Əsas xristian konfessiyaları- Katoliklik və ya katolisizm mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. 2016-cı ilin statistik məlumatına görə, dünyada təqribən 1 milyard 299 milyon insan özünü katolik məzhəbin mənsubu sayır. Bu xristian konfessiyası üçün sərt mərkəzləşdirilmiş idarə sistemi xasdır. Belə ki, katoliklərin vahid dini mərkəzi Vatikan şəhər-dövlətində yerləşir. Katoliklərin dini-inzibati mərkəzi rəsmi olaraq Müqəddəs Taxt-Tac adlanır. Müqəddəs Taxt-Tac – teokratik seçkili monarxiyadır. Bu teokratik dövlətə konklav (kardinallar kollegiyası. – Red.) tərəfindən ömürlük seçilən bütün katoliklərin dini rəhbəri Roma Papası (yun. “papış” – “ata”) başçılıq edir. Roma Katolik Kilsəsinin başçısı “pontifik” (lat. pontifices – baş kahin, baş keşiş, körpüləri tikənlər. – Red.) də adlanır. Onun tam titulu belədir: Roma Yepiskopu, İsa Məsihin canişini, həvarilər knyazının (yəni apostol Pyotrun. – Red.) varisi, Qərb kilsəsinin ali ruhanisi, Qərbin patriarxı, İtaliya priması, Roma əyalətinin arxiyepiskopu və mitropoliti, Vatikan şəhərdövlətinin hökmdarı.
Pravoslavlıq 1054-cü ildə xristianlıq iki böyük qola parçalandıqdan sonra şərqi xristianlar ortodoks (yunan dilində “doğru təlim”, “həqiqi inanc”, “düzgün etiqad” mənasına gəlir. – Red.) və ya pravoslav (hərfi tərcüməsi: “doğru mədh etmə” . – Red.) adlandırıldı. Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca üçüncü ən böyük qoludur. Dünyada pravoslavların sayı 125-180 milyon nəfər arasında dəyişir. Başqa xristian məzhəbləri ilə müqayisədə pravoslavlar daha çox mühafizəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmir və ya onlara əlavə etmirlər. Müqəddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır. Pravoslavlara görə, Müqəddəs Rəvayət - Bibliya, Kilsə Ataları (pravoslavlar 90 MULTİKULTURALİZMƏ GİRİŞ yalnız II-VIII əsrlərdə yaşamış kilsə atalarının təlimlərini qəbul edirlər) və Kilsə Müəllimlərinin dini təlimləri, ilk yeddi ümumdünya kilsə məclislərinin qərarları və müqəddəslərin həyat hekayələrindən ibarətdir. Pravoslavlar etiqadca diofizitdirlər. Bu xristian konfessiyanın mənsubları arasında Məryəm Anaya, mələklərə, müqəddəslərə, onların “cəsədlərinə”, ikonalar kimi müqəddəs sayılan dini əşyalara pərəstiş geniş yayılmışdır.
Dostları ilə paylaş: |