MüNDƏRİcat


Məhsul satışı göstəricilərinin auditi



Yüklə 1,69 Mb.
səhifə71/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

4.2. Məhsul satışı göstəricilərinin auditi

Müəssisələrdə məhsul satışı göstəriciləri bilavasitə satış, faktının yaran­ması, yəni satılan əmlak üzərində mülkiyyət, hüququnun satıcıdan alıcıya keçməsi vaxtı hesab olunur.

Məhsulların (iş və xidmətlərin) və malların satışından mənfəət (zərər) Azər­baycan Respublİkasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsul­ların (iş və xidmətlərin) satışından gələn gəlirlə onların istehsalına və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.

«Müasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununda müəy­yən edildiyinə görə müəssisələrdə satışdan gəlirin müəyyən edilməsinin aşağı­dakı formaları müəyyən olunmuşdur:

a) Satışdan gələn gəlir müəssisənin təsərrüfat xüsusiyyətlərdən və bağ­lan­mış müqavilələrin şərtlərindən asılı olaraq ya satılmış (yəni nağsız hesablaşma zamanı cari hesabına ödəniş sənədləri əsasında daxil olan məbləğlər üzrə və ya nağd hesablaşma zamanı müəssisənin kassasına daxil olan məbləğlər üzrə) dəyəri ödənilmiş məhsullara, mallara, işlərə, xidmətlərə görə yüklənib alıcılara göndərilmiş məhsullara, mallara, təhvil verilmiş işlərə, görülmüş xidmətlərə görə ödəniş sənədfləri alıcıya (sifarişçiyə) təqdim edildikcə müəyyən edilir.

Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin əməliyyatlarına aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir.

Məhsul satışı ilə əlaqədar olaraq auditor 46 №-li «məhsul (iş, xidmət) sa­tışı, 40 №-li «Hazır məhsul», 50 №-li «Kassa», 51 №-li «Hesablaşma hesabı», 62 Ns-Iİ «Alıcılar və sifarişçilərlə hesablaşmalar», 64 №-li «Alınmış avanslar üzrə hesablaşmalar» hesablarında əks olunmuş mühasibat uçotu əməliyyatları yazılışmalarını ətraflı yoxlamalıdır.

Məhsul satışı göstəricilərinin audit yoxlamasında bilavasitə satışla əla­qə­dar olan kommersiya xərclərinin uçotda əks olunması da yoxlanılması­dır. Kommersiya xərcləri məhsul satışı ilə əlaqədar sərf olunan xərclər olmaqla is­ıeh­sal maya dəyəri ilə birlikdə hazır məhsulun tam maya dəyərini təşkil edir. Bu­rada auditor xüsusilə mühasibat uçotu yazılışında əks olunmuş gös­tə­ri­ci­lərin kommersiya xərclərinə aid edilməsinin düzgünlüyünü müəyyən etməlidir.

Kommersiya xərcləri mühasibat uçotu hesablar planda 43 №-li «Kom­mer­siya xərcləri» hesabında əks olunur və bu hesabda əsasən hazır məhsul an­bar­larında taralara və hazır məmulatların qablaşdırılmasına, məhsulun gön­dər­mə stansiyasına çatdırılmasına, vaqonlara, gəmilərə, avtomaşınlara və di­gər nəqliyyat vasitələrinə yüklənməsinə, satış təşkilatlarına və digər vasitəçi təş­kilatlara ödənilən komisyon rüsumlarına, reklamlara və s. bu kimi işlərə çə­ki­lən xərclər əks etdirilir.

Auditor 43 №-li «Kommersiya xərcləri» hesabı üzrə ilkin hesablaşma ödən­mə sənədlərinin və uçot yazılışlarını nəzərdən keçirib, müqayisə etməklə analitik uçot göstəricilərinin düzgün əks olunmasını müəyyən etməli və həmin xərclərin satılmış məhsullar üzrə düzgün əks olunmasını müəyyənləşdirməlidir,

Audİtor məhsul satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) və maliyyə nəticəsinin düzgün hesablanmasını yoxlamalıdır. Yoxlama nəticəsində ƏDV-si üzrə düzgün hesablanmama halları müəyyən olunursa, onun səbəbləri müəyyən olunmalı və buraxılan nöqsan və səhv düzəldilməlidir.

Özünüyoxlama sualları




              1. Yüklə 1,69 Mb.

                Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin