MÜqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Yeddinci fəsil: Bəsic və ölkə quruculuğu



Yüklə 209.89 Kb.
səhifə6/9
tarix22.05.2017
ölçüsü209.89 Kb.
1   2   3   4   5   6   7   8   9

Yeddinci fəsil: Bəsic və ölkə quruculuğu


Birinci bölmə: Bəsic quruculuğun əsas amili kimi

Bu gün mömin və fədakar qüvvələrin Bəsici silahlı müdafiədən əlavə, ölkə quruluculuğunu da özünün başqa bir məqsədi seçməlidir. Bu gün elə bir gündür ki, bütün qüvvələr özlərinin bütün elmi, mental, təcrübi, maddi və mənəvi imkanlarını quruculuq sahəsinə yönəltməlidirlər. Hökumət Bəsic kimi çalışıb, Bəsicin işgüzar qüvvələrini quruculuq işinə həvəsləndirməli, kompleks proqramlarla ölkənin quruculuq cihadında hər bir təbəqənin və hər bir fərdin yerini müəyyənləşdirməlidir. Xalq da quruculuğu şəxsi maraqlara tərcih edib bu sahədə fədakarcasına çalışmalıdır.

Əgər hökumət quruculuq dövründə səkkizillik məcburi müharibədən irəli gələn, eləcə də xarici düşmənlər tərəfindən yaradılan problemləri aradan qaldırıb İslam quruluşunu xalqın maddi və mənəvi ehtiyaclarını təmin edəcək formada qura bilsə, qlobal hegemonizmə ən böyük zərbəni vurmuş olacaq. O həmişə İslam quruluşunu ölkənin düzgün idarəsinə gücsüz göstərmək istəmiş və bu məqsədlə müharibəni və digər problemləri yaratmışdır. Deməli, quruculuq işində siz rəşadətli xalqın qələbəsi hegemonizmin uğursuzluğu və inqilabın qələbəsi deməkdir. Bu məqsəd xalqın səmimi və hərtərəfli əməkdaşlığı, onun inqilabçı əzmkarlığı və dözümü olmadan mümkün deyil. Bu baxımdan, düşmənin xalqın müxtəlif təbəqələri arasında, xüsusən də xalqla məmurlar arasında ayrılıq yaratmasına israrı qədər xalq da müxtəlif təbəqələr arasında, xüsusən də hökumətlə xalq arasında əməkdaşlıq və həmrəylik üzərində təkid göstərməli, tam sayıqlıqla düşmənlərin təhriklərini tanımalı və ona əks istiqamətdə hərəkət etməlidir.136

Bəsic quruculuq sahəsində əsas amil ola, elm sahəsində digərlərindən önə keçə bilər. Bəsic ölkənin hər yerində fəaldır, bütün fəaliyyətlərdə öncül olub Bəsic ruhiyyəsini göstərə bilər. Belə də olmalıdır. Çoxları müharibə bitdikdən sonra Bəsicin bitdiyini görmək istəyirdilər. Bu, şeytani bir təhrik idi və bunda düşmənin də rolu vardı. Lakin mən deyirəm ki, Bəsic bitən deyil. Bəsic günbəgün genişlənməli və güclənməlidir. Bəsic ruhiyyəsi və Bəsic inancı genişlənməlidir ki, bu ölkə çiyninə götürdüyü ağır yükü – insanların ilahi hidayət və səadət yükünü mənzil başına çatdıra bilsin. Odur ki, Bəsic qurtaran deyil.137



İkinci bölmə: Quruculuğun mənası

Uzun illərlə ölkəni viran qoyublar. İnqilabdan sonra da xarici işğalçılar vasitəsi ilə səkkiz il eyni işi davam etdirdilər. Bu ölkə qurulmalıdır. Bundan ötrü çalışmaq lazımdır. Müharibədən bu günə qədər yalnız üç ildən bir qədər artıq vaxt ötür. Bir raket böyük bir yeri bir an içində dağıdır, həmin dağıntını qurmaq isə çox çəkir. Bir bina, ev, iki-üç mərtəbəli bir imarət bir anda partlayır, amma bir anda qurulmur. Bu ölkəni səkkiz il dağıtdılar. Məgər zarafatdır?! Ondan öncə mənfur Pəhləvi sülaləsi - Allahın lənəti olsun onlara, onların işçilərinə, əlaltılarına və Allahın lənəti olsun Qacar ailəsinə və onların köməkçilərinə! - məmləkəti dağıtmışdı. Sonra onu qurmaq üçün inqilab oldu. Məgər düşmənlər buna göz yuma bilərdilər?! Bizim əleyhimizə başlanan müharibədə ABŞ-ın İraqla əməkdaşlığının üstü bu gün açılır. Biz o zaman qətiyyətlə deyirdik ki, Şərq və Qərb İraqı müdafiə edir, daxildəki bəzi yaxıngörənlər isə inkar edirdilər. Deyirdilər ki, hansı dəlilə görə. Buyurun, bu da dəlil. Bu gün amerikalılar öz sənədlərini açırlar. İndi bəlli olur ki, bu bir neçə ildə İraqa necə böyük köməklər ediblər. Şərq və Qərb əlbir olub müharibəni başlatdılar və məmləkəti viran qoydular. Fəsadçı Pəhləvi və Qacar hökmdarlarının dağıdıcı illərindən və dağıdıcı müharibə dövründən sonra indi İslam Respublikası hökuməti xalqın, məmurların, peşəkar mütəxəssislərin köməyi ilə ölkəni qurmaq istəyir. Bu, bir-iki günün işi deyil; bir-iki ilin işi də deyil. Bütün mərkəzlər məhv edilib, istehsal mərkəzləri dağıdılıb. Bunlar qısa müddətdə düzələsi işlər deyil. Buna deyirlər Quruculuq. Bu bir mübarizə və Allah yolunda cihaddır. Kim bu işdə iştirak etsə, cihad etmişdir. Vacib əməl olan İslam cəmiyyətinin idarəsi və müdafiəsi çox dəyərli işdir. Amma məsələnin digər tərəfi maddəçilik, pulpərəstlik, dünyagirlikdir.

Quruculuq Əli ibn Əbu Talibin (ə) hətta səhv etməsəm, xilafət dövründə də gördüyü işdir. İndi tərəddüd etdim, lakin xilafətdən öncə qətidir ki, öz əli ilə xurmalıq salır, əkinçilik edir, ağac əkir, quyu qazır, bağ suvarırdı. Bu quruculuqdur. Dünyagirlik və dünyapərəstlik Übeydullah ibn Ziyadın və Yezidin gördüyü işdir. Onlar nə zaman nə isə qurmuşlar?! Onlar ancaq məhv edir, yeyir, dəbdəbəli həyat sürürdülər. Bu iki məsələni bir-birinə qarışdırmaq olmaz. Bu gün bəzi adamlar quruculuq adı altında özlərini pula, dünyaya, dünyagirliyə qərq edirlər. Bu quruculuqdur?! Bu, cəmiyyətimizi fəsada uğradan ehtiraslara qərq olmaq, təqvanı və fədakarlıq ruhunu - yəni Bəsic üzvlərində olan ruhiyyəni əldən verməkdir.138

Üçüncü bölmə: Bəsicin ədalət tələb etməsi

İctimai ədalət kiçik məsələ deyil. Siz görün Allahdan İmam Mehdinin (ə) zühurunu diləyərkən nə istənilir? Biz istəyirik ki, o, ədalət gətirsin: “Allah onun vasitəsilə yer üzünü ədalətlə doldursun”139. Ədalət bu qədər əhəmiyyətlidir. Məgər ədalət kiçik bir şeydir?! Ümumiyyətlə, bizim varlığımızın fəlsəfəsi budur. Bəziləri nə deyirlər-desinlər. Mənim kimilərin cəmiyyətdə düzgün ədalətin - bunu Allahın dinindən başqa heç kəs xalqa bəxş edə bilməyib - yaranmasından başqa nə istəyi var?! Yoxsulluğu aradan qaldıran, fəsadın kökünü kəsən ədalətdir. Fəsadlar çox zaman ədalətsizlikdən qaynaqlanır. Ayrıseçkiliyin ziddi olan ədalətdir. Hər bir cəmiyyətdə əsas islahatlar yoxsulluğun, fəsadın və ayrıseçkiliyin aradan qaldırılmasına aiddir. Bəli, bəziləri mövzunu qarışdırırlar. Lakin belələrinin özləri çox zaman səhv etdiklərini, yaxud yanlış dediklərini bilmirlər. Bunun yanında bəzi dinləyiciləri də sadəlövhlük edirlər. Amma əsas bunlardır. Cəmiyyətdə yoxsulluğun kökü kəsilməlidir. Bu isə birgecəlik iş deyil. Bunun üçün işlər görülməli, yaxşı iqtisadi proqramlar, planlar hazırlanmalı, iradə göstərilməlidir. Bu sahədə söz çoxdur.140

Bəsic üzvü ədalətsevərdir. Ədalətsevərlik şüarçılıq deyil, bunu doğrudan da istəmək lazımdır. Ədalətsevərlik bu da deyil ki, insan kiminsə qarşısında dayanıb “sən ədalətsevər deyilsən” desin. Yox, bunun yolu var. Cəmiyyət elə mərhələyə çatmalıdır ki, onda ədalətsevər siyasətlər yürüdülsün. İcra aparatı elə olmalıdır ki, ədalətsevər siyasətlər icra olunub həyata keçə bilsin. Yoxsa ədalət istəyi ilə çoxlu siyasətlər ortaya qoyulur, amma iş, insanlar, fiqurlar, əlində qələm tutub imza edənlər ya bunu istəmirlər, ya buna inamları, ya iradələri, ya hövsələləri yoxdur, yaxud da "get işinlə məşğul ol, sən kefdəsən" tipindəndirlər. Nəticədə də işlər dayanır və ləngiyir.141



Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə