“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları


Iri istehsalat qəzalarınin yaranma  səbəbləri



Yüklə 462,36 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix02.01.2022
ölçüsü462,36 Kb.
#41434
1   ...   21   22   23   24   25   26   27   28   29
MM-cavablarAZ1

5.2. Iri istehsalat qəzalarınin yaranma  səbəbləri. 

İstehsalat  qəzaları,  o  cümlədən  də  iri  qəzalar-sənayenin,  elmi  texniki  tərəqqinin 

coşqun  inkişafı,  istehsalatda  texnologiyaların  durmadan  dəyişməsi,  nəhəng  enerji 

və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və 

tez-tez baş verən hadisələrdəndir. 

İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda 

bu səbəblərin çox müxtəlif  görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa     

bölmək mümkündür: 



1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının 

tələblərinə  kifayət  dərəcədə  məsuliyyətlə  yanaşmaması,  eləcə  də  bir  sıra  sex 

rəhbərlərinin  bu  tələblərin  yrinə  yrtirilməsinə  səhlənkar  münasibəti,  partlayış  və 

tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması; 



2  qrup  -səbəblər  isə  təbiətin  bütün  hadisələrinin  tam  sürətdə  öyrənilməməsi  ilə 

şərtləşir.  Məsələn,  bəzən  (hətta  təhlükəsizlik  texnikası  qaydalarına  əməl  olunan 

müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda  və 

şəraitdə  şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü 

də  belə  kimyəvi  reaksiyaların  mümkünlüyü  barədə  nəinki  bu  müəssisədə,  hətta 

nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin 

bu  üsulla  əldə  edilməsinin  arzuolunmazlığına  baxmayaraq  yeni,  əvvəllər  məlum 

olmayan təbiət hadisəsi aşkar edilir.  

Istehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin,  qurğunun, 

layihə  -istehsalat  qüsurlarının,  istismarı  qaydalarının  və  istehsalatda  texnoloji 

prosesin pozulması nəticəsində də baş verə bilər.  

 


Yüklə 462,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin