Musa qasimli elmira hüseynova



Yüklə 0.56 Mb.
PDF просмотр
səhifə3/6
tarix08.12.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

 

*** 

 

 



Adres‐kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q., Baku, 1920. 

 



Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 970, s.1, iş 241. 

 



Azərbaycan tarixi. C.2. Bakı,1964. 

 



Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 



Azərbaycan Sovet Ensiklopediyası. C.X. Bakı, 1987. 

 



Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918‐1920. Bakı, 1990. 

 



Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920). Vneşnəə politika (dokumentı i 

materialı). Baku, 1998. 

 

Azərbaycan Cümhuriyyəti (1918‐1920). Bakı, 1998. 



 

Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920).Parlament (stenoqrafiçeskie otçёtı). 



Baku, 1998.  

 



Balaev A.Azerbaydjanskoe naüionalğno‐demokratiçeskoe dvijenie 1917‐1920 qq. Baku, 1990. 

 



Çlenı Qosudarstvennoy Dumı (portretı i bioqrafii). Vtoroy sozıv 1907‐1912 qq. M.,1907. 

 



Fətəli xan Xoyski: Həyat və fəaliyyəti (sənəd və materiallar). Bakı, 1998. 

 



Həsənov C.Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918‐1920). Bakı, 1993. 

 



«Kaspi» qəzeti, 1917, 23 aprel, №89; 14 sentyabr, №206; 14 noyabr, №249. 

 



Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı, 2002. 

 



Quliev Dj. B. Borğba Kommunistiçeskoy Partii za osuhestvlenii leninskoy naüionalğnoy politiki v 

Azerbaydjane. Baku, 1970  

18


 

 



Qosudarstvennaə Duma. Vtoroy  sozıv. Stenoqrafiçeskie otçёtı. 1907 q. Sessiə vtoraə. T. I i II. SPb. 

1907. 


 

«Qruziə» qəzeti, 1920, 23 iyun, №67. 



 

Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı, 1990. 



 

Seidzade D.B. Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. Baku, 1991. 



 

Zakavkazskiy Seym. Stenoqrafiçeskiy otçёt. I sessiə. Tiflis. 1918. 



 

The Great Britain Archive Foreign Office, 371/4992/28423. 



 

 

 



 

 

 



19

 

 

Məmmədyusif Hacıbala oğlu Cəfərov 

14 mart‐22 dekabr 1919 

 

Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərindən biri Məmmədyusif 



Cəfərov  1885‐ci  ildə  Bakıda  neft  sənayesinin  sürətlə  inkişafa  başladığı  bir 

dövrdə  anadan  olmuşdur.  1907‐ci  ildə  Bakıda  kişi  gimnaziyasını  bitirən 

M.Cəfərov  o  dövrdə  Rusiya  imperiyasının  ikinci  böyük  şəhəri  sayılan 

Moskvaya  getmiş  və  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsinə    daxil 

olmuşdur.  Moskva  mühiti  və  tələbəlik  illəri  gənc  Məmmədyusifin 

dünyagörüşünün  inkişafında  mühüm  rol  oynamışdır.  Cünki  1905‐1907‐ci  illər 

inqilabının məğlub olmasına baxmayaraq, tələbələr arasında hələ də inqilabi mübarizə ruhu qalmışdı və 

onlar  tələbə  təşkilatlarını  saxlayırdılar.  Məmmədyusif  tezliklə  Moskvada  oxuyan  azərbaycanlıların 

yaratdığı «Azərbaycan etnoqrafik konsert gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər 

üzvü,  sonralar  isə  rəhbərlərindən  biri  olmuşdur.  O,  öz  tələbə  dostlarını  bu  təşkilatlarda  elmə,  biliyə 

yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır. 

1912‐ci  ildə  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirən 

M.Cəfərov  Bakıya  gələrək  Bakı  məhkəmələrinin  birində  andlı  hakim  köməkçisi  vəzifəsində  çalışmağa 

başlamışdır.  

1912‐ci  ilin  sentyabr‐oktyabr  aylarında  IV  Dövlət  Dumasına  Rusiyanın  hər  yerində  olduğu  kimi 

Cənubi  Qafqazda  da  seçkilər  keçirildi.  Hüquqşünas  kimi  Bakı  əhalisinin  hörmətini  qazanmış  27  yaşlı 

M.H.Cəfərov  əvvəl  Bakıda,  oktyabrın  20‐də  isə  Yelizavetpolda  Bakı,  Yelizavetpol  və  İrəvan 

quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. 

M.H.Cəfərov  1912‐1917‐ci  illərdə  Sankt‐Peterburqda  fəaliyyət  göstərmiş  IV  Dövlət  Dumasında 

iştirak  etmiş,  Dumanın  V  bölməsinin,  Müsəlman  fraksiyasının,  büdcə,  köçürmə,  sorğu,  məhkəmə 

islahatı,  hərbi  və  dəniz  işləri  üzrə  komissiyaların  üzvü  seçilmişdir.  O,  Dumanın  bir  sıra  iclaslarında  

müzakirə olunan Rusiya dövlətinin baş nazirinin hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, 

Köçürmə  İdarəsi  üzrə  xərclərin  smetasına  dair  büdcə  komissiyasının  hesabatı,  1913‐cü  ildə 

Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin 

müzakirəsi  zamanı  çıxış  etmişdir.  O,  öz  çıxışlarında  çar  hökumətinin  Zaqafqaziya  əhalisinə,  xüsusən 

müsəlmanların  maariflənməsinə  pis  münasibət  göstərdiyini,  hüquqlarının  məhdudlaşdırıldığını,  milli 

məktəblərinin  bağlandığını  tənqid  etmiş  və  kazarmaya  çevrilmiş  məscidlərin  müsəlman  fraksiyası 

adından geri qaytarılmasını tələb etmişdir.  

O,  eyni  zamanda  köçürmə  siyasətini  tənqid  edərək  məmurların  əhalini  köçürərkən  yerlilərin 

vəziyyətini  nəzərə  almadıqlarını,  bunun  da  çox  vaxt  yerlilərlə  köçənlər  arasında  toqquşmaya  səbəb 

olduğunu,  Qafqaz  cəbhəsi  və  arxa  zonalarda  dinc  müsəlman  əhalisinin  müdafiə  olunmadığını, 

əmlaklarının talandığını, öldürüldüyünü bildirmişdir. 

M.H.Cəfərov Sankt‐Peterburqda olduğu  dövrdə ona bir deputat kimi Lənkəran balıqçıları, Şamaxı 

müəllimləri,  müsəlman  ruhaniləri  müraciət  etmişlər.  O,  əhalinin  irəli  sürdüyü  məsələləri  həll  etmək 

üçün bir sıra dövlət idarələrinə və nazirliklərə getmiş, məsələlərin həllinə çalışmışdır. 

1917‐ci  il  martın  9‐da  Müvəqqəti  hökumətin  təşəbbüsü  ilə  IV  Dövlət  Dumasının  Zaqafqaziyadan 

olan  deputatlardan  ibarət  Xüsusi  Zaqafqaziya  Komitəsi  yaradıldı.  Onun  tərkibiniə  V.Xarlamov  (rus), 

A.Çxenkeli  (gürcü),  K.Abaşidze  (gürcü),  M.Papaçanovla  (erməni)  yanaşı  M.Cəfərov  da  daxil  oldu. 

M.Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 

1917‐ci il aprelin 15‐20‐də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Tiflisdən 

gəlmiş M.Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir. O, inqilab münasibətilə azadlıq əldə etmiş 

müsəlmanları  təbrik  etmiş  və  onları  birliyə  çağıraraq  qeyd  etmişdir  ki,  köhnə  çar  rejimi  əvvəldən 

çürümüş təməl üzərində qurulduğu  üçün yıxıldı. O, Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və 

fəhlə sinfinin roluna böyük qiymət verərək deyirdi: «Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm 

20


 

ki, biz bir  an da ununtmamalıyıq ki, Rusiyada azadlığı əsgərlər və fəhlələr qazanmışdır və onlar sizə öz 

qardaşları kimi baxır». 

1917‐ci  il  noyabrın  15‐də  Tiflisdə  Y.Gegeçkorinin  sədrliyi  ilə  Müstəqil  Zaqafqaziya  hökuməti  ‐ 

Zaqafqaziya  Komissarlığı  yaradıldı.  M.Cəfərov  bu  hökumətdə  ticarət  və  sənaye  naziri  vəzifəsini 

tutmuşdur. 

1918‐ci  il  fevralın  23‐də  Tiflisdə  Zaqafqaziya  Seymi  işə  başladı.  Seymdə  gürcü,  erməni  və 

azərbaycanlı  nümayəndələri  iştirak  edirdilər.  Buraya  Azərbaycandan  Müsavat  Partiyasını  və  bitərəf 

demokratik  qrupları  təmsil  edən  30  nəfər,  o  cümlədən  M.Cəfərov  da  seçilmişdi.  Bu  partiya  və 

təşkilatlardan əlavə Müsəlman sosialist blokundan 7, İttihaddan 3, Hümmət Partiyasından 4 nümayəndə 

iştirak  edirdi.  Ümumiyyətlə,  Zaqafqaziya  Seymində  44  azərbaycanlı  deputat  var  idi.  Eyni  zamanda 

Seymin Müsəlman fraksiyası fəaliyyət göstərirdi. M.Cəfərov onun da üzvü  idi. M.Cəfərov Zaqafqaziya 

Seyminin  və  Müsəlman  fraksiyasının  iclaslarında  dəfələrlə  çıxış  edərək  Zaqafqaziya  xalqlarının 

dostluğu,  arada  olan  ədavətin  ləğvinə,  əldə  edilmiş  azadlığı  qorumağa  çağırmış,  Türkiyə  dövləti  ilə 

danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir. 

1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın 

müstəqilliyi  elan  edilməsi  ilə  əlaqədar  olaraq  mayın  27‐də  Müsəlman  fraksiyasının  fövqəladə  iclası 

çağrıldı.  Onlar  M.Rəsulzadənin  sədrliyi  ilə  Müvəqqəti  Milli  Şura  və  F.Xoyskinin  sədrliyi  ilə  Milli 

Şuranın  İcra  Komitəsi  təşkil  etdilər.  İcra  Komitəsinin  tərkibinə  M.Hacınski,  N.Yusifbəyov, 

X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçildi. 

Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən 

akt  qəbul  olundu.  İstiqlal  bəyannaməsini  imzalayan  və  bəyan  edən  24  nəfərdən  biri  Məmməyusif 

Cəfərov  olmuşdur.  Həmin  iclasda  F.Xoyskinin  elan  etdiyi  Azərbaycan  hökumətinin  tərkibində 

M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 

M.Cəfərov 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq 

Cümhuriyyətinin  Gürcüstan  Respublikasında  diplomatik  nümayəndəsi  olmuşdur.  O,  bu  vəzifədə 

Azərbaycan  və  Gürcüstan  hökumətləri  arasında  dostluq  əlaqələrinin  yaradılmasında,  keçmiş 

Zaqafqaziya  Demokratik  Federativ  Respublikasının  əmlakının  bölüşdürülməsində,  Azərbaycan, 

Ermənistan,  Gürcüstanın  hökumət  və  Avropa  ölkələri  nümayəndələri  ilə  söhbət  və  görüşlərdə, 

Azərbaycan,  Gürcüstan  və  Dağlılar  respublikalarının  nümayəndələrinin  Tiflis  şəhərində  keçirilmiş 

Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti 

kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.  

1919‐cu  il  aprelin  14‐də  Azərbaycan  parlamenti  N.Yusifbəyovun  sədrliyi  ilə  yeni  Azərbaycan 

hökumətini  təsdiq  etdi.  M.Cəfərov  bu  hökumətdə  xarici  işlər  naziri  vəzifəsini  tutdu.  O,  bu  vəzifədə 

1919‐ci  il  dekabrın  22‐nə  kimi  çalışdı.  M.Cəfərov  bir  diplomat  kimi  Azərbaycan  Respublikasının 

mənafeyini    müdafiə  etmişdir.  Bu  onun  imzaladığı  Gürcüstan  və  Azərbaycan  Respublikaları  arasında 

hərbi‐müdafiə  müqaviləsində,  əlavə  müvəqqəti  kağız  pulun  buraxılması  haqqında  Ermənistan, 

Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə 

Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, 

əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı  və Bakıdakı qoşunlarının koman‐

danlarına göndərdiyi notalardan və s. aydın görünür. 

M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il iyunun 27‐də 

51‐ci və avqustun 18‐də 66‐cı  iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı  xarici siyasət, 

Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti 

və  Böyük  Britaniyanın  Zaqafqaziyada  olan  komandanlıqları  ilə  aparılan  danışıqlar  haqqında  məlumat 

vermişdir. 

1919‐cu  il  dekabrın  2‐11‐də  Bakıda  Türk  Demokratik  Federalist  Müsavat Partiyasının  II qurultayı 

keçirildi. Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov və b. ilə birlikdə 

qurultayın siyasi komissiyasına seçilmişdir. 

1919‐cu  il  dekabrın  14‐21‐də  Bakıda  azərbaycanlı‐erməni  konfransı  keçirildi.  Konfransda 

Azərbaycandan  F.Xoyski,  M.Hacınski,  R.Vəkilov  və  M.Cəfərov  iştirak  etmişdir.  M.Cəfərov  konfransı 

21


 

giriş  nitqi  ilə  açaraq  demişdir  ki,  müstəqil  Gürcüstan,  Ermənistan  və  Azərbaycan  respublikaları 

yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq 

ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında 

dostluq əlaqələri möhkəmlənəcəkdir. 

1920‐ci  il  fevralın  2‐də  Azərbaycan  parlamentinin  121‐ci  iclasında  parlament  sədrinin  müavini 

H.Ağayevin  xəstəliyi  ilə  əlaqədar  olaraq  vəzifəsindən  getməsi  nəticəsində  yeni  müavin  seçilməsi  

müzakirə  edilmişdir.  Müzakirə  zamanı  M.Rəsulzadə    Müsavat  fraksiyası  adından  Azərbaycan 

parlamentinin  sədrinin  müavini  vəzifəsinə  M.Cəfərovu  təklif  etmişdir.  Parlamentin  47  üzvü 

M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin 

müavini  seçilmiş  və  onun  iclaslarına  sədrlik  etmişdir.  Azərbaycan  parlamenti  onun  sədrliyi  altında 

AXC‐nin  ictimai,  iqtisadi  və  mədəni  inkişafına  yönəlmiş  qanunlar,  qərarlar  qəbul  etmiş  və  sazişlər 

təsdiqləmişdir. 

M.Cəfərov  1920‐ci  il  aprelin  27‐də  parlamentin  son  iclasında  gərgin  müzakirədən  sonra 

hakimiyyətin  başda  N.Nərimanov  olmaqla  Azərbaycan  Müvəqqəti  İnqilab  Komitəsinə  verilməsi 

haqqında qərarı imzalamışdır.  

M.Cəfərov  Azərbaycan  Xalq  Cümhuriyyəti  süquta  yetirildikdən  sonra  Azərbaycan  pambıqçılıq  və 

şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938‐ci il mayın 15‐də Bakıda vəfat 

etmiş və Sağan kəndində dəfn olunmuşdur. 

                          

*** 

 

 



 «Azerbaydjan» qazeti, 1919, 4 dekabrə, №263. 

 



Adres‐kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q. Baku, 1920. 

 



Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 



Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 



Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918‐1920. Bakı, 1990. 

 



Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920). Vneşnəə politika (dokumentı i 

materialı). Baku, 1998. 

 

Azərbaycan Cümhuriyyəti (1918‐1920). Bakı, 1998. 



 

Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920). Parlament (stenoqrafiçeskie otçёtı). 



Baku, 1998. 

 



Balaev A. Azerbaydjanskoe naüionalğno‐demokratiçeskoe dvijenie 1917‐1920 qq. Baku, 1990. 

 



Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində. (1918‐1920). Bakı, 1993. 

 



«Kaspi» qəzeti, 1912, №238, 21 oktyabr; №240, 24 oktyabr; №280, 12 dekabr; 1913, №138, 21 iyun; 

1917,  


18 aprel  №85. 

 



İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. 

 



Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı, 2002. 

 



Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie otçёtı 1912‐1913 qq. Sessiə pervaə. Ç.I,  

II, III. SPb. 1913. 

 

Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie otçёtı 1913‐1914 qq. Sessiə vtoraə. Ç.I. 



SPb.,1914. 

 



Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie otçёtı 1915 q. Sessiə çetvёrtaə 

.SPb.,1915. 

 

Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie otçёtı 1916 q. Sessiə çetvёrtaə. SPb., 



1916. 

 



Nəsibzadə N.Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı, 1990. 

 



Zakavkazskiy Seymğ. Stenoqrafiçeskiy otçёt. I Sessiə. Tiflis, 1918. 

 



Seidzade D.Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. Baku, 1991. 

22


 

 

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 

28 aprel – 2 may 1920 

 

Azərbaycanın  görkəmli  dövlət  və  ictimai‐siyasi  xadimlərindən, 



yazıçılarından  və  diplomatlarından  biri  Nəriman  Kərbəlayi  Nəcəf  oğlu 

Nərimanov olmuşdur. 

N.Nərimanov 1870‐ci il aprelin 14‐də Tiflis şəhərində anadan olmuşdur. 

O,  1885‐ci  ildə  Tiflis  müsəlman  ruhani  məktəbini  bitirdikdən  sonra  Qori 

şəhərindəki  Zaqafqaziya  müəllimlər  seminariyasına  daxil  olmuş,  burada 

həvəslə  elmə  can  atmış  və  onun  bütün  sahələrini  öyrənməyə  çalışmışdır. 

Seminariyada Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərini dərindən öyrənməyə başlamışdır. 

1890‐cı ilin iyununda Zaqafqaziya müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən N.Nərimanov 

Tiflis  quberniyasının  Borçalı  qəzasının  Qızıl  Hacılı  kəndinə  müəllim  vəzifəsinə  təyin  edilmişdir.  O,  ilk 

dəfə  olaraq  burada  kəndlilərin  ağır,  dözülməz  həyatı  ilə  tanış  olmuş  və  onlar  arasında  mədəni‐

maarifçilik işi aparmışdır. O, «Nadanlıq» adlı ilk bədii əsərini bu kənddə yazmışdır. 

N.Nərimanov  1891‐ci  ildə  Bakıya  gəlmişdir.  O,  burada  müəllimlik‐maarifçilik  işini  davam 

etdirmişdir. Bakıda şəxsi gimnaziyada Azərbaycan və rus dilləri müəllimi işləmişdir. 

N.Nərimanov Azərbaycanın qabaqcıl ziyalılarının köməyi ilə 1894‐cü ildə Bakıda Şərqdə ilk ictimai 

xalq  kitabxanasını  –  oxu  zalını  açmışdır.  Onun  fəaliyyəti  nəticəsində  kitabxana  –  oxu  zalı  təkcə  Bakı 

deyil,  bütün  Qafqaz  ziyalıları  və  zəhmətkeşlərinin  mədəniyyət  mərkəzinə  çevrilmişdir.  Kitabxanada 

N.Nərimanovun rəhbərliyi altında əhali arasında aparılan mədəni iş məsələlərini müzakirə edən iclaslar 

çağırılmış,  

yeni əsərlər müzakirə olunmuş və yoxsul tələbələrə köməklik üçün tamaşalar göstərilmişdir. 

1895‐1901‐ci  illərdə  N.Nərimanov  Bakıda  müəllimlik  etməklə  yanaşı,  geniş  bədii  və  ictimai‐siyasi 

fəaliyyətə  başlamışdır.  O,  bu  dövrdə  «Dilin  bəlası  («Şamdan  bəy»)»,  «Bahadur  və  Sona»,  «Nadir  şah» 

əsərlərini yazmış, tərcümələr etmiş, bir sıra məqalə, məruzə və mühazirələrlə çıxış etmişdir. 

Oxumağa, elmə gənc yaşlarından həvəsi olan və  daim ona can atan N.Nərimanov ali təhsil almaq 

üçün  bir  sıra  çətinliklərlə  üzləşmişdir.  Gimnaziya  müəllimi  olmasına  baxmayaraq,  ali  məktəbə    daxil 

olmaq  üçün  attestat  tələb  olunurdu.  Buna  görə  də  o,  1902‐ci  ildə  Bakı  kişi  gimnaziyasında  ekstern 

imtahan  verib  attestat  alaraq  Odessa  şəhərində  Novorossiysk  universitetinin  tibb  fakültəsinə  daxil 

olmuşdur. 

1902‐1908‐ci  illər  N.Nərimanovun  tələbəlik  illəridir.  Tezliklə  müəllim  və  tələbələrin  böyük 

hörmətini qazanan N.Nərimanov tələbə çıxışlarında fəal iştirak etmiş və səhərin liman fəhlələri arasında 

inqilabi  iş  aparmışdır.  Onun  tələbəlik  illəri  Rusiyada  inqilabi  mübarizənin  gücləndiyi  bir  dövrə 

düşmüşdür. Bu dövrdə o, istər Odessada, istərsə də tətillər vaxtı Bakıya gəldiyi zaman fəhlələr arasında 

inqilabi  təbliğat  işi  aparmış,  tələbələrin  mitinq  və  çıxışlarında  nitq  söyləmiş  ,  1905‐ci  ildə  Bakıda 

Hümmət  sosial‐demokratik  partiyasına  daxil  olmuş,  İran  sosial‐demokratik  partiyası  olan  Mücahidin 

yaradılmasında iştirak etmişdir. 

1906‐cı  ildə  N.Nərimanov  RSDFP  proqramını  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Azərbaycan 

müəllimlərinin  I  qurultayında  onun  sədrlərindən  biri  seçilmiş  və  qurultayda  çıxış  edərək  müəllimləri 

xalqın  azadlığı  uğrunda  mübarizəyə,  məktəblərdə  Azərbaycan  dilində  dərslər  keçməyə  və  məktəb 

islahatı aparmağa çağırmışdır. 

N.Nərimanov  1906‐1908‐ci  illərdə  inqilabi  mübarizəsini  «Kaspi»,  «İrşad»,  «Həyat»,  «Təkamül» 

qəzetlərində siyasi, ictimai və mədəni səpgidə yazdığı onlarla məqalələri vasitəsilə də aparmışdır. 

1908‐ci  ildə  Odessa  universitetinin  tibb  fakültəsini  müvəffəqiyyətlə  bitirən  N.Nərimanov  Bakıya 

gələrək  şəhər  xəstəxanasında  həkim  işləməyə  başlamışdır.  O,  Bakıya  gəldiyi  ilk  gündən  gərgin  ədəbi, 

ictimai  və  maarifçilik  fəaliyyətinə  başlamışdır.  Lakin  Bakıda  çox  qala  bilməmişdir.  Siyasi  fəaliyyətinə 

görə  o,  polis  təqiblərinə  məruz  qaldığından  1909‐cu  ilin  yanvarında  Tiflis  şəhərinə  gedərək  Tiflis 

müalicəxanalarının  birində  işə  düzəlmişdir.  Tiflisdə  az  keçməmiş  onun  evində  polis  tərəfindən  axtarış 

23


 

aparılmışdır.  Polis  burada  çarizmiin  əleyhinə  inqilabi  sənədlər,  İran  Mücahid  Partiyası  MK‐nın 

məktubunu,  1905‐ci  ildə  Odessada  tələbə  çıxışları  zamanı  yazdığı  respublikanın  monarxiyadan 

üstünlüyü  barədə  referatının  əlyazmasını  və  s.  tapmış  və  N.Nərimanovu  həbs  edib  Metex  qalasına 

salmışdır. 7 ay həbsdə saxlanılan N.Nərimanov 2 il müddətinə Həştərxan şəhərinə sürgün edilmişdir. 

1809‐1913‐cü  illərdə  N.Nərimanov  Həştərxanda  «Rusiya»  sığorta  cəmiyyətində  həkim  işləməklə 

yanaşı  fəal  ədəbi  və  siyasi  fəaliyyətini  davam  etdirmişdir.  O,  bu  dövrdə    «Şureyi‐İslam»  cəmiyyətinin 

üzvü seçilmiş, Həştərxan quberniyası həkimlərinin II qurultayında iştirak və çıxış etmiş, Həştərxan xalq 

universitetləri  cəmiyyətinin  əvvəl  sədrinin  müavini,  sonra  isə  sədri  olmuş,  4  il  müddətinə  Həştərxan 

şəhər  Dumasına  seçilmiş  və  Dumanın  məktəb  komissiyasının  üzvü  təyin  edilmişdir.  Həştərxan 

müsəlmanlarının «Ağ gül» xeyriyyə bayramında iştirak etmələrinin təşkilatçısı olmuşdur. Eyni zamanda 

N.Nərimanov burada «Qadın məsələsi», «Səhiyyə və islam» kitablarını, «Qafqaz», «Prikaspiyskiy kray», 

«Astraxanskiy kray», «Kaspi» qəzetlərində müxtəlif səpgidə məqalələr çap etdirmişdir. 

N.Nərimanov  1913‐cü  il  iyulun  15‐də  Bakıya  qayıtmışdır.  O,  Bakının  müxtəlif  müalicəxanalarında 

həkim, şöbə müdiri və müdir vəzifələrində çalışmışdır. Eyni zamanda ədəbi və ictimai‐siyasi fəaliyyətini 

davam  etdirmişdir.  «Nicat»  mədəni‐maarif  cəmiyyətinin  pedaqoji  şöbəsinin  sədri  seçilmiş,  «Qənaət» 

kooperativinin  təşkilində  iştirak  etmiş  və  I qurultayında  onun  sədri  seçilmiş,  «Xalq  evi»  beynəlmiləlçi 

mədəni‐maarif cəmiyyətinin idarə heyətinin tərkibinə seçilmişdir. O, eyni zamanda «Bakinets», «İqbal», 

«Yeni  iqbal»  və  s.  qəzetlərdə  məqalələrlə,  səhiyyənin  müxtəlif  sahələri  üzrə  və  inqilabi  mübarizənin 

genişləndiyi bir vaxtda isə əhali qarşısında çıxışlar  etmişdir. 

1917‐ci  ilin  fevralında  Rusiyada  inqilabın  qələbə  çalması,  çar  monarxiyasının  devrilməsi    bədii 

əsərləri,  məqalələri,  ictimai  və  siyasi  fəaliyyəti  ilə  daim  xalq  kütlələrini  azadlıq  uğrunda  mübarizəyə 

çağıran  N.Nərimanovu  daha  geniş  və  açıq  siyasi  mübarizə  aparmağa  ruhlandırmışdır.  O,  Hümmət 

təşkilatının təcili konfransında Müvəqqəti Komitənin sədri seçilmişdir.  

1917‐ci  il  aprelin  15‐20‐də  Bakıda  Ümumqafqaz  müsəlmanlarının    qurultayı  keçirilmişdir. 

N.Nərimanov Hümmət Komitəsinin tapşırığı  ilə qurultayda iştirak etmiş, M.Rəsulzadə, Ə.Topçubaşov, 

M.Hacınski  və  b.  ilə  birgə  qurultayın  Rəyasət  Heyətinə  seçilmişdir.  O,  çıxışında  Azərbaycan  fəhlə  və 

kəndlilərinə,  ümumiyyətlə,  bütün  Cənubi  Qafqaz  müsəlmanlarına  müraciət  edərək  demişdir:  «Siz  rus 

inqilabının  xarakterini  başa  düşməlisiniz.  Soyğunçu  müharibə  olan  dünya  imperialist  müharibəsindən 

sonra  Rusiyada  qələbə  çalmış  inqilab  bütün  dünyada  inqilabın  başlanğıcıdır.  Hərgah  siz  bu  bütün 

dünya inqilabi fırtınasında qərq olmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında 

sıx birləşin».  

N.Nərimanov  1917‐ci  ilin  aprel‐dekabr  aylarında  Hümmət  təşkilati  üzvlərinin  iclaslarına  sədrlik 

etmiş, komitəsinin sədri seçilmiş, onun redaktorluğu ilə «Hümmət» qəzeti nəşr olunmuşdur. Bakı şəhər 

dumasına  seçilmiş,  Oktyabr  çevrilişi  münasibətilə  Azadlıq  meydanındakı  mitinqdə  çıxış  etmiş,  eyni 

zamanda  Balaxanı,  Sabunçu  mədən  fəhlələri  xəstəxanasında,  Ümumqafqaz   tələbə  cəmiyyətində siyasi 

vəziyyətlə əlaqədar məruzə etmiş, «Hümmət», «Bakinskiy raboçiy», «Kaspi» və s. qəzetlərdə məqalələri 

dərc olunmuşdur. O, bu məqalələrində və əhali qarşısındakı çıxışlarında rus inqilablarının Azərbaycan 

xalqının və bütün Şərq xalqlarının azadlığa çıxmasındankı böyük rolunu qeyd etmişdir. 

1918‐ci  il  martın  30‐dan  aprelin  1‐dək  Bakıda  müsəlmanlara  qarşı  soyqırım  baş  verdi.  Başda 

S.Şaumyan  olmaqla  bolşevik‐daşnak  qüvvələri  sovetləri  möhkəmləndirmək  pərdəsi  altında  qətliam 

törətdilər.  Martın  30‐da  silahlı  toqquşmaya  rəhbərlik  etmək  üçün  Bakı  Sovetinin  İnqilabi  Müdafiə 

Komitəsi  təşkil  olundu.  Onun  tərkibinə  S.Şaumyan,  P.Caparidze,  Q.Korqanov  və  b.  ilə  yanaşı 

N.Nərimanov da daxil olmuşdur. İlk gündən bu qanlı qırğının qarşısını almağa çalışmış, öz mənzilində 

S.Şaumyanın, M.Əzizbəyovun və b. bolşeviklərin  iştirakı ilə müşavirə çağırmış və onlardan tezliklə bu 

əksinqilabi  milli  qırğının  dayandırılmasını  tələb  etmişdir.  Onun  «Hümmət»  qəzetində  çap  olunmuş 

«Bakı,  1  aprel»,  «Bizi  aldatmışlar  və  aldadırlar»  məqalələrində  və  «S.Şaumyana  və  Caparidzeyə»  gön‐

dərdiyi  açıq  məktubunda  onların  daşnak  silahlı  qüvvələrindən  istifadə  etmələrini,  müsəlmanlara‐

azərbaycanlılara  qarşı  düzgün  siyasət  yeritməmələrini  və  sovet  hakimiyyəti  ilə  qorxutduqlarını  kəskin 

tənqid edərək yazırdı: «…Bu, sovet hakimiyyətinə ləkədir və adına xələl gətirir. Əgər Siz yaxın vaxtlarda 

bu qara pərdəni cırıb və bu ləkəni silməsəniz, bolşevik fikri və Sovet hakimiyyəti burada qala bilməz. 

24


 

Sizə məlumdur ki, silah gücünə əldə edilmiş hakimiyyəti xalq müdafiə etməsə, yaşaya bilməz». 

N.Nərimanov bu dövrdə milli toqquşmanın qarşısını almaq üçün müsəlman sosialist  partiyalarının 

bürosunu təşkil  etmiş, Təzəpir  məscidində  Bakı  əhalisinin    mitinqində  çıxış  etmişdir.  O,  eyni  zamanda 

«Hümmət»  qəzetinin  səhifələrində  «Biz  ayıq  olmalıyıq»,  «Çağırış»,  «Bakı,  18  aprel»,  «İnqilab  və 

əksinqilab, inqilabçılar və əksinqilabçılar» adlı məqalələrlə çıxış edərək  Bakıda, istərsə də Azərbaycanın 

başqa  yerlərində  baş  vermiş  milli  qırğın  törədənləri  kəskin  tənqid  etmiş  və  milliyyətindən  asılı 

olmayaraq  Azərbaycan zəhmətkeşlərini qardaşlığa, dostluğa və həmrəyliyə çağırmışdır. 

1918‐ci  il  aprelin  25‐də  Bakı  fəhlə,  əsgər  və  matros  sovetinin  iclasının  qərarı  ilə  Bakı  Xalq 

Komissarları Soveti yaradıldı. Azərbaycanda  və bütün Zaqfaqaziyada ilk sovet hakimiyyəti olmuş Bakı 

Xalq Komissarları Sovetinin tərkibinə S.Şaumyan, P.Caparidze, İ.Fioletov və b. ilə yanaşı N.Nərimanov 

da  daxil  olmuş  və  ona  şəhər təsərrüfatı  komissarı  vəzifəsi  tapşırılmışdır.  N.Nərimanov  ilk  gündən  bir 

komissar  kimi  şəhərin  sanitar  vəziyyəti  ilə  tanış  olmağa  başlamış,  xəstəxanalara,  məktəblərə, 

müəssisələrə  getmişdir.  Bakı  dəmir  yolunun  ikinci  stansiyasında  məskunlaşmış  Quba  və  Müğan 

qaçqınlarının  vəziyyəti  ilə  tanış  olmuş,  əmək  intizamını  möhkəmləndirmək  haqqında  Xalq  Şəhər 

Təsərrüfatı Komissarlığı üzrə əmri imzalamışdır. 

1918‐ci  il  mayın  26‐28‐də  Bakı  qəzası  kəndli  deputatları  sovetlərinin  qurultayı  keçirildi. 

N.Nərimanov bu qurultaya sədrlik etmiş, onu təbrik nitqi ilə açmış, ikinci iclasında hakimiyyət məsələsi 

haqqında  məruzə  etmişdir.  O,  məruzəsində  qeyd  etmişdir  ki,  indiki  hökuməti  hiss  etmək  üçün  onun 

fəaliyyətinə  nəzər  salmalıyıq.  Köhnə  hökumət  istibdad  hökuməti  idi,  «heç  müstəbid  istəməz  ki,  onun 

əlinin  altında  olan  əhali  gözüaçıq  olsun…».  Sonra  o,  Rusiya  inqilabının  köhnə  hökumətin  iç  üzünü 

açması  və  onu  devirməsi,  yeni  hökumətin  yaradılması  haqqında  kəndlilərə    məlumat  vermişdir. 

N.Nərimanov  məruzəsində  hakimiyyətin  yeni  hökumətə  –  bolşeviklərə  keçdiyini  qeyd  edərək  deyir: 

«İxtiyar və hökumət biz bolşeviklərin, yəni camaatın əlinə keçdi. Bu hökumət nə tələb edir?  Bu hökumət 

çalışır  ki,  Rusiyada  inqilab  hiss  olunsun,  camaata  yer  verilsin,  fəhlələr  8  saat  işləsin,  çox  məvacib 

alsınlar,…  fabriklər  milliləşdirilsin».  Qurultay  Bakı  qəzası  Kəndli  Deputatları  Sovetinin  15  nəfərdən 

ibarət  İcraiyyə  Komitəsini  seçdi.  Onun  tərkibinə  M.Əzizbəyov,  D.Bünyadzadə,  M.Vəzirov  ilə  yanaşı 

N.Nərimanov da daxil olmuşdur. 

N.Nərimanov 1918‐ci ilin iyununda Bakıda sovet hakimiyyəti çətin vəziyyətə düşdüyü zaman ağır 

xəstələnmişdir.  Bu  vaxt  onun  xəstələnməsi  haqqında  «Hümmət»  qəzeti  məlumat  vermişdir. 

N.Nərimanov xəstəliynin ağırlığına görə həkimlərin məsləhəti ilə Həştərxana getmişdir. 

1918‐1919‐cu  illərdə  N.Nərimanov  Həştərxan  şəhərində  fəaliyyət  göstərmişdir.  N.Nərimanov 

Həştərxan Quberniya İcraiyyə Komitəsinin hərbi‐sanitar, maarif şöbələrinin müdiri, Həştərxanda təşkil 

edilmiş Zaqafqaziya müsəlmanları işləri üzrə komissar vəzifələrinə təyin olunmuşdur. 

N.Nərimanov  «Hümmət»  təşkilatının  Həştərxan  bürosunu  yaratmış  və  ona  başçılıq  etmiş,  eyni 

zamanda  1919‐cu  ilin  mayından  1920‐ci  ilin  mayına  qədər  Həştərxanda  çap  olunmuş  «Hümmət» 

qəzetini redaktə etmişdir. N.Nərimanov Həştərxanda dəfələrlə müsəlman qızıl əsgərləri, kommunistləri, 

qadınları,  ruhaniləri,  müəllimləri  və  fəhlələrinin  iclaslarında,  yığıncaqlarında,  kurslarında  müxtəlif 

mövzuda  təbliğat  xarakterli  çıxış  və  məruzələr  etmiş,  onlara  Rusiyada  və  bütün  dünyada  baş  verən 

hadisələrdən ətraflı danışmışdır. 

N.Nərimanov  bu  dövrdə  daim  Azərbaycan  zəhmətkeşləri  ilə  əlaqə  saxlamış  və  burada  baş  verən 

hadisələr  haqqında  məlumatlar  almışdır.  Onun  yazdığı  və  imzaladığı  «Zaqafqaziyaya  biz  nə  şüarla 

gedirik», «Qafqaz fəhlə və kəndlilərinə» müraciətləri Bakıya göndərilmişdir. O, bu müraciətlərdə Qafqaz 

və Zaqafqaziya zəhmətkeşlərini xarici müdaxiləçiləri öz torpaqlarından qovmağa, fəhlə‐kəndli hökuməti 

olan sovetləri qurmağa və kapitalist‐mülkədar hakimiyyətinə qarşı çıxmağa çağırmışdır. 

N.Nərimanov  1919‐cu  il  iyunun  axırlarında  RK(b)P  MK  tərəfindən  Moskvaya  çağırılmışdır.  O,  ilk 

dəfə  olaraq  burada  RSFSR  Xalq  Komissarları  Sovetinin  sədri  V.İ.Leninlə  görüşmüşdür.  O,  V.İ.Leninlə 

Qafqazda  baş  verən  hadisələr,  sovet  hakimiyyəti  uğrunda  mübarizə  problemləri,  kommunistlərin 

fəaliyyəti,  Şərqdə  sovet  hakimiyyəti  və  s.  məsələlər  haqqında  ətraflı  söhbət  etmişdir.  V.İ.Lenin  ilk 

dəqiqələrdən  hiss edir  ki,  onun  həmsöhbəti  N.Nərimanov  Şərq məsələlərini  dərindən  və  incəlikləri  ilə 

bilən bir şəxsdir. 

25


 

1919‐cu  ilin  iyulundan  –  1920‐ci  ilin  mayına  qədər  N.Nərimanov  Moskvada  müxtəlif  vəzifələr 

daşımışdır: RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin müdiri, RSFSR Xalq Milli İşlər 

Komissarının müavini və komissarlığın kollegiya üzvü. O, eyni zamanda bu dövrdə Moskvada keçirilən 

iclas  və  müşavirələrdə  iştirak  etmiş,  məruzə  və  nitq  söyləmişdir.  Millətlər  Komissarlığının  müxtəlif 

məsələləri  müzakirə  etmiş  bir  sıra  kollegiya  iclasları  onun  sədrliyi  altında  keçmişdir.  O  dövrkü 

mətbuatda  dərc  olunmuş  RSFSR  xalq  xarici  işlər  komissarı  G.Çiçerin  ilə  birlikdə  imzaladığı  «Türkiyə 

fəhlə  və  kəndlilərinə»,  «Azərbaycan,  Dağıstan  və  Gürcüstan  kəndlilərinə»,  «İran  fəhlə  və  kəndlilərinə» 

müraciətlərdə  Türkiyə  və  İran  zəhmətkeşlərini  xarici  müdaxiləçiləri  ölkələrindən  qovmağa,  sultan  və 

şah rejimini inqilab yolu ilə devirməyə, Sovet Rusiyası ilə əlaqələr yaratmağa, azərbaycanlıları, gürcüləri 

və  Dağıstan  zəhmətkeşlərinin  əldə  etdikləri  azadlığı  qoruyub  saxlamağa,  Denikinçilərə  qarşı 

mübarizəyə çağırmışlar. 

1919‐cu  il  noyabrın  22‐dən  dekabrın  3‐dək  Moskvada  keçirilən  Şərq  xalqları  kommunist 

təşkilatlarının  II  Ümumrusiya  qurultayında  N.Nərimanov  iştirak  etmiş  və  Tatar‐Başqırd  muxtar 

respublikasının  yaradılması  haqqında  çıxış  etmişdir.  O,  bu  çıxışında  qeyd  etmişdir  ki,  «sovet 

hakimiyyəti  dəfələrlə  hər  bir  xalqa  müstəqillik  vermək,  muxtar  respublika  yaratmaq  haqqında 

bəyanatlar  vermişdir.  Biz  Tatar‐Başqırd  Muxtar  Respublikasının  yaranmasının  əleyhinə  deyilik,  lakin 

onun  sonralar  burjua  nümayəndələrinin  əlinə  keçməsindən  qorxuruq.  Bu  məsələnin  həllinə  ehtiyala 

yanaşmaq  lazımdır».  Qurultay  RK(b)P  MK  yanında  Şərq  xaqları  kommunist  təşkilatlarının  Mərkəzi 

Bürosunun yeni tərkibini seçmişdir. N.Nərimanov RK(b)P MK Siyasi Bürosunun iclasında Şərq xaqları 

kommunist təşkilatlarının Mərkəzi bürosuna üzv seçilmişdir. 

1920‐ci  il  fevralın  11‐12‐də  gizlə  şəraitdə  Bakıda  keçirilən  Azərbaycan  kommunist təşkilatlarının  I 

qurultayında V.İ.Lenin və N.Nərimanov fəxri sədr seçilmişlər. 

Aprelin  20‐də  N.Nərimanov  Azərbaycana  yola  düşməmişdən  əvvəl  V.İ.Leninlə  görüşmüş  və  bir 

saatdan çox söhbət etmişdir. O, V.İ.Leninə  Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında məlumat 

vermiş,  Şərqdə,  o  cümlədən  Azərbaycanda  sovet  hakimiyyəti  məslələri  haqqında  fikir  mübadiləsi 

etmişdir.  Sonralar  N.Nərimanov  Bakıda  iclasların  birində  V.İ.Leninlə  bu  söhbəti  haqqında  danışarkən 

qeyd etmişdir ki, V.İ.Lenin mənə dedi ki, bizə ancaq Bakı və Xəzərin sahili torpaqlar lazımdır. Mən isə 

cavabında dedim ki, nə Bakı Azərbaycansız, nə də Azərbaycan Bakısız yaşaya bilməz. 

Aprelin  27‐də  Azərbaycan  Müvəqqəti  İnqilab  Komitəsi  yaradıldıqda  N.Nərimanov  qiyabi  olaraq 

onun sədri seçilmişdir. Aprelin 28‐də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan 

Xalq  Komissarlar  Soveti  təşkil  olundu.  Azərbaycan  Xalq  Komissarlar  Sovetinin  sədri  və  xarici  işlər 

komissarı vəzifələrinə N.Nərimanov təsdiq edilmişdir. 

Mayın  16‐da  N.Nərimanov  Bakıya  gəlmişdir.  Qırmızı  bayraqlarla,  şüarlarla  bəzədilmiş  vağzalda 

böyük  təntənə  ilə  qarşılanmışdır.  Onu  qarşılamağa  gəlmiş  şəhər  əhalisi  içərisində  İnqilab  Komitəsinin 

üzvləri ilə yanaşı məktəblilər, partiya və ordu nümayəndələri var idi. N.Nərimanov qatardan düşəndən 

sonra qısa nitq söyləyərək əhalini XI Qızıl ordu və Moskva adından təbrik etmiş və Azərbaycan fəhlə və 

kəndli  hökumətinin  Şərq  inqilabı  üçün  əhəmiyyətindən  bəhs  etmiş  və  Azərbaycan  zəhmətkeşlərinin 

şimal qardaşları ilə birlikdə gələcəklərinə əmin olduğunu bildirmişdir. 

N.Nərimanov 1920‐ci il aprelin 28‐dən 1922‐ci il martın 12‐ə kimi Azərbaycan İnqilab Komitəsinin, 

Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  və  Müdafiə  Şurasının  sədri  vəzifələrində  çalışmışdır.  O, 

Azərbaycanda  sovet  hakimiyyətinin  ilk  vaxtlarında  daxili  və  beynəlxalq  vəziyyətin  gərginliyi  ilə 

əlaqədar olaraq 1920‐ci il aprelindən mayın əvvəlinədək Azərbaycan xalq xarici işlər komissarı vəzifəsini 

də daşımış, sonralar bu vəzifəni müavini M.Hüseynov tutmuşdur. 

N.Nərimanov  Azərbaycana  rəhbərliyə  başladığı  ilk  gündən  Azərbaycanın  yeni  istiqamətdə 

tərəqqisi  naminə  gərgin  fəaliyyət  göstərmişdir.  Onun  İnqilab  Komitəsinin  başqa  üzvləri  ilə  birlikdə 

imzaladığı  əhalini  sovet  hakimiyyəti  ətrafında  birləşmək,  inqilabi  qaydalara  əməl  etmək,  XI  orduya 

yardım etmək, sovet quruculuğuna və onun möhkəmləndirilməsinə köməklik göstərmək, Sovet Rusiyası 

ilə qardaşlıq ittifaqı yaratmaq haqqında müraciətləri dərc olunmuşdur. 

N.Nərimanov Azərbaycan respublikasının tezliklə və hərtərəfli inkişafı və xalq təsərrüfatının bütün 

sahələrinin  dövlətin  əlində  cəmlənməsi  məqsədilə  neft  sənayesinin,  Xəzər  ticarət  donanmasının, 

26


 

bankların,  balıq  sənayesinin, H.Z.Tağıyevin  toxuculuq  fabrikinin  və  s.  milliləşdirilməsi  barədə  bir  sıra 

dekretləri imzalamışdır. 

1920‐ci il sentyabrın 1‐7‐də Bakıda Şərq xalqlarının I qurultayı çağırılmışdır. Qurultayda Avropa və 

Asiya  ölkələrindən  gəlmiş  1900‐ə  yaxın  nümayəndə  iştirak  etmişdir.  N.Nərimanov  qurultayı 

Kommunist  İnternasionalı  İcraiyyə  Komitəsi  adından  açaraq  demişdir:  «Yoldaşlar,  Şərq  xalqlarının 

dünyada görünməmiş, eşidilməmiş birinci qurultayını açmaq səadəti bu gün mənə nəsib olmuşdur… 

Bu gün burada iki dünya görüşür: istismar olunanlar və istismar edənlər dünyası. Şübhə yoxdur ki, 

əgər  istismar  edənlər  dünyasının  nümayəndələri  burjua  sinfinin  nümayəndələri  olsaydılar,  onda 

Qocaman Şərqin göz yaşları, bəlkə də təsirsiz qalardı. Lakin xoşbəxtlik bundadır ki, burada iştirak edən 

nümayəndələr  məhz  burjua  ölkələrinin  fəhlə  sinfini  təmsil  edirlər,  onlar  başa  düşürlər,  bizə  imkan 

verərlər ki, yaxın vaxtlarda III İnternasionalın ümumdünya hakimiyyətini təntənəli surətdə elan edək”. 

Qurultay  özünün  daim  fəaliyyət  göstərəcək  icraiyyə  orqanını  –  Təbliğat  və  Fəaliyyət  şurasını  seçdi. 

Onun  tərkibinə  M.Hüseynov,  S.Kirov,  Q.Orconikidze,  M.Sübhi,  Heydər  Əmioğlu,  Y.Stasova  və  b.  ilə 

yanaşı N.Nərimanov da daxil olmuşdur. 

1920‐ci  il  sentyabrın  30  ‐  oktyabrın  4‐də  N.Nərimanovun  başçılığı  altında  partiya,  dövlət 

rəhbərlərindən  və  fəhlə  nümayəndələrindən  ibarət  komissiya  Azərbaycanın  Ucar,  Göyçay,  Gəncə, 

Qazax, Tovuz, Yevlax, Ağdam, Bərdə, Şuşa, Şəki, Kürdəmir və s. yerlərinə getmiş, şəhər zəhmətkeşləri 

və  kəndlilərlə  görüşmüşdür.  O,  getdiyi  yerlərdə  əhalinin  vəziyyəti  ilə  tanış  olmuş  və  onlar  qarşısında 

çıxış edərək Azərbaycanda, ümumiyyətlə, bütün dünyada baş verən siyasi proseslər haqqında məlumat 

vermişdir.  N.Nərimanov  kəndliləri  sovetlər  ətrafında  birləşməyə,  sovet  hökumətinin  onlara  verdiyi 

torpağı  vaxtlı‐vaxtında  əkib‐becərməyə  və  əsl  sahibi  olmağa,  əksinqilabçılardan  qorumağa,    kənd 

məhsulları  ilə  Bakı  fəhlələrinə  yardım  etməyə,  Sovet  Rusiyası  ilə  dostluğa  və  qardaşlığa  çağıraraq 

demişdir:  «Sovet  Rusiyası  ilə  birləşdikdən  sonra  biz  neft  anbarlarını  boşaltmağa,  istehsalatımızı 

artırmağa,  fəhlələri  saxlamaq  üçün  vəsait  əldə  etməyə…  və  azad  Sovet  Rusiyasının  azad  Sovet 

Azərbaycanının qarşılıqlı köməyi nəticəsində imkan tapdıq». 

1920‐ci il dekabrın 22‐29‐da Moskvada VIII Ümumrusiya Sovetlər qurultayı oldu. Qurultay məşhur 

QOELRO (Rusiyanı Elektrikləşdirmək üçün Dövlət Komissiyası) planını qəbul etdi. Qurultayda ilk dəfə 

olaraq  başda  N.Nərimanov  olmaqla  Azərbaycan  nümayəndələri  də  iştirak  etmiş  və  N.Nərimanov 

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilmişdir. 

1921‐ci  il  yanvar  ayının  əvvəllərində  N.Nərimanov  Moskvada  olarkən  Sovet  Rusiyasında  yaşayan 

müsəlman  xalqları  kommunistlərinin  müşavirəsi  keçirilmişdir.  Müşavirədə  iştirak  edən  N.Nərimanov 

müşavirənin Rəyasət Heyətinə seçilmişdir. 

1921‐ci  il  mayın  6‐19‐da  keçirilən  I  Ümumazərbaycan  Sovetlər  qurultayını  giriş  nitqilə 

N.Nərimanov açmışdır: O, qurultayın Rəyasət Heyətinə seçilmiş, onun bir neçə iclasına sədrlik və çıxış 

etmişdir. Eyni zamanda qurultayda N.Nərimanov bir il ərzində Azərbaycan SSR hökumətinin fəaliyyəti 

və beynəlxalq vəziyyət haqqında məruzə etmişdir. Qurultay 9 üzv və 3 namizəddən ibarət onun Rəyasət 

Heyətini  seçdi.  N.Nərimanov  M.Hacıyev,  S.Ağamalı  oğlu  və  b.  ilə  birlikdə  onun  tərkibinə  seçilmişdir. 

Azərbaycanın  ilk  konstitusiyasını  təsdiq  edən  qurultay  rəsmi  olaraq  N.Nərimanov  başda  olaraq 

Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin tərkibini  müəyyənləşdirmişdir.  Mayın  21‐də  Azərbaycan 

SSR  MİK  I  plnenumunun  I  sessiyası  keçirildi.  N.Nərimanov  iclası  açarkən  dedi  ki,  fəhlə  və  kəndlilərin 

üstünlüyü ilə Sovet Respublikasının ali orqanını  seçərək biz bütün Azərbaycan qarşısında, bütün Şərq 

qarşısında  nəzərə  çatdırırıq  ki,  burada  hakimiyyət  zəhmətkeşlərin  öz  əlindədir.  Sessiya  qurultay 

tərəfindən seçilmiş Azərbaycan SSR MİK Rəyasət Heyətini və N.Nərimanov başda olmaqla Azərbaycan 

SSR XKS‐i təsdiq etmişdir. 

1921‐ci  il  iyulun  19‐da  Azərbaycan  SSR  MİK  Rəyasət Heyətinin  iclası  oldu.  İclas  N.Nərimanovun 

sədrliyi  ilə  keçmiş  və  onun  Zaqafqaziya  respublikaları  nümayəndələrinin  Azərbaycan,  Gürcüstan  və 

Ermənistan  arasında  sərhədlərin  müəyyənləşməsinə  həsr  edilmiş  konfransın  yekunları  haqqında 

məruzəsini müzakirə etmişdir. 

N.Nərimanov 1921‐ci il noyabrın 15‐16‐da Azərbaycan SSR MİK Rəyasət Heyətinin və Azərbaycan 

SSR XKS iclasında iştirak etmişdir. İclasda «Zaqafqaziya respublikalarının vahid siyasi‐iqtisadi ittifaqda 

27


 

birləşməsi»  məsələsi  müzakirə  olunmuşdur.  Rəyasət  Heyəti  N.Nərimanov  başda  olmaqla  komissiya 

yaratmış və konstitusiya layihəsini hazırlamağı tapşırmışdır. 

N.Nərimanov Bakıda həbs olunmuş ingilis və fransızların azad edilməsi məsələsinə dair Fransa və 

Böyük Britaniya hökumətlərinə teleqramlar göndərmişdir. 

1921‐ci il dekabrın 30‐da türk əlifbası komitəsinin I konfransı keçirilmişdir. Giriş sözü ilə konfransı 

açan  N.Nərimanov  yeni  əlifbanın  üstünlükləri  və  əhəmiyyətindən,  ərəb  əlifbasının  nöqsanlarından 

danışaraq demişdir: «Hərgah biz indi bu əlifbaya keçməsək, o zaman 10 ildən sonra bu əlifba özü‐özünə 

itəcək.  Odur  ki,  indi  keçməli  və  elə etməli  ki,  10  ildən  sonra  olacaq  zəhmətkeş  ədəbiyyatını  zəhmətkeş 

balaları oxuya bilsin». 

1922‐ci il yanvarın 27‐də Moskvada çağırılmış I Ümumrusiya MİK fövqəladə sessiyasında İtaliyanın 

Genuya  şəhərində  keçiriləcək  konfransa  gedəcək  nümayəndələr  seçilmişdir.  Bu  nümayəndələrin 

tərkibinə Azərbaycandan N.Nərimanov daxil edilmişdir. 

1922‐ci  il  martın  11‐12‐də  Tiflisdə  Azərbaycan,  Gürcüstan,  Ermənistan  Mərkəzi  İcraiyyə 

Komitələrinin  səlahiyyətli  konfransında  Zaqafqaziya  Sovet  Federativ  Sosialist  Respublikaları  (ZSFSR) 

təşkil edildiyi bildirilmişdir. ZSFSR‐in Rəyasət Heyəti seçilmişdir. Onun tərkibinə N.Nərimanov da daxil 

olmuşdur.  Sonra  konfrans  ZSFSR‐in  N.Nərimanov,  A.Bekzadyan  və  P.Mdivanidən  ibarət  üç  sədrini 

seçmişdir. Onlar növbə ilə Zaqafqaziyanın bütün işlərinə rəhbərlik etmişlər. 

1922‐ci  il  aprelin  10‐dan  mayın  19‐dək  İtaliyanın  Genuya şəhərində  iqtisadi  və maliyyə  məsələləri 

üzrə  beynəlxalq  konfrans  çağırılmışdır.  Konfransda  sovet  nümayəndə  heyəti  də  iştirak  etmişdir. 

Konfransda  sovet  nümayəndə  heyətinin tərkibinə  G.Çiçerin,  L.Krasin  M.Litvinov,  A.İoffe,  V.Vorovski, 

Y.Rudzutak,  X.Rakovski,  N.Nərimanov,  P.Mdivani,  A.Bekzadyan,  A.Şlyapkin  daxil  idi.  Azərbaycan 

hökuməti  ona  bəyanat  vermək,  çıxış  etmək  və  sənəd  imzalamaq  üçün  səlahiyyətli  vəsiqə‐mandat 

vermişdir.  Vəkalətdə  oxuyuruq:  «Nəriman  Nərimanov  ümümsovet  nümayəndələrinin  tərkibində 

Azərbaycan  Sovet  Sosialist  Respublikasının  mənafeyini  təmsil  etməyə,  Azərbaycan  Sovet  hökuməti 

adından hər cür bəyanat verməyə, konfransda müzakirə olunacaq məsələlər üzrə qərarlar qəbul etməyə, 

Azərbaycan  hökuməti  adından    saziş,  müqavilə,  konvensiya,  müahidələr  və  s.  bağlamağa  vəkil 

edilmişdir».  N.Nərimanov  aprelin  10‐dan  mayın  6‐na  kimi  Genuya  konfransında  iştirak  etmiş,  sovet 

nümayəndələrinin  mövqeyində  durmuş,  Bakı  neftinə  sahib  olmağa  çalışan  dövlətlərin  cəhdlərini  rədd 

etmişdir. O, Genuya konfransından sonra bir sıra qəzetlərin müxbirlərinə müsahibələr vermiş, konfrans, 

qurultay,  iclas  və  müşavirələrdə  çıxış  edərək  konfrans,  sovet  nümayəndələrinin  mövqeyi  haqqında 

məlumatlar  vermiş  və  yazdığı  «Əqil  sərmayənin  cəngində»,  «Qenuya  10  aprelya  1922  q.» məqalələrdə 

hərtərəfli  izah  etmişdir.  N.Nərimanov  sonralar  ziyalıların,  fəhlələrin  və  kəndlilərin  bu  məsələyə 

marağını  nəzərə  alaraq  müsahibə,  bəyanat,  çıxış  və  məqalələrini  bir  yerə  toplayıb  ««Genuya»  nədir?» 

adlı  altı  fəsillik  kitaça  hazırlasa  da,  nəşr  etdirə  bilməmişdir.  Kitabça  ARSPİHDA‐da  N.Nərimanovun 

fondunda saxlanılmaqdadır. 

1922‐ci  il  noyabrın  8‐də  Bakıda  böyük  Azərbaycan  satirik  şairi  M.Sabirin  heykəli  qoyulmuşdur. 

Onun açılışında  Azərbaycanın dövlət və ictimai xadimləri, ziyalıları, tələbələri iştirak etmişdir. Bu vaxt 

Bakıda  olan  N.Nərimanov  da  heykəlin  açılışında  iştirak  etmiş  və  nitq  söyləmişdir.  N.Nərimanov 

M.Sabirin  yaradıcılığına  böyük  qiymət  verərək  yalnız  fəhlə  və  kəndli  hökuməti  tərəfindən  ona  heykəl 

qoyulduğunu  qeyd  edərək  demişdir:  «Sabir  Nikolay  hökumətinin  ən  qorxulu  günlərində  heç  kəsdən 

qorxmayıb  özünün  kəndli  və  fəhlə  tərəfdarı  olduğunu  hamıya  bildirirdi.  Öz  şerləri  və  yazıları  ilə 

kəndlilərin  və  fəhlələrin  haqqlarını  müdafiə  edirdi…  Buna  görə  heç  kəs  təəccüb  etməsin  ki,  ilk  dəfə 

Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və tərəfdarı oldu!» 

1922‐ci  il  dekabrın  10‐13‐də  Bakıda  I  Zaqafqaziya  Sovetlər  qurultayı  toplandı.  N.Nərimanov 

qurultayı giriş nitqi ilə açaraq demişdir: «Bu təntənəli tarixi gündə bütün Zaqafqaziya zəhmətkeşlərinin 

ürəkləri  sevinclə  döyünür,  çünki  bu  gün  elə  bir  evin  təməli  qoyulur  ki,  həmin  evdə  Zaqafqaziyanın 

bütün zəhmətkeşləri öz kədər və sevinclərini bölüşdürəcəklər… 

Bu gün biz buradan bütün dünya zəhmətkeşlərinə var səsimizlə qışqırmalıyıq ki, zəhmətkeşlərin öz 

məqsədlərinə doğru getmək istədikləri yol biz, Zaqafqaziya zəhmətkeşləri tərəfindən tapılmışdır». 

28


 

N.Nərimanov  sonra  qurultayın  ikinci  iclasında    ZSFSR‐in  fəaliyyəti  haqqında  rus  və  Azərbaycan 

dillərində məruzə etmiş, birinci iclasın sədri olmuş, Zaqafqaziya MİK üzvü və Ümumrusiya qurultayına 

nümayəndə seçilmişdir. 

1922‐ci  il  dekabrın  30‐da  SSRİ  I  Sovetlər  qurultayı  çağırıldı.  Qurultayda  RSFSR,  Ukrayna, 

Belorusiya  və  ZSFSR  birləşərək  SSRİ‐ni  yaratdılar.  Qurultay  SSRİ‐nin  ali  qanunverici  orqanını  –SSRİ 

MİK‐i seçdi. 1923‐cü il yanvarın 2‐də SSRİ MİK‐in birinci sessiyası oldu. Sessiya SSRİ MİK Rəyasət Heyə‐

tini  və  SSRİ‐nin  yaradılmasında  iştirak  edən  respublikaların  sayına  görə  SSRİ  MİK‐in  dörd  sədrini  – 

M.Kalinin, N.Nərimanov, Y.Petrovski, A.Çervyakovu seçmişdir. 

1923‐1925‐ci  illərdə  N.Nərimanov  Moskvada  SSRİ  MİK  sədrlərindən  biri  kimi  fəaliyyət 

göstərmişdir.  O,  bu  dövrdə  SSRİ  MİK  Rəyasət  Heyətinin  bir  sıra  iclaslarına    sədrlik  və  iştirak  etmiş, 

dekret,  qərar,  sərəncam,  müraciətlərin  hazırlanması  və  verilməsində,  SSRİ‐nin  ilk  konstitusiyasının 

hazırlanmasında  yaxından  iştirak etmişdir. Eyni zamanda bu illərdə RK(b)P, Zak.ÖK, AK(b)P plenum, 

konfrans  və  qurultaylarında,  SSRİ,  ZSFSR  və  Azərbaycan  Sovetlər  qurultaylarında  iştirak  etmiş,  MK 

bürolarına, rəyasət heyətlərinə üzv seçilmiş, bir sıra iclaslarına sədrlik etmişdir. 

1925‐ci  ilin  fevral‐mart  aylarında  Moskva,  Tiflis  və  b.  yerlərdə  N.Nərimanovun  ictimai,  siyasi  və 

ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd edilmişdir. 

Bununla  belə,  N.Nərimanov  bir  sıra  sovet  rəhbərləri  və  bəzi  şəxslər  tərəfindən  mənəvi  təqiblərə 

məruz qalmış, ona millətçi damğası vurulmuşdur. 

N.Nərimanov Moskvada 1925‐ci il martın 19‐da axşam qəflətən vəfat etmişdir. Martın 20‐də xalqın 

vidalaşması üçün  onun cənazəsi Sovetlər Evinin Sütunlu zalına qoyulmuşdur. Dəfni matəm günü elan 

edilmişdir.  Martın  23‐də  N.Nərimanov  Moskvada  Qızıl  meydanda,  V.İ.Leninin  Movzoleyinin  yanında 

müsəlman  qaydası  ilə  torpağa  tapşırılmışdır.  N.Nərimanov  müsəlman  Şərqinin  Qızıl  meydanda  dəfn 

olunan ilk nümayəndəsidir. 

Azərbaycan    KP  MK‐nın  birinci  katibi  işləmiş  H.Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  70‐ci  illərin 

əvvəllərində Bakıda N.Nərimanova möhtəşəm abidə qoyulmuşdur. 


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə