Əsərlərinçapınayardımedilməsi.Məlumdur ki, namizədlik və ya doktorluq dissertasiyası yazmaq yüksək ixtisaslı elmi- pedaqoji kadr olmaq üçün zəruri şərt olsa da kifayət deyil. Bundan ötrü dissertasiyada irəli sürülən fikirlərin, əsaslandırılan təkliflərin həyatiliyini mudafiə etməyi bacarmaq lazımdır. Bu sonuncuya nail olmaq üçün aspirant, dissertant və ya doktorant həmin fikirlərinin və təkliflərinin həyata tətbiqini, yaxud çapını təşkil etməlidir. Fikir və təkliflərin istehsalatda tətbiqi və ya çapı isə asan iş deyil: dissertasiya yazmaq qədər çətindir. Bu çətinliyin öhdəsindən gəlmək üçün ali məktəb, imkanları daxilində, iddiaçılara (aspiranta, dissertanta, doktoranta) köməklik göstərir.
Bəzi ali məktəblərin nəşriyyatları, bəzilərinin mətbəələri fəaliyyət göstərir. Çap üçün bu imkanlardan da istifadə edilir. Bəzi ali məktəblər müəyyən istiqamətlər üzrə elmi əsərlər toplusu çap etdirmək hüququna malikdir. Bu imkanlardan da istifadə etmək mümkündür. Bəzən respublika və ya dünya miqyaslı elmi məclislərin materialları çap olunur. Belə bir imkan da diqqət mərkozində saxlanılır. Nəhayət, respublikamızda əsəri depanə etmək imkanından da istifadə olunur.