MÜqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində



Yüklə 209.89 Kb.
səhifə4/9
tarix22.05.2017
ölçüsü209.89 Kb.
1   2   3   4   5   6   7   8   9

Beşinci fəsil: Bəsic və siyasət


Birinci bölmə: Bəsic üzvlərinin cəmiyyətdə fəal siyasi iştirakının vacibliyi

Bu gün hərbi sahədə müharibə yoxdur, mənim əzizlərim, lakin siyasi və mədəni sahədə əsl müharibə mövcuddur. Ağıllı və ayıq şəkildə işləmək lazımdır. Hərbi müharibədə olanlar bilirlər. Orada heç bir qoşun başını aşağı salıb tüfəngləri qaldırmaqla və dayanmadan atəş açıb irəliləməklə bir yerə çatmır. Hamısını qırarlar. Plan qurmaq, düşməni mühasirəyə almaq, onun çaşqınlığından istifadə etmək lazımdır. Uğur qazanmaq üçün uğurlu taktika vacib amildir. Siyasi və mədəni müharibədə də eynilə belədir. Əgər başımızı aşağı salıb eləcə irəliləsək, bir şey alınmayacaq. Ağıl, məlumat, sayıqlıq, peşəkarlıq və dəqiq hesablamalar lazımdır. Və bu işləri siz görməlisiniz.96

Bu gün də Bəsic üzvü ölkəyə ürək yandırır, onun abadlığına çalışır, milli istiqlaliyyəti qorumaq üçün bacardığını edir və canından da keçir. Bu gün də düşmənin hər hansı bir iqtisadi, siyasi və yaxud mədəni bacadan ölkə daxilinə yol tapmaq istədiyini hiss etsə, onun qarşısında dayanıb sinəsindən vurar.97

İmamın “İranda 20 milyonluq ordu yaranmalıdır” - dediyi zaman ölkəmizin 40 milyon, yəni indikinin yarısı qədər əhalisi vardı və hamısı Bəsic xüsusiyyətlərinə malik idilər. Bu gün də elədir. Belə bir xüsusiyyətə malik olan xalq öz mühitlərinin, cəmiyyətlərinin, quruluşlarının işlərinə laqeyd yanaşmırlar. Xalqın müdafiə etdiyi qüvvələr hakimiyyətə gəlir, xalq müdafiə etməyincə heç kəs hakimiyyətə gələ bilməz. Deməli, ölkə məmurları ilə ümumilikdə Bəsic üzvü olan xalq arasındakı əlaqə və bağlılıq sıx, qardaşcasına və səmimidir. Bu xüsusiyyət birinci nöqsanı aradan qaldırır. Xalqa bu şəkildə arxalanan bir hökumət təkcə ABŞ-ın yox, onun kimi on supergücün qarşısında da qüdrətlə, cəsarətlə və Allaha təvəkküllə möhkəm dayanar və hamısının ağzından vurar.98

Beynəlxalq güc mərkəzləri bu əsrin əvvəllərindən həmişə xalqları siyasi səhnədən ayırmağa çalışmışlar. Avropa ölkələrinin və sonra ABŞ-ın xüsusən İslam ölkələrini ələ keçirmək, neftlərindən, strateji mövqelərindən, istehlak bazarlarından və ucuz işçi qüvvəsindən istifadə etmək üçün plan cızdıqları zamandan bunun yanında başqa bir əsaslı və həyati qərar da qəbul olunmuşdur. Bu qərar bölgə xalqlarını siyasi səhnədən kənarlaşdırmaqdan ibarət idi. Çünki xalqlar bu səhnəyə çıxsalar, hegemon sistem çökər. Xalqları necə kənarlaşdırsınlar? Xalqların bölgə məsələlərində söz, rol və iradələrinin olmamasından ötrü özlərinin xalqlara heç bir aidiyyəti olmayan və onlar tərəfindən əsla sevilməyən tərəfdarlarını hakimiyyətə gətirdilər. Bunun bizdəki nümunəsi Rza xan və sonra da oğlu idi. Bunların xalqla heç bir əlaqələri yox idi. İran, yaxud bəzi Şimali Afrika ölkələri və ya bu bölgənin digər ölkələrindən biri kimi yerlərdə xalqlar təbii ki, belə insanların hakimiyyətini müdafiə etməyəcəkdilər. Xalq başçını müdafiə etməyəndə isə o başçının ixtiyarı xarici güc mərkəzinin əlinə keçir, “et" dedikdə etməyə, "etmə" dedikdə etməməyə məcbur olur. “Orta Şərq sülhünü rəsmən tanı” dedikdə tanımağa, “neftinin qitməyini bu qədər endir” dedikdə endirməyə, “filankəsi hökumət kabinetindən kənarlaşdır”, yaxud “filankəsi filan vəzifəyə təyin et” dedikdə bunu etməyə məcburdur. Nə üçün məcburdur? Çünki etməsə, qlobal güclərin qəzəbinə gələr. Onu müdafiə edəcək xalq da yoxdur. Nəticədə belə ölkələrdə azğın və satqın başçılar tərəfindən verilən qərarlar güclü beynəlxalq qüvvələrin qərarı olur; yəni xalqları heçə sayan, onların hüquqlarına etina etməyən, maraqlarını nəzərə almayan və inqilabın əvvəlindən bizim Hegemonizm adlandırdığımız qurumun. Hegemonizmin siyasəti bu olmuşdur, bu işi görmüşlər. İnqilabdan öncə bizim əziz İranımızda on illərlə bu siyasət izləndi, digər ölkələrdə də çoxlu nümunələrini görə bilərsiniz. Bunun əksi nədir? Əksi odur ki, bir ölkədə xalq hakimiyyətə müdaxilə etsin, “hə” və “yox” desin, istəyini bildirsin, hüququnu tələb etsin, ölkəsinin məsələlərinə açıq gözlə, möhkəm iradə ilə, möhkəm addımla müdaxilə etsin. Bizim ölkədə bu tilsimi möhtəşəm İslam inqilabımız və onun misilsiz rəhbəri açdı. İnqilabdan öncə on illərlə bu ölkədə parlament, seçki və bu kimi söhbətlər yox idi. O dövrdə bu xalq bir dəfə də seçkilərdə iştirak etmədi, seçkiləri, hökuməti tanımadı, qərarlardan xəbəri yox idi. Bütün işlər xalqdan uzaqda görülürdü, qərar verilirdi və əməl olunurdu. İnqilabın əvvəlindən isə bu xalq səhnədədir. Ölkə məmurları qərar verirlərsə, cəsarət göstərirlərsə, möhkəm addım atırlarsa, bu xalqın dəstəyinə görədir. Bir ölkədə xalq səhnədə olduqda hakimiyyətə ortaq olur, daha nə hegemon qüvvələr onu bir şeyə məcbur edə, yaxud kimisə onların belinə mindirə bilər, nə də hökumət zəiflik göstərib əcnəbilərin istəyinə təslim ola bilər. Çünki xalq tələb edir.99

Biz gözləmirik ki, düşmənin bizim cəmiyyətimizdə və ölkəmiz daxilində casusu, barmağı, əlaltısı, xəbis, satqın və münafiq insanları olmasın. Xeyr, bu gün də var. Kim onlara qarşı dayanır? Təbii ki, Bəsic - yəni mömin xalqın coşqun, seçilmiş və möhtəşəm qüvvələri.100



İkinci bölmə: Hökumətin xalqla əlaqəsinin möhkəmlənməsi

Mən siz əzizlərimə, Bəsic üzvü olan övladlarıma və qardaşlarıma demək istəyirəm ki, bunu uzun və həmişəlik bir təhlilin ipucu edin. O zaman düşməni tanıyar, nə iş gördüyünü bilərsiniz. Ölkəni idarə edənlər xalqa arxalandıqda, bu canlı və aktiv qüvvələrə, öz məqsədləri qarşısındakı təhlükəni heçə sayan gənclərə, uca məqsədə eşqlə dolu qəlblərə, səkkizillik müharibəni idarə edənlərə arxalandıqda (biz bu gün qlobal hegemonizmin qarşısında qüdrətlə dayanırıqsa, ölkə daxilindəki bu böyük qüvvənin müqavimətinə arxayın olduğumuza və güvəndiyimizə görədir), dövlətin məmurları, idarəçiləri, rəhbər və hökumət arasında möhkəm əlaqə olduqda, məsul işçilər elə mənəvi güc tapırlar ki, beynəlxalq təzyiq qarşısında “yox" deyirlər və hegemonizm onları heç nəyə məcbur edə bilmir. Həm özləri güclənirlər, həm də xalqın qüvvəsi ölkənin maraqları yolunda işlədilir; xalqın iradəsi, düyünlənmiş yumruğu ölkənin müstəqilliyinə və abadlığına, xalqın azad yaşamasına və başucalığına xidmət edir. Bir xalq üçün bundan böyük başucalığı varmı?!101

Hegemonizmin gücünü şişirtmək lazım deyil. Əsl güc Allah-Taalaya imanla və ilahi hökmlərlə tanışlıqla qəlblərini bərkidən xalqın gücüdür. Xalq qayğıkeş məmurlarla birgə iman, etiqad və ümid qazandıqda həqiqi güc əldə edir. Allaha şükür olsun ki, bu, ölkəmizdə inqilabın əvvəlindən mövcud olmuşdur: böyük imam qarşıda, dövlət məmurları onun ətrafında, xalqın qəlbi də imamın hidayət nuruna boyanmış halda.102

Xalq arasında, xalqla ölkəni idarə edən qurumlar, xalqla dini prinsiplər arasında, dövlət məmurları və müxtəlif orqanlar arasında əlaqəni möhkəmləndirən, xalqın qəlbində gələcəyə ümid yaratmağa çalışan nəfəs, qəlb və söz haqdır. Xalqa sübut etsin, başa salsın ki, onun bu böyük qüvvəsi ilahi eşqlə, Allaha və İslam məktəbinə iman və etiqadla nurlansa və bu əllər bir-birinə düyünlənsə, bütün düşmənləri kənara itələyib, xalqı və ölkəni İslama layiq şəklə salmaq iqtidarındadır. Ürəklərdə ümid yaradan, addımları, imanları möhkəmlədən, zehinləri aydınlaşdıran, əlaqələri sıxlaşdıran, düşmənin gücünü şişirtməyən şəxsin sözü haqdır.103

Siz görün son 30-40 ildə İslam ölkələrində nə qədər çevriliş olmuşdur. Bir qrup gəlib qabaqkı qrupu ortadan götürüb və onların yerində oturub. Xalq da gedənlərə ağlamadan və gələnlərə bayram keçirmədən yalnız vəziyyətə tamaşa edib. Xalqların siyasi səhnədən kənarlaşmasının nəticəsi budur.

Siz belə hökumət və başçıların həyatına baxsanız, xalqlarına bənzəmədiklərini və xalqlarına baxsanız, hakimlərinin vəziyyətindən ümumiyyətlə, xəbərdar olmadıqlarını görərsiniz. Keçmişdə bizim ölkəmiz də belə olmuşdur. Xalqla dövlət başçıları arasında heç bir emosional və praktik əlaqə olmamışdır. Xalq onların sözünə, əmrinə qulaq asmır və bəzən yalnız qorxudan icra edirdilər.

Bu böyük qüsurun nəticəsində xalqdan uzaqlaşmış hökumətlər mövqelərini zəif və arxalarını boş gördüklərindən xarici güclərə sığınırlar; yəni ya Amerikanın ətəyindən yapışırlar, ya dünən Sovetlər olanda onun yanına gedirdilər və yaxud başları bədənlərinə dəyməyən digər dövlətlərin birinə arxalanırlar.

Xalqla əlaqə ilə xarici güclərlə əlaqə və onlara sığınmaq arasında tərs mütənasiblik mövcuddur: hansı hökumətin öz xalqı ilə əlaqəsi səmimi olsa, xarici güclərə etinasız olur, onlara baxmır, arxalanmır, sözlərinə məhəl qoymur, əmrlərinə qulaq asmır və onların yanına getmir. Lakin öz xalqı ilə əlaqəsi olmayan hər bir hökumət böyük güclərlə isinişir, onların qucağına sığınır, onlara arxalanır və təbii ki, sözlərini dinləyir və əmrlərini icra edir. Əksi də belədir: hansı hökumət xarici qüvvələrə yaxınlaşırsa, öz xalqından uzaqlaşır və hansı hökumət böyük qlobal güclərdən uzaqlaşırsa, öz xalqının qəlbində yer açır. Bu, dünyanın bugünkü siyasi bilgilərində aydın məsələdir.

Təəssüf ki, İslam hökumətlərinin əksəriyyətinin öz xalqları ilə əlaqələri yoxdur və nəticədə xarici qüvvələrin qucağına sığınırlar. Əgər Amerika bir fərman versə, tez itaət edir və əllərini sinələrinə qoyub qarşısında dayanırlar. Görün bu gün İslam ölkələrinin hansı belə deyil.104

Siz beynəlxalq təbliğata da baxın, ölkə daxilindəki təbliğata da, bildirilən fikirlərə də. Bu bir meyardır. İslam Respublikası quruluşunun mərkəzi orqanı ilə xalq arasında əlaqəni zəiflətməyə çalışan hər bir söz və hər bir səs düşmənindir; oyan-buyanı yoxdur. Xalqda İslam Respublikası quruluşuna qarşı şübhə yaratmağa çalışan, xalqı zəiflədib şübhəyə salan hər bir qurum, hər bir səs, hər bir söz və hər bir qələm düşməninkidir; özü bilməsə də. Yazan şəxsin özünün nə yazdığına diqqət yetirməməsi mümkündür, bir anlıq səhv hisslərin təsiri altına düşüb bir söz deməsi, yaxud yazması mümkündür. Lakin sonucda ya düşmənin təhriki ilədir, ya da onun xeyrinə. Bu düşməninkidir. Xalqın ümumi birliyinə zərbə vurmağa çalışan bütün qələmlər, sözlər, əllər və fəaliyyətlər düşməninkidir. Çünki biz düşməni bu birliyin hesabına diz çökdürə bildik.105



Üçüncü bölmə: Bəsic üzvləri və İslam dünyası

Biz hegemonizmin boyunduruğu altında olan məzlum xalqların həmişə müdafiəçisi olmuşuq və olacağıq. Biz həmişə müsəlman, mübariz və rəşadətli Fələstin xalqının yanında və cinayətkar sionizmə qarşı olmuşuq və olacağıq. Öz fələstinli qardaşlarımıza tövsiyə edirik ki, Allahın yolunu - yəni işğalçı düşmənlə və onun himayədarları ilə mübarizə yolunu Allaha arxalanaraq işğalçı sionist dövlətinin məhvinə qədər davam etdirsinlər. Bizim böyük xalqımız, mömin və fədakar Bəsic üzvlərimiz Fələstini müdafiəni dini vəzifə sayırlar və Allah yolunda heç bir məqsədi əlçatmaz bilmirlər.106

İşğal olunmuş Fələstində xəyanətkar sazişlərə etinasız yanaşan, boş əllə haqq mübarizələrini davam etdirən müsəlmanlar kobud və qeyri-insani üsullarla əzilirlər, qadınları, uşaqları, qocaları sionist əsgərlər tərəfindən işgəncə olunur, tar-mar edilirlər, bütün bu insan hüquqları iddiaçılarından və Qərb dövlətlərindən isə səs çıxmır, ABŞ, İngiltərə və digər ölkələr əməli surətdə himayə edir və dillə həvəsləndirirlər də.

Livanda məzlum fələstinli qaçqınların düşərgələrindən əlavə, livanlı müsəlmanların evləri də İsrailin reaktiv təyyarələri tərəfindən bombardman olunur, mülki qadın, kişi, qoca və gənclər qana boyanırlar.

Bəzi müsəlman ölkələrin Qərbə satılmış hökumətləri sayəsində ən təmiz və ən qeyrətli müsəlmanlara təxribatçı qüvvələr gözü ilə baxılır, onlara qarşı şiddətlə, kobudluqla, həbslə, işgəncə və edamla rəftar olunur. Avropada, özünü sivilizasiya və demokratiyanın beşiyi sayan bəzi ölkələrdə müsəlmanlar ayrıseçkiliyə və haqsızlığa, hətta təzyiq və aqressiyalara məruz qalırlar, İslama bağlılıqlarına görə açıq şəkildə məhkum edilirlər.107

Bir çox Avropa ölkələrində müsəlman azlıqlar əziyyət, ayrıseçkilik və təhqirlərə məruz qalırlar. İnsan hüquqlarını müdafiə adı altında digər ölkələrin bütün işlərinə müdaxilə edən və hətta lazım bildikləri yerdə dini və etnik hissləri təhrik etməkdən də çəkinməyənlər isə bu məzlumların tapdanmış hüquqlarına ən kiçik işarə də vurmur, öz sükutları, bəzən də əməllər+i ilə müsəlmanlara edilən zülmləri təsdiqləyirlər. Bəzi Asiya ölkələrində böyük müsəlman azlıqlar da eyni taleyi yaşayırlar. Hamının bildiyi kimi, bu gün Hindistan müsəlmanları kütləvi və amansız zülmlə üz-üzə qalmışlar.

Dünyanın müxtəlif bölgələrində İslam düşmənləri insan hürriyyətinin məkanı, Allahla rabitə ocağı, zər və zor şeytanlarının şeytanlığı haqda məlumat mərkəzi olan məscidlərə böyük nifrətlə baxırlar, onların fəaliyyətlərini bacardıqları qədər məhdudlaşdırırlar. İndinin özündə müsəlmanların ikinci qibləsi və Allahın lütfü ilə oyanış və mübarizə mərkəzi olan Əqsa məscidi çirkin sionistlərin təhqirinə məruz qalır. Fransa və Hindistanda da məscidlər hörmətsizliyə məruz qalır və uçurulur.108



Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə