Etika və əxlaq. Bunlar bir-biri ilə bağlı olan başqa-başqa məfhumlardır.
Etika elmdir, özü də əxlaq haqqında elmdir. Etika əxlaq məsələlərini öyrənir.
Əxlaq bu və ya digər cəmiyyətdə adamların bir-birinə, ətraf mühitə münasibətlərini tənzimləyən mənəvi keyfiyyətlərin, qaydaların məcmusudur. Hər hansı şəxsin mənəvi simasını müəyyənləşdirmək üçün birkəyaşayış qaydalarına onun nə dərəcədə əməl etdiyinə də diqqət yetirilir. Cəmiyyətdə birgəyaşayış qaydalarına tam əməl edən şəxsə “əxlaqlı adam”, “insan adam”, “gözəl adam”, “ədəbli adam” deyilir; həmin qaydaları pozan, bu qaydalara tam laqeyd olan şəxs isə “əxlaqsız adam”, “insanlıqdan uzaq adam”
hesab
edilir.
Əxlaq, yəni birgəyaşayış qaydaları adamların şüuruna hakim kəsildikdə və oradan davranışa süzüldükdə güclü hərəkətveriçi qüvvəyə çevrilir.
Əxlaq qaydalarının tərkibində milli dəyərlərlə yanaşı ümumbəşəri dəyərlər də olur. Birinci qrupa yalnız bir xalq
uçün spesifik olan qaydalar, ikinci qrupa isə bütün xalqların əməl etdikləri qaydalar aiddir. Məsələn, Azərbaycan xalqı arasında geniş yayılmış
böyüklərə ehtiram, qadınlara hörmət, valideynlərə qayğı, nəqliyyata minəndə qadınları qabağa buraxmaq kimi əxlaq qaydaları
milli dəyərlərimizdir; haqq, ədalət, azadlıq kimi mənəvi keyfiyyətlər ümumbəşəri dəyərlərdir. Bu cür dəyərləri araşdıran elm – etika adlanır.
Dostları ilə paylaş: