MÜqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Altıncı fəsil: Bəsic və mədəniyyət



Yüklə 209.89 Kb.
səhifə5/9
tarix22.05.2017
ölçüsü209.89 Kb.
1   2   3   4   5   6   7   8   9

Altıncı fəsil: Bəsic və mədəniyyət


Birinci bölmə: Mənəviyyatdan uzaq düşmək və dünyagirlik

Biz bu gün bir İslam cəmiyyətiyik. Görək o İslam cəmiyyəti hansı bəlaya düçar oldu ki, taleyi Yeziddən asılı oldu. Necə oldu ki, Əmirəlmömininin şəhidliyindən 20 il sonra onun hakim olduğu şəhərdə oğlanlarının başlarını nizəyə taxıb gəzdirdilər. Kufə dindən uzaq bir yer deyildi. Əmirəlmöminin Kufənin bazarlarında gəzir, xalqı yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirirdi, məscidlərdən gecə-gündüz Quran səsi ucalırdı. Bu həmin şəhərdir: indi isə bazarda Əmirəlmömininin qızlarını və ailəsini əsir kimi gəzdirirlər. 20 il ərzində nə baş verdi ki, belə oldu? Başında İslam Peyğəmbəri və Əmirəlmöminin kimi şəxslərin durduğu bir cəmiyyəti bir neçə onillik ərzində bu vəziyyətə salan bir xəstəlik olmuşdusa, bu, təhlükəli məsələdir və biz də ondan qorxmalıyıq. Bizim böyük imamımızın (İmam Xomeyninin) Peyğəmbərin bir şagirdi olması şərəfi ona bəsdir. Peyğəmbərin hökmlərini dərk, əməl və təbliğ etməsi imamın fəxri bu idi. Bizim imamımız hara, Peyğəmbər hara?! Peyğəmbərin qurduğu cəmiyyət bir neçə ildən sonra bu vəziyyətə düşdüsə, biz çox ehtiyatlı olmalıyıq. İbrət bundadır. Biz o xəstəliyi öyrənməli, onu böyük təhlükə bilməli və ondan uzaq durmalıyıq.

Mənim fikrimcə, Aşuranın bu sözü bu gün bizim üçün digər dərs və sözlərindən daha zəruridir. Biz bilməliyik ki, Hüseyn ibn Əlinin (ə) - İslam dünyasnın birinci şəxsinin, müsəlmanların xəlifəsi olan Əli ibn Əbu Talibin (ə) oğlunun kəsilmiş başının atasının şəhərində gəzdirildiyi və heç kimdən səs-səmir çıxmadığı bir cəmiyyətin başına hansı bəla gəlmişdir. Həmin şəhərin bəzi sakinləri Kərbəlaya gəlib onu və səhabələrini susuz halda şəhid etdilər, Əmirəlmömininin ailəsini əsir tutdular.

Bu sahədə söz çoxdur. Mən bu suala cavab olaraq Quranın bir ayəsini göstərirəm. Quran bizim cavabımızı vermiş, dərdi müsəlmanlara tanıtdırmışdır. O ayə budur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər“.109 Bu azğınlığın və ümumi yayınmanın əsas amili ikidir: biri, nümunəsi namaz olan Allah zikrindən uzaqlaşmaq, Allahı və mənəviyyatı unutmaq, mənəviyyatı həyatdan ayırmaq, diqqəti, zikri, duanı, təvəssülü, Allah-Taaladan istək diləməyi, Allaha arxalanmağı və Allahı nəzərə almağı həyatdan çıxarmaq; ikincisi isə şəhvət, ehtiras dalınca düşmək, bir sözlə desək, dünyagirlik - sərvət toplamaq, mal toplamaq və dünya ləzzətlərindən bəhrələnmək fikri, bunları əsas sayıb amalları unutmaq. Bu böyük və əsaslı dərddir. Bizim də bu dərdə düçar olmağımız mümkündür. Əgər İslam cəmiyyətində amalçılıq sıradan çıxsa, yaxud zəifləsə, hər kəs özünü, digərlərindən geridə qalmamağı düşünsə, “digəri toplamışdır, biz də gedib toplayaq” desə və qısası, özünü və öz maraqlarını cəmiyyətin maraqlarına tərcih etsə, vəziyyətin belə olacağı qətidir.

İslam quruluşu imanlarla, uca iradələrlə, amalları ortaya qoymaqla, şüarlara əhəmiyyətli yanaşmaq və onları canlı saxlamaqla qurulur, qorunur və inkişaf edir. Şüarları zəiflətmək, İslamın və inqilabın prinsiplərinə diqqətsiz yanaşmaq, hər şeyi maddiyyatla ölçmək və anlamaq cəmiyyəti belə bir vəziyyətə aparır.110

Bir zaman müsəlmanlar üçün İslamın inkişafı, Allahın razılığı, din təlimi, İslam bilgiləri, Quranla tanışlıq önəmli idi, ölkəni idarə edən hökumət də imanlı, təqvalı, dünya bəzəklərinə və şəxsi ehtiraslara etinasız idi. Bunun nəticəsində xalq Allaha sarı möhtəşəm hərəkət etdi. Belə bir vəziyyətdə Əli ibn Əbu Talib (ə) kimisi xəlifə və Hüseyn ibn Əli (ə) kimisi görkəmli şəxsiyyət olur. Meyarlar bunlarda hamıdan çoxdur. Meyar Allah, təqva, dünyaya etinasızlıq, Allah yolunda mücahidlik olduqda, bu meyarlara malik insanlar önə çıxır, işləri idarə edirlər və cəmiyyət İslam cəmiyyəti olur. Lakin ilahi meyarlar dəyişildikdə kim daha artıq dünyagirdirsə, kim daha çox şəhvətpərəstdirsə, şəxsi mənafe uğrunda kim daha bacarıqlıdırsa, kim doğruluğa və sədaqətə daha yaddırsa, o da iş başına gəlir. O zaman nəticə belə olur ki, Ömər ibn Səd, Şimr və Übeydullah ibn Ziyad kimilər başçı olur, Hüseyn ibn Əli (ə) kimilər şəhid edilirlər. Bu, dəqiq bir məsələdir: ikini ikiyə vuranda dörd edir. Qayğıkeş insanlar cəmiyyətdə ilahi meyarların dəyişilməsinə qoymamalıdırlar. Əgər cəmiyyətdə təqva meyarı dəyişilsə, təbii ki, Hüseyn ibn Əli (ə) kimi təqvalı bir isnanın qanı tökülməlidir. Əgər dünya işlərində zirəklik və çeviklik, İslam dəyərlərinə etinasızlıq və yalan meyar olsa, təbii ki, Yezid kimi birisi hakimiyyətə gələcək, Übeydullah kimi bir şəxs İraqın birinci adamı olacaq. İslamın bütün işi bu batil meyarları dəyişdirmək idi. Bizim inqilabımızın da bütün işi dünyanın batil və səhv meyarlarına qarşı çıxmaq və onları dəyişdirmək idi.111



Üçüncü bölmə: Fəsad, pozğunluq və mədəni hücumla mübarizə

Bəsic üzvü səhnədə olmalıdır ki, inqilabın əsas dəyərləri yaşasın. Düşmən fəsad və pozğunluq mədəniyyətini yaymaqla gənclərimizi bizdən almaq istəyir. Düşmənin mədəni baxımdan gördüyü iş mədəni bir hücum, hətta demək olar ki, mədəni qırğın, qarət və qətliamdır. Bu gün düşmən bizə qarşı bu işi görməkdədir. Bu dəyərləri kim müdafiə etməlidir? Dünyaya, şəxsi maraqlarına könül verməyən mömin gənc dəyərləri müdafiə edə bilər. Özü bulaşıq və problemli olan şəxs dəyərləri müdafiə edə bilməz, ixlaslı gənc müdafiə edə bilər.112

Təəssüf ki, İslam ölkələrində 40-50 il öncədən indiyədək gənclər fəsada sövq edilirlər. Eşitdiyiniz bu üsullar keçmişdə bizim ölkəmizdə də olub və bu gün digər ölkələrdə ümumi şəkildə mövcuddur. Əgər bu gün ölkəmizdə bir nəfər bir tərəfdə aşkar şəkildə fəsad etmək istəsə, hamı ona üz turşudar, qaşqabaq göstərər. Lakin təəssüf ki, digər ölkələrdə vəziyyət belə deyil. İslam ölkələrində qız və oğlanlar Qərb ölkələri və oranın mədəniyyəti tərəfindən planlaşdırılan, onlara sarı yönəldilən ümumi fəsad dalğasının tələsinə düşmüşlər.

Əlbəttə, gənclərin bütün tarixdə ehtiras hissləri və müxtəlif instinktləri olmuşdur və onlar bu cəhətdən zəif olmuşlar. Amma belə düşünürük ki, bəlkə də tarixin heç bir dövründə dünya gəncləri arasında bu qədər fəsad müşahidə olunmamış və kütləvi şəkil almamışdır.

Dediyim kimi, bu fəsadın qaynağı Qərb ölkələri - ABŞ və Avropadır. Onlar öz mədəniyyətlərini qəbul edən ölkələrə fəsad ixrac etdilər. Siz İslam ölkələrində, qəribə formaları, saç düzümü, geyim və rəftarı olan Qərb gənclərini yamsılayan gənclər görə bilərsiniz.

Haşiyə olaraq bu məqama da toxunum ki, Qərb tədricən özünün azğın rəftar və əməllərinin altını çəkir; əlində taun mikrobunun mayesi ilə dolu bir qab tutmuş və evlərin içməli suyuna tökən şəxs kimi. Nəhayət, onun özü də bir gün tauna yoluxacaq. Bu gün Qərbdə fəsad taunu özünü göstərir. Ağıllı adamlar əl-ayağa düşmüşlər və bu vəziyyətdən nigarandırlar. Bu nigaranlıq Avropanın, xüsusən də ABŞ-ın mühüm mətbuatında əks olunur.

Buna əsasən, ikinci təhlükə budur ki, İslam ölkələrinin gənclərinə sarı ümumi və dağıdıcı fəsad seli axır. Bu fəsada uğrayan gənc islah olmaq fikrinə düşmür, buna səbəb görmür, din, mənəviyyat, iman və düzgün siyasət onun üçün öz mənasını itirir. Əgər məcbur qaldığından, çörək yeyib ölməməkdən ötrü dərs oxuyursa da, o da fəsadla yanaşı olur. Bu, İslam cəmiyyətlərinin böyük eybidir. İnsan bu böyük eyib və bəlanın müxtəlif tərəflərini gördükdə, doğrudan da Allah-Taalaya sığınır.113

Düşmən bunları inqilabın əlindən almaq istəyir, ölkənin gəncləri arasında fəsad yaymaq üçün proqram hazırlayır. Bunun qarşısında kim dayanmalıdır? Pozğun işlərə qarşı kim mübarizə aparmalıdır? Düşmənin ölkə daxilindəki adamları vasitəsi ilə icra etdiyi planları qarşısında kim dayanmalıdır? Möhtəşəm qüvvə olan Bəsic.

Bəsic şəhərdə olan bir neçə min insandan ibarət deyil. Bəsic ölkəmizin bütün mömin və hizbullahçı qüvvələridir. İmam “20 milyonluq Bəsic” deyəndə bunu nəzərdə tuturdu. Düşmənlər oturub təhlil edirlər ki, bəli, İran bir milyondan artığını bacarmadı. Lakin ölkəmizin bütün mömin və hizbullahçı qüvvələri Bəsicdən sayılırlar.

Bu ölkənin bütün gəncləri, qocaları, qadın və kişiləri şərəfi, istiqlaliyyəti, İslamı və İslam Respublikası quruluşunu müdafiə etməyə hazırdırlar. Heç kim düşünməsin ki, müharibə bitdi, Bəsic də bitdi. Əsla! Məgər müharibə bitdikdə hərbi qüvvələr - ordu və korpus buraxılır?! Xeyr, imamın buyurduğu kimi, İslam məmləkətində hamı hərbçidir. Qadın və kişinin hərbi hazırlığı olmalı, müdafiə üçün hərbi təlim keçməlidirlər.114

Fəsadla mübarizə nə deməkdir? Fəsad bir gəncin saçına jele vurub küçəyə çıxmasıdır?! Ən böyük fəsad öz vəzifəsinə əməl etməyən, tayfabazlıqla, qohumbazlıqla, qrupbazlıqla, partiyabazlıqla, yersiz imtiyaz verməklə və digər bu kimi məsələlərlə məşğul olan bir məmurun fəsadıdır. Bunun nəticəsi nədir? Nəticəsi məhrumiyyət dərələri yanında zəhmətsiz sərvət dağlarının yaranmasıdır. Fəsad budur ki, bir nəfər xidmət libasında xəyanət etsin, müsbət əməl şüarı ilə gürz götürüb xalqın həyatının, asayişinin kökünə vursun. Bunlar araşdırılmalı və təhlil edilməlidir.115

Üçüncü bölmə: Dəbdəbə və israfçılıq mədəniyyəti ilə mübarizə

Mən bəzi şəxslərin çalışıb xalqımız arasında dəbdəbə, israf və bədxərclik vərdişini yaymalarından ciddi nigaranam və təəssüf hissi keçirirəm. Mən Allaha sığınıram ki, fədakar və inqilabçı xalqımız şəxsi işlərində istehlakçılığa sövq edilsinlər və inqilabçı qənaəti unutsunlar. Qeyri-zəruri və bahalı əşyaları və əlavə işləri maddi imkanın çoxluğundan doğan soyuqqanlılıqla görən şəxslər özlərinə gəlsinlər və (imkansızlara) yardım etməyə çalışsınlar. Çətinlikdə və yoxsulluq içində olub özlərini belə bir şeyə məcbur edən şəxslər də bu zərərli işdən əl çəksinlər. İmkanlılar üçün orta hədd, orta təbəqələr üçün şəxsi işlərdə qənaətcillik və hamı üçün işləmək, çalışmaq, istehsal etmək və ümumi vəziyyəti yaxşılaşdırmaq dini və inqilabi bir borcdur.116



Dördüncü bölmə: Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək

Hizbullahçı gənc sayıq olmalıdır. Gərək gözlərini açsın və kiminsə onlara qoşulub yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək adı altında fəsad törətməsinə, hizbullahçıların simasını ləkələməsinə qoymasın. Gərək ehtiyatlı olasınız. Bu öz öhdənizə düşür. Mən əminəm, bu bir neçə ilin təcrübələri də göstərib ki, mömin və hizbullahçı qüvvələr bir iş görmək istəyən kimi bir qrup yalançı və yad adam onların adı ilə bir tərəfdə fəsad törədir, məmurların mömin, hizbullahçı və xalqçı qüvvələrə qarşı təsəvvürünü korlayırlar. Ehtiyatlı olun. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək məsələsi namaz kimi bir şeydir, onu öyrənmək lazımdır. Gərək gedib öyrənəsiniz. Yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin yolları var. Əlbəttə, mən deyirəm və demişəm ki, İslam cəmiyyətində ümumi xalqın vəzifəsi dillə dəvət etmək və çəkindirməkdir. Əgər toqquşmaya gəlib çatsa, bu daha məmurların vəzifəsidir, onlar işə qoşulmalıdırlar. Lakin dillə yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək daha mühümdür. Cəmiyyəti islah edən amil dillə çəkindirməkdir. Pis, qanunsuz iş görən, pozğunluğu yayan, cəmiyyətdə günahın qəbahətini götürmək istəyən insana camaat deməlidir; on nəfər, yüz nəfər, min nəfər. İctimai rəy ona təzyiq göstərməlidir. Ən güclü amil budur. Bəsic üzvü olan mömin və hizbullahçı qüvvələr - yəni mömin xalq, ölkəmizin böyük əksəriyyəti, müharibəni idarə edənlər, inqilabın əvvəlindən indiyədək bütün hadisələrlə mübarizə aparanlar bu işdə ən mühüm rolu ifa edə bilərlər. Əgər xalq qüvvələri olmasaydılar, Bəsic olmasaydı, möhtəşəm hizbullahçı qüvvələr olmasaydı, müharibədə də məğlub olardıq, bu bir neçə ildə müxtəlif düşmənlər qarşısında da. Bizim zavodumuzu tətilə təhrik edəndə hizbullahçı qüvvələr zavodun daxilindən sinələrinə vururdu; inqilabın əvvəllərində tarlalarımızı odlamaq istəyəndə hizbullahçı qüvvələr kəndlərin, tarlaların içindən onların cavabını verirdi; xiyabanlarda iğtişaş törətmək istəyəndə hizbullahçı qüvvələr sinələrini sipər edir və onların qarşısında dayanırdılar. Müharibə məsələsi də bəllidir. Bu, ölkənin əsas qüvvəsidir. İslam quruluşu buna arxalanır. Əgər xalq, yəni bu mömin, hizbullahçı qüvvələr quruluşla, dövlətlə olmasalar, bu böyük qüvvə, xalqın məğlubedilməz çoxluğu məmurların yanında və arxasında olsalar, heç bir qüvvə İslam Respublikasının qarşısına çıxa bilməz.117

Hamı yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirməlidir. İndi də deyirəm ki, pis işlərdən çəkindirin. Bu vacibdir. Bu sizin şəriət borcunuz və bu gün həm də inqilabi və siyasi vəzifənizdir.

Mənə məktub yazır və telefonla deyirlər ki, biz pis işlərdən çəkindiririk, lakin dövlət məmurları bizim tərəfimizi saxlamır, qarşı tərəfi müdafiə edirlər. Mən deyirəm ki, dövlət məmurlarının – istər polislərin, istər məhkəmə məmurlarının cinayətkarı müdafiə etməyə haqları yoxdur. Onlar yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirəni müdafiə etməlidirlər. Bizim bütün dövlət orqanlarımız onları müdafiə etməlidirlər. Bu onların borcudur. Əgər bir nəfər namaz qılana hücum edirsə, dövlət qurumları hansını müdafiə etməlidir?! Namaz qılanı, yoxsa onun altından canamazını çəkəni?! Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək də belədir. Yaxşı işlərə dəvət etmək namaz kimi vacibdir. Nəhcül-bəlağənin bir xütbəsində buyurulur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək ümumi və geniş miqyasında cihaddan da üstündür.118 Çünki dinin sütununu o möhkəmləndirir. Cihadın əsasını da yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək möhkəmləndirir. Məgər bizim məmurlarımız yaxşı işlərə dəvət edəni və ya pis işlərdən çəkindirəni digərləri ilə eyni tuta bilərlər?! O ki qala onu haqsız çıxaralar.119



Beşinci bölmə: Bəsicdən təhlükələri uzaqlaşdırmaq

  1. Təqvanı və mənəvi ehtiyatlılığı qorumaq

Bilin ki, bu gün ölüm oxuduğunuz düşmənlərin silahlarından biri bizim gənclərimiz qarşısında toxum səpməkdir; günah toxumu, günahın gözəlliklərinin toxumu, fəsad şirinliyinin toxumu. Gəncləri özlərinə çəkmək istəyirlər. Güclü ruhu olan möhkəm dayanmalı və bu gözəlliklərə təslim olmamalıdır. Ehtiyatlı olun. Bizim Bəsic üzvü olan gənclərimiz mömin, təmiz, pakdırlar. Lakin onların arasında güclü ruhu olmayan, düşmənin və şeytanın hiyləsinə təslim olan insanlar da ola bilər. Burada təqva işə yarayır. Təqva odur ki, daim özümüzdən ehtiyatlı olaq və səhvə düşməyimizə şərait yaratmayaq. Bizim silahlarımızdan biri duadır. Bizim dua, münacat, ağlamaq silahımız var. Biz qorxudan heç vaxt ağlamırıq. Dünyada heç kəsdən və heç bir qüvvədən qorxmuruq. Lakin mömin bir insan üçün ən böyük fəxr budur ki, Allahının əzəməti qarşısında göz yaşı töksün, öz halına ağlasın, günahlarına, günahda keçirdiyi ömrə görə təəssüflənsin, Allaha yalvarsın və hər şeyi yalvarmaqla Allahdan istəsin. Bu güclü qol, güclü və polad iradə dua ilə təsirli olur. Müharibədə əziz Peyğəmbər və Əmirəlmöminin dua edirdilər, yalvarıb Allah-Taaladan istəyirdilər. Bizim əziz imamımız da müharibədə dua edirdi. Bizim ürəyimiz onun, mömin və saleh insanların duaları ilə möhkəmlənirdi. Dualardan uzaqlaşmayın, hər şeyi dua ilə istəyin. Biz Bosniya və Herseqovinanın məhrum və məzlum xalqı üçün əlimizdən gələn köməyi edirik; yardım etdik və yenə də edirik. Amma mən deyirəm ki, onlar üçün dua da edin. Bu da lazımdır. İnsan Allaha yalvarıb ürəkdən onlar üçün dua edə bilər.120

Bugünkü dünya yalan, güc, ehtiras, maddi dəyərləri mənəvi dəyərlərə tərcih etmək dünyasıdır. Bu dünyada mənəviyyat əsrlərdir tənəzzülə doğru gedir. Pulpərəstlər mənəviyyatı məhv etməyə çalışmışlar. Güc sahibləri dünyada elə maddi sistem qurmuşlar ki, onun başında hamıdan yalançı, hiyləgər, insani dəyərlərə etinasız və insanlara rəhmsiz olan ABŞ kimi bir qüvvə dayanır. Gəlib başda oturur və beləcə aşağılara qədər gəlirlər. Dünyanın vəziyyəti belədir. İslam inqilabı İslamı, “Allah yanında ən üstün olanınız ən təqvalı olanınızdır”121 sözünü yenidən dirçəltməkdir. İnqilab bu sistemi, dünyanın bu yanlış düzənini yeni bir düzənlə əvəzləmək üçün baş verdi. Əgər dünyanın bu maddi düzəni qalsa, bəllidir ki, Məhəmmədrza kimi azğın, üzüqara və şəhvətpərəstlər iş başında olmalıdırlar, imam kimi dəyərli və nurlu bir insan həbsdə, yaxud sürgündə. Elə bir vəziyyətdə imamın yeri cəmiyyət deyil. Güc, fəsad və yalan hakim olduqda dəyər sahibi, sədaqətli, işıqlı olan və Allaha diqqət yetirən şəxsin yeri zindanlar, qətlgahlardır. İmam kimi birisi hakimiyyətə gələndə isə vərəq çevrildi, şəhvətpərəstlik, dünyagirlik, asılılıq və fəsad təcrid olundu, təqva, zahidlik, paklıq, nuranilik, cihad, insanlara qayğıkeşlik, rəhm, mürüvvət, qardaşlıq və fədakarlıq gəldi. İmam iş başına gələndə bu xislət və fəzilətlər gəlir, bu dəyərlər ortaya qoyulur. Bu dəyərləri qorusanız, imamət quruluşu qalacaq, daha Hüseyn ibn Əli (ə) qətlgaha aparılmayacaq. Bəs bunları əldən versək necə?!122

Növbəti və sonuncu məsələ siz əziz Bəsic üzvlərinin özünə aiddir. Quran bizə deyir ki, ruhdan düşməyin və qəmgin olmayın, siz daha üstünsünüz. Bunun ardınca buyurur ki, əgər mömin olsanız.123 Dediyim bu sözlərin hamısı o zamana aiddir ki, bizim Allahla əlaqəmiz yaxşı olsun. Bu, siz əziz gənclərin təqvalı olduğu zamana, siz qadın və kişinin dini qorumağa, günahın şirinlikləri qarşısında təslim olmamağa, şeytan vəsvəsəsi qarşısında müqavimət göstərməyə çalışdığınız zamana aiddir. Və siz bunu bacararsınız. Biz sınamışıq ki, siz bacarırsınız. Şeytanın ən böyük vəsvəsələri canla bağlı olur. Siz düşmənin yağdırdığı ardıcıl atəşləri altında nə qədər möhkəm dayandınız, qorxmadınız. Dostunuzun pak və mübarək cəsədinin yanınıza düşüb şəhid olduğunu gördünüz, amma eyni zamanda irəliyə getdiniz. Orada şeytanın vəsvəsəsi çox güclü olur. Amma o sizi qorxuda, ələ ala bilmədi. Günah qarşısında da ələ ala bilməyəcək.124

Cəmiyyətdə əxlaqın bərqərar olunması üçün iki iş lazımdır: biri bizim özümüzün çalışmamızdır, biri də Təhsil nazirliyi, tərbiyə, təhsil və elm mərkəzləri tərəfindən bütün səviyyələrdə insanlara verilən əxlaqi təlimlərdir. Allahın böyük Peyğəmbərinin adına olan ildə vacib işlərdən biri budur. Yəni dəyərli xarakterlərdə özümüzü mömin, müsəlman edək və Peyğəmbərə bənzədək. Qəbahətli və çirkin xüsusiyyətlər haqda bir siyahı hazırlayaq, onların hansı bizdə olsa, özümüzdən uzaqlaşdırmağa çalışaq. Həmçinin yaxşı xarakterlər haqqında da bir siyahı hazırlayaq və çalışıb onları özümüzdə yaradaq. Əlbəttə, bu yolda inkişaf amili məhəbbətdir; Allaha, Peyğəmbərə, bu yola, əxlaq müəllimlərinə - yəni peyğəmbərlərə və məsum imamlara məhəbbət. İnsanı bu yolda sürətlə irəliyə aparan amil bu eşqdir. Bu eşqi özümüzdə günbəgün artırmalıyıq: “İlahi, Öz məhəbbətini, Səni sevənlərin və məni Sənə yaxınlaşdıran hər bir işin məhəbbətini mənə bəxş et!” Allah məhəbbəti, Allahın sevdiklərinin və Allahın sevdiyi işlərin məhəbbəti. Özümüzdə bu eşqi cücərtməliyik. Böyük Peyğəmbər ilində Peyğəmbər təlimlərinin bir hissəsi budur.125


2) Dünyagir maraqlardan çəkinmək

Dünyagir, pulpərəst və vəzifəpərəst maraqlar çox pis bəladır. Bu bəlanın Bəsicin arasına daxil olmasına qoymayın. Bəsic üzvləri xalqın övladlarıdır. Onlar təbii şəkildə Bəsic rəhbərliyindən təsirlənməyə qabiliyyətlidirlər. Buna əsasən, Bəsic məmurları diqqətli olsunlar. Dünyagirlik və pulpərəstlik, bəzi maddi fəaliyyət və bazarlıqlara qoşulmaq çox pis işlərdir. Sanki hündürlüyə uça bilən bir quşa bir neçə kiloluq bir daş bağlayırlar; bəllidir ki, uça bilməz. Dünyagirliyə nifrət barədə çoxlu tövsiyələr ondan ötrüdür ki, özümüz üçün yığmaq, toplamaq, gələcəyi təmin etmək və bu kimi işlər ardınca qaçmayaq. Bəziləri yanlış anlayıb elə bilirlər ki, İslam dünyaya qarşıdır, insan həmişə axirətə sarı getməli və ibadət halında qalmalıdır. Bu çox yanlış fikirdir. Görün İslamın müxalifləri dünyanı necə dəyişdirib və elmi necə inkişaf etdiriblər. İslamda bunu demir. İslamda məzəmmət olunmuş dünya odur ki, sən özün üçün toplamaq istəyəsən; belə dünya pisdir. Yəni mən özümü, arvad-uşağımı, gələcəyimi, ticarətimi, filan yerdə olan qazancımı düşünüm. Bu pisdir. Yer üzünü abadlaşdırmağa, elmi inkişaf etdirməyə, bəşəri və təbii istedadları günbəgün çiçəkləndirməyə isə İslamda hər yerdən artıq həvəsləndirilmişdir. Pis dünyagirlik Nəhcül-bəlağə və Quranda təkrar-təkrar deyiləndir. İnsan özünü saxlamalıdır. Çünki təbii meyl bu tərəfədir. Süfrədə daha ləzzətli bir xörək olduqda insanın gözü ona dikilir, əli ona uzanır. İnsan gərək bir qədər özünə nəzarət edib belə işlərə bulaşmasın. Adi həyatı keçirmək və bu gün haqla batil arasında çəkişmə gedən dünyada bir neçə günü yaşamaq lazımdır.

Əgər Bəsic ruhiyyəsini əldən versək necə? Əgər vəzifə, məsuliyyət və ilahi amal yerinə şəxsi komfortumuz haqda düşünsək necə? Əgər Allah yolunda xidmət üçün şəraitdən başqa bir şey istəməyən Bəsic gəncini, mömin və ixlaslı gənci təcrid etsək, sırtıq, tamahkar, gözləntili, arsız və mənəviyyatsız adamı qabağa çəksək necə? O zaman hər şey dəyişəcək. Əgər erkən İslam çağında əziz Peyğəmbərin vəfatından onun ciyərparəsinin şəhidliyinə qədər 50 il ötdüsə, bizim dövrümüzdə bu müddət çox qısa da ola bilər, bizim sözlərimiz, dəyərlərimiz və dəyər sahiblərimiz bundan daha tez qətlgaha aparıla bilərlər. Gərək buna imkan verməyək, düşmənin zorla sürüklədiyi yayınma qarşısında möhkəm dayanaq.

Deməli, Aşuradan ibrət almaq budur ki, inqilab ruhunun cəmiyyətdə təcrid olunmasına və inqilab övladının kənarda qalmasına qoymayaq.126


3) Maneələr qarşısında müqavimətin lazım olması

Başqa bir məsələ müqavimət və dirəniş məsələsidir. Allah-Taala Hud surəsində peyğəmbərinə buyurur: “(Ey Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol (müqavimət göstər). Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar və həddi aşmayın“. Peyğəmbərin bir hədisində deyilir ki, Hud surəsi məni qocaltdı. Çünki bu surə çox ağır idi. Hud surəsinin harası? Nəql olunmuşdur ki, məqsəd “(Ey Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol (müqavimət göstər)“ ayəsidir. Bu ayə Peyğəmbəri nə üçün qocaltmalıdır? Çünki ayədə buyurur ki, sənə əmr etdiyimiz kimi bu yolda möhkəm ol, müqavimət göstər və dözüm nümayiş etdir. Bu müqavimətin özü çətin işdir. Bu, siratdır (yoldur); nümunəsini qiyamət günündə bizim üçün təsvir etdikləri Sirat körpüsü. Bizim buradakı əməl və yolumuzun məğzi həmin Sirat körpüsüdür. Biz indi Sirat körpüsü üzərində hərəkət edirik. Gərək diqqətli olaq. Əgər insan özünün bütün rəftarında belə diqqətli olmaq istəsə, bu onu qocaldar. Lakin mənim fikrimcə bundan daha mühümü sonrakı cümlədir: “Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar (müqavimət göstərsinlər)“. Möhkəm dayanmaq təkcə Peyğəmbərə əmr olunmur. O, bütün möminləri də bu yolda dayanmağa vadar etməlidir. Bir tərəfdən həyat problemlərinin - düşmənlərin, təxribatçıların, bədxahların və hakim qüvvələrin hücumuna məruz qalan və digər tərəfdən öz nəfsinin, nəfsani istəklərin, dünyanın bərbəzəyinə cəzb olunan və onlara sarı çəkilən taqətsiz insan ürəyinin istəklərinin hücumuna məruz qalan insanlar bu düzgün yoldan sola-sağa yayınmamalıdırlar. Qızıl və gümüş, pul, cinsi ehtiras, vəzifə sevgisi və digər sevgilərin hər biri insan qəlbinə bir kəmənd atıb onu özünə çəkən amillərdir. İnsan bunların qarşısında möhkəm dayanmalı və ayağı büdrəməməlidir: “Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar (müqavimət göstərsinlər)“. Möminləri bu iki güclü cazibə - düşmənin xarici və qəlbin daxili təzyiqi arasında, bu iki maqnit arasında düzgün xətdə saxlamaq, hidayət etmək - belə nəzərə çarpır ki, - Peyğəmbəri qocaldan amildir.

Bilirsiniz ki, İslamın böyük Peyğəmbəri istər 13 illik Məkkə dövründə, istərsə də Mədinədə hakimiyyət qurduğu dövrdə müsəlmanları hansı sürüşkən və çətin keçidlərdən keçirib o zirvəyə çatdırdı. Belə bir möhtəşəm hərəkət heç bir insanın işi deyildi. Peyğəmbər heç nə anlamayan və insani əxlaqdan xəbərdar olmayan bir xalqı elə insanlara çevirdi ki, Allahın mələkləri onların əzəmət və işığı qarşısında kiçik olduqlarını duydular. Müqavimət budur. Bu gün bizim müqavimətə ehtiyacımız var. Bir tərəfdən həyatın rəngarəng gözəllikləri ürəklərimizi təhrik edir. Biz inqilab dövründə yaxşı qəlb və etiqada malik nə qədər insan gördük. Lakin rahat yaşayış, ehtiraslar, hakimiyyət, vəzifə, onun-bunun tərifi və düşmənin təhdidi qarşısında duruş gətirmədilər, bir tərəfə sürüşdülər, Allah yolunun müxaliflərinə və bəzən düşmənlərinə çevrildilər. Odur ki, möhkəm dayanmaq lazımdır. Düşmənin qarşısında da möhkəm dayanmaq lazımdır. Düşmən təhdid edir, vəd verir, öncül İslam cəmiyyətinə daim öz gücünü göstərir. O, güc dili ilə söhbət edir və hərdən bu dili bəzi aldadıcı vədlərin şirinlikləri ilə qarışdırır ki, ürəkləri azdırsın. Düşmənin hiylə və təhdidləri qarşısında möhkəm dayanmaq böyük hünərdir. Əgər bir xalq bu hünərə malik olsa, o zaman zirvəyə çatar, düşmən nəhayət, təhdiddə fayda görməz, onunla razılaşmağa, yaxud təslim olmağa məcbur qalar.

Bizim xalqımız inqilabın əvvəlindən bu günə qədər bu qaydaya yaxşı əməl etmiş və möhkəm dayanmışlar. Siz Bəsic üzvləri bu müqavimətin dəyərli nümunələrindən birisiniz. Bir zaman müqəddəs müdafiə dövründə dünyanın şərqi və qərbi birləşib bizim xalqımızın əleyhinə əlbir oldular. İmam möhkəm dağ kimi dayandı, xalq da ona ləbbeyk dedi. Bu müqavimət bizi uzun və çətin olan səkkizillik müharibədə uğurlu etdi. Biz qələbə çaldıq, düşmən xar və rəzil oldu. Bəs rejiminin arxasında duran bütün cəhənnəm qüvvələri İran xalqının qüdrət və əzəmətini etiraf etməyə məcbur oldular.

Təhdid düşmənin işlərindən biridir. Düşmənin üsullarından biri təhdid etməkdir. Bəzi yerlərdə onun öz təhdidinə əməl etməsi də mümkündür. Lakin bu qovhaqovda elə bir xalq öz əzəmətini, başucalığını, kimliyini və maraqlarını qoruya bilər ki, geri çəkilməsin və müqavimət göstərsin. “Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın (Onlar sizə müqavimət göstərdikcə siz də onlara müqavimət göstərin)“. Nə qədər ki, düşmən sizin qarşınızdadır və sizi təhdid edir, müqavimət göstərməlisiniz. Bu müqavimət Quranın bir neçə yerində təkrar olunmuşdur. Bir xalqın qanuni, halal və məntiqli maraqları var və onlara nail olmaq istəyir. Xalqın əhəmiyyətli coğrafi mövqeyi, gənclərində istedad, torpağında bərəkət var. Bunlardan istifadə etmək xalqın hüququdur. Dünyanın hegemon qüvvələri bu gün yox, qədimdən xalqların maraqları üzərinə əl qoyub “bu mənimkidir” deməyə adət etmişlər. Harada xalqlar və onların rəhbərləri güzəştə getmişlərsə, onlar daha da cürətlənmişlər. İngilislər 19-cu əsrdə Hindistan yarımadasını tutdular. Yarımadanın sərvətlərini şirə kimi içib, özlərini gücləndirdilər, Hindistanı isə zəiflətdilər. Belədir. Bir xalq güclü düşmənlərin tamahkarlığı qarşısından geri çəkildikdə onlara yol açır. Belə bir vəziyyətdə o heç zaman demir ki, bunlar geri çəkildilər, daha bunlara rəhm edək, bunlarla yaxşı keçinək. Xeyr, xalq geri çəkilən kimi irəliləyir və maneəsiz şəkildə pəncələrini xalqın ətinə və dərisinə batırır. Gücü çatdığı yeri qoparır, onu zəiflədir, özünü isə gücləndirir.

Xalqlar həmişə müqavimətə hazırdırlar, əsas rəhbərlərdir. Bu gün bu şəkildə müqavimət göstərən Fələstin xalqı 50 il öncəki xalqdır. O zaman müqavimət göstərmədi və başına məlum bəlalar gəldi. Bu gün isə müqavimət göstərir və düşməni addım-addım geri çəkilməyə məcbur edir. Bizim bugünkü xalqımız 100 il öncəki xalqdır. Yüz il öncə ölkənin məmurları düşmənlər qarşısında geri çəkildilər, müqavimət göstərmədilər, düşmənin məmləkətə soxulmasına, ölkənin iqtisadiyyatına, siyasətinə, sərvətlərinə və neftinə hakim olmasına icazə verdilər. Düşmən də addım-addım irəlilədi. Yolu Qacarlar açdılar, düşmən də Pəhləviləri - fərmana itaətdə dayanmış quldur nökərləri hakimiyyətə gətirməklə onların mükafatını verdi. İnqilabda böyük imamımızın rəhbərliyi ilə oyanan, keçmişin yatmış nifrət və dərdlərindən hərəkətə gələn, özlərini unudulmaq və rəzillik dərələrinin dibindən başucalığının zirvəsinə çatdıran xalq da həmin xalq idi. Bu gün İran xalqı dünyanın ən başıuca xalqlarından biridir; təkcə müsəlmanların baxışında yox, hətta düşmənlərin baxışında. Müqavimət budur. İran xalqı bu yolu var gücü ilə davam etdirməlidir.127



Altıncı bölmə: Bəsic mədəniyyəti

Bəsic mədəniyyəti mənəviyyat, cəsarət, qeyrət, istiqlaliyyət, azadlıq və kiçik istəklərə əsir olmamaq mədəniyyətidir. Həyatın istəkləri hamıya mühümdür, lakin amal, dəyər və məqsədlər daha əhəmiyyətlidir, onları önə keçirmək lazımdır.

Bəsic həftəsi bu dəyərlərin, bu canlı və təcəssüm olunmuş həqiqətin anım həftəsi idi. Belə dəyərləri bütün il boyu anmaq da çox deyil. Bu həftə bitdi, amma Bəsic həqiqəti yaşayır. Onun xatirəsi tükənməzdir.128

Bəsic və Bəsic mədəniyyəti İslam inqilabının çox mübarək məsələlərindən biridir. Bəsic - insanın iştirak edə və təsirli ola bildiyi hər bir sahədə imandan, ixlasdan, əsl din və iman duyğusundan irəli gələn iştirakı deməkdir. İnqilabın əvvəlindən bu günə qədər harada bu hal, maraq və addım müşahidə olunmuşdursa, xeyir və faydaları tükənmək bilməmişdir. Fərqi yoxdur, bu hal hər bir sahədə qarşıya çıxa bilər. Bunun bariz nümunəsi müharibə idi. Kim onda rol ifa edə bildiyini hiss etdisə, yaşının nə qədər, ictimai mövqeyinin hansı həddə, maddi qazancının nə qədər olmasına və gələcəyinin necə olacağına baxmadı. Həmin doğruçu, mənəvi və inqilabi maraqla cəbhəyə getdi. Və bu öz işini gördü.129

Siz müqəddəs müdafiə dövründə, hətta ondan sonra da gördünüz və görürsünüz ki, ölkəmizin gəncləri saf, iffətli, həqiqətə müştaq, mənəviyyatlı, İslam və inqilab dəyərlərinə bağlı olmuşlar və bağlıdırlar. Onlar dünyada digər gənclərin başını qatan məsələlərə etinasızlıqla cəmiyyətdə fəallıq göstərirlər.

Dünyanın harasında bu qədər mömin və zahid gənc görünür və mövcuddur?! Heç bir yerdə belə deyil. Bu, Bəsicin təsirindəndir. Odur ki, Bəsic əslində, bir mədəniyyət və mədəni hərəkətdir. Bəsic mədəniyyəti bizim İslam cəmiyyətinin hər bir fərdi üçün arzuladığımız mədəniyyətdir. Hamının Bəsic üzvü olduğunu dedikdə məqsəd budur.130

Bəsic üzvü olmağın da dərəcələri var. Bəzilərinin ixlası və paklığı günəş kimi parlayır və diqqəti cəlb edir. Hər halda, Bəsic bir mədəniyyət, bizim cəmiyyətimizdə üstün və dəyərli bir zehniyyətdir.

Bəsiclə düşmənlik bütün sahələrdə işlə, mücahidliklə, fəaliyyətlə və aktivliklə düşmən olmaqdır. Çox aydındır ki, bu xalqın uğursuzluğunu arzulayanlar Bəsici xoşlamırlar. Kim bu xalqın uğursuz olmasını və məğlubiyyətə uğramasını arzulayırsa, Bəsicin fəallığından narahatdır. Bütün düşmənlərin, paxılların, daxildə düşmənə könül verən hər kəsin Bəsicdən acığı gəlir. Bəsici nə qədər genişləndirə bilsəniz, ölkənin gələcəyi daha yaxşı olar. Hansı bir yerdə və hansı təbəqədə Bəsic ruhiyyəsi yaransa, orada fəaliyyət, həvəskarlıq, hərəkət və həyat bir neçə dəfə artar. Bəsicin mənası budur.

Bəziləri elə bilirlər ki, Bəsic dövlət təşkilatıdır. Belə deyil. Ölkənin müxtəlif qurumlarının hər hansı biri Bəsic hissinə malik olsa, uğuru daha artıq olar. Bu gün xoşbəxtlikdən, hökumət, prezident, İslam Şurası Məclisi və müxtəlif məmurlar Bəsic üzvü olduqlarına görə fəxr edirlər. Bu ölkənin bütün hadisələrinə qalib ola və onun hərəkətini təmin edə bilən amil Bəsic mədəniyyətidir.131
Bəsic məntiqlidir!

Bəsic məntiqlidir; məntiqli düşünməli, məntiqli əməl etməlidir. Əlbəttə, bunun bir hissəsini təmin etmək rəhbər nümayəndəliklərində, yaxud mədəni sahələrdə fəaliyyət göstərən əziz qardaşların üzərinə düşür. Düşmənin Bəsic əleyhinə apardığı işlərdən biri onu qeyri-məntiqi və ağıllı söz anlamayan bir qüvvə kimi göstərməkdir. Bu, yalan və böhtandır.

Əziz qardaşlar! Mən təkid edirəm ki, sizin üsulunuz, yolunuzla müvafiq olmadığını düşündüyünüz şəxslərlə rəftarda məntiqli üsullardan istifadə edin; söhbət etmək, danışmaq, dəlil göstərmək və nəsihət etmək kimi. Bu ölkədə çoxları imkan düşən kimi Bəsicin məntiqli sözlə uymaq istəmədiyini və kobud üsullarla rəftar etdiyini demək üçün bəlli tərzdə əməl olunmasını sevirlər. Yəni həm Bəsici məzlum etsinlər, həm də bacardıqları hər bir üsulla məzlumluğu mömin və hizbullahçı gəncə yeritsinlər. Bəzi yerlərdə təəssüf ki, bu iş baş verir. Həm də Bəsici kobudluqdan istifadə etməkdə ittiham etmək istəyirlər. Mən təkid edirəm ki, mömin, hizbullahçı və Bəsic qüvvələrinin aciz qaldıqda yumruqdan istifadə etmələrinə dair təsəvvür yaratmalarına imkan verməyin. Xeyr, bizim yumruğa ehtiyacımız yoxdur. Sözsüz ki, yumruqdan və ondan üstünündən də istifadə edirik, lakin ABŞ-ın, İsrailin və həqiqi düşmənin qarşısında. Biz hətta dini etiqadımıza müxalif olan, amma hücum etməyən şəxslə də mehriban və alicənab rəftar edirik.132

Bəziləri Bəsic üzvü olan gəncin sevgi dolu hərəkətlərini düzgün dərk etmirlər. İman təkcə quru elmi formul deyil. Düzdür, İslam imanı yüz faiz elmi, məntiqidir, lakin daxilində hiss və duyğu dalğaları tufan edir. Əmirəlmöminin, ondan öncə İslamın əziz Peyğəmbəri və bütün hidayət imamları əqli fəaliyyətin yanında hiss və duyğulardan da bəhrələnmişlər.

Bəsicin ayıqlığı budur ki, bu gün hansı imana arxalandığını və kimin qarşısında dayandığını bilsin. Elə bilməyin ki, müxalifləriniz sizə qaşqabaqla baxan üç-dörd nəfərdir. Xeyr, bunlar sizin qardaş-bacılarınızdırlar, uzaqbaşı, nəyisə yanlış düşünürlər. Sizin müxalif və düşmənləriniz dünyanın hegemon qüvvələri, beynəlxalq soyğunçular və nəhəng iqtisadi kompaniyalardır. Onlar demək olar ki, bütün informasiya vasitələrini ələ almışlar.

Allaha şükür edirik ki, bir nümunəsi burada iştirak edən Bəsic gəncləri, bir nümunəsi ötən günlərdə Rəşt xiyabanlarında görünən, başqa bir nümunəsi böyük İslam vətəninin hər bir yerində - istər Bəsic Müqavimət Qüvvəsi adı altında, istər ondan kənarda fəaliyyət göstərən mömin gənclər İslam quruluşunda müqavimətin əsas özəyini təşkil edirlər. Onlar qüdrətlə və möhkəm imanla düşmənlə qarşı-qarşıya dayanmışlar. Siz gənclər düşmənin diz çöküb təslim olacağı günü mütləq görəcəksiniz.133

Elə bilməsinlər ki, Bəsic bir emosiya məsələsidir. Bəsic məntiqli bir iş, dərin, köklü və elmi məsələdir. Onu təşkil edən xalqdır. Kim Bəsic üzvüdürsə, bununla fəxr etməlidir. Bəsic üzvü olmaq Allah yanında başucalığı və iftixar amilidir.134
Bəsic və məscidlər

Məsicdləri boş qoymayın. Bəsic Müqavimət Qüvvəsinin ən yaxşı yeri məscidlərdir. Lakin məscidləri məscid kimi saxlayın, onun imamı, icması və möminləri ilə səmimi qardaş olun. Allaha şükür olsun ki, beləsiniz. Bu halı qoruyun və daha da artırın. Namazı ilk vaxtında camaatla, yerləşdiyiniz məscidin imamının arxasında qılın. Məscidin dini-təbliğat tədbirlərində iştirak edin. Dua və Quran mərasimində, dini mərasimlərdə iştirak edin. Siz məscidin imamı ilə müştərək şəkildə məscidi qoruyun. Məscidi maraqlı məkana çevirin ki, məhəllənin uşaq və gəncləri, qadın və kişiləri sizin yerləşdiyiniz məscidə cəlb olunsunlar. Məscid çox mühüm mərkəzdir.135





Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə