MÜqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Səkkizinci fəsil: Bəsic və universitet



Yüklə 209.89 Kb.
səhifə7/9
tarix22.05.2017
ölçüsü209.89 Kb.
1   2   3   4   5   6   7   8   9

Səkkizinci fəsil: Bəsic və universitet


Birinci bölmə: Elm Bəsici, Proqramlaşdırma və elm istehsalı hərəkatı

Hər bir böyük arzuya və uca məqsədə çatmaq üçün yol vardır. Tələbə, alim və ayıq gənc bu yolu tapmalıdır. Proqramlaşdırma hərəkatı, azadfikirlilik mövzusu və müxtəlif ictimai mövzular da bu qəbildəndir.142

Bir ölkə üçün universitet və elm çox mühümdür. Bir ölkə üçün hansı elmi fəaliyyətin qurucu olduğunu bilmək çox önəmlidir. Bir xalq o zaman elmdə üstünlük qazana bilər ki, bu sahədə deməyə sözü olsun. Digərlərinin elminə baxmaq və ən çoxu onu öyrənmək - özü də onların məsələhət bilib təlim verdiyi və digərlərinin ixtiyarında qoyduğu həddə öyrənmək ölkəyə heç bir elmi şərəf gətirmir. Elmi kəşf və istehsal etmək lazımdır. Əlbəttə, bunun yolu alim olmaqdır. Bir xalq digərlərinin elmini öyrəndikdən sonra özü elm istehsal etməlidir. Bu bir cihad istəyir. Gözü özünün maddi gələcəyində olan və müddəti bəlli olmayan bir neçə il yaşayıb onu təmin etməyi düşünən şəxs ixlasla bu cihada qoşula bilməz. Biz müşahidə edirik ki, bəzi insanlarımızın mədəniyyətində bəzi sahələrdə özünü oda-suya vurmaq və çalışmaq var, lakin elmdə sanki belə bir şeyi mənasız sayırlar. Belə olmaz. Elm sahəsində özünü oda-suya vurmaq və işləmək lazımdır. Elm bəsicinin xüsusiyyətlərindən biri budur. Fəaliyyətin əsas amili də universitetdə çalışan mömin və müəllim qardaş və bacıların bu təşkilatıdır.143

Universitetlərdə elmi iş, ölkənin müxtəlif sahələrində quruculuq, istər sənaye, istər əkinçilik və xidmətlər sahələrini fəallaşdırmağa çalışmaq düşmən siyasətlərinin əksinədir... Təhsil və tədqiqat işi ilə məşğul olduğunuz təcrübə otaqlarında, dərs oxuduğunuz, tədqiqat apardığınız, elm fənlərinin birində yeni yol axtardığınız yerlərdə düşmən əleyhinə çalışırsınız.144

Mənim əzizlərim! Bizim xalqımız on illərlə getməli olduğu yoldan geri saxlandı. Biz bu geriliyi düzəltməliyik. Bunlar həqiqətdir, bizim tariximizdir. Bizim xalqımız bu gün elm sahəsinə qoşulduqda dünyada heyrət doğurur, hərbi qarşıdurmaya daxil olduqda geniş imkanlı düşmənləri təəccübləndirir, siyasi güc sınaqlarına qoşulduqda güclülərə rəqib olur. Bizim belə bir xalqımız var. Bu xalq bu insani istedadı ilə, bu geniş, məhsuldar, təbii sərvətlərlə dolu olan qızıl torpaqla elmin, sivilizasiyanın, maddi və mənəvi tərəqqinin zirvəsində dura bilərdi. Amma elə iş gördülər ki, üçüncü dünya ölkələrindən oldu; özü də son sıralarda. Bu ölkənin məlumatlı insanlarının tağut rejiminə bu qədər lənət oxumaları əbəs deyil. Ölkəmizdə belə bir cinayət törədildi və xalqımıza bu vəziyyət yaradıldı. Sonsuz zirvəyə pərvaz edə bilən bir xalqın qanadlarını kəsdilər, ayaqlarını bağladılar, yaraladılar. Bizim xalqımızı özünə bədbin, gələcəyinə ümidsiz, uzaq üfüqlərə çatmaq üçün passiv, digərlərinin qarşısında məftun və valeh bir xalqa çevirmişdilər. Lakin inqilab bu xalqı bərk tərpətdi, onun baxışını kökündən dəyişdirdi. Bizim xalqımız oyandı, hərəkət etdi, yola düşdü, özünü tanıdı, “bacarırıq” dedi və bacardı. İndi də inkişaf etmişdir. Bizim hərəkət motorumuz imanımız, Allaha arxalanmağımız, dini bilgi və hökmlərimizdə mövcud olan ilahi hidayətə, tövsiyələrə arxalanmağımızdır. Bizim hərəkətimiz yaxşı olub. Düşmən də təsadüfən, həmin əsaslı nöqtəni – yəni iman nöqtəsini bombalayır. İndi bizim cəmiyyətimizin böyük bir hissəsi öz imanı ilə fəxr edir. Bu çox dəyərlidir. Bu, Bəsicdir.

Bu xalqı özünə inamsız etmək üçün bütün mədəni və informasiya vasitələri ilə yüz il, yaxud daha artıq müddət ərzində iş aparıblar. Məşhur şəxsiyyətlərdən biri deyirdi ki, iranlı bir lüləhəng də düzəldə bilmir. Lüləhəng palçıq aftabaya deyilir. Bu xalqı belə təhqir edirdilər. Bu xalq indi bioloji sahələrdə, müxtəlif elmi tədqiqat fəaliyyətlərində dünyanın ilk on ölkəsindən biridir. Bu, zarafat deyil. Bu məsələ bizim xalqımıza, harada olsanız, hansı sahədə çalışsanız, siz gənclərə xəbərdarlıq edir ki, öz qədrinizi bilin, hərəkət edin, ümidinizi itirməyin. Siz bacarırsınız. Siz elə bir nəsilsiniz ki, yaxşı çalışsanız, ölkənin 100-200 il, yaxud daha artıq müddətə gələcəyini təmin edəcəksiniz. Oyanış, həssaslıq, maraq, iman, ümid, ilahi hidayətə, Allahın yardımına arxalanmaq Bəsicin əsas xüsusiyyətləridir. Bu bir mədəniyyətdir. Əgər belə hərəkət etsək, Allah-Taala kömək edəcək. Allahın yardımı bütün yaranmışlara aiddir; bu şərtlə ki, özlərini ona qabiliyyətli etsinlər, əllərini uzadıb o meyvəni dərsinlər; yerdən qalxsınlar, iradə göstərsinlər və meyvədən yesinlər. Bu hamının imkanı daxilindədir. Əlbəttə, bəziləri istəmirlər, ehtiras, azğınlıq və korluqlar görməyə, anlamağa və iradə etməyə qoymur. Amma siz istəmiş, tanımış, hərəkət etmiş və çoxlu bəhrələr də görmüşsünüz. Yenə də Allahın rəhmətindən istifadə etməyə çalışın. İnşallah həzrət Bəqiyyətullahın (İmam Mehdinin (ə)) duası sizin hamınıza şamil olsun!145



İkinci bölmə: İman və dini öhdəlik

Bizim məntiqimiz güclüdür. Biz məntiq baxımından heç kəsə məğlub olmuruq, digərləri bizə məğlub olurlar. Cəmiyyətdə baş verənlər də bu məntiqin doğruluğunu göstərmişdir. Mütəmadi illər boyunca işlər korlansa, müharibə və xarici maneələr qarşıya çıxsa, qurumlara pis insanlar nüfuz etsə, bəziləri iradəsizlik, hövsələsizlik göstərsələr də, biz harada prinsipial inqilabçı qayda və təfəkkürlə işləmişiksə, doğrudan da uğur qazanmışıq. Nümunələri sənaye və elm nailiyyətləri və digər işlərdə irəliləyişlərdir. Harada yaxşı iş görülmüşdürsə, orada mühüm vəzifədə mömin qüvvə çalışmışdır. Bunu mən müxtəlif yerlərdə sınaqdan keçirib əmin olmuşam. Harada iş ləng getmişdirsə, orada şəxsi mənafeyə, fəsada, ayrıseçkiliyə, dostbazlığa və bu kimi amillərə bais olan imansızlıq olmuşdur. Yəni biz bu təfəkkürü praktikada da yoxlamışıq.

Siz gəncsiniz, bu ölkənin gələcəyi sizə aid, icra işləri sizə məxsusdur. Heyətinizi elə seçməlisiniz ki, bu bolt-qayka bu böyük dəzgahda yeyilib dəyərdən düşməsin.146

18-19-cu əsrlərdən elmin dinlə uyğun olmadığını, harada elm varsa, dinin, harada din varsa, elmin olmadığını sübuta yetirməyə çalışırlar... Elm və iman nəinki bir-birinə zidd deyil, hətta bir-birini çiçəkləndirirlər də.147

Modernizm nədir? Modernizm öncül olmaqdır. Görün nəyiniz azdır, harada boşluq var və bu boşluğu ən gözəl şəkildə necə doldurmaq olar. Yaradıcı beyninizi işə salın və boşluğu doldurun. Bu olur inkişaf. Bu fikir geyimə də aiddir, zahiri rəftara da, düşüncəyə də, idarəetmə üslubuna da, müxtəlif ictimai və siyasi məsələlərə də. Bu söz hər bir şeyə, insan ağlının hökm etməyə, mühakimə yürütməyə qadir olduğu bütün yerlərə aiddir. Ağıl sahəsi olmayan, bəndəlik və şəriət sahəsi olan yerlərdə şəriətə təslim olmaq lazımdır. Təsadüfən, şəriətə sadiq və təslimçi olanlar, sonralar ağılları daha çox işlədikdə şəriətin uyğun hökmü nə üçün verdiyini anladılar. Bir zamanlar murdar-pak, məhrəm-naməhrəm, ibadət, namaz və təzim məsələləri şübhəli idi. Düşüncə inkişaf etdikcə anladılar ki, bunların da təbii fəlsəfəsi, hikməti, insani səbəbləri vardır.

Allahla əlaqəsini kəsmiş mənəviyyatsız insan sizin bu gün Avropa və Amerikada müşahidə etdiyiniz mahiyyətsiz varlıq olur: ədalətdən, asayişdən, insaniyyətdən və insan hüququna hörmətdən savayı hər şey var; yəni meşə mədəniyyəti. Açıq şəkildə deyirlər ki, gücün varsa, etməlisən, tüfəng əlindədirsə, vurmalısan. Əxlaqın heç bir mənası yoxdur. Əlbəttə, bu hələ işin əvvəlidir. Süqutun iti eniş nöqtəsinə hələ çatmayıblar, amma çatacaqlar. Bunu mən sizə deyirəm. Siz Qərbin, Avropa və Amerikanın süqutun iti eniş nöqtəsinə çatdıqlarını və daha özlərini saxlaya bilmədiklərini görəcəksiniz. O zaman süqut edəcəklər.

Əsl yenilik və modernizm İslamın istədiyidir. İslam ümumiyyətlə, insandan bunu istəmişdir. Bu, düşünmək, dərindən fikirləşmək, düzgün işləmək, düşüncə işi, praktik səy, zəhmət, heç bir sahədə riskdən qorxmamaq və məqsədləri uca tutmaq sayəsində əldə olunur.

Bu işlər kimə aiddir? Bəsicə. Əgər Bəsici düzgün tərif etsək, belə olur. Bəsic həmçinin dini qeyrəti, biliyi, ehtiyaclara dair dərki, kreativliyi, zehni fəallığı, yaradıcılığı olan və səhnədən qaçmayan iradəli insandır.

Tələbə Bəsici mahiyyət etibarilə bu məfhumların tam təzahürüdür. Sizin məqsədiniz bu əsaslı sahəni təmin etmək olmalı və heç bir şeydən qorxmamalısınız. Demirəm ki, heç nəyi nəzərə almayın. Nəzərə almaq - ağıl işlətmək deməkdir və həmişə lazımdır. Lakin haqq bildiyinizi tələb etməlisiniz, həm də təkcə dillə və şüarla yox. Şüar bəzən lazımdır, bəzən isə lazım deyil, yalnız işləmək və çalışmaq lazımdır.148

Üçüncü bölmə: Universitetlərdə olan Bəsicin mənası

Bəsic – hazırlıq, hər bir cəmiyyətdə, o cümlədən bizim cəmyyətimizdə düşüncəli insanlar birliyi, ictimai arzu və amallara sahib olan, şəxsi arzuları bu məqamda çox da əhəmiyyət kəsb etməyən bir toplum deməkdir. Siz hər bir gəncə, xüsusən tələbə, elm adamı, yaxud müəllim olan bir gəncə baxsanız, görərsiniz ki, ölkənin gələcək, xalqın indiki durumu, maddi və mənəvi həyatı üçün arzu və amalları var. Bu amalları həyata keçirmək məqsədilə çalışmağa hazır olan hər bir şəxs Bəsic üzvüdür. Çoxlarının böyük arzuları var, lakin onların barəsində yalnız düşünməklə kifayətlənirlər. Uca və dəyərli insan isə bununla kifayətlənmir, bu amalları həyata keçirmək üçün addım atır. Belə bir şəxsin adı Bəsic üzvüdür. Bəsic universitet üçün işləndikdə, yəni universitet, müəllim və tələbə Bəsici deyildikdə, daha dərin məna kəsb edir. Nə üçün? Çünki universitet gələcəyin təməlidir. Digərləri indiki vəziyyətdən, mövcud olanlardan bəhrələnirlər. Məsələn, məhsulunu toplayan bir əkinci buğdalarından istifadə edir. Lakin buğdalarının ən yaxşısını, ən sağlamını sonrakı əkin üçün ayırmasa, bu gün süfrəsində çörəyi ola bilər, lakin sabah olmayacaq. Universitet sabahı hazırlamaqda olan bir qurumdur. Belə olduğu üçün öhdəlik ruhu, fəaliyyətə və amalçılığa təmayül, amalları görmək, onlara əhəmiyyət və könül vermək, onlar üçün hərəkət etmək və çalışmaq istəyi tələbə və universitet müəllimi üçün çox əhəmiyyətlidir. Bu olmasa, cəmiyyət çox ziyan çəkər. Bu baxımdan, tələbə və müəllim Bəsicinin mənası çox genişdir.

Universitetdə Bəsicin bir gözü universitetə baxır, bir gözü dünyaya. Universitetə baxmaq - yəni elm, tədqiqat, iş, dərs, universitet münasibətləri, əxlaq, siyasi məqsədlər və sair işlər üçündür. Dünyaya baxış isə bunun üçündür ki, görsün bu qədər söz, söhbət, elm, siyasət və fəaliyyət olan bu toplum, yəni universitet dünyanın harasında yerləşir, onun rolu nə ola bilər, onun üçün hansı mövqe seçilmişdir. Tarixin, dünyanın və siyasətin harasında yerləşdiyini bilməyincə özünün universitet daxilindəki rolunu da düzgün anlaya bilməz. Fərz edin, biz bu gün deyirik elm istehsalı. Əgər elmi işlə məşğul olan bir tədqiqat mərkəzi bu gün elmin hansı mərhələdə olduğunu və bizim elm karvanının harasında yerləşdiyimizi bilməsə, heç şübhəsiz, dövrümüzdə ehtiyac olmayan bir elmi işlə məşğul olacaq. Bu, bir misal idi. Bütün məsələlərdə belədir.

Canlı, ayıq, fəal olmaq, yerində və ehtiyaca uyğun hərəkət etmək üçün Bəsicin bir gözü universitetin daxilində, öz çevrəsində, bir gözü isə dünyada olmalıdır. Yəni görsün ki, dünyada nə baş verir, biz haradayıq, bizim üçün nə fikirləşirlər, bizim qarşımızda, bizim tərəfimizdə və yanımızda kimlər var. Bunları bilmək lazımdır. Bunlar zəruri məsələlərdir.149

Əziz gənclər, bilin ki, düşmənin hədəflərindən biri Bəsicin özüdür. Düşmən Bəsicə əsəbiləşmişdir, bu təşkilata kəskin qəzəblidir. Çünki onun işlərinin təsirini görür. Bəsic - fəaliyyətə hazırlıq, ölkənin inkişafı, inqilabın və quruluşun davamı üçün lazım olan böyük işlərdə geniş addım, fəaliyyət deməkdir. Bu, kiçik bir şey deyil: mömin, alim, elm və düşüncə adamı, həmçinin işə və fəaliyyətə hazır olan gənclik. Bu hazırlıq və hazırlıq hissi düşmənin əl-ayağını itirməsinə səbəb olur. Bu hazırlıq hər bir sahədə səmərəlidir; elm sahəsində bir cür, iş və quruculuqda bir cür, siyasət və müdafiə sahəsində başqa cür. Bu hazırlıq insanlarda şəhadət istəyi və ölümdən qorxmamaq hissi yaradır və beynəlxalq qaydaları qüvvədən salır. Çünki bütün beynəlxalq qaydalar insanların ölüm qorxusuna hesablanır. Ölüm hədəsi ölümdən qorxan şəxsə qarşı keçərlidir. Ölümdən qorxmayan, məqsəd və amalları uğrunda şəhidliyə hazır olan cəsarətli insanlar olduqda isə bu qaydaların hamısı qüvvəsini itirir. Buna görə çox qəzəblənmişlər. Bəsicin, universitetin qədrini bilin. Universiteti elmi, siyasi, mental və etik Bəsic mühiti edin. Bəsic üzvü olmayan çoxlu mömin tələbələr də var. Mütləq üzərlərində Bəsic adının olmasına israr etmək olmaz. Möminlər çoxdur. Bu təşkilatda olmasalar da, Bəsic üçün verdiyimiz tərifə görə, onlar da Bəsicdəndirlər. Onlarda bu hazırlıq varsa, Bəsicdəndirlər. Laqeydlər də çoxdur. Onlar Bəsic üzvü olan bir gəncdən, müəllim və tələbədən gözəl əməl, əxlaq, keyfiyyətdə və işdə mətinlik müşahidə etsələr, təbii şəkildə Bəsici uca tutacaq, qəbul edəcəklər.150

Dördüncü bölmə: Universitetlərdə siyasi çəkişmələrdən çəkinmək

Universitetlərdə elmi iş, ölkənin müxtəlif sahələrində quruculuq, istər sənaye, istər əkinçilik və xidmətlər sahələrini fəallaşdırmağa çalışmaq düşmən siyasətlərinin əksinədir. Dini, əxlaqı və mənəviyyatı yaymağa çalışmaq, ümumi mühitlərdə və ilk növbədə universitet kimi bəzi mühitlərdə iğtişaşların qarşısını almaq düşmənin əleyhinə, onun məqsədlərinin ziddinə olan və təxribatlarının qarşısını alan amillərdən biridir. Mömin insanlar harada olsalar, bu məsələlərə diqqət yetirməlidirlər. Təhsil və tədqiqat işi ilə məşğul olduğunuz təcrübə otaqlarında, dərs oxuduğunuz, tədqiqat apardığınız, elm fənlərinin birində yeni yol axtardığınız yerlərdə düşmən əleyhinə çalışırsınız. Bir qrupa ixtilafdan çəkinmək üçün nəsihət verdikdə, bir qrupa dinə və əxlaqa bağlılığı tövsiyə etdikdə düşmən əleyhinə işləmiş olursunuz. Geniş xidmət və düşmənlə mübarizə sahəsi daim ayıq insanın gözü önündə olmalıdır. O, düşmənin məqsəd və siyasətləri ilə mübarizədə birbaşa xidmət olan hansı işi görməyin mümkünlüyünü bilməlidir.151

Bəziləri Bəsici vuruşmaya, dartışmaya çəkmək istəyirlər. Vuruşma və dartışmanın özü universitetin və cəmiyyətin zərərinədir. Qeyd etdim ki, düşmənin siyasətlərindən biri cəmiyyəti gərgin və təşvişli göstərmək və etməkdir. Çaxnaşma dolu bir cəmiyyətdə heç bir müsbət iş görmək olmaz. Onlar bunu istəyirlər. Çaxnaşma tərəfinin kim olmasının da onlar üçün fərqi yoxdur. Bəsici bu sahəyə sövq etmələrinə qoymayın. Bəsic siyasi səhnədədir, amma siyasəti məntiq və düşüncə ilə birləşdirir, sözünü mütəfəkkir və nəzər sahibi kimi ağıllı şəkildə danışır, sözü olmadığından yumruğunu düyünləmir.

Bəziləri də Bəsici ittiham edirlər. Tələbəyə bənzəyən üç-dörd nəfəri bir yerdə bir iğtişaşlı əmələ vadar edir, sonra Bəsici ittiham edirlər. Bunlar çox əskik adamlardır, ən şərəfli gəncləri ittiham altında qoyurlar. Siz ehtiyatlı olun və yaxşı rəftar edin. Siz özünüzün, yolunuzun qədrini bilin. Nə qədər ki, bu ölkədə belə mömin qüvvələr, mömin gənclər, ixlaslı Bəsic, bu yola imanlı, inamlı və onu sevən böyük xalq var, heç bir düşmən öz bədxah məqsədlərini həyata keçirə bilməyəcək.152


Beşinci bölmə: Bəsic üzvü olan tələbənin mənası

Bəsic üzvü olan tələbədə iki üstün cəhət var: tələbəlik və Bəsic üzvlüyü. Bu iki anlayışın hər biri öz daxilində çoxlu dəyərlərə malikdir. Həm tələbəlik, həm də Bəsic üzvlüyü müsbət cəhətdir. Lakin bunların bir yerdə cəm olması yalnız iki ədədin cəmi deyil, daha böyükdür. Bəzən yüz insan elə bir iş görə bilər ki, onun yüzdə birini bir nəfər görə bilməz. Toplaşmanın, birləşmənin xarakteri belədir. Bəzən bir şəxsdə iki xüsusiyyət cəm olub elə təsirlər buraxır ki, onların biri təklikdə həmin təsirlərin yarısını təmin edə bilmir.

Tələbə olmaq qeyd etdiyim kimi çoxlu dəyərlərə malikdir. Tələbədə gənclik, təhsil, azadfikirlilik, gələcəkdə ölkənin idarəçisiliyi, uca məqsəd və amalçılıq var. Demirəm ki, bütün tələbələr belədirlər, əslində, tələbəliyin xarakteri budur. Misal üçün, biz deyirik ki, ruhani hansısa xüsusiyyətlərə - elmə, dinə, təqvaya malik olan və İslam təbliğatı aparandır. Bu o demək deyil ki, kim ruhanidirsə, zəruri olaraq bu xüsusiyyətlərə də malikdir. Ola bilsin kimdəsə bu xüsusiyyətlər olmasın, lakin bu sözün mənası budur. Tələbəliyin xüsusiyyətləri çox dəyərli xüsusiyyətlərdir: gənc, elm adamı, azad düşüncəli, amalçı, həvəskar, səhnədə... Bütün bunlar tələbə adı altında yatan xüsusiyyətlərdir.

Bəsic üzvü də başqa bir anlayışdır. Onun da içində çoxlu dəyərlər mövcuddur. Bəsic üzvü olmaq - aktivlik, səhnədə olmaq, hadisələrdə iştirak etmək, ixlaslılıq, uca məqsədləri təkcə tərifləmək yox, onlar üçün işləməkdir və s. Bəziləri oturub bir çempiona əl çalırlar. Bəziləri isə özləri çempion olurlar. Bunların fərqi vardır. Müharibə zamanı bir qrup gəncin düşmənin gözü qarşısında Ərvənd çayını keçib o tərəfdəki torpaqları tutduğunu eşidəndə çoxları sevindilər, həyəcandan gözləri yaşardı. Amma özləri sübh namazı üçün olsa belə, gedib soyuq su ilə dəstəmaz almağa hazır deyildilər. Bunlar fərqli şeylərdir. Bəsic üzvü əməl meydanına girən, hadisə və təhlükələrə atılan, isti-soyuğa dözən, təkcə gəncin yox, hər bir insanın xoşladığı şirin ləzzətlərə asanlıqla göz yuman şəxsdir. Uca və gözəl Bəsic adını bizim cəmiyyətimizin beynindən çıxarmağa çalışanlara lənət olsun! Hərçənd onlar bacarmadılar və bacarmayacaqlar da. Lakin buna çalışdılar. İyirmi beş dərəcə şaxtada adi bir insana “filan dağın başında xəzinə var, get onu götür” - desəydilər, getməzdi. Lakin Bəsic üzvü işğalçı düşmənlə müharibənin ön xəttinə çatmaq üçün canını təhlükəyə atıb gedirdi. Müharibəni görməyən gənclər gəzmək üçün olsa da, bir dəfə xüsusən qış fəslində gedib ölkənin qərbindəki yüksəklikləri yaxından görsünlər. Sizin Bəsicinizin üzvləri bu yolları getdilər, canlarını təhlükəyə atdılar. Yayda da belə çalışırdılar. Düşmən təcavüzünün qarşısını almaq üçün ramazan əməliyyatlarında susuz dodaqlarla, yanan ciyərlərlə çətin sahələrdə, alov altında və düşmənin minası üzərində hərəkət etdilər.153

Bəsic üzvü olan tələbə barədə ürəyimdə çox sözlər var. Əgər bunları Bəsic üzvü olan tələbələrin üstünlüyü kimi tərtib etsək, universitetlərdəki məntiqli insanların Bəsicə maraqlarının artmasına səbəb olar. Bəsic bir mədəniyyətdir. Bu mədəniyyəti bir cümlədə tərif etmək istəsək, deməliyik ki, həyatın bütün əsaslı sahələrində qabaqcıl olmaqdır. Doğrudur, bəziləri Bəsici pis tanıtdırmaqda israrlıdırlar, lakin xalqın düşmənlərinin sözlərini təkrarlayanlardan çox şey gözləmək olmaz. Əsas odur ki, bizim özümüz Bəsicin nə olduğunu anlayaq.

Bəsic – yəni səhnəyə çıxmaq və meydana atılmaq. Hansı meydana? Həyatın əsas meydanlarına. Həyatın əsas meydanları hansılardır? Təkcə ölkəyə hücum olunduğu zaman səhnəyə çıxıb sərhədlərini müdafiə etməlidir?! Əlbəttə ki, yox. Bu yalnız biridir. Bir xalqın milli və siyasi kimliyi hücuma məruz qaldıqda da səhnəyə çıxmaq lazımdır. Bir xalqın mədəniyyəti, etiqadı və köklü inamları aşağılananda, təhqir ediləndə də, seçilmiş nəsli elmdə geri qaldığını və buna əlac etməli olduğunu düşünəndə də, ölkədə gözəl və ədalətli həyat təməllərinin təmir və bərqərar olunması üçün fəaliyyətə ehtiyac duyulanda da, dünyanın fikir və mədəniyyət cəbhələri xalqları istismar etmək üçün postmodern üsullarla xalqı öz keçmişindən, mədəniyyətindən, kökündən ayırıb asanlıqla öz əllərinə keçirmək istədikləri zaman da səhnəyə çıxmaq zamanıdır. Bütün bunlar ehtiyacı hiss edən insanlar tələb edir. Çaş-baş, qafil və kiçik ehtiyaclara başı qarışmış insanlar ümumiyyətlə, bu ehtiyacları dərk etmirlər. Sərhədlərimizin minlərlə hərbçi tərəfindən təhdid olunduğu gün də bizdə elələri var idi ki, onlara "bizim torpağımızı, vətənimizi, xalqımızı, heysiyyətimizi və qeyrətimizi tapdayırlar, sən də gəl bir iş gör" - deyilsəydi, deyərdi: “get işinin dalınca, sən kefdəsən”. O bu ehtiyacı dərk etmirdi, belə bir zərurətin olduğunu hiss etmirdi. Bu baxımdan, birinci məsələ ehtiyacı hiss etməkdir.

Ehtiyacı hiss edəndən sonra hazırlıq lazımdır. Hamı hazır deyil ki, rahatlığından, qışda isti sobadan, yaxud yayda kondisionerdən imtina etsin. Hamı özünə düşmən qazanmağa, tər tökməyə, daş-qayalar keçməyə hazır deyil. İradəli bir insan lazımdır. Buna görə, iradəli çalışqanlıq və rahatlıqdan keşmək də bir şərtdir.

Növbəti şərt budur ki, bu hərəkətin və işin qarşısında heç kimdən muzd istəməsin. Muzd başqa birisinin bizdə maraq oyatdığı zamana aiddir: “Bu işi gör, bu pulu al”. Amma biz daxildən, qəlbimizin dərinliyindən və eşqlə hərəkət ediriksə, kimdən muzd gözləyirik?! Daxildən çağlayan bir insana muzd vermək təhqirdir. Bunlar Bəsic üzvünün xüsusiyyətləridir. Bəsic mədəniyyəti budur. Heç bir başıuca xalq Bəsic toplumuna ehtiyacsız deyil.

Bəsicin bütün bunlardan əlavə, bacarığı da olmalıdır. Düzdür, müharibə dövründə və ondan sonra bizim Bəsicimizdə yetmiş yaşlı qocalar da vardı. Lakin bacarıq, həvəs və çətin yolları keçmək qüvvəsi adətən, gənclərə məxsusdur.

Bunlar fikir, bilik və elm istehsalı sahələri, elmi zəifliyi aradan qaldırmaq üçün müxtəlif problemlər meydanıdır. Bir nəfər gəlib bir fikri, bir şübhəni, bir düşüncə təklifini irəli sürür. Düzgün seçim üçün gərək onu öyrənək, anlayaq, təhlil edək, yanlış hissələrini ayıra bilək; düzgün hissəsi olsa, götürək, özümüzdəki düzgün hissələrlə qarışdıraq və öz məhsulumuzu təqdim edək; düzgün hissəsi olmasa, hamısını zibilxanaya tökək.154

Tələbələrin Bəsic adı altında təşkilatlanması bu şanlı adın genişliyini, mürəkkəbliyini və çoxcəhətliliyini nümayiş etdirir. Bəsic üzvü olmaq özünün bütün imkanlarını İslam quruluşunun amalları yolunda səhnəyə çıxarmaq, ümidli və məqsədli hərəkət və kamala doğru mömincəsinə gedişdir. Bu xüsusiyyətlər universitetdə və bir tələbə toplumu şəklində meydana çıxdıqda elm, siyasət, dindarlıq və xidmət sahəsində öncüllüyü, yenilikçiliyi və qorxmazlığı ifadə edir.

Bəsic üzvü olan tələbələr özlərini bu meyarla ölçməli və uca məqsədlər yolunda ürəkdən çalışmalarını hər gün artırmalıdırlar. Zaman keçmiş ümidvarlıqların doğruluğunu sübuta yetirmişdir. İslam quruluşu müxtəlif sahələrdə özünün böyük qabiliyyət və istedadını göstərmiş, öz təravət və nailiyyətlərini nümayiş etdirmişdir. İran xalqının yeni sözü, möhkəm iradəsi və ümidverici mesajı uzaq yerlərə qədər tanınmış və xalqların gözü önündə yeni üfüqlər açmışdır.155



Altıncı bölmə: Universitet müəllimlərinin Bəsici

Mən müəllimlərin Bəsicini hərbi təşkilat saymıram. Çünki Bəsic sözündə ümumiyyətlə, hərbçilik mənası yoxdur. Bəsic odur ki, insan bütün gücünü və qüvvəsini ixlasla təqdim etsin, imanla, ixlasla və məqsədlə addım atsın. Əgər müharibə olsa, Bəsic bir hərbi qüvvəyə çevrilir və hərbçilərdən də yaxşı vuruşur; elm sahəsi olsa, alim olur. Müəllimlərin Bəsici başıuca, mömin və müstəqil bir xalqın universitetinə lazım olan işi görənlərin təşkilatıdır. Əlbəttə, bu yalnız o zaman mümkün olar ki, ürək Allaha imanla dolsun. Yəni bu maraq yalnız bu mənbədən düzgün qidalanıb hərəkət edə bilər. Mənim tövsiyəm budur ki, Müəllim Bəsicini imkan daxilində genişləndirin. Bu gün Allahın lütfü ilə universitetlərimizdə çox olan mömin müəllimləri, qardaş və bacıları bu təşkilatdan bilin, tanıyın və oraya daxil edin. Dövlət qurumları da bunların fəaliyyəti və inkişafı üçün şərait yaratmalıdır. Bu gün bizim təhsilli, savadlı, istedadlı, qüvvəli və işə həvəskar olan gənc müəllimlərimiz çoxdur. Onları qapı arxasında saxlamaq olmaz, elmi işlərə yönəltmək lazımdır ki, xalqa maksimum bəhrə yetirsinlər. Elm də gənclik qüvvəsi ilə və imanla olanda daha keyfiyyətli olur. Bu gün - mənim əzizlərim - ölkəmizin buna ehtiyacı var. Bu gün ölkəmizin sizin işlərinizə ehtiyacı var.

Siz siniflərdə elm dərsini iman dərsi ilə yanaşı edə bilməlisiniz. Düşünürəm ki, tələbə və şagirdin düşüncəsində, qəlbində iman yaratmaq dinlə birbaşa bağlı olmayan dərslər vasitəsi ilə daha mümkün və daha təbiidir, nəinki yalnız dini dərslərlə. Dini dərs din bilgisi verir, lakin iman və dini eşq bəzən digər dərslərdə tələbənin beyninə daha asan ötürülür. Bunun qədrini bilin və bu dəyərli imkandan istifadə edin.

Ümidvarıq Allah-Taala sizin hamınıza uğur bəxş etsin, yardım göstərsin, məsul şəxslərə də kömək etsin ki, inşallah mömin, gənc, həvəskar və fəal müəllimlərə ölkə universitetləri səviyyəsində iş və fəaliyyət şəraiti yaratsınlar və onlar universitetləri həqiqətən bir İslam universitetinə daha artıq yönəltsinlər.156

Bəsic həkimlərin, ali ixtisas və postixtisas sahiblərinin səviyyəsinə gəldikdə iki dəyərli məna kəsb edir: Biri budur ki, bu təşkilat dindar, imana və dini öhdəliyə sadiq, Allahı, qiyaməti, müsəlmanlar, möminlər və xalq qarşısında dini borcu qəbul edən bir təşkilatdır və elm bu dərin, səmərəli və təsirli inamlarla uyğundur. Bəli, buna əhəmiyyətsiz yanaşmaq olmaz. Bu çox mühümdür. 18-19-cu əsrlərdən elmin dinlə uyğun olmadığını, harada elm varsa, dinin, harada din varsa, elmin olmadığını sübuta yetirməyə çalışırlar. Siz bunu rədd etmək üçün heç bir iş görməmisiniz; nə kitab yazmısınız, nə fəlsəfi araşdırma aparmısınız. Lakin sizin varlığınız və əməliniz göstərdi ki, bu fəlsəfə səhvdir. Odur ki, bu iş çox dəyərlidir. Hədisdə buyurulur ki, həqiqətləri dildən başqa vasitə ilə isbat edin. Siz bu işi görürsünüz. Siz bunu öz vücudunuzla göstərdiniz və bu iş hər bir qalın kitabdan, fəlsəfi araşdırmadan daha təsirli, daha faydalıdır. Həmçinin göstərdiniz ki, elm və din nəinki bir-birinə zidd deyil, hətta bir-birinə kömək də edir. Sizin dininiz elminizin artmasına səbəb oldu. Çünki elmi əməl və təcrübə sahəsinə çıxardığınızda həm çiçəklənir, həm də çoxlu tanınmaz tərəflərlə rastlaşır və onları kəşf edir. Hədisdə göstərilir ki, elm əməli səsləyir, deyir ki, gəl. Əgər əməl onun ardınca gəlsə, çox yaxşı olur; gəlməsə, elm də gedir. Biz buna görə elmin çoxlu sahələrində inkişaf etməmişik. Mən dəfələrlə həm indiki, həm də qabaqkı hökumətə təkidlə demişəm ki, bir rəzə salıb bir-birindən ayrılmış bu iki hissəni - elm və sənayeni, elm və texnologiyanı, elm və əməli birləşdirin, zavodları universitetlərə calayın; həm zavodlar fəal olsun, həm universitetlər. İndi bir qədər başlayıblar. Əlbəttə, bu işi siz görmüsünüz, yəni elmi əməl sahəsinə çıxarmısınız və elm daha da çiçəklənmişdir. Buna əsasən, sizin hər biriniz sübut etdiniz ki, elm və iman nəinki bir-birinə zidd deyil, hətta bir-birini daha da çiçəkləndirir. Sizin Bəsic üzvü olmanızın bir mənası budur.

Başqa bir məna da var. Onun əhəmiyyəti bundan çox olmasa da, az deyil. O da budur ki, mömin və yaxşı insanlar olan çoxlu alim, həkim və mütəxəssislər var; yaxşı işlər görürlər, iman və əməlləri də bir-birini tamamlayır. Sağ olsunlar! Lakin onlar möhtəşəm İslam quruluşuna kömək etmək, İslam dövlətinin ağır yükünün bir hissəsini daşımaq üçün üzərlərinə missiya götürməyiblər. Elm Bəsici “mən həm dindar və həm həkim olmaqla kifayətlənmirəm, özümü bu uca qalanın sütunlarından sayıram” deyir. İslam quruluşunu müdafiə, ona kömək etməyə və onu qorumağa dair öhdəliyin mənası budur. Qeyd etidiyimiz kimi, bu məsələnin əhəmiyyəti birincidən çox olmasa da, az deyil. Nə üçün? Ona görə ki, İslam quruluşu bu gün dünyada məzlum və məhrumları müdafiə, bəşərin tarix boyu təşnə olduğu ədalət devizini rəhbər tutur. Mən və ya mənim kimilər bu bayrağın altında fərqli rəftar ediriksə, bu başqa məsələdir. Bu eyib bizə aid olur, bayrağa yox. Görürsünüz ki, ədalət düşmənlərinin müxtəlif tətikçiləri hər tərəfdən bu bayrağı hədəf seçmişlər. Səbəbi budur. Əgər İslam quruluşu bütün müsəlmanları ədalətə dəvət etməsəydi, onunla bu qədər düşmənçilik etməzdilər. Əgər yalnız özü ilə məşğul olsaydı, digər müsəlman cəmiyyətlərinə təsiri olmasaydı, ona qarşı bu qədər pis niyyətdə olmazdılar.

Dəfələrlə dediyim kimi, inqilab bilgilərinin ixracı silah, meyvə və məhsul ixracı kimi deyil ki, biri yükləsin, biri boşaltsın, biri mindirsin. Xeyr! O, gül, bağ ətri və bahar mehi kimi özü hər tərəfə yayılır.157


Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə