MüNDƏRİcat


AzərTAc XVII Ümumdünya Sosiologiya Konqresi



Yüklə 1,64 Mb.
səhifə59/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   55   56   57   58   59   60   61   62   ...   100
AzərTAc

XVII Ümumdünya Sosiologiya Konqresi

(İsveç, Qöteburq şəh. 09 iyul 2010-cu il)


Sosiologiya Hərəkətdə
11-17 iyul 2010-cu il tarixlərində İsveçin Qöteburq şəhərində XVII Ümumdünya Sosiologiya Konqresi keçirilmişdir. Beynəlxalq Sosiologiya As­sosiasiyası (ISA) və İsveç Sosiologiya Assosiasiyasının birgə təşkil et­dik­lə­ri konqresin işində dünyanın müxtəlif ölkələrindən 5007 elm adamı iştirak edirdi.

Konqresin əsas mövzusu kimi təşkilatçılar tərəfindən “Sosiologiya Hərəkətdə” adı seçilmişdi.

Beynəlxalq Sosiologiya Assosiasiyasının nəzdində daimi fəaliyyət gös­­tərən əlliyə yaxın elmi-tədqiqat qruplarının sessiyalarında dinlənilən mə­ru­zələr arasında müasir cəmiyyətdə baş verən sosial və mədəni dəyişikliklər, mə­dəni plüralizm və relyativizm, müasir cəmiyyətlərin struktur-funksional sis­temlərinin və əhalisinin yaşlanması problemləri, qloballaşma konteks­tin­də sağlamlıq və xəstəlik mövzusu, qloballaşma və qlo-lokal münasibətlər, mə­dəni müxtəliflik və dialoq mövzusu, modernləşmə və post modernizm, miq­­rasiya proseslərinin etnik və mədəni müxtəlifliyə təsiri problemləri, təh­sil islahatları və ekoloji problematika üstünlük təşkil edirdi. Xüsusilə ekoloji prob­lemlər gündəmin ilk sıralarına yüksəldi. Konqresin həm plenar iclas­la­rın­da, həm də tədqiqat qruplarının sessiyalarında tədqiqatçılar əgər qabaq­la­yı­cı tədbirlər vaxtında görülməzsə dünyanın təsisatlanmış canlı mühitini də­yiş­dirə biləcək mega-risklər və təhlükələr astanasında olduğu qeyd olun­muş­dur.

Konqresin işində azərbaycanlı alimlər (Süleymanlı Ə., Quliyev R., Qu­­liyeva S.) də iştirak etmişlər. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı “23-cü elm və texnolologiya sosiologiyası” tədqiqat qrupunun sessiyasında “Liberallaşma kontekstində müasir cəmiyyətlərdə elm adamları, tələbələr və universitet arasında qarşılıqlı münasibətlər” məruzəsi ilə çıxış etmişdir.


Kon­­qresdə bir sıra təşkilati məsələlər də müzakirə edilmişdir. Növbəti dörd il üçün həm tədqiqat qruplarında, həm də Beynəlxalq Sosiologiya As­so­si­a­si­ya­sının idarə heyətinə yeni seçimlər keçirilmişdir. Amerikalı sosioloq Maykl Buravoy növbəti dörd il üçün Beynəlxalq Sosiologiya Asso­si­a­si­ya­sı­nın prezidenti postuna seçilmişdir. Növbəti konqresin Yaponiyanın Ya­ko­ha­ma şəhərində keçirilməsi qərarlaşdırıldı.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin