MüNDƏRİcat giriş Plan 1 Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu Plan Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri Plan Müəssisənin müflisləşməsinin əlamətlərinin xarakteristikası


Şəkil 1. Dünya ölkələri üzrə son müflisləşmə göstəriciləri (Dünya Bankı)



Yüklə 0,94 Mb.
səhifə5/6
tarix19.12.2022
ölçüsü0,94 Mb.
#76428
1   2   3   4   5   6
007 muflislesme

Şəkil 1. Dünya ölkələri üzrə son müflisləşmə göstəriciləri (Dünya Bankı)
Heç kimə sirr deyil ki, bazar mühiti şəraitində öz risklərinə əsaslanan və müxtəlif təsərrüfat fəaliyyəti həyata keçirən çoxsaylı fiziki və hüquqi subyektlər yaranır və yox olurlar. Bazar subyektləri daimi qarşılıqlı təmasda olur və hər cür əlaqələr qururlar. Qarşılıqlı münasibətlər sisteminin ayrılmaz hissəsinin biri də ondan ibarət olur ki, bir və yaxud bir neçə iştirakçı könülü olaraq üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etmək iqtidarında olmurlar.Məhz öhdəliklərin icra olunmasındakı bu iqtidarsızlıq bilavasitə sahibkarlıq riski ilə bağlı olur. Faktlar göstərir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın ayrı-ayrı sahələrində zərərlə işləyən xeyli müəssisə və təşkilatlarmövcuddur. Bunları aşağıdakı cədvəl məlumatları da aydın göstərir. Təsərrüfatçılıq quruluşunun tərəqqisi və daimi olaraq yenilənib yaxşılaşdırılmasına, mülkiyyət şəkillərinin müxtəlifliyini diqqətə almadan, hüquqi qrupların hamısının nəticəsində adi bir qənaət etməklə, gəlirlər borcları mütləq qarşılamalıdır. Bəs bunları hansı yollar ödəmək, borc öhdəliklərini tam icra etmək üçün hansı zəruri addımları atmaq - ən mübahisəli məsələ də bax elə budur. Müəssisənin müflisləşməsi (iflasa uğraması) dedikdə, borc öhdəliklərinin əmlakın dəyərini üstələməsindən və yaxud balansın qeyri - qənaətbəxş strukturu səbəbindən büdcə və büdcədən qıraq fondlara olan icbari ödəmələrin təmin edilməsi mümkünsüzlüyü də daxil olmaqla, alınmış malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi üzrə kreditorların tələblərini icra etmək iqtidarının olmaması başa düşülür. Müəssisənin müflisləşməsinin xarici əlamətlərinə onun cari ödənişlərinin dayandırılması və üç ay ərzində kreditorların tələblərinin təmin edilə bilməməsidir. Müəssisə arbitraj məhkəməsinin qərarı ilə və yaxud könülü qaydada müflis elan oluna bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, real müflisləşmədən savayı qərəzli (bilərəkdən) və yaxud saxta müflisləşmə də baş verə bilər. Qərəzli müflisləşmə zamanı müəssisə rəhbəri və yaxud mülkiyyətçi şəxsi məqsədlərini (kiminsə maraqlarını) güdərək müəssisənin ödəmə qabiliyyətini qabaqcadan, bilərəkdən yox edir, məhv edir. Saxta müflisləşmə - kreditorlardan borcların ödənilməsi üçün əlavə vaxt alınması və yaxud borcların bir qisminin bağışlanması məqsədilə müəssisənin müflisləşməsi barədə qabaqcadan yalan, uydurma qaydada elan olunmasıdır. Beləliklə, borclu ödəmə bacarığına sahib olmasa da iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə bacarığı olmayan hesab edilir ki, bunu özü də qəbul edir, yaxud məhkəmə və ya kreditorlar müəyyənləşdirir ki: a) borclu kreditorun təklif etdiyi qanuni ödəmə ehtiyyacını bu cür tələb verdikdən sonra iki ay müddətində yerinə gətirməmişdir və ya; b) borclu qanunvericiliyə uyğun olaraq reallaşdırmalı ödənişləri vaxtı - vaxtında həyata keçirə bilmir və ya; c) borclu öz borclarını ödəməli olduğu tarixdə ödəməyə qadir deyildir. Müəssisənin müflis elan olunması prosesi özündə üç əsas mərhələni cəmləşdirir: - Balansının qeyri - qənaətbəxş strukturunun müəyyənləşməsi nəticəsində müəssisə ödəmə qabiliyyətini itirmiş hesab edilir; - Borclu müəssisəyə qarşı yenidən təşkil olunma, yaxud ləğv edilmə tədbirləri, həmçinin kreditorlarla barışıq sazişi tətbiq edilə bilər. Yenidən təşkil olunma prosedurları borclunun əmlakının idarə edilməsini məhkəmənin təyin etdiyi inzibatçıya (müvəqqəti əmlak inzibatçısına) həvalə edilməsini və sağlamlaşdırma cəhdlərini nəzərdə tutur. Borclu təşkilatlarla kreditorlar arasında ödəniş müddətlərini uzadılmasına və borcları üzrə müəyyən məbləğdə güzəştlər edilməsinə dair barışıq sazişi əldə oluna bilər; - Məhkəmənin uyğun qərarından və yaxud müəssisənin özünün könülü qaydada ləğv edilməsi barədə rəsmi bildiriş verməsindən sonra müəssisə müflis elan olunur.
Müəssisənin maliyyə durumunun qiymətləndirilməsi və balansın qeyri - qənaətbəxş strukturunun müəyyən edilməsində müəssisənin maliyyə vəziyyətinin ilkin ətraflı təhlili aparılır. Balansın qeyri - qənaətbəxş strukturu dedikdə əmlakın və borclunun öhdəliklərinin elə bir vəziyyəti başa düşülür ki, müəssisənin əmlakı hesabına kreditorlara olan borclar ödənilə bilmir, çünki borclu təşkilatın əmlakının likvidliyi aşağı səviyyədə olmuş olur. Maliyyənin baş strateji məqsədi müəssisənin zəruri və kifayət qədər pul resursları ilə təmin etməkdir. Onun əsasında bazarın tələblərinə və müəssisənin şəraitinə uyğun olan maliyyə strategiyası hazırlanır ki, burada da icraçılar və iş istiqamətləri üzrə vəzifələr müəyyən edilir və bölüşdürülür. Baş strateji məqsədə nail olmaq üçün maliyyə strategiyası özündə müxtəlif üsul və hərəkətləri cəmləşdirir, yəni:
- maliyyə resurslarının formalaşması və onlara mərkəzləşdirilmiş qaydada idarə olunması;
- həlledici istiqamətlərin dəqiqləşdirilməsi və müəssisənin rəhbərliyinin mümkün ehtiyatları səfərbər etməklə bütün gücünün bu istiqamətlərin reallaşdırılmasına yönəldilməsi;
- məqsədlərin əhəmiyyətlərinə görə sıralanması və onlara ardıcıllıqla, mərhələ-mərhələ nail olunması;
- maliyyə hərəkətlərinin müəssisənin iqtisadi durumuna və maddi imkanlarına uyğun gəlməsi;
- hər bir zaman kəsiyində ölkədəki maliyyə
- iqtisadi durumun və müəssisənin maliyyə şəraitinin obyektiv qiymətləndirilməsi və uçotunun aparılması;
- strateji ehtiyatların yaradılması və istifadəyə hazırlanması;
- özünün və rəqiblərin iqtisadi və maliyyə imkanlarının öyrənilməsi;
- rəqiblər tərəfindən gözlənilən əsas təhlükənin müəyyən edilməsi, onun aradan götürülməsi məqsədilə qüvvələrin səfərbər edilməsi və maliyyə əməliyyatlarının istiqamətlərinin önəmli seçilməsi;
- rəqiblər üzərində həlledici üstünlük qazanmaq məqsədilə manevr edilməsi və təşəbbüsü ələ almaq üçün mübarizə aparılması. Beləliklə, müəssisənin maliyyə strategiyasının müvəffəqiyyətinə onda təminat verilmiş olur ki, bu strategiyanın nəzəriyyəsi və praktikası uzlaşdırılmış, tarazlaşdırılmış olsun, maliyyə proseslərini ciddi qaydada mərkəzləşdirməklə və maliyyə
- iqtisadi mühit dəyişdikcə çevik metodlardan istifadə etməklə strateji məqsədlər real iqtisadi və maliyyə imkanlarına uyğunlaşdırılmış olsun. Fərdi (hissəvi) məqsədlərə nail olma strategiyasının mahiyyəti ondadır ki, baş strateji məqsədi gerçəkləşdirmək üçün maliyyə əməliyyatları ustalıqla, bacarıqla həyata keçirilir. Maliyyə strategiyasının vəzifələri aşağıdakılardır:
- bazar münasibətləri şəraitində maliyyənin xarakterinin və formalaşma qanunauyğunluqlarının araşdırılması;
- müəssisənin maliyyə resurslarının formalaşmasının mümkün variantları üzrə şərtlərinin və maliyyə durumunun qeyri
- sabit və yaxud böhranlı olduğu halda rəhbərliyin atacağı addımların, edəcəyi hərəkətlərin işlənib hazırlanması;
- mal göndərənlərlə və alıcılarla, bütün səviyyəli büdcələrlə, banklar və digər maliyyə institutları ilə qarşılıqlı maliyyə münasibətlərinin müəyyən edilməsi;
- istehsal gücündən, səmərəli istifadə olunan əsas və dövriyyə ehtiyatlarının aşkar edilməsi və resursların səfərbər olunması;
- müəssisənin istehsalat
- təsərrüfat fəaliyyətinin vacib hesab olunan maliyyə resursları ilə təmin olunması; - müvəqqəti sərbəst olan pul miqdarının ən yüksək xeyir əldə etmək niyyətilə səmərəli yerləşdirilməsi;
- müvəffəqiyyətlə maliyyə strategiyasının həyata keçirilməsi, maliyyə imkanlarından gələcək üçün istifadə edilməsi üsullarının müəyyən edilməsi, yeni məhsul növlərinin, texniki təchizatın təşkil edilməsi, ixtisaslı kadrların hazırlanması; - ehtimal olunan rəqiblərin strateji baxışlarının, onların iqtisadi və maliyyə imkanlarının mənimsənilməsi və maliyyə dayanıqlılığının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi;
- böhranlı vəziyyətdən çıxmağa hazırlıq üsullarının, maliyyə durumunun qeyri-sabit və yaxud böhran şəraitində müəssisəyə rəhbərlik metodlarının işlənilməsi və belə vəziyyətdən çıxmaq üçün kollektivin səylərinin əlaqələndirilməsi;Maliyyə strategiyası pul gəlirlərinin aşkarlanmasının əhatəliliyinə, daxili resursların səfərbər edilməsinə, məhsulun maya dəyərinin maksimum aşağı salınmasına, mənfəətin düzgün bölüşdürməsinə və istifadə olunmasına, dövriyyə vəsaitlərinə olan tələbatın müəyyən edilməsinə, müəssisənin kapitalının səmərəli yerləşdirilməsinə xüsusi diqqət yetirir. Daxili normativlərin (məsələn, mənfəətin bölüşdürülməsinin istiqamətlərini müəyyən edən) işlənib hazırlanması maliyyə strategiyasının mühüm hissəsidir. Xarici şirkətlərin iş təcrübəsində daxili normativlərdən geniş istifadə edilir. Maliyyə strategiyası ödəməmələr riski, inflyasiya sıçrayışları və digər fors major (gözlənilməyən) halları nəzərə alınmaqla işlənir. O, istehsalın məqsədlərinə tam uyğun olmalı və lazım gəldikdə təshih edilə və dəyişdirilə bilər. Maliyyə strategiyasının həyata keçirilməsinə nəzarət etmək pulların daxil olmasını, onların qənaətlə və səmərəli istifadəsini təmin edir. Yaxşı qurulmuş maliyyə nəzarəti daxili ehtiyatların aşkar edilməsinə, pul yığımlarını artırmaqla təsərrüfatın rentabelliyinin yüksəldilməsinə kömək edir.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin