Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti



Yüklə 55,37 Kb.
səhifə15/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Multikulturalizm cavab001

3)Almaniyada-Almaniya Federativ Respublikası əhalisinin sayına və iqdisadi inkişafına görə Avropa İttifaqının lider ölkərindən biridir. Almaniya birlik ölkələri içərisində ən çox miqrant qəbul edən ölkədir. Əhalisinin təxminən 12 faizini immiqrantlar təşkil edir və onlar əsasən, Türkiyə, Rusiya, Polşa və İtalyadan köç ediblər. Almaniyada etnik-mədəni müxtəlifliyin formalaşmasında miqrantlarla yanaşı yerli milli azlıqlar da mühüm rol oynayır. Onlardan aşağıdakıları göstərmək olar: frizlər7 , romalılar (qaraçılar. – Red.), sintiləri (qaraçıların Qərb qoluna aid olan xalq – Red.) və sorblar8 . Əhalisinin 95 faizi xristiandır, onlardan 29,9 faizi Roma katolik və ya protestant, 1,3 faizi isə pravoslav hesab olunur. Almanların 34 faizi isə heç bir dinə etiqad etmir (ateist və aqnostiklər). “Dinsizlər” əsasən şərqi Almaniyada yaşayır. Buna səbəb vaxtilə Almanayanın şərqində kommunist rejiminin hakim olmasıdır. Xristianlıqdan sonra isə ikinci yerdə İslam dini gəlir. 2017-ci ildə “Pyu Tədqiqatlar Mərkəzi” tərəfindən aparılan rəy sorğusuna əsasən, bu ölkədə 5 milyona yaxın müsəlman yaşayır. Milli azlıqlar və immiqrantlar liqvistik müxtəlifliyin formalaşmasında aparıcı rol oynayır. Almaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi siyasətinin əsasında gəlmələrin assimilyasiyası dayanır. Məhz bu səbəbdən son zamanlar irqçi və millətçi şüarlar həm siyasi alman diskursunda, həm də ictimai rəyində aktuallaşmağa başlamışdır.

25.Multikultural təhlükəsizlik



Bir dövlətin milli təhlükəsizlik sisteminin bir çox komponentləri ile İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, mədəni təhlükəsizlik, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içinə mənəvi,ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək mümkündür. Ölkə öz enerji, iqtisadi, mədəni təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir.Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hərkəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik,dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik,dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Sondövrdə Avropanın bir sıra ölkələrində etnik,millətçilik və dini radikalizm, ksenofobiya, antisemitizm,islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir.

26.Milli şüur və milli ideyanın formalaşmasında etnik dəyərlərin rolu


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin