Cədvəl 3.3.4 Kredit qoyuluşlarının bəzi sahələr üzrə strukturu (mln.manat)
Cədvəldən göründüyü kimi 2009 –cu ildə müxtəlif sahələrdə, o cümlədən ticarət sahəsində də kredit qoyuluşunda müəyyən azalma müşahidə olunmaqdadır. Bu azalmanın əsas səbəbi isə artıq 2008 –ci ilin sonlarından başlayan maliyyə böhranının iqtisadiyyatın bütün sahələrinə fəal təsiridir.
İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturuna baxdıqda isə burada illər keçdikcə özəl banklarının üstünlük təşkil etdiyini görə bilərik:
Cədvəl 3.4. 5İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu
Məhz kredit sisteminin əsas hissəsini təşkil edən özəl bankların 2009 –cu ilin birinci rübündə iqtisadiyyata (real sektora) qoyulmuş kredit üzrə strukruruna baxdıqda, burada da kommersiya sahəsinə qoyulmuş kreditlərin real sektora qoyulmuş kreditlər arasında üstünlük təşkil etdiyini görə bilərik:
Sxem 3.2. 6Özəl banklarda kredit yatırımlarının strukturu (cari ildə)
Ümumilikdə banklar tərəfindən ticarətə qoyulmuş kreditlərin apardığımız təhlil nəticəsidə ildən –ilə artdığını müşahidə etsək də, kommersiya sahəsində, 2008 –ci ilin IV rübünə əsasən müəssisə və təşkilatların maliyyələşməsinin 86.2% -i müəssisə və təşkilatların daxili imkanları və büdcə vəsaitlərinin payına düşür.
Qeyd edək ki, bundan əlavə 6,6% büdcədənkənar fondların, 3,2% əhalinin vəsaitləri və 0,1% digər mənbələr hesabına maliyyələşib.
Bu göstəricilər onu əks etdirir ki, Azərbaycanda real sektorun maliyyələşdirilməsi əsasən müəssisələrin öz vəsaitləri və büdcə vəsaitləri hesabına həyata keçirilir, kredit təşkilatlarının bu prosesdə iştirakı isə minimaldır.
Ümumilikdə kredit sisteminin əsas hissəsini təşkil edən banklar tərəfindən real sektora, xüsusilə ticarətə yönəldilən kreditlər əsas vəsaitlərin alınmasına deyil, dövriyyə vəsaitlərinin artırılması məqsədilə həyata keçirilir.
Banklar öz kredit siyasəti çərçivəsində aparılan əməliyyatları bir neçə amili nəzərə alaraq həyata keçirir. O cümlədən, likvidliyin idarəetmə prinsipləri ilə tarazlaşdırılmış bankların resurs bazası, kredit və bazar riskləri, iqtisadiyyatın müvafiq sahəsində rentabellik kimi amillər nəzərə alınır. Hazırda Azərbaycan iqtisadiyyatının real sektorunda yaranmış vəziyyət isə bu amillərə cavab vermir. Buna görə də real sektorda, əsasən də istehsal sahəsində fəaliyyət göstərən müəssisələr yalnız öz vəsaitləri hesabına maliyyələşir. Bu da müəssisələrin ilkin kapitallaşmasında özünü əks etdirir. Nəticədə, Azərbaycanda istehsalat sahəsində kiçik və orta sahibkarlıq təbəqəsi çox zəifdir, bu da iri şirkətləri inhisarçılığı inkişaf etdirməyə stimullaşdırır.
Dostları ilə paylaş: |