Azərbaycan Respublikası 1991-ci ilin dekabr ayından dən İKT-nin üzvüdür.
Azərbaycan Respublikası İKT çərçivəsində keçirilən bütün toplantı və görüşlərdə fəal iştirak edir.
İKT Azərbaycan Respublikasını siyasi arenada ən yüksək səviyyədə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkilatın bir sıra qətnamələrində öz əksini tapmışdır.
Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İKTçərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. Bu sənədlərdə üzv dövlətlər və islam qurumları tərəfindən Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardımın göstərilməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana təcili maliyyə və humanitar yardımın təmin edilməsi üçün tədbirlərin görülməsi kimi əməkdaşlığın prioritet istiqamətləri qeyd olunmuşdur.