaydalarını  pozarkən  (qaz  balonları  ilə, 

qışda  sobalarla  düzqün  rəftar  etmədikdə,  keyfiyyətsiz  texniki  vasitələrin  istifadə 

edilməsi,)sənayedə səriştəsizlik nəticəsində fövqəladə hadisələr baş verə bilər. 

5.1 Texnogen FH-ın yaranmasının əsas səbəbləri hansılardır? 

1. Səbəb, texnikanın sürətlə inkişafı, 

2.Sənaye  istehsalında  təhlükəsizlik  texnikasının  ,  xammalın  və  xazırlanan  məhsulun 

keyfiyyətcə kəskin sürətdə aşağı düşməsi , 

3. stehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 

amillərdən kollektiv və fərdi mühafizə vasitələrənin kifayət qədər hazırlanmaması və 

onların keyfiyyətsiz olması, 

4.Təhlükəsizlik qaydalarına əməl etmədikdə və s ,. 



5.2 Iri istehsalat qəzalarınin yaranması səbəbləri hansılardır? 

Mahiyyətcə bu qəzaların səbəbləri iki qrupa bölünürlər: 

1  qrup  –müəssisələri,  layihələşdirən  bəzi  mütəxəssislərin  təhlükəsizlik  texnikasının 

tələblərinə  kifayət  dərəcədə  məsuliyyətlə  yanaşmaması,  eləcə  də  bir  sıra  sex 

rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti, 

2 qrup –səbəblər təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi. 



5.3 Sənaye müəssələrində partlayışların baş verməsinin səbəbləri hansılardır? 

Sənaye  müəssisələrində  partlayışlar,  adətən  qurğuların  dağılması  və  deformasiyaya 

uğraması,  yanğınlar, enerji  sisteminin  sıradan  çıxması,  texnoloji boru kəmərlərindən 

və  tutumlardan  zərərli  maddələrin  kənara  sızması  ilə  müşayiət  olunur.  Partlayışın 

törətdiyi  istehsalat  qəzalarının  nəticələri,  xaraktercə,  müharibə  vaxtı  baş  verən 

dağıntılara oxşayır. 



5.4Yanğınlar və onların nəticələrini xarakterizə edin. 

 

Yanğınlar,  sənaye  müəssisılərində,  neft  mədənərində,  şəhərlərdə  və  digər  yaçayış 



məntəqələrində  daha  tez-tez  qəza  halları  yaradır.  Yanğının  intensivliyi  istilik 

impulsunun  gücü  ilə,  yəni  vaxt  ərzində  istilik  enerjisinin  kəmiyyəti  ilə  xarakterizə 

edilir. Neft çıxarma obyektlərində, mədənlərdə yanğın təhlükəsizliyi daha yüksəkdir. 

Dənizdə baş verən yanğınlar daha dəhşətli olur. 



5.5  Enerji  sistemlərində,  mühəndis  və  texnoloji  şəbəkələrində  qəzalar  nə 

səbəbdən baş verə bilər? 

Enerjinin  sistemlərində  zədələnmələr  tufan,  partlayış,  yanğın,  qurğunun  dağılması 

nəticəsində,eləcə  də  sistemin  özündəki  qəzalar  üzündən  baş  verə  bilər.  Nəqliyyat 

sahəsində  qəzaların  ən  cox  baş  verən  hadisələrdəndir.  Hazırda  mövcud  olan  hava, 

dəmir  yolu,  su,  avtomobil,  boru  kəməri,  habelə  kosmik  nəqliyyat  növləri  arasında 

avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yer tutur.

 

 

II kollokvium 



“Mülkü  müdafiə”    fənni  üzrə  6-10-cu  dərslər  üçün  hazırlanmış 

6.1 

Nüvə silahının zədələyici amilləri hansılardır, onları xarakterizə edin? 

a)zərbə dalğası (ölçü vahidi kq/sm2) izafi təzyiq, izafi təzyiqin sürəti, izafi təzyiqin 

təsiri müddəti ilə xarakterizə edilir.  nsanlarda kontuziya, əzinti və çıxıqlar yarana 

bilər. Obyektlərdə müxtəlif dərəcəli dağıntılar yaradır. 

b)işıq  şüalanması-  (ölçü  vahidi  kc/m2  və  ya  kal/sm2)  xarakterizə  edən  parametr- 

işıq  impulsudır,  onun  təsirindən-insanlarda  müxtəlif  dərəcədə  yanıqlar,  ətraf 

ə

razidə isə geniş yayılmış yanğınlar. 



c)nüfus  edici  radiasiya  -  (ölçü  vahidi  Rentqen,  radian,  qrey),  onun  təsirindən 

insanlarda  müxtəlif  dərəcədə  şüa  xəstəliyi  yaranır.  Ətraf  ərazidə  isə  şüalanma 

müşahidə olunur. 

d)radioaktiv  zəhərlənmə  -  (ölçü  vahidi  Rentqen/saat).  nsanlarda  qemoqlobin 

azlığına  (leykemiya),  sümik  xərçənqi,  ağ  ciyər  xərçənqi  və  .s.  xəstəliklərə  səbəb 

olur. Ətraf ərazidə isə radioaktiv hissəciklərin təsirindən zəhərlənmə. 

е

)elektromaqnit  impulsu.  (ölçü  vahidi  volt).  Elektrik  cihazlarına  təsir  edir,  qısa 



qapanmaya səbəb olur. 

6.2Neçə radioaktiv zəhərlənmə ərazisi var, hansılardır? 

-Zəif çirklənmə zonası -A, hüdudundan kənarda radiasiyanın səviyyəsi 1 saat sonra 

-8 R/saat olur; 


 

-Güclü  çirklənmə  zonası-B,  hüdudundan  kənarda  radiasiyanın  səviyyəsi  -  80 



R/saat; 

 -Təhlükəli çirklənmə zonası - V, hüdudundan kənarda radiasiyanın səviyyəsi -240 

R/saat, 

-Çox təhlükəli çirklənmə zonası- Q, radiasiyanın səviyyəsi -800 R/saat olur. 



6.3 Elektromaqnit impulsu nədir ? 

Nüvə  partlayışı  anında  elektromaqnit  sahələri  yaradır  ki,  nəticədə  elektrik 

naqillərində gərginlik 10 000 dəfə artır. Bu elektromaqnit sahələri müxtəlif qəza və 

yanğınlara,  telefonların  və  kompyuterlərin  nasazlığına,  elektrik  cihazlarının  iş 

prinsipini  pozur,  dəqiq  cihazlarda  gərginliyin  azalmasına  səbəb  olaraq  idarə 

edənlərə xəta törədir. 



6.4 Kimyəvi zəhərli maddələrin növləri, onların insan orqanizminə təsiri? 

Kimyəvi  silahın  tədbiqi  nəticəsində  zəhərli  maddələrin  təsirindən  insanlarda 

müxtəlif zəhərlənmələr və qıcıqlanmalar yaranır, həmçinin insanların, heyvanların 

məhv olması ilə nəticələnir. 

-Sinir iflici təsirli ZM - zorin, zoman, V-qazlar; 

-Dəridə yaraçıxaran ZM - texniki iprit, azotlu iprit, lünzit ; 

-Ümumzəhərləyici təsirli ZM - sianid turşusu, xlorsian ; 

-Boğucu təsirli ZM- fosgen, difosgen; 

-Göz yaşardıcı qıcıqlandırıcı ZM - xlorasetofenon, S -ES və  BZ qazları, adamsit ; 

6.5 Bioloji (bakterioloji ) silah nədir , onun əsasını nə təşkil edir? 

Bioloji  silahın  əsasını  infeksiya  xəstəlikləri  yaradan  mikroblar  və  onları  daşıyan 

vasitələr  təşkil  edir.  Bu  silah  -  bakterial  vasitələrə  və  onları  tətbiq  etmək  üçün 

işlədilən  döyüş  sürsatlarına,  cihaz  və  tərtibata  deyilir.  Bakterioloji  silahın  əsasını 

epidemioloji  xəstəlik  törədən  mikroblar,  viruslar,  göbələklər  və  onlardan  alınan 

zəhər- toksinlər təşkil edir. Bioloji silahın təsirindən aşağıdakılar yaranır: 

-Virusların yayılmasından - epidemiya, epizootiya, epifitotiya. 

-Mikrobların törətdiyi yoluxucu xəstəliklər və s. 



7.1 Zərbə dalğasının təsirindən neçə zədələnmə ocağı yarana bilər? 

Zədələnmə ocaqları: 



 

-Tam dağıntı zonası izafi təzyiq ∆Pf =0,5  kq/sm2 ; 



-Güclü dağıntı zonası ∆Pf =0,3-0,4 kq/sm2 ; 

-Orta dağıntı zonası ∆Pf= 0,2-0,3 kq/sm2 ; 

-Zəif dağıntı zonası ∆Pf =0,1-0,2 kq/sm2; 

7.2 Yanğın ərazilərini xarakterizə edin. 

Yanğın əraziləri olur: 

-Ayrı-ayrı yanğınlar ərazisi-bu yanğın bir binanı və ya bir neçə binanı əhatə edərsə, 

-Qenış yayılmış yanğınlar ərazisi - nüvə silahının təsirindən yaşayış ərazisinin və 

ya binaların 25% - ni yanğınlar əhatə edərsə, 

-Başdan-başa yanğınlar ərazisi - ərazinin və ya binaların 90% - ni yanğınlar əhatə 

edərsə, 

-Odlu  qasırğa  -  qeniş  yayılmış  yanğın  növüdür  ki,  250  ha-dan  çox  ərazini  əhatə 

edir, 50-60 km/saat sürətlə yanğın mərkəzinə istiqamətlənən qaynar alov axınlarını 

qasırğa küləyinə çevirir. 



7.3  şıq  şüalanması  insanlara  necə  təsir  göstərə  bilər?  (insan  bədənində 

yanıqların dərəcələrini xarakterizə edin). 

-Işıq şüalanmasının gücündən asılı olaraq (ölçü vahidi kal/sm2 və ya kc/m2 ) insan 

bədənində müxtəlif dərəcədə yanıqlar əmələ gəlir : 

-yüngül dərəcəli yanıqlar ,işıq impulsunun gücü   = 2 – 4 kal/sm2,insan bədəninin 

açıq yerlərində qızartılar və kiçik ölçüdə suluqlar əmələ gəlir; 

-orta dərəcəli yanıqlar   = 4 – 10 kal/sm2 , dəridə suluqlar əmələ qəlir; 

-ağır  dərəcəli  yanıqlar    =  10  –  15  kal/sm2,  dəri  toxumalarını  öldürür  və  yaralar 

salır; 


-çox ağır yanıqlar   >15 kal/sm2, dəri külə dönür; 

7.4  nsan  udulan  dozanın  miqdarından  asılı  olaraq  hansı  dərəcəli  şüa 

xəstəliyinə tutula bilər ? 

1 yüngül dərəcəli D = 100 – 200 rad (1 – 2 Qr), 

2 orta dərəcəli D = 200 – 400 rad (2 – 4 Qr), 


 

3 ağır dərəcəli D =400 – 600 rad (4 – 6 Qr), 



4 çox ağır dərəcəli D > 600 rad (6 Qr yuxarı). 

7.5  Müxtəlif  sıx  materiallardan  keçərkən  radiasiya  necə  zəyifləyir? 

(yarımzəifləmə qatı ) 

-ağac materialları 30 cm;  

-polad 2,7  sm qalınliqda olduqda, 2 dəfə; 

-beton 10 sm qalınlıqda olduqda, 2 dəfə; 

-kərpic 13 sm;  

-su 23 sm qalınlıqda olduqda, 2 dəfə. 

-qurğuşun 2 sm.  

8.1 Əhalinin FH –da mühafizəsinin əsas üsulları . 

-Kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək; 

-Fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə; 

-Təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə; 

-Tibbi mühafizə; 

-Yanğından mühafizənin təşkili 



8.2 Əhalinin FH-da mühafizəsinin əsas prinsipləri. 

-AR-də  yaşayan  əhalinin  ,  o  cümlədən  əcnəbi  vətəndaşların    və  vətəndaşlığı 

olmayan lakin ölkəmizin  ərazisində olanların mühafizəsi; 

- FH baş verdikdə əsas vəzifə insanların həyatını və sağlamlığının qorunmasıdır; 

-Respublika ərazisində baş vermə ehtimalı olan FH-rın proqnoz edilməsi; 

-Qabaqlayıcı tədbirlərin görülməsi; 

-FH-ın  nəticələrinin  aradan  qaldırılmasına  tələb  edilən  qüvvə  və  vasitələrin 

hesablanması və hazırlanması; 

8.3 Fövqəladə hal baş verdikdə rəhbərlik ardıcıllığı necə olmalıdır? 

Respublikamızda-baş nazir, FHN - naziri,  



 

10 


Naxçivan muxtar respublikasında- Ali Məclisinin sədri,  

Şə

hərlərdə və rayonlarda - icra hakimiyyətinin başçıları və bələdiyyə sədri, iqtisad 



obyektlərində və müəssələrdə - obyekt rəhbəri və sahibkarlar. 

8.4 Ərazi və obyekt  MM-ə  dəstələrini xarakterizə edin. 

-yüksək hazırlıqlı ərazi MM-ə dəstələri, 

-yüksək hazırlıqlı obyekt MM-ə dəstələri, 

-yüksək hazırlıqlı  MM xidmət dəstələri. 



8.5 Fövqəladə hal haqqında əhalinin xəbərdar edilməsinin neçə yolu var? 

FH-al baş verdikdə əhalinin xəbərdar edilməsi ən vaçib mərhələdir. Onun bir neçə 

yolu var: 

-Lokal xəbərdarlıq sistemi, 30 saniyə ərzində; 

-Sirena, radio stansiya və telefonlar vasitəsi ilə, 30 dəqiqə; 

-Mobil şəbəkələr vasitəsi ilə normativə  əsasən; 



9.1 Sığınacaq nədir, və necə təsnifat edilir? 

Fövqəladə  hallarda  əhali  arasında  itkilərin  qarşısının  alınması  və  ya  maksimum 

dərəcədə  azaldılmasına  yönəldilən,  hər  cür  zədələyici  vasitələrdən  qoruyan 

mühəndis- texniki tədbirrlər kompleksinə sığınacaq deyilir. Aşağıdakı sığınacaqlar 

olur: 

-Həcminə görə -tutumu 150- 1000 nəfər , 



-Radiasiyadan qoruyan daldalanacaqlar - tutumu 50 - 500 nəfər , 

-Sadə daldalanacaqlar- tutumu 25 - 50 nəfər. 



9.2  Nəfəs  orqanlarının  mühafizə  vasitələri  hansılardır,  onları    xarakterizə 

edin. 

Bu vasitələr iş prinsipinə görə 3 növ olur? 

1. Təcrid edici əleyhqzalar, onlara aiddir : K P-7,K P-8,  P-4,  P-5,  

2. süzücü, onlara aiddir: QP-5, QP-5M, QP-7, QP-7V,  

3. uşaqlar  üçün əleyhqzalar:DP-6, DP-6M, RDF-7, KZD-4  


 

11 


4. respiratorlar: R-2, R-2D, R-3. 

9.3 Dəri səthini mühafizə edən vasitələr hansılardır, onları xarakterizə edin. 

-ümum qoşun mühafizə dəsti OZK, 

-yüngül mühafizə kostyumu L-1, 

-gündəlik əlaltı vasitələr (məişət paltarlarının ünsürləri ). 



9.4 Tibbi mühafizə vasitələri hansılardır, onları xarakterizə edin. 

-tibb aptekçəsi  A  -2, A  -3 , 

- PP-8,  PP-51 kimya əleyhinə fərdi paket, 

-fərdi sarğı paketi (yaralara,yanıqlara sarğı qoymaq,bəzi qanaxmaları dayandırmaq 

üçün). 

9.5 A -2 tibb aptekçəsində nə kimi dərman vasitələri var, onların təyinatı? 

-A -2 dərman aptekçəsində ağrı kəsici və qusmağa qarşı vasitələr olur. 

-şoka qarşı ağrıkəsən 1 ml 2%-li promidol məhlulu, 

-zəhərlənməyə qarşı tabel antidotu olaraq - taren həbləri, 

- bakteriya əleyhinə 2 №-li dərman sulfadimetoksin. 

10.1 Köçürülmə (təxliyyə) nədir, onun üsullarını xarakterizə edin. 

Fövqəladə hadisələrdə insanların təhlükəli ərazidən, təhlükəsiz əraziyə mütəşəkkil 

şə

kildə köçürülməsinə təxliyyə deyilir. Təxliyyə olur: 



-Tam  köçürülmə,  yəni  əmək  fəaliyyəti  ilə  məşgul  olmayan  bütün  əhali  təxliyyə 

olunur, 


- Qismən köçürülmə, yəni əmək fəaliyyəti ilə məşgul olan əhali və onların ailələri, 

ə

mək fəaliyyətini davam etdirmək üçün təxliyyə olunurlar. 



10.2 Köçürülmə orqanlarını xarakterizə edin. Onların vəzifələri? 

Köçürülmə orqanları aşağıdakı hissələrdən ibarətdir? 

-köçürülmə komissiyaları, 

-toplanış-köçürmə məntəqələri, 



 

12 


-qəbul etmə məntəqələri. 

-Aralıq köçürülmə məntəqəsi 



10.3 Neçə köçürülmə üsulu var, bunlar hansılardır və necə həyata keçirilirlər? 

Mülki Müdafiədə üç əsas köçürülmə üsulu var: 

-piyada köçürülmə, 

-nəqliyyat vasitəsi ilə, 

-qarışıq üsul, yəni piyada və nəqliyyat vasitələri ilə. 

10.4 Təhlükəsiz ərazi nədir ? 

Təhlükəsiz  ərazi  -  düşmən  basqını  gözlənilən  şəhərlərin  və  mühüm  obyektlərin 

ə

trafında  ehtimal  olunan  dağıntı  zonalardan,  və  digər  təhlükəli  rayonlardan 



kənarda,  əhalinin  qəbul  edilməsi,  yerləşdirilməsi,    yaşaması  üçün  yararlı  olan 

ə

razidir. 



10.5 Köçürüləəhali evdən çıxarkən hansı təhlükəsizlik tədbirləri görməlidir 

və özü ilə nə götürməlidir? 

Evdən  çıxarkən  su,  qaz,  elektrik  söndürülməlidir.  Qiymətli  əşyalar,  pul,  sənədlər 

götürülməlidiir.  Hər  bir  vətəndaşın  üzərində  şəxsiyyət  vəsiqəsi,  hərbi  bilet  (əgər 

varsa),  mövsümə  uyğun  qeyim  və  hermetik  bağlı  qablarda  qida  və  içməli  su 

götürməlidir. 

 

III kollokvium 



11.1 Mülki müdafiədə kəşfiyyat və onun növləri. 

Kəşfiyyat - mülki müdafiə qüvvələrinin fəaliyyıtini təmin etmək üçün görülən əsas 

tədbirlərdən biridir. Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq- yerüstü 

kəşfiyyat,havadan  kəşfiyyat  və  dənizdən  (çaydan)  kəşfiyyat  növləri  müəyyən 

edilmişdir.Yerüstü kəşfiyyat  -  ən  dəqiq, daha  dolğun sayılır  və  bütün  MM  qərar-

gahları  tərəfindən  təşkil  edilir.  Yaranmış  şəraitdən  asılı  olaraq  kəşfiyyatın 

aşağıdakı növləri də vardır: 

-radiasiya- kimya kəşfiyyatı, 

-bakterioloji (bioloji) kəşfiyyat, 

-mühəndis (yanğın ) kəşfiyyatı. 

 

11.2 MM-də müəyyən yaranmış şəraitin təyin edilməsi yolları. 

-radiasiya şəraitinin araşdırılması-əgər ətrafda 0,5R/saat -dan çox radiasiya olarsa, 



 

13 


-kimyəvi şərait -əgər xarici əlamətlər, qoxu hiss olarsa bu zaman zəhərli maddələri 

Hərbi kimyəvi kəşfiyyat cihazı ilə təyin edirlər, 

-bakterioloji şəraitin təyin edilməsi, 

 -heyvan, quş kütləvi tələf olarsa və ya bəlli olmayan həşaratlar peyda olarsa. 



11.3 Mühəndis kəşfiyyatı nədir və onların vəzifələri? 

Dağıntıların dərəçəsini təyin edən kəşfiyyat növüdür. 

-FH baş verdikdə binaların vəziyyətinin təyin edilməsi, 

-yolların,keçidlərin və körpülərin vəziyyətinin təyin edilməsi, 

-mühafizə qurğularının vəziyyətinin təyin edilməsi. Toplanan məlumatları ərazinin 

planında qeyd etmək. 



11.4 FH -da yanğın kəşfiyyatının vəzifələri . 

-yanğının həcmini və sahəsini təyin etmək, 

-ayrı-ayrı yanğınların ərazisini təyin etmək, 

-közərmə ərazisini təyin etmək və bütün əldə edilən məlumatları ərazinin planında 

qeyd etmək. 

 

11.5 FH-da insanların dağıntılar altında qalmasının təyin edilməsinin yolları. 

- kinoloqlar, yəni xüsusi öyrədilmiş itlərin köməyi ilə, 

- akkustika üsulu ilə, səs və hərəkətin hiss olunması,  yəni ən zəyif səsi qed edən 

xüsusi cihazlar vasitəsilə, 

- temperatur dəyişilməsini hiss edən cihazlar vasitəsilə. 

 

12.1  Iş  dayanıqlığının  artırılması  üzrə  komissiyanın  tərkibinə  kimlər  daxil 

olmalıdır? 

-sexlər üzrə komissiyanın sədri-sex rəyisi; 

-istehsal birliyi üzrə komissiyanın sədri - bu sahə üzrə baş mühəndisin müavini; 

-obyekt üzrə komissiyanın sədri -baş mühəndis olmalıdır. 

 

12.2  ş  dayanıqlığının  artırılması  üzrə  komissiyanın  vəzifələri  nədən  ibarət-

dir? 

-avadanlıqların vəziyyətinin araşdırılması; 

-texnologiyanın araşdırılması və yarana bilən şəraitə uyğunlaşdırılması; 

-fəhlə və qulluqçuların, texnoloji və FH yaranma ehtimalı olan şəraitdə işə hazırlığı  

səviyyəsinin  araşdırılması. 

 

12.3  FH-da  (kimyəvi  və  bakterioloji  şəraitdə)  obyektlərin  iş  sabitliyini 



yüksəltmə yolları hansılardır? 

Kimyəvi  və  bakterioloji  şərait  öncə  insanlara  mənfi  təsir  edir.  Beləki,  onların  iş 

qabiliyyətini aşağı salır, bu əsasdan aşağıdakı amillər nəzərə alınmalıdır: 

-  FH  fəhlə  və  qulluqçuların  mühafizəsinin  təmin  edilməsi,  obyektin  ən  vacib 

elementlərinin  sabitliyinin  artırılması  və  texnoloji  prosesin  təkmilləşdirilməsi, 

ekstremal  şəraitdə  obyektin  idarəetmə  sisteminin  etibarlığının  yüksəldilməsi  və 

müəssə fəhlə və qulluqçularını MM -ə mühafizə qurğuları ilə təmin edilməsi. 


 

14 


 

12.4” Obyektin dayanıqlığı” anlayışı nəyi bildirir ? 

-obyektin özünün bir mühəndis -texniki kompleks kimi: buraya binalar, qurğular, 

kommunal  -enerji  xətləri,  texnoloji  kommunikasiya  və  avadanlıqların  nüvə 

partlayışının    zədələyici  -  qırma  amillərinə,  ikinci  təsir  və  ehtimal  edilən  təbii 

fəlakət  amillərinə  qarşı  davamlılığını,  yəni  obyektin  əsas  elementlərinin  fiziki 

dayanıqlığıdır. 

 

12.5” Obyektin iş dayanıqlığı” anlayışı nəyi bildirir? 

-fövqəladə  vəziyyət  zamanı  obyektin  işinin  necə  getməsi  (hətta  sənayenin  xarici 

ə

laqələrinidə  nəzərə  almaqla),  onun  fasiləsiz  işini  və  nəzərdə  tutulan  məhsul-



darlığın saxlama keyfiyyətini bildirir. Obyektin dayanıqlı işinin qiymətləndirilməsi 

üçün ilk məlumatlar  aşağıdakılardır: 

 - bina və qurğuların konstruktiv xüsusiyyətləri və tikililərin sıxlığının xarakteri; 

 - texnoloji avadanlıq və texnoloji kommunikasiyaların xarakteristikası;  

- obyektdə ikinci təsir etmə amillərinin baş vermə mənbələri; 

 - obyekt yerləşən rayonun xarakterik  xüsusiyyətləri. 

 

13.1 FH nəticələrinin  aradan qaldırılması mərhələləri hansılardır? 

- əhalinin dərhal mühafizəsi - bu məqsədlə: təhlükə barədə xəbərdarlıq, mühafizə 

vasitələrindən  istifadə  edilməsi,  mühafizə  rejimlərinə  ciddi  riayyət  edilməsi,  və 

təhlükəli zonadan köçürülmə, 

- FH - ın nəticələrinin genişlənməsinin qarşısını almaq, təsirini azaltmaq, qəza və 

ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında obyektin bərpası qısamüddətli 

və ya müvəqqəti xarakterli ola bilərlər; 

- qəzanın məhdudlaşdırılması,  həmçinin onların nəticələrinin aradan qaldırılması. 

 

13.2  FH  zamanı  yaranan  dağıntılardan  insanların  xilasetmə  və  digə

təxirəsalınmaz işlərin aparılması necə baş verməlidir?  

Xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  vahid  bir  proses  təşkil  etməlidir.  Bu 

məqsədlə,  xilasedici  dəstələrin  fəlakət  rayonlarına  və  qəzalar  ocaqlarına 

aparılmasını  təmin  etmək  üçün,  avtomobil  və  dəmir  yollarının  eləcə  də  oradakı 

körpü və digər yol qurğularının qısa müddətli bərpası; 

 -uçqunlarda  və  güclü  təsirli  zəhərli  maddələrlə  zəhərlənmiş  sahələrdə  maşınlar 

üçün yol və keçidlərin  düzəldilməsi; 

 -dağıntı  olan  binalardan  insanları  xilas  edərkən  müvəqqəti  pilləkanlardan, 

traplardan istifadə edilə bilər. 

13.3FH-da  əhaliyə  tibbi  yardım  necə  və  hansı  şəraitdə  icra  edilir? 

Zədələnənlərin  real  vəziyyətindən  asılı  olaraq  tibbi  yardım  göstərilir.  Əvvəlcə  

zərərçəkənlərin  yerləri  müəyyən  edilir.  Sanitar  manqaları  zərər  çəkmişlərə  ilk 

yardım göstərir və onları nəqliyyat vasitəsilə yaxud sanitar maşınlarında stasionar 

tibbi  yardım  məntəqələrinə  köçürürlər.  Bu  tədbir  ən  qısa  marşrutlarla  yerinə 

yetirilməlidir. 



13.4 Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması əsasları. 

 

15 


 – stehsalat qəzaları və təbii  fəlakət nəticələrinin  aradan qaldırılması  -  zədələnmə 

(zəhərlənmə)  ocaqlarında,  fəlakətli  subasma  zonalarında  və  təbii  fəlakət 

rayonlarında  zərər  çəkmiş  əhaliyə  hər  cür  yardım  göstərmək,  dağıntıların  və 

itkilərin  artmasının qarşısını  almaq,  eləcədə şəhərlərin,  yaşayış  məntəqələrinin və 

təsərrüfat  obyektlərinin  həyat  fəaliyyətini  bərpa  etmək  məqsədilə  qısa  müddətdə 

icra olunan  tədbirlərdən ibarətdir; 

-xilasetmə işlər fasiləsiz aparılmalıdır; 

- yanğınların söndürülməsi və qəza-bərpaedici  işlər aparılmalıdır. 

 

13.5  Zədələnmə  ocaqlarında  aparılan  xilasetmə  və  digər  təxirə  salınmaz 

işlərin icrasının xüsusiyyətləri. 

Xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  təşkili,  prinsipləri  və  ümumi  qaydaları 

bütün  zədələnmə  ocaqlarında  eyni  tiplidir.  şlərin  məzmunu,  xüsusiyyətləri  və 

ardıcıllığı  isə  zədələnmə  ocaqlarını  yaradan  amillərin  növündən  və  şəraitdən 

asılıdır; 

-yol  hərəkətinin  təhlükəsizliyini  təmin  etmək  üçün,  dağılmış  binaların  konstruk-

siyalarını bərpa etmək; 

 - körpü ,keçid yollarını bərpa etmək; 

 -enerji məmbələrini bərpa etmək;  

-rabitə xətlərinin bərpası və qəzaların aradan qaldırılmasından ibarətdir. 

 

14.1  Ərzaq  və  içməli  suyun  zəhərlənmədən  suyun  mühafizəsi  və 

zərərsizləşdirilməsi. 

Bilavasitə damcı və maye halındakı ZM –ilə zıhərlənmiş ərzaq və yem məhsulları 

deqazasiya  olunmur,  onlar  məhv  edilir.  Ərzaq  və  içməli  suyun  radioaktiv  zəhər-

lənmədən və bakterioloji vasitələrdən mühafizə etmək üçün, onları ətraf mühitdən 

təcrid  etmək lazımdlr.Bunun üçün aşağıdakı tədbirlər aparılır: 

- sərt hermetik qablaşdırmadan istifadə edərək; 

- hermetik elastik qablaşdırmadan istifadə ; 

-Ərzağın müxtəlif növ qablaşma materiallarında bükülməsi zəhərlənmə səviyyəsini 

azaldır. Çox qatlı bükülmə - tam quruya bilər. 

Suyun  ZM-lə  zəhərlənməsinin  dərəcəsi  və  xarakteri  ZM-in  xassələrindən,  zəhər-

lənmə  üsulundan,  su  mənbəyinin  ölçüsündən  və  suyun    axını  sürətindən  asılıdır. 

Suyun  iprit,  zoman  və  V-qaz  ilə  zıhərlənməsi  xüsusən  təhlükəlidir.  Suyun 

deqazasiyasını əsasən iki üsulilə aparırlar: 

 1.kimyəvi üsulla, 

 2.fiziki-kimyəvi (sorbsiya ) üsulu ilə. 

 

14.2  Ərazinin,  texnikanın  və  tikililərin  kimyəvi  zəhərli  maddələrdən  təmiz-



lənməsi (zərərsizləşdirilməsi) üsullarını xarakterizə edin.  

Kimyəvi  zərərsizləşdirmə  üsulu  -  deqazasiya  adlanır.  Deqazasiya  zəhərləyici  və 

güclü  təsirli  zəhərli  maddələrin  neytrallaşdırılması  və  yaxud  səthlərdən  kənar 

edilməsinə deyilir. Deqazasiya üç üsulla aparılır: 

 -  kimyəvi  üsul-  ZM-lər  deqazasiya  edici  maddələrlə  reaksiyaya  girib  neytral-

laşdırılır; 



 

16 


 -  fiziki-kimyəvi  üsul  -  ZM-lər  buxarlandırılaraq  və  yaxud  həll  edilib  səthlərdən 

kənar edilir; 

 - mexaniki üsul -  torpağın və bəzi maddələrin üst qatını qazıb (kəsib ) atılır . 

 

14.3 Radioaktiv maddələrin zərərsizləşdirmə üsullarını xarakterizə edin. 

Radioaktiv maddələrin zərərsizləşdirilməsi üsulu dezaktivasiyadır. Dezaktivasiya -

zəhərlənmiş  səthlərdən  radioaktiv  maddələrin  təhlükəsiz  dərəcəyədək  təmiz-

lənməsinə deyilir. Dezaktivasiya iki üsul vasitəsi ilə aparılır:  

-  1.Fiziki  üsul  -  RM-ri  səthlərdən  yumaq,  silmək,  süpürmək  və  s.,  yerüstü  qatı 

götürmək, suyu süzməklə icra edilir; 

-  2.Fiziki  -  kimyəvi üsul,  zəhərli  səthlərin  yuyucu tozlar,  turşu və qələvilər  əlavə 

edilmiş su vasitəsi ilə aparılır. 

 

14.4 Bakterioloji vasitələrin zərərsizləşdirilmə üsullarını xarakterizə edin? 

Bakterioloji  vasitələrin  təmizlənməsi  üsulu  -  dezinfeksiyadır.  Dezinfeksiya  -

xəstəlik  törədici  mikrobların  və  onların  toksinlərinin  məhv  edilməsinə  deyilir. 

Dezinfeksiya iki üsulla aparılır: 

- 1. Fiziki - bioloji vasitələri qaynatma, buxarlandırma, odda qızdırıb günəşə vermə 

və s. üsullarla aparılır,  

- 2. Kimyəvi - bioloji vasitələr xüsusi məhlullarda məhv edilirlər (xloramin, etanol 

və s.maddələrlə). 

 

14.5 Ərzaqların zərərsizləşdirilməsinin təşkili. 

Damcı  və  maye  halında  zəhərli  maddələrlə  zəhərlənmiş  ərzaq,  yem  və  sənaye 

malları  birbaşa  zərərsizləşdirilmlr  -  onlar  məhv  edilir  və  yaxud  tullanır.  Digər 

zəhərlənmiş məhsullar:  heyvan yağları, zəhərlənmiş yağ qatını 7-8 mm qalınlığıda 

kəsilməsi ilə icra edilir; 

 -meyvə-tərəvəz çoxlu miqdarda su ilə yuyulur, havaya verilir; 

 -axar su zərərsizləşdirilmir - nəzarətlə birbaşa texniki məqsədlə işlənilir; 

 -ev şəraitində ərzaq məhsulları hermetik qablaşdırmada qorunub saxlanılır. 

 

15.1 Əhalinin FH-ra hazırlanması haqqında hüquqi dövlət sənədləri. 

Mülki  mühafizəyə  -  əhalinin  təhlükısizliyinin  təmin  edilməsi  sahəsində  vahid 

dövlət  siyasətini  həyta  keçirməklə  nail  olunur.  Bu  məqsədlə  FH-ri  vaxtında 

proqnozlaşdırmaqla  aşkar  etmək  və  qarşısını  almaq,  onların  zədələyici,  psixoloji 

təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisad obyektlərinin sabit işləməsini təmin 

etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerlərə köçürmək və 

s.,kimi tədbirlər görülməlidir. 

Azərbaycan  respublikasında  əhalinin  FH-ra  hazırlığı  haqqında  193  saylı  qərar 

Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 

 

15.2 Ali və orta təhsil müəssələrində MM-yə hazırlığın təşkili necə baş verir? 

Müasir dövrdə ölkənin bütün əhalisini sülh və müharibə dövrlərində yarana biləcək 

FH-ra  mühafizəyə  və  fəaliyyətə  hazırlamaq  üçün  respublikada  fasiləsiz  tədris 


 

17 


sistemi yaradılmışdır. Bunun üşün MM-nin tədris bazasını genişləndirmək və ona 

diqqəti daha da artırmaqla bu sistemin səlist fəaliyyətini təmin etməlidirlər. 

 - orta məktəblərdə 1-11 siniflərdə şagirdlərə MM-yə haqqında biliklər verilir, 

 - ali məktəblərdə 45 saatlıq proqram əsasında MM-yə fənni tədris olunur. Dərslər 

və təlimlər mühazirə, seminar və məşgələ formasında aparılır. 

 

15.3  MM-yənin  təlimi  prosesində  müntəzəmlik  və  ardıcıllıq  prinsipləri  nəyi 



ifadə edir? 

MM-ənin  təliminin  prinsipləri  -  təlimin  müntəzəmliyi  və  ardıcıllığıdır.  Təlimin 

müntəzəmliyi və ardıcıllığı təlim olunanlara, təlimin ardıcıl,  qəti məntiqlə sadədən 

mürəkkəbə  keçilməklə  izah  edilməsini,  təlimə  müntəzəm  rəhbərlik  edilməsini, 

müəyyən  sistem  üzrə  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsini  tələb  edir. 

Tədris  edərkən  və  tədris  prosesini  qurarkən  təlim  olunanların  hazırlıq  dərəcəsini 

nəzərə almaq lazımdır. Bilik, bacarıq və vərdiş təlimin gedişində əldə edilir. 

 

15.4 MM-in təlimində şüurluluq və əyanilik prinsipləri necə ifadə edilir ? 

Ş

üurluluq  və  fəallıq  prinsipi  təlim  olunanlardan  öyrənilən  materiallara  şüurlu 



yanaşmalarını,  onların  dərslərində  fəal  iştirakını,  biliklərə  və  vərdişlərə  möhkəm 

yiyələnmələrini tələb edir. MM-yə dərslərinin müvəffəqiyyətlə keçirilməsi düzgün 

seçilmiş təlim prinsipindən asılıdır, yəni - əyanilikdən. Bu prinsip dərs materialının 

daha  yaxşı  yadda  qalmasına,  əyani  vasitələrin  nümayışı  təlimi  daha  maraqlı  və 

mənalı  olmasına  kömək  edir.Tələbə  şüurlu  olaraq  əyani  vasitılərdən  səmərəli 

istifadə edərək, zəngin bilik almaq üçün onlara istinad edir. 

 

15.5 MM-yənin təlimi zamanı hansı üsullardan istifadə edilir? 

MM-ənin təlimi aşağıdakı üsullarla aparılır: 

 -mühazirə,  müəyyən  elmi  nəzəri  və  ümumi  praktiki  məsələlərin  düzgün, 

müntəzəm, ardıcıl və aydın şərhindən ibarətdir; 

 -nəqletmə,  öyrənilən  məsələlərin  əsas  hissələrini,  onların  mahiyyətini,  öyrənilən 

qaydaları, üsulları və hissələri izah etmək üsulları ilə icra edilir; 

 - nümayış- izah olunan mövzunu əyani izah etmək deməkdir. 

 -  müstəqil  iş-  materialın  öyrənilməsində  böyük  əhəmiyyət  kəsb  edir,  təlim 

edilənlər    sərbəst  düşünməyə  ,nəticələr  çıxarmağa  və  ümumiləşdirməyə  nail 

olurlar. 

 

 

 



 

 

 



 

18 


 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə