33
ölkələri nefti ucuz qiymətə satmaqla borclarını qaytarırlar. DB-nın verdiyi
kreditlərin 90%-i yenidən ABŞ-a qayıdır. Çünki nəzərdə tutulan layihələri
Bechtels, Halliburtons kimi iri Amerikan korporasiyaları həyata keçirirlər.
Tez-tez beynəlxalq məliyyə və ticarət təşkilatlarının fəaliyyəti dünyanı
əhatə edən imperiya ilə müqayisə edilir. Bu imperiyanı böyük bankların ,
korporasiyaların və hökumətlərin rəhbərləri idarə edir.
22
Buna ən yaxşı nümunə
Mac Namaradır. O, “Ford” kompaniyasının prezidenti idi. Sonra Kennedi və
Conson administrasiyasında müdafiə nazirinin katibi oldu. Ən axırda isə DB-nın
prezidenti təyin olundu. DB-nın keçmiş prezidenti Pol Vulfovitsi neokonservativ
Robert Zollik əvəz etdi. O, DTT-da ABŞ-ın ticarət təmsilçisi idi və hansı yolla
olur olsun, qərarların ABŞ-ın xeyrinə qəbul edilməsinə nail olmağı ilə tanınırdı.
Hal-hazırda dünya dəhşətli aclıq təhlükəsi ilə üz-üzədir. Bunu beynəlxalq
maliyyə qurumları özləri də etiraf edirlər. Halbuki onların bu uzunmüddətli
fəaliyyət dövründə 3-cü dünya ölkələrində vəziyyət yaxşılaşmalı idi. DB etiraf
edir ki, kənd təsərrüfatı ilə bağlı zəif fəaliyyət qurub. DB kənd təsərrüfatında özəl
sektorun payını artırmağa çalışır. Lakin dövlət sektoru bu sahədən uzaqlaşdıqda
özəl sektor müxtəlif səbəblərdən bu boşluğu doldura bilmir.
23
Ticarətin
liberallaşdırılması barədə müqavilələr və DB qarşısında borc öhdəlikləri ərzaq
suverenliyini mümkünsüz edir. İnkişaf etmiş ölkələrdə istehsal olunan ucuz
mallar isə kiçik biznesi məhv edir.
Bilindiyi kimi, Beynəlxalq maliyyə təşkilatlarının quruluşu az sayda varlı
dövlətin ciddi inhisarçılığına əsaslanır. BVF-nun 70 illik tarixində Yaponiya və
Avropa dövlətləri demək olar ki, bir dəfə də ABŞ-ın qərarına zidd qərar
verməyiblər. Aİ BVF-nun baş direktorunu, ABŞ isə DB-nın prezidentini təyin
edir. Dünya iqtisadiyyatında Çin kimi nəhəng ölkə var. Çinin iqtisadi gücü ABŞ-
dan çoxdur. Bu institutlarda islahatların keçirilməsi də elə ABŞ və Aİ-nın öz
mənafelərinə uyğundur. Çinin sürətlə iqtisadi inkişafını nəzərə alaraq, DB-da
22
“ Financial Globalization and Exchange Rates” Philip R. Lane Gian Maria, Milesi Ferrenti
23
World Bank, 1998, Assessing Aid: What Works, What Doesn't and Why
(New York: Oxford
Dostları ilə paylaş: