MÜNDƏRİcat giriş



Yüklə 5.14 Kb.

səhifə1/8
tarix10.03.2017
ölçüsü5.14 Kb.
  1   2   3   4   5   6   7   8


 
         MÜNDƏRİCAT 
 
Giriş......................................................................................................2 
I FƏSİL 
Beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq 
əməkdaşlıqda rolu 
1.
 
1 BMT nəzdində olan maliyyə təşkilatları....................................................6 
1.
 
2 Digər beynəlxalq maliyyə təşkilatları......................................................24 
1.
 
3 Beynəlxalq maliyyə təşkilatlarının dövlətlərin iqtisadi siyasətinin 
formalaşması və həyata keçirilməsində rolu...............................................30 
II FƏSİL 
Transmilli münasibətlər və transmilli korporasiyalar 
2.
 
1 Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma 
səbəbləri......................................................................................................42 
2.
 
2 Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və 
hökumətlərin nəzarəti itirməsi problemi.....................................................55 
2.3
 
Qloballaşma dövründə TMK-ların rolu............................................66 
III FƏSİL 
Azərbaycanın beynəlxalq maliyyə qurumları və transmilli korporasiyalarla 
əməkdaşlığının perspektivləri 
3.
 
1 Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə 
əlaqələri................................80 
3.  2 TMK-ların iqtisadi qloballaşmaya təsiri və bundan Azərbaycana düşən 
pay...................................................................................................................91 
 
Nəticə..................................................................................................................100 
İstifadə olunmuş ədəbiyyat siyahısı.................................................................105 
Summary 
Resume 
Referat 
                                           
                                                    
                                                      
 
 


 
                                                  
GİRİŞ
 
Mövzunun  aktuallığı.  Müasir  dövrdə  ölkə  iqtisadiyyatının  inkişafında 
beynəlxalq təşkilatlarla olan beynəlxalq iqtisadi münasibətlər və TMK-lar dünya 
iqtisadiyyatı və beynəlxalq münasibətlər sisteminin vacib  inkişaf elementlərindən 
sayılır.  Beynəlxalq  maliyyə  təşkilatları  ilə  əməkdaşlıq  demək  olar  ki,  bütün 
dövlətlərin  xarici  siyasətinin  əsas  prioritetinə  çevrilmişdir.  Çoxsaylı  beynəlxalq 
təşkilatlarla  bu  əməkdaşlığın  daha  da  genişləndirilməsi,  inkişaf  etdirilməsi 
mühüm  əhəmiyyət  kəsb  edir.  Dissertasiya  işində  beynəlxalq  maliyyə 
qurumlarının  yaranması  və  məqsədləri,  müasir  şəraitdə  ölkələrin  beynəlxalq 
maliyyə  qurumları  ilə  əməkdaşlığının  xarakteri  və  xüsusiyyətləri,  Azərbaycanın 
maliyyə  qurumları  ilə  əməkdaşlığı  və  maliyyə  qurumlarının  ölkəmizdə  həyata 
keçirdiyi  layihələr,  transmilli  korporasiyaların  formalaşması  səbəbləri,  onların 
təşkilatlanması  təmayülləri,  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi  və 
beynəlxalq  rəqabət  mühitində  TMK-ların  intensiv  fəaliyyəti    barədə  məlumatlar 
öz əksini tapmışdır.  
Tədqiqatın  məqsədi.  Dissertasiya  işində  tədqiqatın  əsas  məqsədi 
beynəlxalq  maliyyə  qurumları  ilə  dünya  dövlətlərinin    əlaqələri,  sözügedən 
bankların  dünya  ölkələrində  həyata  keçirdiyi  layihələr  və  onların  iqtisadi 
təsirlərini  ələ  almaq,  beynəlxalq  maliyyə  qurumlarının  müasir  beynəlxalq 
münasibətlər  sistemində  rolunu  və  dünya  ölkələrinin  sosial-iqtisadi  siyasətinə 
təsirini dəyərləndirmək və onun inkişaf perspektivlərini müəyyən etməkdir. 
Beynəlxalq korporasiyalar bir tərəfdən beynəlxalq münasibətlər sisteminin 
məhsulu  sayılır,  digər  tərəfdən  isə  özləri  onlara  təsiretmə  mexanizmini  təmsil 
edirlər. Bunu nəzərə alaraq, dissertasiya işimdə həmin dəqiq hərəkət imkanlarını  
onların  fəaliyyətlərinin  uğurla  funksionallaşması  şəraitində  öyrənməyə 
çalışmışam. 
Təcrübi  əhəmiyyəti.  Burada  əksini  tapan  təhlil  və  araşdırma  müddəaları, 
beynəlxalq  maliyyə  qurumlarının  həyata  keçirdiyi  layihələr  dünya  dövlətlərində 
xidmətin,  infrastrukturun,  istehsalın  təkmilləşdirilməsi  istiqamətində  müəyyən 


 
nəzəri  tədqiqat  üçün  elmi  baza  kimi  istifadə  oluna  bilər.  Beynəlxalq  maliyyə 
qurumlarının  layihələrinin  dəyərliliyi  ondan  ibarətdir  ki,  onlar  nəinki  əlavə 
maliyyə  resursları  əldə  etməyə,  hətta  sosial  və  iqtisadi  inkişaf  məsələləri  ilə 
məşğul olan iri beynəlxalq təşkilatların təcrübə və məlumatlarından yararlanmağa 
imkan yaradır. 
Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi siyasətə tətbiq etsək, TMK-
lar  fəal  iştirakçı  (  həm  individual    və  ya  kollektiv)  kimi  öz  sərəncamında  olan 
aktiv  və  potensial  resurslardan  və  onlardan  daha  effektiv  istifadə  imkanları 
hesabına öz şəxsi maraqlarından çıxış edərək beynəlxalq münasibətlər sisteminə 
həlledici  və  uzun  müddətli  təsiretmə  strategiyasını  həyata  keçirir  və  qərar  qəbul 
edir. Bu aktorların o zaman beynəlxalq kateqoriya əldə etməsindən danışmaq olar 
ki, söhbət bir dövlətin çərçivələrini öz fəaliyyəti ilə aşan, qəbul edilmiş idealları 
(maraqları)  təmsil  edən  mükəmməl  şəkildə  təşkilatlanmağa  meyl  edən  
strukturlaşmış ictimaiyyətdən söhbət getsin.  
Tədqiqatın  predmeti  və  obyekti.  Bura    beynəlxalq  maliyyə  qurumlarının  
yaranması, məqsədi və vəzifələri, strukturları, əsas fəaliyyət istiqamətləri, dünya 
ölkələrində  həyata  keçirdikləri  sosial-iqtisadi  inkişafa  yardım  layihələri,  Dünya  
Bankının  Azərbaycanın  neft və qaz  sektoruna  ayırdığı kreditlərdən  istifadənin  
vəziyyəti,  istehsal,  xidmət  və  infrastruktur  sahələrində  Azərbaycanın  Dünya 
Bankı ilə əməkdaşlığının  genişləndirilməsi istiqamətləri aiddir.  
Dissertasiya  işimin  əsas  tədqiqat  sahəsi  eyni  zamanda  TMK-ların  böyük 
inkişaf imkanlarının üzə çıxarılmasıdır. Transmilli korporasiyalar qeyri-hökümət 
aktorları kimi iştirakçı kartlarına sahib olduğundan bütün təsərrüfat münasibətləri 
spektrindən  yanaşsaq,  dünya  siyasi  və  iqtisadi  maraq  qruplarının  öz  ideallarının 
həyata keçirilməsinin böyük tərəfdaşı sayılır və inkişaf lokomotivi kimi təşəbbüs 
edilir, layihələndirilir. Ona görə də onların yayılma və inkişaf istiqamətlərinə həm 
daxili, həm  də  xarici  siyasi-iqtisadi  fəaliyyət  səviyyəsində  yanaşılmalıdır.  Bütün 
bunlara  baxmayaraq,  yenə  də  əvvəlki  tək  dövlətin  həlledici  aktor  kimi  qalması 
əsas  beynəlxalq  münasibətlər  nəzəriyyəsi  məktəblərinin  başlıca  tədqiqat 


 
predmetidir.  Bu  mübahisəli  və  müqyisəli  yanaşmanı  özüm  üçün  prioritet  hesab 
etdiyimdən bu nisbəti dissertasiya işimdə araşdıraraq verməyə çalışmışam.  
          İşin  strukturu  və  həcmi.  Dissertasiya  işinin  strukturu  qarşıya  qoyulan 
məqsədə uyğun olaraq formalaşdırılmışdır. Mövzu quruluşu girişdən, üç fəsildən, 
nəticə və təkliflərdən və sonra istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 
Dissertasiya  işinin  yazılması  zamanı  informasiya  mənbəyi  kimi  mövzu  ilə 
əlaqədar  mövcud  milli  və  xarici  elmi  və  dərslik  ədəbiyyatından,  yerli  və  xarici 
alimlərin  və  mütəxəssislərin  araşdırmalarından,  internet  resurslarından  istifadə 
edilmişdir. Dissertasiya işi ümumilikdə 111 səhifədən ibarətdir. 
Dissertasiya  işinin  birinci  fəsli  “Beynəlxalq  maliyyə  qurumlarının 
təsnifatı  və  onların  beynəlxalq  əməkdaşlıqda  rolu”  adlanır.  Burada    beynəlxalq 
maliyyə  qurumlarının    yaranma  tarixi,  strukturu,  məqsədi  və  vəzifələri,  əsas 
fəaliyyət  istiqamətləri  haqqında  ətraflı  məlumat  verilmişdir.  Dünya  Bankı  (DB) 
rəsmi  olaraq  BMT-nin  Monetar  və  Maliyyə  Konfransı  (01-22  iyul,  1944) 
nəticəsində 
qəbul 
edilən 
Bretton-Vuds 
Sazişinin  beynəlxalq  arenada 
ratifikasiyasından  sonra  yaradılmışdır.  DB-nin  fəaliyyətinin  əsas  məqsədi 
dünyada 
yoxsulluq 
səviyyəsini 
azaltmaq,  insanların  həyat  şəraitini 
yaxşılaşdırmaq, üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardım etmək, xarici 
maliyyə qaynaqlarından daxil olan investisiya vəsaitləri ilə təmin etmək, ölkələrin 
xarici  dövlət  borcu  mexanizmini  normal  hala  gətirmək  və  beynəlxalq  iqtisadi 
tarazlığı təmin etmək, yerli şirkətlərin maliyyə vəsaitlərinə yaranan ehtiyaclarını 
aradan  qaldırmaq  və  s.dən  ibarət  olmuşdur.  Beynəlxalq  maliyyə  qurumları 
dünyanın zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə qrant və güzəştli 
kreditlər təqdim edir.
  
Dissertasiya  işinin  ikinci    fəsli  “Transmilli  münasibətlər  və  transmilli 
korporasiyalar”  adlanır
.  Burada  transmilli  korporasiyaların  strukturu,  transmilli 
qarşılıqlı  əlaqələr  və  təşkilatlar,  dövlətlərin  sosial-iqtisadi  həyatında  rolu, 
transmilli münasibətlərdə mərkəz-dövlət paradiqması, TMK-ların inkişafında əsas 


 
tendensiyalar,  istehsalın  beynəlxalq  kooperativləşməsi  və  TMK-larda  idarəetmə 
modellərindən  ətraflı  bəhs olunmuşdur.  
Dissertasiya  işinin  üçüncü  fəsli  “Azərbaycanın  beynəlxalq  maliyyə 
qurumları  və  transmilli  korporasiyalarla  əməkdaşlığının  perspektivləri”  adlanır. 
Dissertasiya  işinin  bu  fəslində  Azərbaycan  və  beynəlxalq  maliyyə  qurumlarının 
əməkdaşlığından,  transmilli  korporasiyaların  iqtisadi  qloballaşmaya  təsirindən  
bəhs  olunur.  Ümummilli  Lider  Heydər  Əliyevin  sosial-iqtisadi  inkişaf 
strategiyasının  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 
tərəfindən  inamla  davam  etdirilməsi  sayəsində  Azərbaycanda  yaradılmış  sosial-
iqtisadi  potensial  davamlı  iqtisadi  inkişafı  və  makroiqtisadi  sabitliyi  təmin 
etmişdir.  Bu  strategiyanın  həyata  keçirilməsi  nəticəsində  iqtisadiyyatın 
diversifikasiyası,  qeyri-neft  sahələrinin,  regionların  inkişafı  sürətlənmiş,  strateji 
valyuta  ehtiyatlarının  səmərəli  istifadəsi  təmin  olunmuşdur.  Ölkə  başçısının 
müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın 
möhkəm  təməlinin  yaradılmasına,  Azərbaycan  Respublikası  iqtisadiyyatının 
dünya  iqtisadi  sisteminə  inteqrasiyasının  sürətləndirilməsinə,  əhalinin  həyat 
səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan vermişdir. 
 
Dissertasiya  işi  nəticə  ilə  tamamlanır.  Beləliklə,  Beynəlxalq  maliyyə 
qurumları  yarandığı  anda  əsas  məqsədi  dünya  ölkələrini  2-ci  dünya 
müharibəsindən  sonra  dirçəltmək  idisə,  hal-hazırda  ən  başlıca  məqsədi 
yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Beynəlxalq maliyyə qurumlarının 
fəaliyyəti  də  məhz  bu  məqsədə  çatmaq  üzərində  cəmlənib.  Transmilli 
korporasiyalar  beynəlxalq  münasibətlərin  yalnız  iştirakçı  aktoru  deyil,
  o,  özü 
dəyişmə,  hərəkət  və  daşınma  hərəkatlarının  başında  gedən  siyasi  cərəyanın 
nəhənglərindəndir. 
 
 
 


 
I Fəsil  Beynəlxalq maliyyə qurumlarının təsnifatı və 
onların beynəlxalq əməkdaşlıqda rolu 
1.1 BMT-nin nəzdində olan maliyyə qurumları  
BMT-nin nəzdində olan maliyyə təşkilatları beynəlxalq maliyyə sistemində 
əsas rol oynayır. Dünya Bankı Qrupu dünyada ən böyük investisiya instititudur.  
Dünya Bankının yaranma kökləri hələ 1923-1932-ci illərdə bütün dünyanı 
bürümüş  olan    dərin  iqtisadi  böhranlar  dövrünə  gedib  çıxır.  İqtisadi 
ədəbiyyatlarda  o dövrü  “böyük depressiya”  dövrü adlandırırlar. Kənd təsərrüfatı 
məhsulları  və  torpaq  dəyərindən  dəfələrlə  ucuz  satılır,  heyvandarlıq  ziyanla 
işləyir, minlərlə bank müflisləşir, bütün sahələrdə işsizlik baş alıb gedir, zavodlar 
işləmirdi.  Bir  sözlə,  iqtisadiyyatın  bütün  sahələri  “iflic”  vəziyyətinə  düşmüşdü. 
Bu  vəziyyət  eyni  zamanda  özünü  beynəlxalq  və  pul-kredit  bazarında  da 
göstərirdi.  Bir  sıra  ölkələr,  o  cümlədən,  Birləşmiş  Krallıq  qızıl  standartlarından, 
yəni  valyuta  dəyərinin  qızılla təyin  edilməsi prosesindən  məcburi surətdə  imtina 
etməli  oldular.  Hansı  ki,  bu  qanun  uzun  müddət  idi  ki,  pulun  dəyərinin  sabit 
saxlanmasına qulluq edirdi. Kağız pulun dövriyyəyə buraxılması azaldıldı. Bu da 
iş yerlərinin azalmasına səbəb oldu. Həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü. 
Bəzi  ölkələr  milli  pulun  xarici  pula  dəyişdirilməsinə  qadağa  qoydular  və  barter 
mübadiləsini tətbiq  etməyə  başladılar. Bir  qism  ölkələr  isə öz milli  valyutalarını 
dəyərlərindən  aşağı  qiymətə  xarici  alıcılara  satmaqla  öz  kənd  təsərrüfatı 
məhsullarını əslində çox ucuz qiymətə satdılar. Bununla da onlar digər ölkələrin 
ticarət əlaqələrini pozurdular. Yəni rəqabət devalivasiyası yaradırdılar. Məhsulun 
dəyəri ilə pulun nisbəti pozulurdu. Beləliklə, bütün bunlar nəticə etibarı ilə dünya 
iqtisadiyyatının dağılmasına gətirib çıxartdı.
1
 Bu problemləri həll etmək üçün 30-
cu  illərdən  başlayaraq  dəfələrlə  beynəlxalq  konfranslar  çağırılsa  da,  lakin  qəbul 
edilmiş  müvəqqəti  qərarlar  məsələni  tam  həll  etmirdi.  Bunun  üçün  dünyanın 
əksər ölkələrinin birgə əməkdaşlığı lazım idi. Yalnız bu halda bütün dövlətlərdə 
valyuta  sistemini  tənzimləyən  və  böhran  nəticəsində  iqtisadiyyatı  dağılmış 
                                                           
1
 
Х. А. Шреплер « Международные економические организации». 


 
ölkələrə  uzun  müddətə  kredit  verə  bilən  bir  maliyyə  təşkilatının  yaradılması 
mümkün  idi.  Odur  ki,  1940-cı  illərin  əvvəllərində  Birləşmiş  Ştatlardan  Qarri 
Dekster  Uayt  və  Birləşmiş  Krallıqdan  Con  Meynard  Keyns  məhz  belə  bir 
sistemin yaradılması yollarını təklif etdilər. Onlara görə, bu sistem hazırki şəraitə 
təsir  etməliydi.  Çoxsaylı  danışıqlardan  sonra  çətin  vəziyyətdə  olan  beynəlxalq 
aləm  belə  bir  sistemin  yaradılmasına  və  nəzarət  etmək  üçün  təşkilatlanmasına 
razılıq verdi. 1944-cü ilin iyul  ayında BMT-yə daxil olan 45 dövlətin iştirakı ilə 
ABŞ-ın  Bretton-Vuds  şəhərində  (Nyu-Hempşir  Ştatı)  Beynəlxalq  Valyuta 
Maliyyə  konfransı  keçirildi.  Bu  konfrans  tarixə  “Bretton-Vuds  Konfransı”  kimi 
daxil  oldu.  Konfransın  qəbul  etdiyi  qərarla  1945-ci  ilin  dekabr  ayında  BMT-nin 
iki  xüsusiləşmiş  təşkilatı  –  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondu  (BVF) 
təsis  edildi.  Bu  qurumlara  çox  zaman  Bretton-Vuds  “əkizləri”  də  deyirlər. 
Müqavilənin  beynəlxalq  ratifikasiyası  1945-ci  il  27  dekabrda  həyata 
keçirilmişdir.
2
   
“World  Bank”  termini  ilk  dəfə  1944-cü  il  22  iyul  tarixində  Bretton-Vuds 
konfransına  həsr  olunmuş  və  “Economist”  jurnalında  dərc  olunmuş  məruzədə 
Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankına  (BYİB)  istinadən  işlədilmişdir. 
BYİB  və  BVF-in  idarəetmə  heyətinin  1946-cı  ilin  martında  ABŞ-ın  Corciya 
ştatının  Savanna  şəhərində  keçirilən  1-ci  toplantısından  sonra  Vaşinqton  Post 
qəzeti də daxil olmaqla konfrans haqqında dərc edilən bəzi məqalələrdə bu termin 
işlədilməyə  başladı.  1975-ci  ildən  isə  bu  termin  BYİB  və  BİA-nın  rəsmi 
qısaldılmış adı kimi işlənməyə başladı. Dünya Bankı rəsmi fəaliyyətə 1946-cı ilin 
25 iyun tarixindən başlayır. Bu bankın əsas məqsədi iqtisadi keçid dövrü  keçən  
inkişaf  etməkdə  olan  ölkələrə    və  yoxsul  ölkələrə  kreditlər    vasitəsilə    yardım 
etmək    və    yoxsulluğun    səviyyəsini    azaltmaq,  həmçinin    üzv    dövlətlərin  
inkişafını    təmin  etməkdir.  İlk  prezidenti    eyni  zamanda  Eugene 
Meyer&Company  və  Vaşington  Postun  sahibi  olan  Eugene  Meyer  olur.    Dünya 
                                                           
2
 “The Role of the International Financial Institutions in Addressing Global Issues” VINAY BHARGAV 


 
Bankının  ilk  kredit  verdiyi  ölkələr  isə  Çili,  Çexoslovakiya,  Danimarka,  Fransa,  
Lüksemburq və Polşa olmuşdur.
  Dünya Bankının hazırda 188 üzvü var.
3
 
Dünya  Bankı  idarəetmə  şurasının  rəhbərliyi  altında  fəaliyyət  göstərir. 
İdarəedici şura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır. 
Hər  bir  üzv  ölkə  idarəedici  şurada  təmsil  olunur.  Və  hər  bir  üzv  dövlət  adətən 
nazir  səviyyəsində  hökumət  rəsmisindən  ibarət  olan  başçı  təyin  edir.  Üzv  olan 
ölkələrin  icraçı  direktorları  idarəetmədə  öz  payları  olan  aksionerlərdir.  Hansı  ki, 
son qərar qəbul olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və 
alternativ  idarəçi  təyin  edir  ki,  onlar  da  Baş  İdarə  Heyətinin  qərarlarını  yerinə 
yetirir. İdarəçilər hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilin payızında 
Vaşinqtonda keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət 
prinsipləri haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edirlər, ilkin kapital 
haqqında dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin 
bölünməsini,  büdcəni  və  maliyyə  hesabatlarını  təsdiqləyirlər.  Göründüyü  kimi 
hökumət nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar 
Şurası görür.  
         Beş  iri  aksionerin  –  ABŞ,  Fransa,  Almaniya,  Yaponiya  və  İngiltərənin 
ayrılıqda öz icraçı direktorları var. Ənənəyə görə Dünya Bankının prezidentliyinə 
5 il müddətinə ən iri aksioner ölkənin – ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar 
Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdehdir. 
Dünya Bankı Qrupuna: 
 
1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 1945 
 
2. Beynəlxalq İnkişaf Assosasiyası, 1960 
 
3. Beynəlxalq Maliyyə Korporasiyası, 1956 
 
4. İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentlik, 1988  
 
5.  İnvestisiya  Mübahisələrinin  Nizamlanması  üzrə  Beynəlxalq  Mərkəz  – 
aiddir. 
                                                           
3
 
World Bank Group, 2012



 
Sosial  ədalət    prinsipləri    üzərində    qurulmuş  stabil,  dayanıqlı    inkişaf 
prosesində hər bir  inkişaf etməkdə olan  dövlətə yardım etmək məqsədilə Dünya 
Bankı  öz maliyyə resurslarından, yüksək ixtisaslı  personalından  və geniş bilik 
bazasından    istifadə  edir.  Burada  əsas  diqqət    əhalinin    yoxsul    təbəqələrinə    və 
yoxsul    ölkələrə    yardım    göstərməkdir.  2010-ci  maliyyə  təqvimində  qurum 
tərəfindən  30  mlrd.  dollardan  çox  kredit  vəsaiti  bankın  beynəlxalq  miqyasda 
müştəri  ölkələrinə  paylanmışdır.  Təşkilat  100-dən  çox  inkişaf  etməkdə  olan 
ölkədə çalışmaqla ən kasıb əhali və ən kasıb ölkələrə yardım etmək kimi sadə və 
əhəmiyyətli  hədəflər  uğrunda  iş  görür.  Dünya  Bankının  əsas  məqsədi  inkişaf 
etmiş ölkələrin maliyyə dəstəyi ilə inkişaf etməkdə olan ölkələrdə həyat şəraitini 
yaxşılaşdırmaqdır.  DB vasitəsilə verilən kreditlər iki əsas növdə təqdim olunur: 
investisiya  kreditləri  və  inkişaf  məqsədilə  verilən  kreditlər.  İnvestisiya  kreditləri 
uzun müddətə verilir (5-10 il). İnvestisiya kreditlərindən ən müxtəlif sektorlarda 
sosial-iqtisadi  inkişaf  layihələri  çərçivəsində  əmtəə,  iş  və  xidmətlərin 
maliyyələşdirilməsi  məqsədilə  istifadə  olunur.  Son  2  onillik  ərzində  investisiya 
kreditləri DB tərəfindən ayrılan kreditlərin 75-80%-ni təşkil etmişdir. Hal-hazırda 
investisiya kreditlərinin 7 növünü fərqləndirirlər:
4
 
Adaptasiya  proqram  kreditləri  -  uzunmüddətli  inkişaf  proqramlarının 
reallaşdırılmasına kömək məqsədilə təqdim olunur.  
Fövqəladə bərpa kreditləri - adətən ölkə iqtisadiyyatına ağır zərbə vurmuş 
müharibə,  təbii  fəlakət  kimi  fövqəladə  hadisələrdən  sonra  istehsalı  bərpa  etmək 
məqsədilə verilir.  
Maliyyə  vasitəçilərinə  verilən  kreditlər  -  yerli  maliyyə  institutlarına 
investisiya  tələblərini  ödəmək  məqsədilə  uzun  müddətə  verilən  kreditlərdir.  Bu 
kreditlər 
maliyyə 
sektorunda 
islahatlar, 
maliyyə 
sisteminin 
rəqabət 
qabiliyyətliyinin artırılması məqsədilə verilir.  
                                                           
4
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik 

10 
 
Eksperimental  və  innovasiya  kreditləri  -  bu  kiçik  investisiya  layihələrinin 
maliyyələşdirilməsi  məqsədilə  verilir  və  həcmi  adətən  5  mln  ABŞ  dolları, 
layihənin müddəti isə 2-3 il olur.  
Konkret  investisiya  layihələrinə  verilən  kreditlər  -  iqtisadi,  sosial  və 
institutsional  infrastrukturun  yaradılması,  bərpası  məqsədilə  həyata  keçirilən 
layihələrə dəstək məqsədilə verilir.  
Sahəvi  əhəmiyyəti  olan  investisiya  kreditləri  -  konkret  sektorlarda  dövlət 
proqramlarına təqdim olunur.  
Texniki yardım kreditləri - üzv ölkələrə institutsional potensialın artırılması 
məqsədilə təqdim olunur.  
İnkişaf  məqsədilə  verilən  kreditlər  institusional  və  siyasi  islahatların 
dəstəklənməsi  məqsədilə  tezləşdirilmiş  maliyyə  resurslarının  ayrılması  yolu  ilə 
təqdim olunur. Adətən 1-3 il müddətinə verilir. Son 2 onillik ərzində bu kreditlər 
Dünya Bankı tərəfindən ayrılan bütün kreditlərin 20-25%-ni təşkil etmişdir.
5
 
Dünya Bankının  əldə etdiyi  bir sıra nailiyyətlərə nəzər yetirək: 
-əhalinin orta yaş müddəti 55-dən 65-ə qalxmışdır; 
-yaşlı əhali arasında savadlıların  sayı iki dəfə  artmışdır; 
-məktəblərdə  oxuyan  şagirdlərin  sayı  411  milyondan  681  milyona 
çatmışdır; 
-uşaq ölümü 50 % azalmışdır.
 
DB-nin əsas məqsədi özünün maliyyə, kadr və geniş təcrübə imkanlarından 
istifadə  etməklə  kasıb  ölkələrin  yoxsul  əhalisinə  yardım  etmək,  ölkələrə 
yoxsulluğun  aradan  qaldırılması,  iqtisadi  artımın  təmin  olunması  və  əhalinin 
həyat  səviyyəsinin  yüksəldilməsi  məqsədilə  kömək  etməkdir.  100-dən  artıq 
İEOÖ-lə  əməkdaşlıq  etməklə  DB  həmin  ölkələrdə  səhiyyə  və  təhsil  sistemini 
inkişaf etdirməyə, korrupsiya ilə mübarizə aparmağa, kənd təsərrüfatının inkişaf 
etdirilməsinə,  yol  və  limanlarn  tikilməsinə  və  ətraf  mühitin  qorunmasına  kömək 
                                                           
5
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik 

11 
 
edir. Dünya Bankının yoxsulluğun azaldılması strategiyasının 2 mühüm prinsipi 
aşağıdakılardır: 
- Əlverişli investisiya mühitinin yaradılmasına dəstək; 
Kasıb əhaliyə səlahiyyətlərin verilməsi. 
 Ötən  illərdə  Dünya  Bankının  kredit  verərkən  qoyduğu  yüksək  faiz  və 
verilən  kreditin  azlığı  inkişaf  etməkdə  olan  ölkələr  tərəfindən  narazılığa  səbəb 
olmuşdur. Bu narazılığı ortadan qaldırmaq üçün Dünya Bankı öz siyasətində bəzi 
dəyişikliklər etmişdir. Bu dəyişikliklər aşağıdakılardır: 
-    Dünya  Bankı  dövlət  qurumlarına  və  sahibkarlara  kreditlər  verir,  amma  özəl 
sektora  kredit  verərkən  aid  olduğu  dövlətin,  Mərkəzi  Bankın,  ya  da  başqa 
səlahiyyətli  orqanın  zaminliyini  tələb  edir.  1970-ci  ildən  sonra  Dünya  Bankının 
kredit  siyasətində  mühüm  inkişaflar  oldu.  Bunlardan  biri    proqram  kreditlərinin 
verilməyə başlanmasıdır.  
-  1982-ci  ildə  Dünya  Bankı  “struktur  krediti”  proqramını  həyata  keçirməyə 
başladı.  Orta  və  uzun  illər  ərzində  iqtisadi  inkişaf  və  xarici  investorlarla 
ayaqlaşma  siyasətini  izləyir.  Kənd  təsərrüfatı,  enerji,  sənaye  kimi  sektorlar  və 
sub-sektorlar investisiyalarla təmin olunur. 
BYİB 1944-cü ildə BMT-nin maliyyə məsələləri ilə bağlı Bretton-Vudsda 
keçirilən  konfransında  yaradılıb.  1945-ci  ildə  28  ölkə  “BYİB  haqqında  razılıq 
statut”u imzaladı. 1947-ci ildə Baş Məclis bu razılığı təsdiqlədi. Orada deyilirdi 
ki,  BYİB  xarakterinə  görə  müstəqil  beynəlxalq  təşkilatdır  və  belə  də  fəaliyyət 
göstərməlidir.  BYİB  ixtisaslaşmış  qurum  kimi  BMT-nin  tərkibinə  daxildir. 
Bankın  BMT  qarşısında  vəzifəsi  konsultasiyalarda  iştirak  etmək  və  qeyri-
konfidensial  informasiyanı  təqdim  etməkdir.
6
 Qərargahı  Vaşinqtonda,  Avropa 
bürosu Parisdə, Asiya bürosu isə Tokiodadır. 
 
BYİB-nin əsas məqsədləri: 
                                                           
6
 Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Изд-во 
«Консалтбакир». Москва, 2002.Стр.: 104 

12 
 
 
1.İstehsal  məqsədli  kapital  qoyuluşunu  genişləndirməklə  inkişaf  və  
rekonstruksiya sahəsində əməkdaşlıq etmək; 
2. Özəl xarici investisiya qoyuluşunun artırılması;
  
İnvestisiyaların  kreditləşdirilməsi  məsələsinə  BYİB-in  yanaşması  “layihə 
tsikli”  adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl  beş mərhələdən ibarətdir: 
- layihənin seçilməsi, hazırlanması və qiymətləndirilməsi;  
-danışıqlar aparılması; 
-layihənin icraçı direktorlar şurasına təqdim edilməsi;  
-layihənin həyata keçirilməsi və onun gedişinə cari nəzarət;  
-layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.
        
Kreditin  təqdim  edilməsi  şərtləri  bank  ilə  borcalan  ölkə  arasında  sazişə 
əsasən  müəyyən  edilir.  Kreditlərin  əksəriyyəti,  bir  qayda  olaraq  15-20  il 
müddətinə  verilir.  Bu  müddətin  3-5  ili  güzəştli  dövrdür.  Həmin  müddətdə  borc 
alan yalnız borcun cari məbləği üzrə faizlər ödəyir, əsas borcun məbləğini isə bu 
dövrdə  ödəmək  tələb  olunmur.  Borcun  ödənilməsinin  standart  şərtləri  ölkələrin 
kateqoriyalarına,  o  cümlədən  borcalan  ölkənin  tədiyyə  qabiliyyətinə  və  onun 
əhalisinin  adambaşı  gəlirlərinə  əsaslanır.  BYİB-na  üzvlük  ancaq  BVF-nun 
üzvlərinə,  DB-nın  müəyyən  etdiyi  şərtlərlə  açıqdır.  Hər  yeni  üzv  olan  dövlət 
Banka kapital qoymalıdır. Qoyulacaq kapitalın miqdarı bank tərəfindən müəyyən 
olunur.
  
BYİB-in  maliyyə  vasitələri    üzvlük    haqları,  investisiyalar  və    dünya  
kapital bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən 
indiyədək    BYİB-in    Afrika,  Asiya,  Avropa  və  Latın  Amerikasında    regional 
missiyaları  fəaliyyət  göstərir.  Bankın  70  regional  və  ölkə  büroları  və  
nümayəndəlikləri  mövcuddur.  Hər  bir  ölkənin  payı,  həmin    ölkənin 
iqtisadiyyatının,  dünya    iqtisadiyyatına    nisbəti    ilə    müəyyənləşir.  Sənayecə  
İnkişaf    Etmiş    Ölkələrin  payına  (Böyük  Yeddilik  –Group  7)    45%  düşür.  Bu 
onların  beynəlxalq    iqtisadi  əlaqələrdə    tutduğu    əhəmiyyətli  yerlə  izah  olunur.  
Amerika Birləşmiş Ştatlarının payı  17 % təşkil edir. 

13 
 
 BYİB-nın quruluşu aşağıdakı kimidir:
7
 
 
1. Müdirlər Şurası 
 
2. İcraçı Direktorlar Şurası və komitələr 
 
3. İnkişaf komitəsi 
 
4. Prezident 
 
Müdirlər  Şurası  BYİB-nın  ali  orqanı  sayılır.  Bütün  səlahiyyətlər  ona 
məxsusdur.  Hər  bir  dövlət  burada  bir  idarəedici  və  onun  müavini  ilə  təmsil 
olunur.  Onlar  beş  ilə  təyin  edilirlər,  təkrar  təyinat  mümkündür.  İdarəedicilər 
dövlətin nazirlər səviyyəsində məsul şəxsləri olur. Müdirlər Şurası adətən ildə bir 
dəfə təklikdə, həmçinin  BVF-nun  İdarəedicilər  Şurası  ilə birgə  müşavirə keçirir. 
Bankın  ümumi  siyasətini  müəyyənləşdirir.  Həmçinin  yeni  üzləri  qəbul  edir, 
bankın  nizamnamə  kapitalının  həcmi  barədə  qərar  verir,  təmiz  gəliri 
müəyyənləşdirir.  Statut  razılaşması  ilə  ancaq  onun  səlahiyyətləri  çərçivəsinə  aid 
olan  bəzi  xüsusi  səlahiyyətləri  çıxmaqla,  (yeni  üzvlərin  qəbulu,  nizamnamə 
kapitalın artırılması və ya azaldılması, üzvlüyün dayandırılması kimi məsələlər), 
öz  səlahiyyətlərini  İcraçı  Direktorlar  Şurasına  verir.
8
 Əgər  xüsusi  bir  prosedur 
nəzərdə tutulmayıbsa, İdarəedicilər Şurasında  qərarlar adi səs çoxluğu ilə qəbul 
olunur.  Hər  bir  ölkənin  səs  payı  nə  qədər  səhmlərə  malik  olmasından  asıldır. 
Səslərin  17,42%-i  təkcə  ABŞ-a  məxsusdur.  Təəssüfedici  hal  odur  ki,  eyni 
miqdarda  səs  faizinə  həmçinin  140  inkişaf  etməkdə  olan  ölkə  malikdir.  İcraçı 
Direktorlar  Şurası  Bankın  operativ  fəalyyətinə  cavabdehdir.  Onlar  bankın 
siyasətini  müəyyənləşdirir,  borc  və  kreditlər  haqqında  təklifləri  qiymətləndirir, 
hesabları  auditor  yoxlamasından  keçirir  və  s..  İdarəçilər  Şurasının  24  üzvü  var. 
Ən  çox  səhmlərə  malik  olan  beş  idarəçi  direktora  malikdir.  Qalan  19  yerdə 
ölkələr  qrup  şəklində  təmsil  olunurlar.  Dövlətlər  istədikləri  şəkildə  qruplaşa 
bilərlər.  Çox  vaxt  coğrafi  cəhətdən  qonşu  olan  ölkələr  qruplar  yaradırlar.  Lakin 
siyasi  və  mədəni  faktorlar  da  nəzərə  alınır.  Bir  qayda  olaraq  digər  19  ölkənin 
                                                           
7
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik 
8
 Х. А. Шреплер « Международные економические организации» Изд-во 
«Международные отношения». Москва, 1999. Стр.: 71 

14 
 
içində  Çin,  Rusiya  və  Səudiyyə  Ərəbistanı  ayrıca  bir  nümayəndəyə  malik  olur. 
Bu onunla əsaslandırılır ki, hər biri güclü və nüfuzlu iqtisadiyyata malikdir. Ona 
görə də hər hansı qrup daxilində təmsil olunması kifayət etmir. Qalan üzvlər isə 
qrup  şəklində  təmsil  olunur.  İcraçı  Direktorlar  Şurası  öz  fəaliyyətində  bir  çox 
komitələrə  əsaslanır:  kadr  siyasəti  üzrə  komitə;  reqlamentin  hazırlanması  üzrə 
komitə;  effektiv  xərcləmə  və  büdcə  praktikasıyla  bağlı  komitə;  birgə  auditor 
komitəsi;  inzibati  məsələlər  üzrə  komitə;  müvvəqqəti  komitələr.  İnkişaf  üzrə 
Komitə BYİB ilə BVF-nun İdarəedicilər Şuralarının nazirlər komitəsidir. Nazirlər 
və ya uyğun səlahiyyətli məsul şəxslərdən ibarət 24 üzvü var. Komitə kasıblığın 
azaldılması,  özəl  sektorun  inkişafı,  inkişaf  etmiş  ölkələrin  siyasətinin  inkişaf 
etməkdə  olan  ölkələrə  təsiri  kimi  məsələlərə  baxır.  DB  ilk  yarananda  məhz  bu 
qurum Avropanın rekonstruksiyasına cavabdeh idi. 1948-1952-ci illərdə Marşall 
Planı  BYİB-nın  vasitəsilə  həyata  keçirilmişdi.  Beynəlxalq  Maliyyə 
Korporasiyasına,  İnvestisiya  Təminatı  üzrə  Beynəlxalq  Agentlik  və  İnvestisiya 
Mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəzə üzv olmaq üçün birinci 
BYİB-na üzv olmaq lazımdır. Prezident bir qayda olaraq ən çox səhmə sahib olan 
dövlət  - ABŞ-dan olur. ABŞ prezidenti bankın prezidentliyinə namizəd təklif edir 
və  İdarəedicilər  Şurası  onu  seçir.  Səlahiyyət  müddəti  beş  ildir.  O,  nə  idarəedici, 
nə  direktor,  nə  də  müavin  ola  bilməz.  Prezident  İcraçı  Direktorlar  Şurasının 
nümayəndəsi hesab  olunur.  Onlar  onu  vəzifəyə  təsdiq  edir  və  ya  vəzifədən  azad 
edir. Bankın kapitalı 1994-cü ildə 165 milyard dollar olmuşdur ( tərkibinə uyğun 
olaraq  kapitalı  184  milyard  dollar  olmalı  idi.).
9
 60-cı  illərə  qədər  daha  çox  varlı 
inkişaf etməkdə olan ölkələrə kredit verib. Sonralar inkişaf etməkdə olan ölkələrə 
də  kredit  verməyə  başlayıb.  Beynəlxalq  Maliyyə  Korporasiyası  və  Beynəlxalq 
İnkişaf  Assosasiyası  inkişaf  etməkdə  olan  ölkələrə  kredit  vermək  məqsədilə, 
BYİB-nın filialları kimi yaradılmışdı. Bank əsasən 2 tipli kreditlər verir: 
                                                           
 
9
 «Основы международных валютно-финансовых и кредитных отношений» Учебник под 
редакции В. В.  Кругулова. Изд-во ИНФРА-М. Москва, 2000. Стр.: 408 

15 
 
 
1.  Bazar  qiymətlərinə  uyğun  gələn  faizlər  vermək  imkanında  olmayan 
inkişaf etməkdə olan ölkələrə borc verir. 
 
2. BİA vasitəsilə beynəlxalq maliyyə bazarlarından kredit almaq qabiliyyəti 
olmayan ölkələrə kredit verir. BYİB orta və aşağı gəlirli ölkələrə kredit verir. Bu 
zaman  ölkənin  kredit  qabiliyyətli  olub-olmadığı  nəzərə  alınır.  Həmçinin  texniki 
dəstək və məsləhət verir, informasiya ilə təmin edir, treyninqlər keçirir. BYİB öz 
maliyyə  vəsaitlərini  öz  üzvlərindən,  beynəlxalq  kapital  bazarlarından,  bank 
gəlirlərindən əldə edir. 
 
1995-ci ildə Bank öz fəaliyyətinin 4 əsas istiqamətini elan etdi: 
 
1.  İnkişaf  etməkdə  olan  ölkələrin  tələbatını  ödəmək  üçün  kifayət  qədər 
resursların cəlb olunmasına nail olmaq
 
2. İnkişafa vahid yanaşma müəyyən etmək; 
 
3.  Həm  qlobal,  həm  də  lokal  səviyyədə  DB-nın  tərəfdaşlarının 
möhkəmləndirilməsi və genişləndirilməsi; 
 
4. Bankın fəaliyyətinin möhkəmləndirilməsi. 
 
DB 1994-cü ildə Vaşinqton, London, Paris, Tokioda üzv dövlətlərdə həyata 
keçirilən  layihələr  haqqında  məlumat  təqdim  edən  informasiya  mərkəzləri  açdı. 
Orada  rəsmi  sənədlərlə,  ekspertizaların  nəticələri,  ətraf  mühitin  mühafizəsi  ilə 
bağlı proqramlar və s. ilə tanış olmaq olar. 
 
BİA  1960-cı  ildə  yaradılıb.  Öz  nizamnaməsi  və  maliyyə  bazası  olduğuna 
görə  rəsmi  olaraq  müstəqil  sayılır.  Lakin  faktiki  olaraq,  BYİB  tərəfindən  idarə 
olunur,  onun  filialı  hesab  olunur.  BYİB-nın  prezidenti  eyni  zamanda,  BİA-nın 
prezidentidir. BİA BMT-nin nəzdində ixtisaslaşmış qurumdur. BİA-nın aşağıdakı 
məqsədləri var: 
 
1.İqtisadi  inkişaf uğrunda əməkdaşlıq; 
 
2.Əmək məhsuldarlığının artırılması; 
 
3.Üzv inkişaf etməkdə olan ölkələrdə həyat şəraitinin yaxşılaşdırılması. 
Assosiasiyanın və BYİB-in rəhbər orqanları müştərəkdir. BYİB-in prezidenti, 
müdirləri və direktorları BİA-da analoji vəzifələri tuturlar. BİA-da «çəkili» səslər 

16 
 
prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər 
5000 dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və 
maliyyə  normativlərini  nəşr  edir.  Beynəlxalq  İnkişaf  Assosiasiyasının  başlıca 
maliyyə  mənbəyi üzvlük  haqlarından gəlir. Üzv ölkələr 2 qrupa bölünür: 
a)
 
İqtisadi  baxımdan  daha    inkişaf    etmiş  ölkələr,  bunlar  26  ölkədən    ibarət 
olub Bankın maliyyə vəsaitlərinin başlıca hissələrini  ödəyənlərdir; 
b)
 
Az inkişaf etmiş dövlətlər, bunlar 134 ölkədən ibarətdir, Azərbaycan da bu 
qrup ölkələr siyahısına daxildir; 
 
BİA-ya  üzvlük  BİA-nın  müəyyən  etdiyi  şərtlər  və  zaman  çərçivəsində 
BYİB-nın üzvlərinə açıqdır. Quruluşu BYİB ilə eynidir. BİA ilə BYİB arasında 
əsas fərq onların maliyyə mənbələrində və hansı şərtlərlə kredit vermələrindədir. 
BYİB öz vəsaitlərini əsasən beynəlxalq maliyyə bazarlarında əldə edir və inkişaf 
etməkdə  olan  ölkələrə  kommersiya  banklarından  daha  aşağı  faizlə,  daha  uzun 
müddətə  kredit  verir.  BİA  isə  öz  donor  üzvlərinin  hesabına  ən  kasıb  ölkələrə 
faizsiz,  mənfəət  güdməyən  kreditlər  verir.
  Beynəlxalq  İnkişaf  Assosiasiyası 
yalnız  yoxsul  ölkələrə  kreditlər    verir  hansı  ölkələr  ki,  BYİB-dən  kredit  ala 
bilmirlər. Bu gün səksənə yaxın  ölkə bu  kateqoriyaya daxildir. Bu ölkələrdə 3,2  
milyarda yaxın  insan yaşayır. Onların təxminən 1,2 milyardının  gündəlik gəliri, 
1 dollardan  azdır.  BİA  kreditləri  25-40  illik  müddətə verir, ödənilməsinə  isə  10 
ildən sonra başlanılır.  BİA-nın 159 üzvü var. Bunlardan cəmi 26-sı inkişaf etmiş 
ölkədir.  BİA  kasıb  ölkələrlə  iqtisadi  inkişaf  uğrunda  əməkdaşlıq  edir,  konkret 
layihələrin  maliyyələşdirilməsi  üçün  onlara  maliyyə  dəstəyi  verir.  Həmin 
layihələrin  məqsədəuyğunluğu  BYİB-nın  mütəxəssisləri  tərəfindən  yoxlanılır. 
BİA aşağıdakı tələblərə cavab verən ölkələrə kredit verir: 
 
1. Ölkənin adambaşına düşən illik gəliri 1305 dollardan aşağı olmalıdır. 
 
2. Ölkədə kifayət qədər iqtisadi, maliyyə və siyasi sabitlik olmalıdır.Çünki 
uzunmüddətli kreditlər iqtisadi inkişafa nail olmaq məqsədi güdür. 
 
3. Ölkənin plateji balansla bağlı ciddi problemləri olmalıdır. 

17 
 
4. Ölkənin daxili siyasətində məqsəd iqtisadi inkişaf olmalıdır.
10
 
 
BİA-nın  kreditlərinin  45-50%  Afrika    ölkələrinin  (Saxara)    payına  düşür. 
Digər faizlər Asiya  ölkələri – Banqladeş, Hindistan, Pakistan və  Nepal  arasında  
bölüşdürülür.  Həmçinin  bu  qrupa    Çin,  Latın  amerikası  və  Karib    hövzəsi 
dövlətləri, Yaxın Şərq, Avropa və Mərkəzi  Asiya da daxildir. Müxtəlif donorlar 
hər  üç    ildən  bir  BİA  fonduna    vəsait  qoyurlar.  Ən    böyük  donorlar  ABŞ, 
Yaponiya,  Almaniya, Fransa,  Böyük Britaniya və İtaliyadır. Türkiyə və Koreya 
da donorlar sırasındadır. 
Kreditlər  verilərkən  adambaşına  düşən  illik  gəlir,  ərazinin  böyüklüyü, 
iqtisadi  siyasətin  effektivliyi  nəzərə  alınır.  BİA  kreditlərin  çoxunu  illik  gəliri 
adambaşına 800  dollar  düşən  ölkələrə verir.  Cənubi  Saxara  ölkələri  dünyada  ən 
kasıb, ən çox borcu olan ölkələr olduğundan onlar üçün Xüsusi Yardım Proqramı 
mövcuddur.  Kreditin  geri  qaytarılmasına  adətən  10  ildən  sonra  başlanır.  35-40, 
bəzən də 50 il sonra borclar ödənilir. Kredit milli valyutada təqdim olunur. 
 
BYİB-nın İdarəçilər Şurası, İcraçı Direktorlar, BYİB-nın Prezidenti, bankın 
məsul  şəxsləri  və  ştatdaxili  işçiləri  eyni  zamanda  BİA-da  analoji  fəaliyyətlə 
məşğul olurlar. BİA-nın 3 əsas maliyyə mənbəyi var:
11
 
 
1.BYİB-nın gəlirləri BİA-a da köçürülür. 
 
2.Üzvlük haqqı 
 
3.BİA-nın  daha  varlı  üzvlərinin(bura orta  gəlirli  ölkələr  də daxildir)donor 
kimi yardımı. 
 
BMK  1956-da  yaradılıb.  Faktiki  olaraq,  BYİB-nın  filialıdır  (həmçinin 
BMT-nin ixtisaslaşmış qurumudur.) 
 
BMK-nın əsas hədəfləri aşağıdakılardır: 
 
1.İqtisadiyyatın yüksək inkişaf sürətinin saxladılması; 
                                                           
10
 
Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Изд-во 
«Консалтбакир». Москва, 2002.Стр.: 108
 
11
 
Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Изд-во 
«Консалтбакир». Москва, 2002.
 

18 
 
 
2.Kasıblığın səviyyəsinin aşağı salınması; 
3.Regionda biznes üçün əlverişli mühiti inkişaf etdirmək.  
Beynəlxalq Maliyyə Korporasiyasının  fəaliyyətinin  3 əsas istiqaməti var : 
- Özəl sektorun layihələrinin maliyyələşdirilməsi; 
-  Ehtiyatların  səfərbərliyə  alınması  və  inkişaf    etməkdə  olan    ölkələrin 
şirkətlərinə  yardım; 
-  Biznes  və  hökumət  qurumlarına    texniki    və  konsultativ 
(məsləhətləşmələr) yardım. 
BMK  Afrikada,  Asiyada,  Avropa  və  Latın  Amerikasında    27 
nümayəndəliyi fəaliyyət göstərir. 
 
BMK-ya  üzvlük  BYİB-nın  bütün  üzvlərinə  BMK-nın  müəyyən  etdiyi 
şərtlər çərçivəsində açıqdır. Əsas hədəfi üzv dövlətlərdə iqtisadiyyatın inkişafına 
nail  olmaq  məqsədilə  xüsusi  sahibkarlığı  maliyyələşdirməkdir.  Özəl  kapitalın 
istehsal sferasına axınını stimullaşdırır. Həmçinin yerli və ya xarici investisiyalar 
hesabına yaradılmış kompaniyaların idarə olunmasına yardım edir. BMK birbaşa 
özəl kompaniyalara kreditlər verir. Dövlətlərdən təminat gözləmədən öz vəsaitini 
bu kompaniyalara investisiya edir. Kredit 7-12 ilə verilir. BMK müxtəlif maliyyə 
mənbələrindən  olan  resursları  özəl  sektora  investisiya  qoymaq  məqsədilə 
birləşdirməyə  çağırır.  Həm  də  özəl  firmalara  texniki  yardım  edir,  informasiya 
dəstəyi  verir.  Bu  dəstək  BMK-nın  nəzdində  olan  Texniki  Kömək  Fondu 
tərəfindən maliyyələşdirilir. 
 
Quruluşu aşağıdakı kimidir: 
 
1.Müdirlər Şurası. 
 
2.Direktorat. 
 
3.Prezident və İcraedici vitse-prezident. 
 
4.Bankın konsultativ komissiyası. 
 
5.İşçi konsultativ komitə.
12
 
                                                           
12
 Герчикова И. Н. « Международные економические организации: регулирование мирохозяйственных 
связей и предпрнимателской деятельности». Изд-во «Консалтбакир». Москва, 2002.Стр.: 110 

19 
 
 
 Ali  orqanı  Müdirlər  Şurasıdır.  Onun  tərkibinə  BYİB-nın  İdarəedicilər 
Şurasına daxil olan komanda daxildir. BYİB-nın prezidenti eyni zamanda BMK-
nın prezidentidir. İcraçı vitse-prezident və ona yardım edən 7 vitse-prezident var. 
İcraçı  Direktorlar  da  hər  iki  bankda  eyni  şəxslərdir.  Regionlar  üzrə  5  –  Cənubi 
Sahara, Asiya, orta Asiya, Yaxın Şərq və Şimali Afrika, LA və Karib hövzəsi və 
Avropa və  sahələr üzrə  4  -  aqrobiznes, kimya  və  neft-kimya,  infrastruktur, neft-
qaz və dağ sənayesi departamentlərinə bölünür. BMK maliyyə vəsaitini səhmlərə 
uyğun  olaraq  öz  üzvlərindən,  kreditlərdən  gələn  faiz  gəlirlərindən,  aksiya 
ştatından,  bahalı  kağızlarla  bağlı  əməliyyatlardan,  dividentlərdən,  dotasiya  və 
BYİB-nın  kreditlərindən,  xidmətlərinin  haqlarının  ödənilməsindən,  dünya 
maliyyə bazarlarından əldə edilən gəlirlərdən və maliyyə yığımlarından əldə edir. 
 
BMK 3 əsas prinsipə tabe olur: 
 
1.Katalizator prinsipi – layihələrə özəl investorların cəlb edilməsi. 
 
2.Rentabellik prinsipi – özəl sektorla əməkdaşlığın əsaslandırılması. 
 
3.BMK-nın  iştirak  prinsipi  –  BMK-nın  iştirakı  təbii  bazar  proseslərini 
tamamlamalıdır. 
 
İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik 1988-ci ildə BYİB-nın filialı 
kimi yaradılıb. Maliyyə baxımından müstəqildir . İxtisaslaşmış qurum kimi BMT-
nin  tərkibinə  daxildir.  Üzvlük  BYİB-nın  bütün  üzvlərinə  və  İsveçrəyə  açıqdır. 
Məqsədi  üzv  ölkələrin  inkişaf  etməkdə  olan  ölkələrə  qoyulan  investisiyalara 
təminat almaq, qeyri-kommersiya risklərindən sığortalamaqdır.  
 
Quruluşu aşağıdakı kimidir: 
 
1.Müdirlər Şurası. 
 
2. Direktorat və Direktoratın sədri. 
 
3.İcraedici vitse-prezident. 
 
Agentliyin ali orqanı  Müdirlər Şurasıdır. O, öz səlahiyyətlərini (ancaq ona 
aid  olan  yeni  üzvlərin  qəbulu,  üzvlüyün  dayandırılması,  kapitalın  artırılıb-
azaldılmasını  çıxmaqla),    Direktorata  həvalə  edir.  Şurada  hər  bir  ölkənin  bir 
idarəedicisi  və  müavini  var.  Ümumi  operativ  fəaliyyətə  görə  Direktorlar 

20 
 
cavabdehlik  daşıyır.  Direktorların  sədri  BYİB-nın  prezidentidir.  İcraedici  vitse-
prezident  Direktorat  tərəfindən  təyin  olunur  və  öz  funksiyalarını  onun  nəzarəti 
altında  həyata  keçirir.  O,  Agentliyin  işinin  təşkilinə,  personalın  işə  qəbulu  və 
işdən  azad  cavabdehdir.  BYİB-nın  məsul  şəxsləri  və  ştatdaxili  işçiləri  eyni 
zamanda Agentliyin işçiləridir. Maliyyə mənbəyi üzvlərin ödədiyi vəsaitlərdir. 
 
Agentlik əsasən 4 tipli qarantiyalar verir: 
 
1.Valyutanın dönərli olmaması – yerli valyutanın xarici valyutaya dönərli 
olmamasından doğan itkilərdən qoruyur. 
 
2.Ekspropriasiya 
– 
dövlətin 
mülkiyyət 
hüququnun 
ləğvi, 
məhdudlaşdırılması, həmçinin investisiya sığorta hüququyla bağlı hərəkətlərindən 
doğan itkilərdən sığortalayır. 
 
3.Müharibə  və  vətəndaş  narahatlığı  –  kompaniyaların  fəaliyyətini 
məhdudlaşdıran  və  ya  kompaniyaların  maddi  obyektlərinə  ziyan  yetirən,  yaxud 
onu  məhv  edən  müharibə  və  s.  kimi  hadisələrdən  doğan  zərərlərdən  müdafiə 
etməyə çalışır. 
4.Müqavilənin  pozulması  –  investorlar  müqavilələri  pozan,  yaxud  ləğv 
edən  ölkəyə  qarşı  məhkəmə  qərarına  yaxud  məhkəmə  qərarının  icrasına  nail  ola 
bilmədiyi halda yaranan zərərlərdən müdafiə edir.
13
 
 
BVF-nun  fəaliyyətinə  dünya  təsərrüfatının  strukturunun  təkamülü  təsir 
göstərir. Təşkilatın yaranmasından bugünə qədər dünya iqtisadiyyatında keyfiyyət 
dəyişiklikləri baş vermişdir. Onların ən mühümləri aşağıdakılardır: 
 
1.  Uzun  müddət  ABŞ  dünya  iqtisadiyyatında  lider  idi.  Lakin  80-ci  illərin 
sonunda  o,  bu  mövqeyi  itirdi.  Nəticədə    BVF-da  nisbətən  qüvvələr  balansı 
yarandı. 
 
2.  Eyni  zamanda  dünya  iqtisadiyyatında  Qərbi  Avropa  ölkələrinin  və 
Yaponiyanın payı artdı. 
 
3.  60-70-ci  illərdə  müstəmləkə  sistemi  tamamilə  dağıldı,  yeni  müstəqil 
dövlətlər yarandı. Onlar  BVF-nun tamhüquqlu üzvlərinə çevrildilər. 
                                                           
13
 Х. А. Шреплер « Международные економические организации» Изд-во 
«Международные отношения». Москва, 1999. Стр.: 90 

21 
 
 
4. Nəhayət 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində dünya Şərqi Avropa 
və  keçmiş  Sovet  İttifaqı  ölkələrində  gedən  dərin  siyasi  və  sosial-iqtisadi 
dəyişikliklərin şahidi oldu. 
 
Bütün  bu  dəyişikliklər  Fondun  fəaliyyət  mexanizminin  formalaşması  və 
transformasiyasında  öz  əksini  tapır,  fəaliyyətinin  əsaslarının  –  təşkilati  struktur, 
üzv  dövlətlərin  kvota  sistemi,onların  iqtisadi  siyasətinin  müşahidəsi,  kredit 
fəaliyyəti, 
beynəlxalq 
maliyyə 
münasibətlərinin 
nizamlanması  və  s. 
dəyişdirilməsində orientir rolunu oynayır. 
 
Bretton-Vuds razılaşmasına görə valyutaları dəyişmək üçün qızıl və dollara 
nisbətən  vahid  rəqəmlər  müəyyən  edildi.  Bir  dollar  müəyyən  bir  miqdar  qızıla 
bərabər  idi.  Banka  gedib  pulu  qızıla  çevirmək  olardı.  Amerika  dövləti  bunun 
daima belə qalacağına təminat verirdi, lakin dolların qızıla dönərliliyi 1971-ci ildə 
başa çatdı. Arxasında bəzən hətta ÜDM dayanmayan dollardan istifadə olunmağa 
başlanıldı. Əvvəllər mövcud olan mübadilə sistemi dağıldı. 
 
Üzv  olmaq  üçün  hər  bir  ölkə  kvota  ilə  müəyyən  olunan  məbləğ  təqdim 
etməlidir.  Kvotalar  təyin  edilərkən  ölkənin  iqtisadi  inkişaf  səviyyəsi  əsas 
götürülür. Hər 5 ildən bir kvotalara yenidən baxılır. BVF-nun ehtiyacları və üzv 
ölkənin iqtisadi şəraiti nəzərə alınmaqla, kvotalar artırıla və azaldıla bilər.
14
 
 
Əsas məqsədi aşağıdakılardır:
15
 
 
1.Valyuta sferasında beynəlxalq əməkdaşlığı yaratmaq. 
 
2.Üzv  dövlətlərin  valyuta  siyasətinin  koordinasiyası.Valyuta  kursunun  və 
dönərliyin nizamlanması. 
 
3.Valyuta  məsələlərində  üzvlər  arasında  uyğunsuzluqların  aradan 
qaldırılması. 
 
4.Üzvlərə valyuta məsələlərində konsultativ yardım edilməsi. 
 
5.Beynəlxalq  ticarətin  tarazlı  inkişafı  və  genişlənməsi  üçün  əlverişli 
mühitin yaradılması. 
                                                           
14
 
Х. А. Шреплер « Международные економические организации» Изд-во 
«Международные отношения». Москва, 1999. Стр.: 95
 
15
 
    
Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2. Baskı), Bursa 
1998.  s. 175 

22 
 
 
BVF qısa, orta və qismən uzunmüddətli kreditlər verir. BYİB-na üzv olmaq 
üçün  mütləq  BVF-na  üzv  olmaq  lazımdır.  BVF-nun  hal-hazırda  188  üzvü  var. 
2012-ci il aprel ayının 14-də   Cənubi Sudan Beynəlxalq Valyuta Fonduna (BVF) 
və Dünya Bankına (DB) üzv qəbul edilib. Cənubi Sudan  BVF və DB-nin 188-ci 
üzvü olub. 
 
Fondun quruluşu aşağıdakı kimidir: 
 
1.Müdirlər Şurası.Müvəqqəti komitə.İnkişaf üzrə Komitə. 
 
2.İcraçı Direktorlar Şurası 
 
3.BVF-nun ödəmə balansının statistikası üzrə komitəsi 
 
4.Sərəncamverici Direktor. 
 
Ali orqan Müdirlər Şurasıdır. Onun səlahiyyətləri çərçivəsinə yeni üzvlərin 
qəbulu,  kvotalara  yenidən  baxılması,  xalis  gəlirin  bölüşdürülməsi,  digər 
beynəlxalq  təşkilatlarla  əməkdaşlıq,  icraçı  direktorların  seçilməsi,  üzvlərin 
valyuta  prioritetlərinin  dəyişdərilməsinin  təsdiq  və  s.  daxildir  .  Hər  dövlət  bir 
idarəedici  və  onun  müavini  ilə  təmsil  olunur.  Əksər  hallarda,  idarəedicilər 
ölkələrin maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri və ya uyğun məsuliyyətli 
şəxslərdir. Beş illik müddətə təyin olunurlar. İldə bir dəfə toplanır. BVF səhmdar 
cəmiyyət kimi təşkil olunmuşdur. Ona görə də, hər bir dövlət Fondun kapitalında 
olan payına uyğun olaraq Fondun siyasətinə təsir göstərmək imkanına malikdir. 
Hər  bir  Fondun  kapitalında  payından  asılı  olmayaraq,  250  bazis  səsə  malikdir. 
Bundan başqa, ödədiyi hər bir 100 min maliyyə vahidinə görə 1 səs də qazanır. 
Xüsusi hallarda, səsvermə günündə borc verən dövlətlər hər 400 min dollara görə 
bir  səs  qazanır.  Bu  digər  üzv  dövlətlərin  səsinin  azalması  hesabına  başa  gəlir. 
Qərarlar bir qayda olaraq, adi səs çoxluğu ilə qəbul olunur. Bəzi qərarlar 70% səs 
çoxluğu,  ən  vacib  qərarlar  isə  85%  səs  çoxluğu  tələb  edir.  Ai  ölkələri  26,7% 
səsvermə hüququna malikdir. ABŞ-ın 18,2% səsvermə hüququ var. Almaniya və 
Yaponiya hər biri 5,5%, Rusiya 2,9% səsvermə hüququna malikdir. Burdan belə 
nəticə  çıxarmaq  olar  ki,  praktiki  olaraq  ABŞ  və  Aİ  Fondda  qərarların  qəbulu 

23 
 
prosesinə  nəzarət  edirlər.  Ümumiyyətlə  isə  inkişaf  etmiş  ölkələrin  payına  bütün 
səslərin 60,3%-i düşür.
16
 
 
Şuranın  əsas  alt  qurumlarından  biri  də  beynəlxalq  valyuta  siyasəti  üzrə 
Müvəqqəti Komitədir. Bu komitə 1974-cü ildə yaradılıb.
17
 24 üzvdən ibarətdir və 
ildə 3 dəfə toplanır. Məsləhətverici funksiya daşıyır. Komitə Beynəlxalq valyuta 
sisteminin  idarə  edilməsi  və  dəyişən  şərtlərə  uyğunlaşdırılması,  onu  gözləyən 
təhlükələr  və  Fondun  nizamnaməsinə  edilməli  olan  dəyişikliklərə  aid  məruzə 
hazırlayır.  Nizamnaməyə  əsasən  Müvəqqəti  Komitənin  qərar  qəbul  etmək 
səlahiyyəti yoxdur. İcraçı Direktorların təyin olunması və seçilməsi 2 ildə bir dəfə 
olur.  İlkin  yarandığı  dövrdə  12  üzvü  olsa  da,  hal-hazırda  24  icraçı  direktordan 
ibarətdir. Fondun kapitalında ən çox payı olan yeddi dövlət ayrıca nümayəndə ilə 
təmsil  olunmaq  hüququna  malikdir.  Bura  Almaniya,  Böyük  Britaniya,  Çin, 
Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Yaponiya aiddir. Ən çox kvotaya sahib olan 
5  ölkə  öz  nümayəndəsini  təyin  etmək  hüququna  malikdir:  ABŞ,  Almaniya, 
Yaponiya, Fransa,  Böyük Britaniya. Qalan 19 icraçı direktor digər üzv dövlətlər 
tərəfindən  hər  2  ildən  bir  seçilir.  BVF-nun  üzvləri  Fonda  qızıl  və  valyuta 
ehtiyatları,  iqtisadiyyatın  vəziyyəti,  ödəmə  balansı,  xarici  invstisiyalar  haqda 
məlumat  verməlidirlər.  Üzvlük  ölkələr  üçün  Fondun  müəyyən  etdiyi  şərtlər  və 
zaman  çərçivəsində  açıqdır.  Hal-hazırda  ABŞ  artıq  monopolist  şəkildə  Fondun 
siyasətini  müəyyənləşdirə  bilmir.  Bu  sahədə  onun  rəqibləri  Qərbi  Avropa  və 
Yaponiyadır. BVF-da qərarlar faktiki olaraq “10-lar” (Belçika, Niderland, Böyük 
Britaniya, Almaniya, İtaliya, Kanada , ABŞ, Fransa, İsveçrə,Yaponiya) və ya “7-
lər”qrupu (Belçika, Niderland və İsveçrəni çıxmaqla) tərəfindən qəbul olunur. 
 
BVF  kredit  əməliyyatlarını  ancaq  üzv  dövlətlərin  maliyyə  orqanları  ilə 
mərkəzi  banklar,  valyuta  stabilləşdirilməsi  fondları  həyata  keçirir.  Fond  öz 
üzvlərinə  ödəmə  balansının  müvəqqəti  çətinliklərini  həll  etməkdə  maliyyə 
yardımı  edir.  Bazar  İqtisadiyyatına  keçidlə  əlaqədar  ödəmə  və  ticarət 
                                                           
16
  Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 115 
17
 «Основы международных валютно-финансовых и кредитных отношений» Учебник 
под редакции В. В.  Кругулова. Стр.: 408 

24 
 
sistemlərində  problemlə  qarşılaşan  dövlətlərə  4-10  illik  kreditlər  verir.  BVF  öz 
üzv  dövlətləri  ilə  əlaqələrini  regional  bölmələri  vasitəsilə  həyata  keçirir:  Afrika,  
Avropa, Orta Şərq, Orta Asiya, Cənub-şərqi Asiya və Sakit okean regionu. 
 

: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə