Ədəbiyyat siyahısı....................................................................
Giriş Düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın vasitələrindən obyektlərin müdafiəsi və yaranan şəraitin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahların və digər vasitələrin təsir prinsipini bilmək lazımdır. Düşmənin tətbiq etdiyi kütləvi qırğın vasitələrinin növündən asılı olaraq nüvə, kimyəvi, bakterioloji (bioloji) zərbə ocağı və radioaktiv, kimyəvi, bakterioloji (bioloji) yoluxma zonası yarana bilər. Adi qırğın vasitələri tətbiq olunması zamanı belə zərbə ocağı əmələ gələ bilər. İki və daha çox kütləvi qırğın vasitələrinin tətbiqi zamanı ikili kombinə edilmiş zərbə ocağı yaranır.
Son illərdə adi silahların sayının və keyfiyyətinin yüksəlməsi hesabına inkişaf etmiş ölkələrin döyüş potensialının kəskin artması qeyd olunmalıdır. Kifayət qədər kütləvi qırğın silahları ehtiyatını artıran böyük dövlətlər fikirlərini adı silahların istehsalına yönəltmişlər. Bu silhaların da hədəf alma keyfiyyəti və döyüş effektliliyinin artmasının kəskin inkişaf nəzərə çarpır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür. Son hərbi əməliyyatlardan aydın oldu ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasitələrinin bir növü olan dəqiq silahlardan istifadəyə önəm verilməsi konsepsiyası əsas rol oynayır, əsasən də geniş miqyaslı əməliyatlar həyata keçirmədən uzaq məsafədən idarə olunmaqla hücumlar həyata keçirilirdi.