1
“Mülkü müdafiə ” fə nni üzrə imtahan suallarının cavabları
I kollokvium
1.1FH-lə r nə yə deyilir ?
FH-lər insan tələfatına, insanların səhhətinə və ya ətraf mühütə ziyan vurulmasına,
ə
həmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına
səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya dicər
fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
1.2Sülh dövründə ki FH-lə r hansılardır ?
Təbii xarakterli FH , Tefnogen xarakterli FH , Bioloji xarakterli FH ,
Ekoloji xarakterli FH , Sosial xarakterli FH.
1.3Bioloji xarakterli FH-lər necə baş verə bilər ?
Yerin (Torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-
lar;
Atmosferin (mühütün ) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar FH-lər
(iqlimin kəskin dəyişməsi, şəhərlərdə oksigen azlığı və s. );
Hidrosferin (su mühütünün) vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-lər (su
mənbələrinin quruması, çirklənməsi və ş.)
1.4 ldrım hansı tə sirlə ri törə dir ?
nsanları, heyvanları məhv edir, yanğınlar törədir, elektrik şəbəkələrini
zədələyir.
1.5Geofiziki FH-lər hansılardır ? Onların səbəbləri.
Zəlzələlər, vülkan püskürmələri. Zəlzələ yerin dərinliklərində, tərkində dağ
süxurlarının yerdəyişməsindən , kəskin sürətlə dağılmasından , yer qabığının
müəyyən səthinin titrəməsi nəticəsində yerin altında və üstündə çatların əmələ
gəlməsindən ibarətdir. Bu zaman yaranan təkanlar və titrəyişlər binalara öz
təsirini göstərir. Zəlzələ ocağı həndəvərində yeraltı təkanın gücü ən çox olan
sahəyə zəlzələ mərkəzi deyilir. Vülkanın qızğın qırıntılarının yer səthinə axması,
maqmanın sürətlə çıxması, hansı ki yer səthinə axdıqdan sonra lavaya çevrilir.
vülkan püskürməsi bir neçə saat və ya bir neçə il ola bilər.
2
2.1.F H-lər hansı əsas əlamətlərə görə təsnifat olunurlar?
FH-lər asagıdakı əlamətlərə görə təsnifat olunurlar:
1.Təsir dairəsinə görə (əhatə etdiyi ərazi),
2.Həlak olunanların sayina görə (FH-nin dərəcəsinə görə, həlak olanların sayına görə),
3.Zərər çəkən əhalinin sayına görə (təhlükə potensialının kəmiyyətinə görə),
4.Zərərin dəyərinə görə (zərərin həcminə görə və FH-ın xarakterinə görə).
2.2 Təsir dairəsinə görə və nəticələrin ağırlığı üzrə FH-lər nə cür təsnifat
olunurlar?
Təsir dairəsinə görə olur:
1.Lokal (qismi və ya kiçik ərazidə baş vermiş). ş yerində, mənzildə,
2.Obyekt miqiyaslı (yəni səciyyəli) sənaye obyektlərində, bina və qurğu hüdudlarında,
3.Yerli (ancaq yaşayış məntəqəsində,xalq təsərrufatının yalnız bir sahəsində)
4.Regional (bir necə sənaye və ya kənd təsərrüfatı rayonlarında) bütünlüklə şəhəri və
onun ətrafını əhatə edir,
5.Milli (miqiyaslı hadisələr) respublikanın böyük ərazisini əhatə edən,
6.Qlobal- bir ölkənin ərazisində baş verən və qonşu ölkələrə də yayılan FH.
2.3 Baş vermə sahələrinə görə FH-lər nə cür olurlar?
Baş vermə sahələrinə görə FH-lər olurlar:
1.Təbii fəlakətlər- daşkın ,sel, zəlzələ, vulkan ,meşə yanğınları,
2.Texnogen qəzalar- qisa qapanma ,yanğin, partlayış.
3.Ekoloji- torpaq eroziyası, meşələrin qırılması, şirin suların azalması, dəniz sularının
çirklənməsi,qlobal istiləşmə və.s.
4.Sosial - peşə əlamətinə, dini əlamət üzrə ,qohumluq əlaməti üzrə olan FH-lər,
5.Hərbi-siyasi, millətlərarası münaqişələr, müharibələr və. s.
2.4 Ekoloji xarakterli FH-lə r hansılardır? Onları xarakterizə edin.
Ekoloji xarakterli FH-lər bunlardır:
3
1.Yerin (torpağin)vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-lər,
2.Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar FH-lər,
3.Hidrosferin (su mühitinin ) vəziyyətinin dəyişilməsi ilə əlaqədar FH-lər,
4.Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-lər.
2.5 Münaqişəli FH-lərə hansı hadisıləri aid etmək olar? Onları xarakterizə edin.
Münaqişəli FH-lərə hərbi toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayişlar,
milli və dini münaqişələr, terrorizm, tuğyan edən cinayətkarlıq və. s. aid etmək olar.
Bu münaqişələr bir ölkə daxilində və ya ölkələr arasında baş verə bilər. Müasir
dövürdə baş verən müharibələri misal qətirmək olar.
3.1.Mülki müdafiə ilk dəfə hansə ölkədə yaranıb? Azəraycan Respublikasında
MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub?
Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol
tərəfindən, bir qurum kimi yaradilmışdı. Azərbaycanda 1992-ci il 31 iyulda Mülki
müdafiə haqqında əsasnamə qəbul edilmişdi.3 noyabr 1993-cü il tarixindən
Azərbaycan bu təşkilatın üzvidir. 19 aprel 2006-ci il tarixində FHN haqqında
ə
sasnamə qəbul edilmiş, nazirliyin strukturunu və işçilərin say həddini təsdiq etmişdi.
29 dekabr 2006-ci ildə Azərbaycan Respublikasının FHN-nin fəaliyyətini təmin
etmişdir.
3.2 Dövlə t Mülki müdafiə sistemi hansı bölmə lə rdə n (fə silə lə rdə n) ibarə tdir?
Onları xarakterizə edin.
Dövlət Mülki Müdafiə sistemi aşağıdakı bölmələrdən ibarətdir
1.Ərazi üzrə bölmə
A)Naxçivan MR B) Şəhərlər C) Rayonlar D) Təsərrüfat obyektləri
2. stehsalat sahəsi üzrə
A)Nazirliklər (idarələr şirkətlər) B)Təsərrüfat obyektləri
3.3Azə rbaycan Respublikasının FHN-nin Mülki Müdafiə üzrə ə sas və zifə lə ri
hansılardır? Onları xarakterizə edin .
1. Əhalinin FH-da mühafizəyə və düzqün fəaliyyətə hazırlanmasını təşkil etmək və
ona nəzarəti təşkil etmək.
2.Təhlükə barədə vaxtında xəbərdarlıq etmək və xəbərdarlıq sisteminin daimi hazır
olmasını təşkil etmık,
4
3.FH-da əhalinin həyat fəaliyyətini təşkil etmək ,
4.FH-da xilas etmə işlərini təşkil etmək və onları idarə etmək, nəzərdə tutulan
qüvvələrin hazırlanması .
3.4 Mülkü Müdafiə nin təş kilində Dövlə tin və zifə lə ri ?
Ə
traf mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarəti təşkil etmək,
yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək. FH-ın qarşısını
almaq üçün profilaktik tədbirlər görmək. Əhaliyə yardım üçün lazımı maddi-texniki
vəsait ehtiyatları yaratmaq, FH-lar barədə xəbər və məlumatları əhaliyə vaxtında
çatdırilmasını təmin etmək. FH-ın aradan qaldırılması işini təşkil etmək və ona
rəhbərlik etmək.
3.5 Mülki Müdafiə üzrə hüquqi şəxslərin vəzifələri ?
FH-ın nəticəsindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi. Sülh və
müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə
ə
halini vaxtında xəbərdar edilməsi. Qəza, xilasetmə və dicər təxirəsalınmaz işlərin
təşkili və yernə yetirilməsi, müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə
öyrədilməsinin təşkili. Mülkü müdafiənin mühəndi-texniki və dicər tədbirlərinin
hazırlanmasında həyata keçirilməsində iştirak etmək.
4.1Sülh dövründəki FH-lar nəyə deyilir ?
Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə sülh
dövründəki fövqəladə hall deyilir. Sənaye qəzaları, təbii fəlakətlər, məişət hadisələri
qəzaları bura aiddir. Ekoloji və təbii xarakterli FH-də sülh dövründə baş verirlər.
4.2 Respublikamızın ə razisində hansı FH-lə rin baş vermə ehtimalı var?
Azərbaycan Respublikasının ərazisindıə mənşəyinə görə:
1)kortəbii FH-ar(yəni təbii xarakterli) ola bilər,
2)texnogen FH-lar (sənaye məişət qəzaları) mümkündir,
3)ekoloji FH-lar (dənizin çirklənməsi, meşə ynğınları, ozon dəliklərinin yaranması və.
s .) mövcud ola bilər.
4.3 Fiziki-coğ rafi şə raitə görə Azə rbaycan Respublikasının ə razisi üçün ə n
sə ciyə vi olan tə bii fə lakə tlə r hansılardır ?
Fiziki-coğrafi şəraitə görə Azərbaycan Respublikasının ərazisi üçün ən səciyəvi olan
təbii fəlakətlərdir (zəlzələ rayonları : Şamaxı, Qobustan; sel çayları: Kiş, Dəmiraparan
çay; sürüşmə əraziləri: smaillı, Qusar rayonları və s ). Ucqunlar , marxallar, meşə
yanğınları və s..
5
4.4 Zəlzələ nədir?
Zəlzələ - yerin təkində suxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən
sahələrinin titrəməsidir. Respublikamızın ərazisi zəlzələ təhlükəli (seysmik) zona
sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin hər yerində 8
baladək. Rayonlar, Naxçivan MR ərazisi isə, 9 baladək zəlzələ ehtimallı zona sayılır.
Zəlzələ 12 ballıq şkala ilə ölçülür.
4.5Respublikamızın ərazisində ehtimal olunan texnogen mənşəli fövqəladə hallar
hansılardır?
Respublikamızın ərazisində texnogen xarakterli FH-lar əsasən güclü istehsalat və
nəqliyyat qəzalarıdır. Məişətdə təhlükəsizlik qaydalarını pozarkən (qaz balonları ilə,
qışda sobalarla düzqün rəftar etmədikdə, keyfiyyətsiz texniki vasitələrin istifadə
edilməsi,)sənayedə səriştəsizlik nəticəsində fövqəladə hadisələr baş verə bilər.
5.1 Texnogen FH-ın yaranmasının əsas səbəbləri hansılardır?
1. Səbəb, texnikanın sürətlə inkişafı,
2.Sənaye istehsalında təhlükəsizlik texnikasının , xammalın və xazırlanan məhsulun
keyfiyyətcə kəskin sürətdə aşağı düşməsi ,
3. stehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə
amillərdən kollektiv və fərdi mühafizə vasitələrənin kifayət qədər hazırlanmaması və
onların keyfiyyətsiz olması,
4.Təhlükəsizlik qaydalarına əməl etmədikdə və s ,.
5.2 Iri istehsalat qə zalarınin yaranması sə bə blə ri hansılardır?
Mahiyyətcə bu qəzaların səbəbləri iki qrupa bölünürlər:
1 qrup –müəssisələri, layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının
tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex
rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti,
2 qrup –səbəblər təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi.
5.3 Sə naye müə ssə lə rində partlayış ların baş vermə sinin sə bə blə ri hansılardır?
Sənaye müəssisələrində partlayışlar, adətən qurğuların dağılması və deformasiyaya
uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən
və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət olunur. Partlayışın
törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə vaxtı baş verən
dağıntılara oxşayır.
5.4Yanğ ınlar və onların nə ticə lə rini xarakterizə edin.
6
Yanğınlar, sənaye müəssisılərində, neft mədənərində, şəhərlərdə və digər yaçayış
məntəqələrində daha tez-tez qəza halları yaradır. Yanğının intensivliyi istilik
impulsunun gücü ilə, yəni vaxt ərzində istilik enerjisinin kəmiyyəti ilə xarakterizə
edilir. Neft çıxarma obyektlərində, mədənlərdə yanğın təhlükəsizliyi daha yüksəkdir.
Dənizdə baş verən yanğınlar daha dəhşətli olur.
5.5 Enerji sistemlə rində , mühə ndis və texnoloji şə bə kə lə rində qə zalar nə
sə bə bdə n baş verə bilə r?
Enerjinin sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması
nəticəsində,eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər. Nəqliyyat
sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Hazırda mövcud olan hava,
dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri arasında
avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yer tutur.
II kollokvium
“Mülkü müdafiə ” fə nni üzrə 6-10-cu də rslə r üçün hazırlanmış
6.1
Nüvə silahının zə də lə yici amillə ri hansılardır, onları xarakterizə edin?
a)zərbə dalğası (ölçü vahidi kq/sm2) izafi təzyiq, izafi təzyiqin sürəti, izafi təzyiqin
təsiri müddəti ilə xarakterizə edilir. nsanlarda kontuziya, əzinti və çıxıqlar yarana
bilər. Obyektlərdə müxtəlif dərəcəli dağıntılar yaradır.
b)işıq şüalanması- (ölçü vahidi kc/m2 və ya kal/sm2) xarakterizə edən parametr-
işıq impulsudır, onun təsirindən-insanlarda müxtəlif dərəcədə yanıqlar, ətraf
ə
razidə isə geniş yayılmış yanğınlar.
c)nüfus edici radiasiya - (ölçü vahidi Rentqen, radian, qrey), onun təsirindən
insanlarda müxtəlif dərəcədə şüa xəstəliyi yaranır. Ətraf ərazidə isə şüalanma
müşahidə olunur.
d)radioaktiv zəhərlənmə - (ölçü vahidi Rentqen/saat). nsanlarda qemoqlobin
azlığına (leykemiya), sümik xərçənqi, ağ ciyər xərçənqi və .s. xəstəliklərə səbəb
olur. Ətraf ərazidə isə radioaktiv hissəciklərin təsirindən zəhərlənmə.
е
)elektromaqnit impulsu. (ölçü vahidi volt). Elektrik cihazlarına təsir edir, qısa
qapanmaya səbəb olur.
6.2Neçə radioaktiv zə hə rlə nmə ə razisi var, hansılardır?
-Zəif çirklənmə zonası -A, hüdudundan kənarda radiasiyanın səviyyəsi 1 saat sonra
-8 R/saat olur;
7
-Güclü çirklənmə zonası-B, hüdudundan kənarda radiasiyanın səviyyəsi - 80
R/saat;
-Təhlükəli çirklənmə zonası - V, hüdudundan kənarda radiasiyanın səviyyəsi -240
R/saat,
-Çox təhlükəli çirklənmə zonası- Q, radiasiyanın səviyyəsi -800 R/saat olur.
6.3 Elektromaqnit impulsu nə dir ?
Nüvə partlayışı anında elektromaqnit sahələri yaradır ki, nəticədə elektrik
naqillərində gərginlik 10 000 dəfə artır. Bu elektromaqnit sahələri müxtəlif qəza və
yanğınlara, telefonların və kompyuterlərin nasazlığına, elektrik cihazlarının iş
prinsipini pozur, dəqiq cihazlarda gərginliyin azalmasına səbəb olaraq idarə
edənlərə xəta törədir.
6.4 Kimyə vi zə hə rli maddə lə rin növlə ri, onların insan orqanizminə tə siri?
Kimyəvi silahın tədbiqi nəticəsində zəhərli maddələrin təsirindən insanlarda
müxtəlif zəhərlənmələr və qıcıqlanmalar yaranır, həmçinin insanların, heyvanların
məhv olması ilə nəticələnir.
-Sinir iflici təsirli ZM - zorin, zoman, V-qazlar;
-Dəridə yaraçıxaran ZM - texniki iprit, azotlu iprit, lünzit ;
-Ümumzəhərləyici təsirli ZM - sianid turşusu, xlorsian ;
-Boğucu təsirli ZM- fosgen, difosgen;
-Göz yaşardıcı qıcıqlandırıcı ZM - xlorasetofenon, S -ES və BZ qazları, adamsit ;
6.5 Bioloji (bakterioloji ) silah nədir , onun əsasını nə təşkil edir?
Bioloji silahın əsasını infeksiya xəstəlikləri yaradan mikroblar və onları daşıyan
vasitələr təşkil edir. Bu silah - bakterial vasitələrə və onları tətbiq etmək üçün
işlədilən döyüş sürsatlarına, cihaz və tərtibata deyilir. Bakterioloji silahın əsasını
epidemioloji xəstəlik törədən mikroblar, viruslar, göbələklər və onlardan alınan
zəhər- toksinlər təşkil edir. Bioloji silahın təsirindən aşağıdakılar yaranır:
-Virusların yayılmasından - epidemiya, epizootiya, epifitotiya.
-Mikrobların törətdiyi yoluxucu xəstəliklər və s.
7.1 Zə rbə dalğ asının tə sirində n neçə zə də lə nmə ocağ ı yarana bilə r?
Zədələnmə ocaqları:
8
-Tam dağıntı zonası izafi təzyiq ∆Pf =0,5 kq/sm2 ;
-Güclü dağıntı zonası ∆Pf =0,3-0,4 kq/sm2 ;
-Orta dağıntı zonası ∆Pf= 0,2-0,3 kq/sm2 ;
-Zəif dağıntı zonası ∆Pf =0,1-0,2 kq/sm2;
7.2 Yanğın ərazilərini xarakterizə edin.
Yanğın əraziləri olur:
-Ayrı-ayrı yanğınlar ərazisi-bu yanğın bir binanı və ya bir neçə binanı əhatə edərsə,
-Qenış yayılmış yanğınlar ərazisi - nüvə silahının təsirindən yaşayış ərazisinin və
ya binaların 25% - ni yanğınlar əhatə edərsə,
-Başdan-başa yanğınlar ərazisi - ərazinin və ya binaların 90% - ni yanğınlar əhatə
edərsə,
-Odlu qasırğa - qeniş yayılmış yanğın növüdür ki, 250 ha-dan çox ərazini əhatə
edir, 50-60 km/saat sürətlə yanğın mərkəzinə istiqamətlənən qaynar alov axınlarını
qasırğa küləyinə çevirir.
7.3 ş ıq ş üalanması insanlara necə tə sir göstə rə bilə r? (insan bə də nində
yanıqların də rə cə lə rini xarakterizə edin).
-Işıq şüalanmasının gücündən asılı olaraq (ölçü vahidi kal/sm2 və ya kc/m2 ) insan
bədənində müxtəlif dərəcədə yanıqlar əmələ gəlir :
-yüngül dərəcəli yanıqlar ,işıq impulsunun gücü = 2 – 4 kal/sm2,insan bədəninin
açıq yerlərində qızartılar və kiçik ölçüdə suluqlar əmələ gəlir;
-orta dərəcəli yanıqlar = 4 – 10 kal/sm2 , dəridə suluqlar əmələ qəlir;
-ağır dərəcəli yanıqlar = 10 – 15 kal/sm2, dəri toxumalarını öldürür və yaralar
salır;
-çox ağır yanıqlar >15 kal/sm2, dəri külə dönür;
7.4 nsan udulan dozanın miqdarından asılı olaraq hansı də rə cə li ş üa
xə stə liyinə tutula bilə r ?
1 yüngül dərəcəli D = 100 – 200 rad (1 – 2 Qr),
2 orta dərəcəli D = 200 – 400 rad (2 – 4 Qr),
9
3 ağır dərəcəli D =400 – 600 rad (4 – 6 Qr),
4 çox ağır dərəcəli D > 600 rad (6 Qr yuxarı).
7.5 Müxtə lif sıx materiallardan keçə rkə n radiasiya necə zə yiflə yir?
(yarımzə iflə mə qatı )
-ağac materialları 30 cm;
-polad 2,7 sm qalınliqda olduqda, 2 dəfə;
-beton 10 sm qalınlıqda olduqda, 2 dəfə;
-kərpic 13 sm;
-su 23 sm qalınlıqda olduqda, 2 dəfə.
-qurğuşun 2 sm.
8.1 Əhalinin FH –da mühafizəsinin əsas üsulları .
-Kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək;
-Fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə;
-Təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə;
-Tibbi mühafizə;
-Yanğından mühafizənin təşkili
8.2 Ə halinin FH-da mühafizə sinin ə sas prinsiplə ri.
-AR-də yaşayan əhalinin , o cümlədən əcnəbi vətəndaşların və vətəndaşlığı
olmayan lakin ölkəmizin ərazisində olanların mühafizəsi;
- FH baş verdikdə əsas vəzifə insanların həyatını və sağlamlığının qorunmasıdır;
-Respublika ərazisində baş vermə ehtimalı olan FH-rın proqnoz edilməsi;
-Qabaqlayıcı tədbirlərin görülməsi;
-FH-ın nəticələrinin aradan qaldırılmasına tələb edilən qüvvə və vasitələrin
hesablanması və hazırlanması;
8.3 Fövqəladə hal baş verdikdə rəhbərlik ardıcıllığı necə olmalıdır?
Respublikamızda-baş nazir, FHN - naziri,
10
Naxçivan muxtar respublikasında- Ali Məclisinin sədri,
Şə
hərlərdə və rayonlarda - icra hakimiyyətinin başçıları və bələdiyyə sədri, iqtisad
obyektlərində və müəssələrdə - obyekt rəhbəri və sahibkarlar.
8.4 Ə razi və obyekt MM-ə də stə lə rini xarakterizə edin.
-yüksək hazırlıqlı ərazi MM-ə dəstələri,
-yüksək hazırlıqlı obyekt MM-ə dəstələri,
-yüksək hazırlıqlı MM xidmət dəstələri.
8.5 Fövqə ladə hal haqqında ə halinin xə bə rdar edilmə sinin neçə yolu var?
FH-al baş verdikdə əhalinin xəbərdar edilməsi ən vaçib mərhələdir. Onun bir neçə
yolu var:
-Lokal xəbərdarlıq sistemi, 30 saniyə ərzində;
-Sirena, radio stansiya və telefonlar vasitəsi ilə, 30 dəqiqə;
-Mobil şəbəkələr vasitəsi ilə normativə əsasən;
9.1 Sığ ınacaq nə dir, və necə tə snifat edilir?
Fövqəladə hallarda əhali arasında itkilərin qarşısının alınması və ya maksimum
dərəcədə azaldılmasına yönəldilən, hər cür zədələyici vasitələrdən qoruyan
mühəndis- texniki tədbirrlər kompleksinə sığınacaq deyilir. Aşağıdakı sığınacaqlar
olur:
-Həcminə görə -tutumu 150- 1000 nəfər ,
-Radiasiyadan qoruyan daldalanacaqlar - tutumu 50 - 500 nəfər ,
-Sadə daldalanacaqlar- tutumu 25 - 50 nəfər.
9.2 Nə fə s orqanlarının mühafizə vasitə lə ri hansılardır, onları xarakterizə
edin.
Bu vasitələr iş prinsipinə görə 3 növ olur?
1. Təcrid edici əleyhqzalar, onlara aiddir : K P-7,K P-8, P-4, P-5,
2. süzücü, onlara aiddir: QP-5, QP-5M, QP-7, QP-7V,
3. uşaqlar üçün əleyhqzalar:DP-6, DP-6M, RDF-7, KZD-4
11
4. respiratorlar: R-2, R-2D, R-3.
9.3 Də ri sə thini mühafizə edə n vasitə lə r hansılardır, onları xarakterizə edin.
-ümum qoşun mühafizə dəsti OZK,
-yüngül mühafizə kostyumu L-1,
-gündəlik əlaltı vasitələr (məişət paltarlarının ünsürləri ).
9.4 Tibbi mühafizə vasitə lə ri hansılardır, onları xarakterizə edin.
-tibb aptekçəsi A -2, A -3 ,
- PP-8, PP-51 kimya əleyhinə fərdi paket,
-fərdi sarğı paketi (yaralara,yanıqlara sarğı qoymaq,bəzi qanaxmaları dayandırmaq
üçün).
9.5 A -2 tibb aptekçəsində nə kimi dərman vasitələri var, onların təyinatı?
-A -2 dərman aptekçəsində ağrı kəsici və qusmağa qarşı vasitələr olur.
-şoka qarşı ağrıkəsən 1 ml 2%-li promidol məhlulu,
-zəhərlənməyə qarşı tabel antidotu olaraq - taren həbləri,
- bakteriya əleyhinə 2 №-li dərman sulfadimetoksin.
10.1 Köçürülmə (təxliyyə) nədir, onun üsullarını xarakterizə edin.
Fövqəladə hadisələrdə insanların təhlükəli ərazidən, təhlükəsiz əraziyə mütəşəkkil
şə
kildə köçürülməsinə təxliyyə deyilir. Təxliyyə olur:
-Tam köçürülmə, yəni əmək fəaliyyəti ilə məşgul olmayan bütün əhali təxliyyə
olunur,
- Qismən köçürülmə, yəni əmək fəaliyyəti ilə məşgul olan əhali və onların ailələri,
ə
mək fəaliyyətini davam etdirmək üçün təxliyyə olunurlar.
10.2 Köçürülmə orqanlarını xarakterizə edin. Onların və zifə lə ri?
Köçürülmə orqanları aşağıdakı hissələrdən ibarətdir?
-köçürülmə komissiyaları,
-toplanış-köçürmə məntəqələri,
12
-qəbul etmə məntəqələri.
-Aralıq köçürülmə məntəqəsi
10.3 Neçə köçürülmə üsulu var, bunlar hansılardır və necə hə yata keçirilirlə r?
Mülki Müdafiədə üç əsas köçürülmə üsulu var:
-piyada köçürülmə,
-nəqliyyat vasitəsi ilə,
-qarışıq üsul, yəni piyada və nəqliyyat vasitələri ilə.
10.4 Təhlükəsiz ərazi nədir ?
Təhlükəsiz ərazi - düşmən basqını gözlənilən şəhərlərin və mühüm obyektlərin
ə
trafında ehtimal olunan dağıntı zonalardan, və digər təhlükəli rayonlardan
kənarda, əhalinin qəbul edilməsi, yerləşdirilməsi, yaşaması üçün yararlı olan
ə
razidir.
10.5 Köçürülə n ə hali evdə n çıxarkə n hansı tə hlükə sizlik tə dbirlə ri görmə lidir
və özü ilə nə götürmə lidir?
Evdən çıxarkən su, qaz, elektrik söndürülməlidir. Qiymətli əşyalar, pul, sənədlər
götürülməlidiir. Hər bir vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi, hərbi bilet (əgər
varsa), mövsümə uyğun qeyim və hermetik bağlı qablarda qida və içməli su
götürməlidir.
III kollokvium
11.1 Mülki müdafiə də kəş fiyyat və onun növlə ri.
Kəşfiyyat - mülki müdafiə qüvvələrinin fəaliyyıtini təmin etmək üçün görülən əsas
tədbirlərdən biridir. Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq- yerüstü
kəşfiyyat,havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən
edilmişdir.Yerüstü kəşfiyyat - ən dəqiq, daha dolğun sayılır və bütün MM qərar-
gahları tərəfindən təşkil edilir. Yaranmış şəraitdən asılı olaraq kəşfiyyatın
aşağıdakı növləri də vardır:
-radiasiya- kimya kəşfiyyatı,
-bakterioloji (bioloji) kəşfiyyat,
-mühəndis (yanğın ) kəşfiyyatı.
11.2 MM-də müəyyən yaranmış şəraitin təyin edilməsi yolları.
-radiasiya şəraitinin araşdırılması-əgər ətrafda 0,5R/saat -dan çox radiasiya olarsa,
13
-kimyəvi şərait -əgər xarici əlamətlər, qoxu hiss olarsa bu zaman zəhərli maddələri
Hərbi kimyəvi kəşfiyyat cihazı ilə təyin edirlər,
-bakterioloji şəraitin təyin edilməsi,
-heyvan, quş kütləvi tələf olarsa və ya bəlli olmayan həşaratlar peyda olarsa.
11.3 Mühə ndis kəş fiyyatı nə dir və onların və zifə lə ri?
Dağıntıların dərəçəsini təyin edən kəşfiyyat növüdür.
-FH baş verdikdə binaların vəziyyətinin təyin edilməsi,
-yolların,keçidlərin və körpülərin vəziyyətinin təyin edilməsi,
-mühafizə qurğularının vəziyyətinin təyin edilməsi. Toplanan məlumatları ərazinin
planında qeyd etmək.
11.4 FH -da yanğ ın kəş fiyyatının və zifə lə ri .
-yanğının həcmini və sahəsini təyin etmək,
-ayrı-ayrı yanğınların ərazisini təyin etmək,
-közərmə ərazisini təyin etmək və bütün əldə edilən məlumatları ərazinin planında
qeyd etmək.
11.5 FH-da insanların dağıntılar altında qalmasının təyin edilməsinin yolları.
- kinoloqlar, yəni xüsusi öyrədilmiş itlərin köməyi ilə,
- akkustika üsulu ilə, səs və hərəkətin hiss olunması, yəni ən zəyif səsi qed edən
xüsusi cihazlar vasitəsilə,
- temperatur dəyişilməsini hiss edən cihazlar vasitəsilə.
12.1 Iş dayanıqlığının artırılması üzrə komissiyanın tərkibinə kimlər daxil
olmalıdır?
-sexlər üzrə komissiyanın sədri-sex rəyisi;
-istehsal birliyi üzrə komissiyanın sədri - bu sahə üzrə baş mühəndisin müavini;
-obyekt üzrə komissiyanın sədri -baş mühəndis olmalıdır.
12.2 ş dayanıqlığının artırılması üzrə komissiyanın vəzifələri nədən ibarət-
dir?
-avadanlıqların vəziyyətinin araşdırılması;
-texnologiyanın araşdırılması və yarana bilən şəraitə uyğunlaşdırılması;
-fəhlə və qulluqçuların, texnoloji və FH yaranma ehtimalı olan şəraitdə işə hazırlığı
səviyyəsinin araşdırılması.
12.3 FH-da (kimyəvi və bakterioloji şəraitdə) obyektlərin iş sabitliyini
yüksə ltmə yolları hansılardır?
Kimyəvi və bakterioloji şərait öncə insanlara mənfi təsir edir. Beləki, onların iş
qabiliyyətini aşağı salır, bu əsasdan aşağıdakı amillər nəzərə alınmalıdır:
- FH fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi, obyektin ən vacib
elementlərinin sabitliyinin artırılması və texnoloji prosesin təkmilləşdirilməsi,
ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlığının yüksəldilməsi və
müəssə fəhlə və qulluqçularını MM -ə mühafizə qurğuları ilə təmin edilməsi.
14
12.4” Obyektin dayanıqlığ ı” anlayış ı nə yi bildirir ?
-obyektin özünün bir mühəndis -texniki kompleks kimi: buraya binalar, qurğular,
kommunal -enerji xətləri, texnoloji kommunikasiya və avadanlıqların nüvə
partlayışının zədələyici - qırma amillərinə, ikinci təsir və ehtimal edilən təbii
fəlakət amillərinə qarşı davamlılığını, yəni obyektin əsas elementlərinin fiziki
dayanıqlığıdır.
12.5” Obyektin iş dayanıqlığı” anlayışı nəyi bildirir?
-fövqəladə vəziyyət zamanı obyektin işinin necə getməsi (hətta sənayenin xarici
ə
laqələrinidə nəzərə almaqla), onun fasiləsiz işini və nəzərdə tutulan məhsul-
darlığın saxlama keyfiyyətini bildirir. Obyektin dayanıqlı işinin qiymətləndirilməsi
üçün ilk məlumatlar aşağıdakılardır:
- bina və qurğuların konstruktiv xüsusiyyətləri və tikililərin sıxlığının xarakteri;
- texnoloji avadanlıq və texnoloji kommunikasiyaların xarakteristikası;
- obyektdə ikinci təsir etmə amillərinin baş vermə mənbələri;
- obyekt yerləşən rayonun xarakterik xüsusiyyətləri.
13.1 FH nəticələrinin aradan qaldırılması mərhələləri hansılardır?
- əhalinin dərhal mühafizəsi - bu məqsədlə: təhlükə barədə xəbərdarlıq, mühafizə
vasitələrindən istifadə edilməsi, mühafizə rejimlərinə ciddi riayyət edilməsi, və
təhlükəli zonadan köçürülmə,
- FH - ın nəticələrinin genişlənməsinin qarşısını almaq, təsirini azaltmaq, qəza və
ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında obyektin bərpası qısamüddətli
və ya müvəqqəti xarakterli ola bilərlər;
- qəzanın məhdudlaşdırılması, həmçinin onların nəticələrinin aradan qaldırılması.
13.2 FH zamanı yaranan dağıntılardan insanların xilasetmə və digər
təxirəsalınmaz işlərin aparılması necə baş verməlidir?
Xilasetmə və digər təxirəsalınmaz işlər vahid bir proses təşkil etməlidir. Bu
məqsədlə, xilasedici dəstələrin fəlakət rayonlarına və qəzalar ocaqlarına
aparılmasını təmin etmək üçün, avtomobil və dəmir yollarının eləcə də oradakı
körpü və digər yol qurğularının qısa müddətli bərpası;
-uçqunlarda və güclü təsirli zəhərli maddələrlə zəhərlənmiş sahələrdə maşınlar
üçün yol və keçidlərin düzəldilməsi;
-dağıntı olan binalardan insanları xilas edərkən müvəqqəti pilləkanlardan,
traplardan istifadə edilə bilər.
13.3FH-da əhaliyə tibbi yardım necə və hansı şəraitdə icra edilir?
Zədələnənlərin real vəziyyətindən asılı olaraq tibbi yardım göstərilir. Əvvəlcə
zərərçəkənlərin yerləri müəyyən edilir. Sanitar manqaları zərər çəkmişlərə ilk
yardım göstərir və onları nəqliyyat vasitəsilə yaxud sanitar maşınlarında stasionar
tibbi yardım məntəqələrinə köçürürlər. Bu tədbir ən qısa marşrutlarla yerinə
yetirilməlidir.
13.4 Fövqə ladə hadisə lə rin nə ticə lə rinin aradan qaldırılması ə sasları.
15
– stehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan qaldırılması - zədələnmə
(zəhərlənmə) ocaqlarında, fəlakətli subasma zonalarında və təbii fəlakət
rayonlarında zərər çəkmiş əhaliyə hər cür yardım göstərmək, dağıntıların və
itkilərin artmasının qarşısını almaq, eləcədə şəhərlərin, yaşayış məntəqələrinin və
təsərrüfat obyektlərinin həyat fəaliyyətini bərpa etmək məqsədilə qısa müddətdə
icra olunan tədbirlərdən ibarətdir;
-xilasetmə işlər fasiləsiz aparılmalıdır;
- yanğınların söndürülməsi və qəza-bərpaedici işlər aparılmalıdır.
13.5 Zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirə salınmaz
işlərin icrasının xüsusiyyətləri.
Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, prinsipləri və ümumi qaydaları
bütün zədələnmə ocaqlarında eyni tiplidir. şlərin məzmunu, xüsusiyyətləri və
ardıcıllığı isə zədələnmə ocaqlarını yaradan amillərin növündən və şəraitdən
asılıdır;
-yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün, dağılmış binaların konstruk-
siyalarını bərpa etmək;
- körpü ,keçid yollarını bərpa etmək;
-enerji məmbələrini bərpa etmək;
-rabitə xətlərinin bərpası və qəzaların aradan qaldırılmasından ibarətdir.
14.1 Ərzaq və içməli suyun zəhərlənmədən suyun mühafizəsi və
zərərsizləşdirilməsi.
Bilavasitə damcı və maye halındakı ZM –ilə zıhərlənmiş ərzaq və yem məhsulları
deqazasiya olunmur, onlar məhv edilir. Ərzaq və içməli suyun radioaktiv zəhər-
lənmədən və bakterioloji vasitələrdən mühafizə etmək üçün, onları ətraf mühitdən
təcrid etmək lazımdlr.Bunun üçün aşağıdakı tədbirlər aparılır:
- sərt hermetik qablaşdırmadan istifadə edərək;
- hermetik elastik qablaşdırmadan istifadə ;
-Ərzağın müxtəlif növ qablaşma materiallarında bükülməsi zəhərlənmə səviyyəsini
azaldır. Çox qatlı bükülmə - tam quruya bilər.
Suyun ZM-lə zəhərlənməsinin dərəcəsi və xarakteri ZM-in xassələrindən, zəhər-
lənmə üsulundan, su mənbəyinin ölçüsündən və suyun axını sürətindən asılıdır.
Suyun iprit, zoman və V-qaz ilə zıhərlənməsi xüsusən təhlükəlidir. Suyun
deqazasiyasını əsasən iki üsulilə aparırlar:
1.kimyəvi üsulla,
2.fiziki-kimyəvi (sorbsiya ) üsulu ilə.
14.2 Ərazinin, texnikanın və tikililərin kimyəvi zəhərli maddələrdən təmiz-
lə nmə si (zə rə rsizləş dirilmə si) üsullarını xarakterizə edin.
Kimyəvi zərərsizləşdirmə üsulu - deqazasiya adlanır. Deqazasiya zəhərləyici və
güclü təsirli zəhərli maddələrin neytrallaşdırılması və yaxud səthlərdən kənar
edilməsinə deyilir. Deqazasiya üç üsulla aparılır:
- kimyəvi üsul- ZM-lər deqazasiya edici maddələrlə reaksiyaya girib neytral-
laşdırılır;
16
- fiziki-kimyəvi üsul - ZM-lər buxarlandırılaraq və yaxud həll edilib səthlərdən
kənar edilir;
- mexaniki üsul - torpağın və bəzi maddələrin üst qatını qazıb (kəsib ) atılır .
14.3 Radioaktiv maddələrin zərərsizləşdirmə üsullarını xarakterizə edin.
Radioaktiv maddələrin zərərsizləşdirilməsi üsulu dezaktivasiyadır. Dezaktivasiya -
zəhərlənmiş səthlərdən radioaktiv maddələrin təhlükəsiz dərəcəyədək təmiz-
lənməsinə deyilir. Dezaktivasiya iki üsul vasitəsi ilə aparılır:
- 1.Fiziki üsul - RM-ri səthlərdən yumaq, silmək, süpürmək və s., yerüstü qatı
götürmək, suyu süzməklə icra edilir;
- 2.Fiziki - kimyəvi üsul, zəhərli səthlərin yuyucu tozlar, turşu və qələvilər əlavə
edilmiş su vasitəsi ilə aparılır.
14.4 Bakterioloji vasitələrin zərərsizləşdirilmə üsullarını xarakterizə edin?
Bakterioloji vasitələrin təmizlənməsi üsulu - dezinfeksiyadır. Dezinfeksiya -
xəstəlik törədici mikrobların və onların toksinlərinin məhv edilməsinə deyilir.
Dezinfeksiya iki üsulla aparılır:
- 1. Fiziki - bioloji vasitələri qaynatma, buxarlandırma, odda qızdırıb günəşə vermə
və s. üsullarla aparılır,
- 2. Kimyəvi - bioloji vasitələr xüsusi məhlullarda məhv edilirlər (xloramin, etanol
və s.maddələrlə).
14.5 Ərzaqların zərərsizləşdirilməsinin təşkili.
Damcı və maye halında zəhərli maddələrlə zəhərlənmiş ərzaq, yem və sənaye
malları birbaşa zərərsizləşdirilmlr - onlar məhv edilir və yaxud tullanır. Digər
zəhərlənmiş məhsullar: heyvan yağları, zəhərlənmiş yağ qatını 7-8 mm qalınlığıda
kəsilməsi ilə icra edilir;
-meyvə-tərəvəz çoxlu miqdarda su ilə yuyulur, havaya verilir;
-axar su zərərsizləşdirilmir - nəzarətlə birbaşa texniki məqsədlə işlənilir;
-ev şəraitində ərzaq məhsulları hermetik qablaşdırmada qorunub saxlanılır.
15.1 Əhalinin FH-ra hazırlanması haqqında hüquqi dövlət sənədləri.
Mülki mühafizəyə - əhalinin təhlükısizliyinin təmin edilməsi sahəsində vahid
dövlət siyasətini həyta keçirməklə nail olunur. Bu məqsədlə FH-ri vaxtında
proqnozlaşdırmaqla aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji
təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisad obyektlərinin sabit işləməsini təmin
etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerlərə köçürmək və
s.,kimi tədbirlər görülməlidir.
Azərbaycan respublikasında əhalinin FH-ra hazırlığı haqqında 193 saylı qərar
Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
15.2 Ali və orta təhsil müəssələrində MM-yə hazırlığın təşkili necə baş verir?
Müasir dövrdə ölkənin bütün əhalisini sülh və müharibə dövrlərində yarana biləcək
FH-ra mühafizəyə və fəaliyyətə hazırlamaq üçün respublikada fasiləsiz tədris
17
sistemi yaradılmışdır. Bunun üşün MM-nin tədris bazasını genişləndirmək və ona
diqqəti daha da artırmaqla bu sistemin səlist fəaliyyətini təmin etməlidirlər.
- orta məktəblərdə 1-11 siniflərdə şagirdlərə MM-yə haqqında biliklər verilir,
- ali məktəblərdə 45 saatlıq proqram əsasında MM-yə fənni tədris olunur. Dərslər
və təlimlər mühazirə, seminar və məşgələ formasında aparılır.
15.3 MM-yənin təlimi prosesində müntəzəmlik və ardıcıllıq prinsipləri nəyi
ifadə edir?
MM-ənin təliminin prinsipləri - təlimin müntəzəmliyi və ardıcıllığıdır. Təlimin
müntəzəmliyi və ardıcıllığı təlim olunanlara, təlimin ardıcıl, qəti məntiqlə sadədən
mürəkkəbə keçilməklə izah edilməsini, təlimə müntəzəm rəhbərlik edilməsini,
müəyyən sistem üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsini tələb edir.
Tədris edərkən və tədris prosesini qurarkən təlim olunanların hazırlıq dərəcəsini
nəzərə almaq lazımdır. Bilik, bacarıq və vərdiş təlimin gedişində əldə edilir.
15.4 MM-in təlimində şüurluluq və əyanilik prinsipləri necə ifadə edilir ?
Ş
üurluluq və fəallıq prinsipi təlim olunanlardan öyrənilən materiallara şüurlu
yanaşmalarını, onların dərslərində fəal iştirakını, biliklərə və vərdişlərə möhkəm
yiyələnmələrini tələb edir. MM-yə dərslərinin müvəffəqiyyətlə keçirilməsi düzgün
seçilmiş təlim prinsipindən asılıdır, yəni - əyanilikdən. Bu prinsip dərs materialının
daha yaxşı yadda qalmasına, əyani vasitələrin nümayışı təlimi daha maraqlı və
mənalı olmasına kömək edir.Tələbə şüurlu olaraq əyani vasitılərdən səmərəli
istifadə edərək, zəngin bilik almaq üçün onlara istinad edir.
15.5 MM-yənin təlimi zamanı hansı üsullardan istifadə edilir?
MM-ənin təlimi aşağıdakı üsullarla aparılır:
-mühazirə, müəyyən elmi nəzəri və ümumi praktiki məsələlərin düzgün,
müntəzəm, ardıcıl və aydın şərhindən ibarətdir;
-nəqletmə, öyrənilən məsələlərin əsas hissələrini, onların mahiyyətini, öyrənilən
qaydaları, üsulları və hissələri izah etmək üsulları ilə icra edilir;
- nümayış- izah olunan mövzunu əyani izah etmək deməkdir.
- müstəqil iş- materialın öyrənilməsində böyük əhəmiyyət kəsb edir, təlim
edilənlər sərbəst düşünməyə ,nəticələr çıxarmağa və ümumiləşdirməyə nail
olurlar.
Dostları ilə paylaş: |