MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə27/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   23   24   25   26   27   28   29   30   ...   100
Antik dövr

Hələ qədim dövrdə həqiqətin tək mənbəyi kimi təbiəti götürənlər onu öyrənmək üçün vasitələr arayıb-axtarmışlar. Məsələn, ilahi istedada malik şəxslər (maqlar, şamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-ayrı ri­tu­al­lar­la, dualarla təbiətin sirlərinə şamil olmağa, təbiət hadisələrinə müdaxilə etməyə, hətta onları özlərinə tabe etməyə çalışmışlar. Təbiətin sirri ilə ya­na­şı, qədim miflərin, əfsanələrin bildirdiyinə görə, insanlar əbədiyyətin sirrini də təbiətin özündə axtarmışlar. Buna nümunə olaraq, Qədim Şumer abidəsi olan «Bilqamıs dastanı»nı göstərmək olar. Burada Tanrılar əbədilik sirrini na­məlum çiçəkdə gizlədirlər. Onu tapan Bilqamıs (insan) olsa da, bu hik­mət, əbədilik sirri həmin çiçəyi yeyən ilana qismət olur. Təbiətdə gizlədilən sirr yenə təbiətdə qalır (Geniş bax: 2). Eyni halı həqiqəti, bütün varlıqların tək mənbəyini gah havada, gah odda, gah da suda axtaran qədim yunan fəl­səfəsində də müşahidə etmək mümkündür.

Bunlarla yanaşı, təbiəti yetərli bir mənbə kimi görməyib digər mənbə­lər­lə onu tamamlamaq istəyən filosoflar da olmuşdur. Məsələn, fəlsəfəsinin əsa­sını dərkedilən dünya və tanrılar haqqında biliklər (16, 256) təşkil edən, tə­biət və Yaradanı (ilahi vəhyi) eyni, iç-içə mənbələr kimi götürən Pifaqor (e.ə. VI əsr) belə hesab edir ki, O, “bütün qüvvə və yaradılmışların yaradanı, hər şeyin ilkin başlanğıcı, səmada – nurun mənbəyidir. O, həm də ümumi ata, hər şeyin düşüncəsi və canı, bütün çevrələrin hərəkətverici başlanğı­cı­dır” (16, 268). O, rəqəmlər vasitəsilə nəinki varlığı, varoluşu izah etməyə və on­ları dərk etməyə, həm də kosmosla harmoniyaya girməyə cəhd edir və “ilkin surəti və ilkin başlanğıcı dərk və ifadə etmək çətin olduğuna, sözlərlə aydın izah oluna bilmədiyinə görə, aydınlıq üçün rəqəmlərə mü­raciət edir” (16, 428). Onun fikrinə görə, “həqiqi varlıq maddi deyil, cismani deyil və yeganə əbədi və təsirlidir. Qalan hər şey var olanla eyni addadır – maddidir, cismanidir, doğulub və məhv olandır və sözün həqiqi mənasında var deyil” (16, 254) və o, “rəqəmləri təqlid etdiyi üçün vardır” (16, 255). Bu səbəbdən, Pifaqor həqiqətə çatmaq, onu dərk etmək üçün əsl mahiyyətə can atmaq, onunla harmoniyada olmağı əsas və yeganə şərt kimi qəbul edir.

Pifaqordan fərqli olaraq Platon irəli daha bir addım atır və öz müəl­li­mi­nin yolunu davam etdirərək insanı düşüncə obyektinə çevirir və «insanı ila­hi sərvətin bir hissəsi» (19, 639 (62 b)) hesab edir. Lakin insan sadəcə ila­hi sərvət deyil, həm də bütün varlıqları öz düşüncəsində ehtiva edir. Sok­ra­tın fikrinə görə, «Şeylər iki cürdür: əbədi, yaradılmayan və daim yaranan, la­kin heç vaxt varlığı olmayan. Düşüncə və fikirlə dərk edilənlər, görünür ki, daim var olanlardır; rəy və ağılsız hisslərə tabe olanlar isə yaranır və məhv olurlar, heç vaxt həqiqətən var olmurlar» (18, 469 (28 a)). Onu da xü­su­silə vurğulayaq ki, Sokrat fəlsəfəsində söhbət maddiyyat fövqünə qalxa bi­lən insandan gedir, çünki «filosof ilk növbədə ruhunu bədənindən azad et­mək­lə özünü müşahidə edə bilir» (19, 642 (65 a)). Deməli, insan mad­diy­yat­dan uzaq olmaqla bütövə – hissəsi olduğu ilahi mülkə birləşmək və bununla da hər şeyi dərk etmək qüdrətindədir: «Məgər düşüncədə – yalnız orada – hə­qiqi varlıqdan nə isə onun qarşısında açılmırmı?» (19, 643 (65 c)). Gö­rün­dü­yü kimi, Platon həqiqi varlığın sirlərini haradasa kənarda – təbiətdə, ilahi qüvvədə deyil, insan ruhunda cəmləşdirir – mərkəz nöqtəyə insanı qoyur. Fi­losof yazır: “Əgər bütün ruh bütövlükdə öz fəlsəfi başlanğıcının ardınca ge­­dirsə və ziddiyyətlərlə parçalanmırsa, onda onun hər hissəsi nəinki qalan hər bir şeyi ədalətlə edə bilər, həm də bunda özünün xüsusi məmnuniy­yət­lərini, ən yaxşıları və gücü çatdığı qədər ən həqiqiləri tapa bilər” (17, 346).

Antik dövrdə fəlsə­fə özündə bir çox elmləri ehtiva etmiş və za­man-zaman bu elmlərdən hər biri müstə­qil­lik əl­də edərək özünə spesifik bir inki­şaf yolu seç­miş­dir. Bu özünü mənbələrə münasibətdə də göstərmişdir, xüsusilə Platon fəlsəfəsində. Belə ki, mənbələr bir-birilə sıx bağlı olsa da, sanki bir-birlərini tamamlasa da, hər üçü vahid bir mənbədən qaynaqlan­mış­lar. Bu mənbələrin bölünməsi və get-gedə nisbi müstəqillik qazanmaq isti­qa­mətində inkişaf etməsi ilk olaraq Aristoteldən başlamışdır. Təsadüfi deyil ki, orta əsrlərdə də bir mənbənin digərlərini kölgələməsinə imkan yaradan fəlsəfi cərəyanların mərkəz nöqtəsində məhz Aristotel təlimi durmuşdur. Buraya nümunə olaraq həm xristian, həm də islam aləmində yaranmış fəl­sə­fi məktəbləri göstərmək olar. Onu da əlavə edək ki, məhz məktəblərin müs­tə­qilləşməsinin nəticəsidir ki, din və elm bir-birindən sürətlə əks qütblərə çə­kilmiş, aralarında ziddiyyətlər, barışmazlıqlar artmışdır.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin