Multikulturalizmə giriş



Yüklə 338,66 Kb.
səhifə1/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
  1   2   3   4   5   6   7   8   9   ...   35
Multikulturalizmə giriş cavabları


Multikulturalizm

1.”Multikulturalizmə giriş”fənninin predmeti və əhəmiyyəti.
Hər bir fənnin ,elmin öyrənilməsi onun obyektinin, predmetinin və
Məqsədinin müəyyən edilməsindən başlayır.Bu isə öz növbəsində
Elmin məzmununun açıqlamasına kömək edir.Elmin predmeti
Subyektin ,yeni tədqiqatçının obyektə münasibətini ifadə
Edir.”Multikulturalizmə giriş “fənninin predmetinə gəldikdə isə,
Cəmiyyətdəki çoxmədəniyyətliliyin ,yəni etnik,irqi,dini və mədəni
Müxtəlifliklərin ,bu müxtəlifliklərin əsasını təşkil edən etnik,dini və
Mədəni dəyərlərin qorumasının yollarını öyrədir.
Hər bir fənnin ,elmin əhəmiyyəti onun funksiyalarından irəli gəlir.Bunu
Nəzərə alaraq “Multikulturalizmə giriş “fənninin əhəmiyyətini onun
Funksiyalarını göstərməklə müəyyən edək.Bu fənnin beş əsas
Funksiyası vardır:nəzəri-idraki ,praktiki,siyasi-ideoloji,
Proqnozlaşdırıcı və mənəvi-tərbiyəvi.
Nəzəri-idraki funksiya-predmetin öyrənilməsi çərçivəsində həyata
Keçirilir və daha çox hadisələrin mahiyyətini öyrənməyə imkan verir.
Praktiki funksiya-çoxmədəniyyətliliyin əsasını təşkil edən etnik,dini və
Mədəni dəyərlərin qorunması üçün tövsiyələr verir.
Siyasi-ideoloji funksiya-etnik və mədəni müxtəlifliklərə münasibətdə
Dövlətin apardığı konkret siyasəti xarakterizə edir.Məsələn,
Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi istifadə
Edən dövlətlərdən biridir.
Proqnozlaşdırıcı funksiya-çoxmədəniyyətliliyin cəmiyyətin sonrakı
İnkişafına təsirini araşdırır.
Mənəvi -tərbiyəvi funksiya-cəmiyyətdəki müxtəliflilərin əsasını təşkil
Edən,etnik,dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir.


2. Multikulturalizm termininin tərcümə izahı və işlədilməsinin xüsusiyyətləri
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin
sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O,
informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə,
istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və
beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və
qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya
mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə
qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz
inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm
mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər
mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini
öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət
mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu
qurmaq mümkün deyil.



Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin