MüNDƏRİcat giRİŞ


NƏTİCƏ.....................................................................................................................18 ƏDƏBİYYAT



Yüklə 1,32 Mb.
səhifə2/8
tarix31.12.2021
ölçüsü1,32 Mb.
#49957
1   2   3   4   5   6   7   8
Molekullarin-surətlərə-gorə-paylanmasi-Paylanma-funksiyasi

NƏTİCƏ.....................................................................................................................18

ƏDƏBİYYAT.............................................................................................................21

GİRİŞ
Atom və yaxud molekullar bir-birinə yaxınlaşdıqca, aralarındakı məsafədən

asılı olaraq, onlar arasında cazibə və itələmə qüvvələri meydana gəlir. Bir qədər sonra qeyd edəcəyimiz kimi, bu qüvvələrdən hansının özünü daha çox büruzə verməsi, atomlar (yaxud, molekullar) arasındakı məsafədən asılıdır. Məsafənin nisbətən böyük qiymətlərində cazibə qüvvəsi üstünlük təşkil edir. Məsafə azaldıqca, cazibə qüvvəsi ilə yanaşı itələmə qüvvəsinin də təsiri nəzərə alınacaq dərəcədə olur. Atomlararası (yaxud, molekullararası) məsafə kiçildikcə, itələmə qüvvəsi məsafədən asılı olaraq daha kəskin artdığına görə, onun təsiri get-gedə cazibə qüvvəsinin təsirini üstələməyə başlayır. Bu səbəbdən, məsafənin kifayət qədər kiçik qiymətlərində qarşılıqlı təsir,

demək olar ki, təkcə itələmə hesabına reallaşır.Maddənin maye və bərk halında olması, həmçinin bu aqreqat hallarında atomların bir-birindən müəyyən məsafədə yerləşərək diskret sistem yaratması, atomlar arasındakı cazibə və itələmə qüvvələrinin varlığı ilə əlaqədardır. Doğurdan da, atomlararası cazibə qüvvəsi mövcud olmasaydı, onlar birbirinə «bağlı» olmazdı, nizamsız istilik hərəkəti nəticəsində bir-birindən asılı olmayaraq, sərbəst hərəkət edərdi. Atomlararası itələmə qüvvəsi olmasaydı, atomlar bir-birinə kip birləşərək sözün əsl mənasında səlt (kəsilməz)sistem əmələ gətirərdi. İki neytral atom, yaxud molekul bir-birinə yaxınlaşdıqda, müəyyən məsafədən (atom, yaxud molekulun diametri tərtibində olan məsafədən) başlayaraq bir-birini cəzb etməyə başlayır. Oxucu, bu cəzbetmə qüvvəsinin ümumdünya cazibə qüvvəsi olduğunu düşünə bilər. Belə düşünmə, ilk baxışda təbii olsa da, yanlışdır. Müəyyən kütləyə malik molekullar arasında

həmişə mövcud olan ümumdünya cazibə qüvvəsi hiss olunmayacaq dərəcədə kiçik olduğuna görə, haqqındı söhbət apardığımız cazibənin səbəbini başqa yerdə axtarmaq lazımdır.

Bildiyimiz kimi, istər atomlar, istərsə də molekullar yüklü elementar hissəciklərdən ibarət mürəkkəb sistemlərdir. Ona görə də, atom və molekullar

arasında çox zəif ümumdünya cazibə qüvvəsi ilə yanaşı, həm də elektromaqnit təbiətli cazibə qüvvəsi mövcuddur. Müəyyən olunmuşdur ki, söhbətini etdiyimiz bu cazibə qüvvəsi, qarşılıqlı təsirdə iştirak edən maddi hissəciklər arasındakı məsafənin 7-ci dərəcəsi ilə tərs mütənasibdir:



r7F A c = − .

Burada, A- mütənasiblik əmsalı, r isə qarşılıqlı təsirdə olan hissəciklərin mərkəzləri arasındakı məsafədir. Göründüyü kimi, bu qüvvə mərkəzi qüvvədir.

Ümumiyyətlə, mərkəzi qüvvə (yalnız təsir məsafəsindən asılı olmaqla təsir xətti mərkəz adlanan nöqtədən keçən qüvvə) ilə onun yaratdığı potensial sahə arasında qüvvənin cazibə, yaxud itələmə olmasından asılı olmayaraq, F = −dU / dr asılılığı mövcuddur. Bunu nəzərə aldıqda, iki atom (yaxud, iki molekul) arasında mövcud olan qarşılıqlı təsir enerjisi:

cU.= - a / r 6




  1. Yüklə 1,32 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin