Musa qasimli elmira hüseynova



Yüklə 0.56 Mb.
PDF просмотр
səhifə6/6
tarix08.12.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

 

*** 

 



 

Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991‐1993. 

 

«Azərbaycan» qəzeti, 1992‐1993‐cü illər. 



 

Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991‐1995‐ci illər). Bakı, 1996. 



 

Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, 1997. 



 

 

 



46

 

 

Həsən Əziz oğlu Həsənov 

2 sentyabr 1993 – 17 fevral 1998 

 

Azərbaycanın  XX  əsr  görkəmli  ictimai,  dövlət  və  siyasi  xadimlərindən, 



diplomat  və  alimlərindən  olan  Həsən  Əziz  oğlu  Həsənov  1940‐cı  il  oktyabrın 

20‐də  Tiflis  şəhərində  anadan  olmuşdur.1958‐ci  ildə  Tiflisdə  43  №‐li  orta 

məktəbi, 1963‐cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirmiş və inşaatçı‐

mühəndis ixtisasına yiyələnmişdir. Bakı Ali siyasi məktəbini bitirərək politoloq 

ixtisası  almışdır.  Moskvada  yuxarı  dərəcəli  məmurların  ali  kursunu  (1969)  və 

yuxarı  dərəcəli  siyasi  xadimlərin  ali  kursunu  (1981)  bitirmişdir.  Ensiklopedik 

biliyə sahib olmuşdur. 

Müxtəlif  siyasi  və  dövlət  strukturlarında  çalışmışdır.  1960‐cı  ilin  oktyabrından  Azərbaycan 

Politexnik  İnstitutunun  komsomol  komitəsinin  təşkilat  məsələləri  üzrə  katibi  və  Bakı  şəhəri  Tələbə 

Şurasının  sədri  olmuşdur.  1961‐ci  ilin  dekabrından  Bakı  şəhəri  Oktyabr  rayon  komsomol  komitəsində 

(indiki  Yasamal r‐nu) üçüncü katib, 1962‐ci ildən Bakı şəhər komsomol komitəsinin təbliğat və təşviqat 

şöbəsində  təlimatçı,  Bakı  şəhəri  Oktyabr  rayon  komsomol  komitəsində  ikinci  katib,  Azərbaycan 

Komsomolu Mərkəzi Komitəsi texniki peşə məktəblərinin şagirdləri ilə iş üzrə şöbə müdiri, 1966‐cı ildə 

inşaat materialları və konstruksiyası institutunda aspirant, 1969‐cu ildə Moskvada komsomolun Mərkəzi 

Komitəsinin  məsul  təşkilatçısı,  1971‐ci  ildən  təlimatçı,  şöbə  müdiri,  Azərbaycan  KP  MK‐nın  inşaat 

məsələləri  üzrə  şöbə  müdirinin  müavini,  1975‐ci  ildən  Bakı  şəhəri  26  Bakı  komissarı  rayonu  (indiki 

Səbayil r‐nu)  partiya komitəsinin birinci katibi, 1978‐ci ildən Sumqayıt, Kirovabad (indiki Gəncə) şəhər 

partiya komitələrinin birinci katibi, 1981‐ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın 

ideologiya  məsələləri,  inşaat  və  nəqliyyat,  iqtisadi  məsələlər  üzrə  katibi,  1990‐1992‐ci  illlərdə  Nazirlər 

Sovetinin  sədri,  Azərbaycan  Respublikasının  baş  naziri,  1990‐1991‐ci  illərdə  SSRİ  Nazirlər  Sovetinin 

üzvü,  1992‐1993‐cü  illərdə  Azərbaycan  Respublikasının  BMT‐dəki  daimi  nümayəndəsi  olmuşdur. 

H.Həsənov  1993‐cü  il  sentyabrın  2‐də  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  təyin  edilmişdir. 

1993‐cü  ildə  Azərbaycan  Respublikasının  ali  məsləhətçi  orqanı  olan  Azərbaycan  Respublikasının  Milli 

Təhlükəsizlik Şurasının  üzvü olmuşdur. 

O, 40 ilə yaxın Azərbaycanın dövlət və siyasi işlərində yorulmadan çalışmış, 1981‐ci ildən 1992‐ci ilə 

qədər Azərbaycanın ali rəhbərləri sırasına daxil olmuşdur.  

1977‐ci  ildən  2000‐ci  ilədək  Azərbaycan  Respublikası  Ali  Sovetinin  deputatı,  1977‐1981‐ci  illərdə 

Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1979‐1984‐cü illərdə SSRİ Ali Sovetinin deputatı, 

SSRİ  Ali  Sovetinin  inşaat  komissiyasının  üzvü  olmuşdur.  1963‐cü  ildən  1980‐ci  ilədək  Xalq  Deputatları 

Sovetinin rayon və şəhər üzrə deputatı seçilmişdir. 30 ildən çox müxtəlif dərəcəli deputat olmuşdur. 

H.Həsənov qarşısına qoyduğu  məsələlərin həllinə  ciddi  yanaşan,  məqsədyönlü,  gözəl  natiq,  daim 

irəli doğru addımlayan uzaqgörən şəxs olmuşdur. 

H.Həsənov  uşaqlıqda  Tiflisdə  azərbaycanlıların  cəm  halda  yaşadıqları  ərazidə  böyümüş,  Tiflis 

azərbaycanlılarının  folkloru,  adət‐ənənələrini  dərindən  öyrənmiş,  Tiflisin  azərbaycanlılar  yaşamayan 

məhəlləsində  məktəbə  getmiş,  orada  gürcü  adət‐ənənələrini  də  əxz  etmişdir.  Məktəb  illərində  gürcü, 

erməni, rus və yəhudi gəncləri arasında qeyri‐etnik və qeyri‐dini mühitdə böyüyən H.Həsənov onların 

milli, dini və mənəvi xüsusiyyətlərini dərindən öyrənmişdir. 

Bakıya gələn kimi şəhərdə və institutda gənclərlə qaynayıb qarışmış, tezliklə tələbə qrupuna rəhbər, 

il  yarımdan  sonra  isə  Azərbaycan Politexnik  İnstitutunda  komsomol  komitəsinin  katibi  və  on minlərlə 

tələbəsi olan Bakı şəhərində Tələbə Şurasının sədri seçilmişdir.  

26  Bakı  komissarı  rayonuna  rəhbərlik  edən  H.Həsənov  işə  dinamizm  gətirmişdir.  Topladıqları 

bilikləri az sonra Sumqayıtda da tətbiq etmişdir. Respublikada əsaslı tikinti işlərinə rəhbərlik edərək onu 

sistemli  şəklə  salmış,  Nazirlər  Sovetinin  sədri  olaraq,  bu  vəzifəni  ənənəvi  təsərrüfat  funksiyalarından 

siyasi sahəyə çevirmişdir. 

47


 

Tiflisdə  müsəlman  məscidlərinin  dağılmasının  şahidi  olmuş  və  «qisas  almağa»  and  içmişdir.  O, 

sovet  sistemi  şəraitində  Allaha  inanmışdır.  O,  Azərbaycan  Kommunist  Partiyası  Kirovabad  şəhər 

komitəsinin  birinci  katibi  olarkən  məscidləri,  dini  yerləri  təmir  və  bərpa  etməyə  başlamış,  nəinki 

vəzifəsini, hətta cəmiyyətdə yerini itirmək təhlükəsi altında olduqda belə, bu işini növbəti vəzifələrində 

də  davam  etdirmişdir.  Ağır  kommunist  rejimi  şəraitində  məscidlərin  bərpası  və  İslam  dininin 

qorunmasında xüsusi  xidmətləri olmuşdur. O, Məkkə və Mədinəni ziyarət etmiş ilk kommunist olmuş, 

müqəddəs «Kəəbə»də dua oxumuş, Məşhəddə İmam Rzanın məzarında olmuşdur. O, Azərbaycan milli 

hərəkatının  lideri,  dahi  şəxsiyyət,  sovet  rejiminin  düşməni  olan  Müsavat  Partiyasının  başkanı,  adının 

çəkilməsi bir çox onilliklər qadağan edilmiş  M.Rəsulzadənin qəbrini ziyarət etmiş SSRİ və Sov.İKP‐nin 

birinci azərbaycanlı siyasətçisi olmuşdur.  

H.Həsənov  azərbaycanlıların  milli  özünüdərkinin  və  milli  birliyinin  möhkəmləndirilməsinə, tarixi 

və  mədəni  irsinin  dirçəldilməsinə  böyük  töhfə  vermişdir.  Onun  şəxsi  təşəbbüsü  və  köməyi  ilə 

«Azərbaycan  renessansının  problemləri»  adlı  toplusu  tərtib  edilmiş  və  işıq  üzü  görmüşdür.  O,  Tiflis 

şəhərində Azərbaycan icmasının yaşadığı ərazidə Mirzə Fətəli Axundovun heykəlinin və ev‐muzeyinin 

açılması istiqamətində çoxlu iş görmüşdür. 

H.Həsənovun  Gəncə  şəhərindəki  fəaliyyəti  şəhər  tarixinə  renessans  dövrü  kimi  daxil  olmuşdur. 

Şəhərin  tarixi  imicinin  bərpası  istiqamətində  xüsusi  xidmətlərinə  görə  onu  «Gəncənin  bərpasının 

müəllifi»  kimi  tanımış,  fəal  inşaat  və  tikinti  işlərinə  görə  xalq  arasında  məhəbbətlə  «kərpic  Həsən» 

adlandırmışlar.  O,  Gəncə  şəhərinin  adının  bərpasının  müəllifi  və  təşəbbüskarı  olmuşdur.  H.Həsənov 

Yeni Gəncə yaşayış məskəninin yaradılması ideyasının müəllifi  və təşəbbüskarı, Yeni Gəncədə mərkəzi 

prospektin,  iri  memorial  parkın  və  onun  memarlıq‐landşaft  plan  quruluşunun  və  Gənclər  sarayı 

memarlığının,  parkda  onlarla  monumental  heykəlin,  xüsusilə  Məhsəti,  Mirzə  Şəfi  Vazeh,  Üzeyir 

Hacıbəyov,  Bül‐Bül,  Səməd  Vurğun,  Nizami  və  b.‐nın  heykəllərinin  qoyulmasının  təşəbbüsçüsü  və 

rəhbəri  olmuşdur.  Əvvəlcə  şəhərin  bir  hissəsini  Yeni  Gəncə  adlandırmış,  bir  ildən  sonra  isə 

ümumiyyətlə,  rayonun  adının  rəsmi  surətdə  Gəncə  adlandırılmasına  nail  olmuş  və  böyük  dəstək 

almışdır. Ağır sovet rejimi şəraitində yüksək vəzifələrdə çalışmasına baxmayaraq, adamların şüurunda 

Böyük  Azərbaycansevər,  Millətsevər  və  Qurucu  olaraq  qalmışdır.  Bütün  fəaliyyətinin  başlıca  mənası 

Azərbaycan xalqına xidmət olmuşdur. 

H.Həsənov  SSRİ  tərkibində  Azərbaycanın  sonuncu  baş  naziri  və  müstəqil  Azərbaycanın  ilk  baş 

naziri  olmuşdur.  Onun  Türkiyənin  baş  naziri  Məsud  Yılmaz,  prezidenti  Turqut  Özal  və  parlament 

çoxluğunun lideri Süleyman Dəmirəllə danışıqlarının nəticəsində 1991‐ci  il noyabrın 9‐da Türkiyə hələ 

SSRİ‐nin mövcud olduğu bir dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. 

O,  Azərbaycanda  cəmiyyətin  yenidən  qurulması  və  demokratikləşməsi  istiqamətində  bir  çox 

qanun,  qərar  və  qətnamələrin  işlənib  hazırlanması  və  həyata  keçirilməsində  iştirak  etmişdir. 

Azərbaycanda  çoxpartiyalı  sistemin  formalaşmasının  başlanğıcı  olan  siyasi  təşkilat  və  cəmiyyətlərin 

qeydiyyatdan  keçirilməsində  qərarlar  qəbul  etmişdir.  Azərbaycan  Respublikası  dövlət  quruluşunun 

postittifaq  konsepsiyasının  müəlliflərindən  biridir.  SSRİ‐nin  rəhbərləri  Mixail  Qorbaçov  və  Nikolay 

Rıjkov ilə çoxsaylı görüşləri olmuşdur. 

Azərbaycanın  azad  bazar  iqtisadiyyatına  keçirilməsi  konsepsiyasının  əsasını  qoyanlardan  və 

təşəbbüskarlarından  biri  olmuşdur.  Parlamentə  onun  rəhbərliyi  altında  qanun  layihələrinin  toplusu 

təqdim  edilmişdir.  Azərbaycanın  birbaşa  xarici  iqtisadi  əlaqələrının  əsasını  qoymuşdur.  Azərbaycanda 

bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991‐ci ildə keçirilən iri beynəlxalq Biznes 

konqresin  ideoloqu  və  təşkilatçısı  olmuşdur.  Biznes  konqresdə  dünyanın  48  ölkəsinin  450 

kompaniyasından 750 biznesmen iştirak etmişdir.  

Türkiyə  prezidenti  Turqut  Ozal  ilə  birbaşa  danışıqların  nəticəsində  hələ  1990‐cı  ilin  sentyabrında 

Qara  dəniz  İqtisadi  Əməkdaşlığı  təşkilatının  təsisçi  ölkələri  siyahısına  Azərbaycanın  daxil  edilməsi 

barədə prinsipial razılıq əldə edilmişdir.  

SSRİ  tərkibində  olmasına  baxmayaraq,  Azərbaycanın  birbaşa  beynəlxalq  əlaqələrini  fəal  inkişaf 

etdirməyin  tərəfdarı  olmuşdur.  Azərbaycan  Respublikasının  Avstraliya,  İtaliya,  Türkiyə,  İran,  Belçika, 

Yəmən  və  Səudiyyə  Ərəbistanına,  SSRİ‐nin  keçmiş  respublikalarına  –  yeni  müstəqil  dövlətlərə  getmiş 

48


 

hökumət  nümayəndə  heyətlərinə  rəhbərlik  etmişdir.  O,  bu  dövlət  və  hökumətlərin  başçıları  ilə 

görüşmüş  Azərbaycanın  ilk  dövlət  nümayəndəsi  olmuşdur.  Mərkəzi  Asiya  ölkələrinin  dövlət 

başçılarının  Daşkənd  görüşündə  Azərbaycanın  nümayəndə  heyətinə  rəhbərlik  etmişdir.  H.Həsənova 

müştərək  kommyunike  imzalamaq  səlahiyyəti  verilmişdir.  Bu  səfərlərin  gedişində  Azərbaycanın 

müstəqillik tarixində ilk beynəlxalq müqavilələr bağlanmışdır.  

1990‐cı ilin sentyabrında türk dövlət və hökumət başçıları ilə  danışıqlar aparmış, bunların nəticəsi 

olaraq  birbaşa  aviasiya,  dəniz  və  avtomobil  reyslərinin,  telefon  əlaqələri  və  birbaşa  televiziya 

proqramlarının  açılması,  Naxçıvanda  Azərbaycanın  Türkiyə  ilə  sərhədindəki  Sədərək  avtomobil  və 

dəmiryolu  körpüsünün  tikilməsi,  Naxçıvanın  Türkiyədən  gələn  elektrik  enerjisi  ilə  təmin  edilməsi, 

Bakıda Türkiyənin  baş konsulluğunun açılması haqqında, habelə gələcək birbaşa beynəlxalq əlaqələrin 

əsasını qoyan bir sıra hökumətlərarası müqavilələr imzalamışdır. 

Azərbaycan  və  İran  arasında  ilk  dəfə  vizasız  keçid  məsələsi  məhz  onun  səyi  nəticəsində  həll 

olunmuşdur.1990‐cı ilin avqustunda İranda zəlzələ qurbanlarına humanitar yardım göstərilmişdir. 1991‐

ci  ilin  iyununda  H.Həsənovun  İrana  səfəri  zamanı  rəsmi  Azərbaycan‐İran  danışıqları  keçirilmiş, 

nəticədə geniş əhatəli məsələlərə aid hökumətlərarası müqavilələr imzalanmışdır.  

Diplomatiyaya  gələn  H.Həsənov  özü  ilə  bu  sahəyə  dinamizm,  irəliləyiş  və  hədsiz  səmimilik 

gətirmişdir.  

H.Həsənov  xalqımızın  tarixində  ilk  dəfə  olaraq  Azərbaycan  Respublikasının  BMT‐dəki    daimi 

nümayəndəliyinə rəhbərlik etmiş, müstəqil Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri 

rütbəsini  almışdır.  Onun  gərgin  səyi  nəticəsində  1993‐cü  ilin  aprelində    BMT  TŞ‐də  Azərbaycan‐

Ermənistan münaqişəsinə dair 822 №‐li birinci qətnamə, iyul ayında isə 853 №‐li ikinci qətnamə qəbul 

olunmuşdur.  Bu  qətnamələrin  üstün  cəhəti  ondan  ibarətdir  ki,  BMT  aydın  şəkildə  Ermənistanın 

münaqişədə  təqsirkar  olduğunu  qeyd  etmiş,  Azərbaycanın  ərazi  bütövlüyünü,  güc  tətbiq  etməklə 

sərhədlərin  dəyişdirilməsinin  yolverilməzliyini,  Dağlıq  Qarabağın  Azərbaycan  Respublikasına 

məxsusluğunu təsdiq etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazisini şərtsiz boşaltmasını tələb 

etmişdir.  H.Həsənovun  səyi  sayəsində  Azərbaycan  Respublikası  keçmiş  SSRİ  respublikaları  arasında  

BMT‐nin  seçkili  orqanlarına,  xüsusilə  elm  və  texnika  sahəsində  və  yaşayış  məskənləri  üzrə 

komissiyalarına  daxil  edilmiş  ilk  ölkə  olmuşdur.  O,  həmçinin  Azərbaycan  Respublikasının  BMT‐nin 

inkişaf proqramına və sənaye inkişafı üzrə proqramına (YUNİDO)  daxil olmasının təşəbbüskarıdır. 

Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  olaraq  H.Həsənov  Fransa,  Türkiyə,  İran,  Çin, 

Almaniya,  Rusiya  və  Misirə  rəsmi  səfər  etmişdir.  Səfərlər  nəticəsində  iqtisadi,  siyasi  və  mədəni 

sahələrdə  Azərbaycan  Respublikasının  beynəlxalq  əlaqələrinin  dərinləşməsinə  dair  bir  sıra  mühüm 

ikitərəfli  sənədlər  imzalanmışdır.  H.Həsənov  Brüsseldə  Şimali  Atlantika  Şurasının,  Romada  ATƏM‐in 

Nazirlər  Şurasının,  Tehranda  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  və  MDB  ölkələri  xarici  işlər  nazirlərinin 

iclaslarında iştirak etmişdir.  

Azərbaycan dövləti onun nazir işlədiyi dövrdə Bloklara qoşulmamaq hərəkatına qoşulmuş, NATO 

ilə “Sülh naminə tərəfdaşlıq” müqaviləsini, Avropada sabitlik paktını imzalamış, Avropa Birliyi İqtisadi 

Komissiyası ilə diplomatik münasibətlər qurmuşdur. 

H.Həsənov  Azərbaycan  Respublikasının  yeni  tipli  Xarici  İşlər  Nazirliyinin  yaradıcısıdır.  Bu 

baxımdan  Xarici  İşlər  Nazirliyinin  tərkibində  islahatların  aparılmasını  xüsusilə  qeyd  etmək  lazımdır. 

Nazirlikdə  yeni  idarə  və  şöbələr,  Ermənistan‐Azərbaycan  münaqişəsi  və  münaqişələrin  dinc  yolla 

nizamlanması məsələləri ilə məşğul olan idarə yaradılmışdır. İnformatika şöbəsinin yaradılması XİN‐nin 

tamamilə  kompüterləşdirilməsinə  və  yeni  texniki  vasitələrlə  operativ  məlumatların  alınmasına  imkan 

vermişdir.  XİN‐nin  ərazi  idarələrinin  fəaliyyətində  mühüm  dəyişikliklər  baş  vermiş,  xarici  ölkələrin 

XİN‐i və səfirlikləri ilə münasibətlər nizamlanmışdır. 

Xarici  ölkələrdə  Azərbaycan  Respublikasının  nümayəndəlikləri  və  səfirliklərində  islahatlar 

aparılmış, onlar real nümayəndəliyə çevrilmiş, bütün bunlar Azərbaycanda və akkreditasiya ölkələrində 

baş  verən  hadisələrə  operativ  olaraq  təsirini  göstərmişdir.  H.Həsənovun  nazir  olduğu  dövrdə 

Azərbaycan  Respublikasının  Çin,  Fransa,  Səudiyyə  Ərəbistanı,  Misir,  Böyük  Britaniya,  Avstriya  və 

Belçikada səfirlikləri, Cenevrədə Azərbaycanın nümayəndəliyi yaradılmış, Katar, Mavritaniya, Əlcəzair, 

49


 

Argentina,  Braziliya,  Mərakeş,  Zambiya,  Latviya,  Sinqapur,  Albaniya,  Komor  adaları  ilə  diplomatik 

münasibətlər qurulmuşdur. Bakıda Qazaxıstan, Koreya Respublikası, Norveç, Hindistan, CAR, Kanada, 

Vatikan,  Meksika,  Macarıstan,  Səudiyyə  Ərəbistanı,  İordaniya  və  BƏƏ‐nin  səfirlikləri  açılmış  və 

səfirliklərin ümumi sayını 36‐ya çatmışdır. Xarici ölkələrin səfirlikləri ilə iş yenidən qurulmuşdur. 

1992‐ci  ildə  H.Həsənov  BMT  Baş  Assambleyasının  47‐ci  sessiyasında  Azərbaycan  Respublikası 

nümayəndəliyinin  rəhbər  müavini,  1993‐1994‐cü  illərdə  BMT  Baş  Assambleyasının  48  və  49‐cu 

sessiyalarında,  1993‐cü  ildə  ATƏT‐in  Nazirlər  Şurasının  4‐cü  görüşündə,  SSAD  görüşlərində, 

YUNESKO‐nun  Baş  sessiyasında  Azərbaycan  Respublikası  nümayəndə  heyətlərinin  başçısı  olmuşdur. 

1992‐ci ildə  Nyu‐Yorkda və 1993‐cü ildə Cenevrədə keçirilən BMT‐nin İqtisadi və Sosial Şurasının əsas 

sessiyalarında  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  olmuşdur.  BMT  nəzarəti  altında  yaşayış 

məskənləri üzrə İkinci Ümümdünya konfransının hazırlıq komitəsinin sədr müavini seçilmişdir. 1994‐cü 

ilin  sentyabrında  BMT‐nin  Qahirədə  keçirilən  əhali  yaşayışı  və  inkişaf  üzrə  konfransında  Azərbaycan 

Respublikasının prezidenti H.Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvü olmuşdur. 

H.Həsənov  BMT‐nin  Təhlükəsizlik  Şurasının  iclaslarında  və  Baş  Assambleyanın  sessiyalarında, 

BMT‐nin  İqtisadi  və  Sosial  komissiyalarında,  ATƏT‐in  xarici  işlər  nazirlərinin  görüşlərində,  Avropa 

Parlamentinin  Siyasi  komitəsinin,  NATO  Şurasının,  Şimali  Atlantika  Əməkdaşlığı  Şurasının,  İqtisadi 

Əməkdaşlıq  Təşkilatının,  Ərəb  Dövlətləri  Cəmiyyətinin  iclaslarında,  iştirak  etmişdir.  Azərbaycan 

Respublikasının  Avropa  Parlamentində  və  NATO  Şurasında  nitq  söyləyən  ilk  dövlət  nümayəndəsi 

olmuşdur. 

1990‐1994‐cü  illərdə  H.Həsənov  Türkiyə  prezidentləri  və  baş  nazirləri,  İran  prezidenti,  vitse‐

prezidenti,  Böyük  Britaniyanın  baş  naziri  (Azərbaycan  Respublikası  prezidenti  H.Əliyevin  rəsmi  səfəri 

çərçivəsində),  Avstraliyanın  baş  naziri,  Oman  sultanı,  baş  nazirin  müavini,  Səudiyyə  Ərəbistanının 

aviasiya  və  müdafiə  naziri,  Estoniya  və  Latviyanın  baş  nazirləri,  Litvanın  baş  nazirinin  müavini, 

Belçikanın  baş  naziri,  ÇXR  rəhbəri  (Azərbaycan  Respublikası  prezidentinin  rəsmi  səfəri  çərçivəsində), 

ÇXR‐in baş naziri – Dövlət Şurasının sədri, ÇXR‐in vitse‐prezidenti – sədr müavini, İtaliyanın baş naziri, 

Roma Papası II  İohan Pavel,  Fransa,  Misir  Ərəb  Respublikasının  prezidentləri,  Səudiyyə  Ərəbistanının 

kralı (Azərbaycan Respublikası prezidentinin rəsmi səfərləri çərçivəsində), Amerika Birləşmiş Ştatlarının 

prezidenti  (Azərbaycan  nümayəndə  heyətinin  BMT‐nin  Baş  Assambleyasında  iştirakı  çərçivəsində), 

ABŞ‐ın  vitse‐prezidenti,  Pakistanın  baş  naziri  (Qahirədə  əhali  yaşayışı  və  inkişaf  üzrə  BMT‐nin 

konfransında  Azərbaycan  nümayəndə  heyətinin  iştirakı  çərçivəsində),  Rusiya,  Ukrayna,  Qazaxıstan, 

Moldova, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ermənistan prezidentləri, Gürcüstanın Dövlət Başçısı, 

Belorusiya  Ali  Sovetinin  sədri,  bütün  MDB  ölkələrinin  xarici  işlər  nazirləri  ilə  görüşmüş  və  danışıqlar 

aparmışdır. 

H.Həsənov həmçinin dünyanın 40 ölkəsinin ‐ ABŞ‐ın Dövlət Katibi, SSRİ, Fransa, Böyük Britaniya, 

Rusiya,  Türkiyə,  İran,  Misir,  Səudiyyə  Ərəbistanı,  Pakistan,  Almaniya,  Oman,  İzrail,  İsveç,  Suriya, 

Avstriya, Niderland, İtaliya, Yunanıstan, Belçika, Albaniya, Bosniya və Hersoqovina, Makedoniya, Laos, 

Koreya Respublikası, Norveç, İndoneziya və s. xarici işlər nazirləri, Türkiyə, İran, Rusiya, İtaliya, Fransa, 

Misir,  Oman,  Avstraliya,  ABŞ,  Səudiyyə  Ərəbistanı,  Liviya,  Küveyt,  Banqladeş,  Pakistan,  Böyük 

Britaniya,  Norveç,  Çin,  MDB  ölkələri,  Litva,  Latviya,  Estoniya  və  s.  ölkələrin  hökumət  nümayəndələri, 

BMT‐nin  Baş  Katibi  Butros  Butros‐Qali,  BMT‐nin  Baş  Katibinin  müavini  Marek  Quldinq,  Vladimir 

Petrovski, Yan Eliasson (humanitar məsələlər üzrə), Ceyms Con (siyasi məsələlər üzrə), Karl‐Auqustos 

Fleyşauer  (mülki  məsələlər),  Ci  Çjaotszı  (iqtisadi  məsələlər),  Euqeniuş  Vizner  (informasiya  məsələləri 

üzrə)  və  b.,  YUNESKO‐nun  Baş  direktorları  A.M.Bou  və  F.Mayor,  BMT  Baş  Assambleyasının  sədrləri 

Samir Şihabi (Səudiyyə Ərəbistanı) və Stoyan Qanev (Bolqarıstan), BMT TŞ‐nın sədrləri, NATO‐nun Baş 

Katibi  Manfred  Verner,  Qərbi  Avropa  İttifaqının  Baş  Katibi  Villem  van  Ekelon,  İKT‐nin  Baş  Katibi  Əl‐

Qabid,  ATƏT‐in  rəhbərləri  İ.Dinstbir,  M.af  Uqqlas  və  B.Andreatt,  Ərəb  Dövlətləri  Cəmiyyətinin  Baş 

Katibi  İsmət  Əbdül  Maqid,  Avropa  İttifaqının  Xarici  İşlər  Nazirliyinin  rəhbərləri  Villi  Van  Klaas 

(Belçika)  və  Karolos Papulias  (Yunanıstan),  ATƏT‐in  Dağlıq  Qarabağ  məsələsi  üzrə  Minsk qurupunun 

sədri  Yan  Elliasson  (İsveç),  Lüksemturq  parlamentinin sədri,  Misir Xalq  Məclisinin  (parlamentin) sədri 

Fəthi  Surur,  Belçika  senatının  sədri  Şarl  Notombr,  Fransa  parlamentinin  sədri  Rene  Monori  və  Fransa 

50


 

parlamenti  sədrinin  müavini  Jan  For,  ABŞ  senatorları  və  konqresmenləri  ilə  görüşmüş  və  danışıqlar 

aparmışdır.  

O,  dövlət  quruculuğu,  politologiya,  diplomatiya,  iqtisadiyyat,  inşaat,  ədəbiyyatşünaslıq  və  s. 

məsələlər  üzrə  yüzlərlə  əsərin  müəllifidir.  H.Həsənov  xarici  işlər  naziri  vəzifəsindən  çıxdıqdan  sonra 

elmi  və  bədii  yaradıcılıqla  məşğul  olmuş,  Azərbaycan  arxivlərində  aylarla    yorulmaq  bilmədən 

materiallar  toplamış,  dəyərli  əsərlər  yazmışdır.  Azərbaycan  ədəbiyyatşünaslığında  ilk  dəfə  olaraq 

görkəmli  maarifçi,  filosof  və  dramaturq  M.F.Axundovun  oğlu  Rəşid  bəy  Axundovla  yazışmalarını 

tədqiq etmişdir. Rəşid bəy Axundovun “Brüsseldən məktublar” toplusunun tərtibatçısıdır. Yazdığı eyni 

adlı  tamaşa  Azərbaycan  Dövlət  Akademik  Dram  Teatrında  uğurla  oynanılmışdır.  Onun  İstanbulda 

“Müstəqil  Azərbaycanın  yolları”  seçilmiş  əsərləri,  “ABŞ‐da  lobbiləşmə  və  Azərbaycan  lobbisinin 

yaranma  problemləri”,  “Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  təcavüzü”  əsərləri, 

həmçinin bir sıra xarici elmi nəşrlərdə məqalələri çap olunmuşdur. BMT Təhlükəsizlik Şurasının rəsmi 

sənədləri  timsalında  ingilis,  fransız,  ispan,  çin,  alman,  ərəb  və  rus  dillərində  140‐dan  çox  məktubun 

müəllifidir.  “Azərbaycanın  dünya  siyasəti  sisteminə  daxil  edilməsi”,  “Azərbaycanın  BMT  sisteminə 

daxil  edilməsi”,  “BMT  nəzdində  Azərbaycan  Respublikasının  daimi  nümayəndəliyinin  fəaliyyət 

xronikası”  əsərlərini  və  “Nyu‐York,  Üçüncü  Avenyu”  memuarını  yazmış  və  çapa  hazırlamışdır.  Onun 

redaktorluğu altında “Ə.Topçubaşovun İstanbulda diplomatik danışıqları (Azərbaycan Respublikasının 

fövqəladə  elçisi  və  səlahiyyətli  nazirinin  qeydləri)”  kitabı  buraxılmışdır.  “Azərbaycan  diplomatiyası” 

jurnalının  baş  elmi  məsləhətçisi  olmuşdur.  Görkəmli  dövlət  və  ictimai  xadim  N.Nərimanovun  həyatı, 

fəaliyyəti və yaşadığı siyasi mühitlə bağlı  dərin elmi müqayisə səciyyəsi daşıyan araşdırma aparmış və 

iri həcmli dəyərli monoqrafiya yazmışdır. Problemə yeni baxışın əsasını qoymuşdur.  

H.Həsənov  SSRİ‐nin  bir  çox  orden  və  medalları,  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Fəxri 

Fərmanı ilə təltif olunmuşdur. 



 

 

*** 

 

 



Azərbaycan beynəlxalq aləmdə (Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin xarici 

ölkələrə səfərlərinə dair materiallar) I‐IV cildlər. Bakı ,1996‐1999. 

 

Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993‐1995. 



 

Azərbaycanda kim kimdir? Sorğu‐məlumat kitabı. Bakı, Azərbaycan Ensiklopediyası. NPB, 1999. 



 

«Azərbaycan» qəzeti, 1992‐2002‐ci illər. 



 

Aggression of the Republic of Armenia against the Azerbaijan Republic. Baku, 1994. 



 

Vıstuplenie premğer‐ministra Azerbaydjanskoy Respubliki Qasan Qasanova v Evropeyskom 



Parlamente. Brösselğ, 18 fevralə 1992 q. 

 



“Kommunist” qəzeti, 1975‐1988‐ci illər. 

 



Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991‐1996). Bakı, 2000. 

 



Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991‐1995‐ci illər). Bakı, 1996. 

 



Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, 1997. 

 



Musayev M. Azərbaycanlı deputatlar SSRİ parlamentində (1938‐1988). Bakı, Ağrıdağ, 2000. 

 



“XXI əsr. Dirçəliş” jurnalı, 1993, №1. 

 

 



 

 

 

 

51


 

 

Tofiq Nadir oğlu Zülfüqarov 

5 mart 1998 – oktyabr 1999 

 

Azərbaycanın  siyasətçilərindən  və  diplomatlarından  söz  düşəndə  adı 



hörmətlə çəkilənlərdən biri də Tofiq Zülfüqarovdur. 

O,  1959‐cu  il  noyabrın  1‐də  Rusiyanın  Rostov‐Don  şəhərində  həkim 

ailəsində  anadan  olmuşdur.  1961‐ci  ildə  ailəsi  ilə  birlikdə  Bakı  şəhərinə 

köçmüşdür. 1966‐1976‐cı illərdə Bakı şəhərində 193 saylı orta məktəbdə təhsil 

almışdır. 

1976‐cı  ildə  Azərbaycan  Dövlət  Universitetinin  şərqşünaslıq  fakültəsinin 

ərəb  dili  və  ədəbiyyatı  şöbəsinə  daxil  olmuş,  1981‐ci  ildə  ərəb,  rus  dili  və 

ədəbiyyatı  müəllimi  ixtisasına  yiyələnmişdir.  1981‐ci  ildə  SSRİ  Silahlı  Qüvvələri  sıralarına  çağırılmış, 

Yəmən  Xalq  Demokratik  Respublikasının  paytaxtı  Ədən  şəhərində  yerləşən  Sakit  okean  hərbi‐dəniz 

donanmasında  xidmətə  göndərilmişdir.  Ezamiyyət  dövründə  hərbi‐dəniz  donanmasının  rabitə 

qərargahının zabiti vəzifəsini yerinə yetirmiş, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə 

zabiti  olmuşdur.  YXDR  hərbi  qüvvələrinin  xatirə  medalı  ilə  təltif  olunmuş,  komandanlıqdan  bir  sıra 

fərmanlar  almışdır.  1984‐cü  ildən  ehtiyatda  olan  zabitlər  sırasına  daxil  olmuşdur.  Elə  həmin  ildə  Bakı 

şəhəri Lenin rayonu komsomol komitəsinə işə dəvət olunmuş, bir ildən sonra Azərbaycan Respublikası 

Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçmiş və burada 1990‐cı ilə qədər işləmişdir. Sonra isə 

Azərbaycan  EA  Tarix  İnstitutuna  elmi  işçi  vəzifəsinə  keçmişdir.  1988‐ci  ildə  erməni‐azərbaycanlı 

münaqişəsinin  yaranmasından  sonra  digər  elmi  işçilərlə  birlikdə  Azərbaycan  KP  MK‐nın  ekspert‐

analitik qrupuna göndərilmişdir. Bu  dövr ərzində DQMV‐də separatçı qüvvələrə qarşı təbliğat‐təşviqat 

işini təşkil etmək üçün uzun müddətə Xankəndi, Ağdam, Şuşa və Laçına getmişdir. 1992‐ci ildə ATƏM 

erməni‐azərbaycanlı  münaqişəsini  nizamlamağı  öz  üzərinə  götürdükdən  sonra  T.Zülfüqarov 

Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinə  işə  göndərilmişdir.  1992‐ci  ilin  mayından  fövqəladə 

danışıqlar mərhələsində iştirak etmək üçün Romaya gedən nümayəndə heyətinin tərkibinə qatılmışdır. 

Eyni  zamanda  münaqişənin  Rusiya‐Qazaxıstanın,  həmçinin  İranın  vasitəçilik  səyləri  altında 

nizamlanması  istiqamətində  aparılan  danışıqlarda  iştirak  etmişdir.  1994‐cü  ilin  martında  Xarici  İşlər 

Nazirliyində  şöbə  müdiri  işlədiyi  bir  vaxtda  erməni‐azərbaycanlı  münaqişəsinin  nizamlanması  üzrə 

danışıqlarda  sülh  müqaviləsinin  mətninə  müxtəsər  imza  qoymaq  səlahiyyətlərini  alaraq  nümayəndə 

heyətinə  başçı  təyin  edilmişdir.  Bu  dövrdə  gedən  bütün  danışıqlarda  iştirak  etmiş,  eyni  zamanda 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  erməni‐azərbaycanlı  münaqişəsinin  və  münaqişəli  vəziyyətlərin 

həlli  üzrə  idarənin  rəhbəri  olmuşdur.  1994‐cü  ilin  iyununda  Azərbaycan  Respublikası  xarici  işlər 

nazirinin müavini təyin olunmuşdur. Bu dövrdə dünyanın onlarla ölkəsində keçirilən beynəlxlaq tədbir 

və  danışıqlarda  numayəndə  heyətinə  rəhbərlik  etmişdir.  1998‐ci  ilin  yanvarında  Azərbaycan 

Respublikası  prezidenti  H.Əliyevin  fərmanı  ilə  Zülfüqarov  Tofiq  Nadir  oğluna  Fövqəladə  və 

Səlahiyyətli  səfir  ali  diplomatik  rütbəsi  verilmişdir.  1998‐ci  il  martın  5‐də  Azərbaycan  Respublikasının 

xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan Respublikası  xarici  işlər naziri kimi  fəaliyyət göstərən 

T.Zülfüqarov  özünü  təşəbbüskar,  yüksək  hazırlıqlı  diplomat  və  təşkilatçı  kimi  göstərmişdir.  Onun 

təşəbbüsü, prezidentin bilavasitə göstərişi və dəstəyi ilə Xarici İşlər Nazirliyi Bakı şəhərinin mərkəzində 

müstəqil  dövlətin  aktiv  xarici  siyasətini  yeridən  mühüm  dövlət  institutuna  uyğun  olan  yeni  binada 

köçürülmüşdür.  Bu  dövrdə  nazirliyin  mərkəzi  aparatında,  bir  sıra  səfirlik  və  nümayəndəliklərdə 

struktur  və  kadr  dəyişiklikləri  həyata  keçirilmişdir.  Mərkəzi  aparatın  və  Azərbaycan  Respublikası 

səfirliklərinin  tam  kompüterləşdirilməsi  prosesi  başa  çatmışdır.  T.Zülfüqarov  Türkiyə,  Rusiya,  AFR, 

Fransa  və  Gürcüstana  rəsmi  səfər  edərək  bu  dövlətlərlə  ikitərəfli  əlaqələrin  inkişafına  töhfə  vermişdir. 

T.Zülfüqarovun bu müddətdə Türkiyə, Rusiya, ABŞ, Belçika, Lüksemburq, Norveç, Danimarka, Böyük 

Britaniya, Qazaxıstan, Türkmənistan və s. dövlətlərə işgüzar səfərləri olmuşdur.  

1995‐ci  ildə  o,  ilk  dəfə  BMT  Baş  Assambleyasının  sessiyasında  nümayəndə  heyətinin  üzvləri 

tərkibində iştirakçı olmuş, 1998‐1999‐cu illərdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərək BMT 

52


 

Baş  Assambleyasının  sessiyasında  nitq  söyləmişdir.    Sessiyanın  gedişində  ABŞ,  Türkiyə,  İran, 

Qazaxıstan,  Gürcüstan,  Litva,  Türkmənistan  və  s.  ölkələrin  xarici  işlər  nazirləri  ilə  görüşmüşdür. 

Sessiyada  iştirakından  sonra  ABŞ‐a  işgüzar  səfər  zamanı  Vaşinqtonda  Konqres,  Dövlət  Departamenti, 

Müdafiə Nazirliyi, həmçinin Strateji tədqiqatlar mərkəzi, Hopkins İnstitutu, Stenford İnstitutu kimi elmi 

mərkəzlərdə  çoxsaylı  görüşlər  keçirmişdir.  Bu  səfərlərdə  ABŞ‐ın  kütləvi  informasiya  vasitələri,  «Nyu‐

York  Tayms»,  «Vaşinqton  Post»,  «Amerikanın  səsi»  ilə  iş  aparmış,  ABŞ‐da  yəhudi,  türk  və  Ukrayna 

diasporalarının  rəhbərləri  ilə  görüşmüşdür.  Bu  görüşlərdə  erməni‐azərbaycanlı  münaqişəsi  haqqında 

əsil  həqiqətləri  geniş  amerikan  ictimaiyyətinə  çatdırmaq  məqsədilə  əməkdaşlığın  forma  və  metodları 

müəyyən edilmişdir.  

T.Zülfüqarov Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avro‐Atlantik Əməkdaşlığı Şurasının 

işində iştirak etmişdir. Adı çəkilən tədbirlərdə, həmçinin xarici dövlətlərin bir sıra nazirləri, o cümlədən 

Türkiyə,  Böyük  Britaniya,  Bolqarıstan,  GUÖAM  ölkələrinin  xarici  işlər  nazirləri  ilə  də  görüşlər 

keçirmişdir.  Bütün  tədbirlərdə  olduğu  kimi  GUÖAM  ölkələrinin  xarici  işlər  nazirləri  ilə  daimi  iş 

koordinasiyasının  təşkil  edilməsi  mühüm  məsələ  idi.  Bu  görüşlər  BMT,  MDB,  ATƏT‐in  Baş 

Assambleyaları kimi bütün beynəlxalq təşkilatlarda keçirilmiş və daimi xarakter daşımışdır. 

1998‐ci  ilin  iyununda  T.Zülfüqarov  İƏT  Nazirlər  Şurasının  sədri  seçilmişdir.  Nazirlərin  görüşü 

Bakıda  keçirilmişdir.  1998‐ci  ilin  oktyabrında  sədr  vəzifəsini  icra  edərkən  Nyu‐Yorkda  Nazirlər 

Şurasının sessiyası, həmçinin İƏT və ASEAN sədrlərinin müştərək iclası  keçirilmişdir. 

Azərbaycan  Respublikası  prezidenti  H.Əliyevin  1998‐ci  il  26  oktyabr  tarixli  6  №‐li  fərmanı  ilə 

T.Zülfüqarov yeni hökumətdə xarici işlər naziri vəzifəsini təkrarən tutmuşdur. 

O,  ATƏT  ölkələri  xarici  işlər  nazirlərinin  Osloda  keçirilən  görüşündə  iştirak  edən  nümayəndə 

heyətinə  rəhbərlik  etmişdir.  Bu  görüşün  gedişində  Polşa,  Norveç,  Danimarka,  Fransa  və  s.  dövlətlərin 

xarici  işlər  nazirləri  ilə  çoxsaylı  görüşlər  keçirmişdir.  Danışıqların  əsas  məzmununu  ikitərəfli 

münasibətlər,  erməni‐azərbaycanlı  konfliktinin  nizamlanması  problemləri  təşkil  etmişdir.  Bakıda  və 

xaricdə ATƏT‐in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirmişdir.  

Nazirliyin əsas işi Azərbaycan Respublikası prezidenti H.Əliyevin ABŞ (NATO‐nun 50‐ci sammiti), 

Böyük Britaniya, Türkiyə, MDB dövlətləri, Qazaxıstan, Ukrayna, İsveçrə və bir sıra başqa ölkələrə rəsmi 

səfərlərinin  təmin  edilməsi  və  təşkilatçılıq  məsələlərindən  ibarət  olmuşdur.  Böyük  Britaniyaya  rəsmi 

səfər nəticəsində Britaniya‐Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdır. 

11  dövlət  və  hökumət  başçısının,  onlarla  ölkə  və  beynəlxalq  təşkilatın  nümayəndə  heyətlərinin 

iştirakı  ilə  Azərbaycanda  Böyük  İpək  yolunun  qurulmasına  dair  beynəlxalq  konfransın  keçirilməsi 

mühüm  hadisə  olmuşdur.  Başqa  nazirlik  və  dövlət  orqanları  ilə  yanaşı  Xarici  İşlər  Nazirliyi  bu 

beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsini təşkil etmişdir. Beynəlxalq ictimaiyyətin müstəqil 

Azərbaycana  marağı  bir  çox  dövlət  başçıları  və  rəsmi  nümayəndələrin  çoxsaylı  səfərlərində  özünü 

büruzə vermişdir. 1998‐1999‐cu illərdə Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rumıniya, Bolqarıstan 

prezidentləri,  Belçikanın  baş  naziri,  Yaponiya,  İran,  Türkmənistan, Hindistan,  Ukrayna  və  s.  ölkələrin 

xarici  işlər  nazirlərinin  Azərbaycana  səfərləri  təşkil  edilmişdir.  Azərbaycanın  ikitərəfli  və  çoxtərəfli 

əlaqələrinin  inkişafı  üzrə  aktiv  iş  rejiminə  baxmayaraq,  erməni‐azərbaycanlı  münaqişəsinin  dinc  və 

ədalətli  həlli  yoluna  yönəlmiş  xarici  siyasət  kursunu  daha  mühüm  hesab  etmək  lazımdır.  Bu  çoxtərəfli 

fəaliyyətə  Minsk  konfransı  və  Minsk  qrupunun  müxtəlif  səviyyələrdə  və  ilk  növbədə  dövlət 

səviyyəsində  həmsədrlərlə  danışıqlar  daxil  olmuşdur.  Vasitəçilik  rolu  oynayan  şəxslərlə  birbaşa 

əlaqələrlə  paralel  olaraq  konflikt  haqqında  həqiqətlərin  düzgün  çatdırılması,  kütləvi  informasiya 

vasitələrində  intensiv  təbliğat  işini  özündə  əks  etdirən  fəal  iş  getmişdir.  Vəziyyəti  daha  da 

gərginləşdirən  amil  Ermənistanın  beynəlxalq  hüququn  bütün  norma  və  prinsiplərinə  zidd  olaraq 

ultimatum  verməsi  və  konfliktin  yalnız  iki  variantda  həllini  tələb  etməsi  olmuşdur.  Dağlıq  Qarabağın 

müstəqilliyi  və  ya  Ermənistana  birləşdirilməsi  variantlarının  irəli  sürülməsi  danışıqlar  prosesində 

böhranlı  vəziyyət  yaratmışdır.  Belə  şəraitdə  Azərbaycana  təzyiqlər  güclənmiş  və  Azərbaycan 

Respublikasının  ərazi  bütövlüyünü  və  suverenliyini  pozan  təkliflər  irəli  sürülmüşdür.  1999‐cu  ilin 

oktyabrında Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Zülfüqarov istefaya getmişdir. 

53


 

İstefadan  sonra  T.Zülfüqarov  fəal  ictimai‐siyasi  fəaliyyətini  davam  etdirmişdir.  Digər 

təşəbbüskarlarla  yanaşı  onun  tərəfindən  də  erməni‐azərbaycanlı  konfliktinin  nizamlanmasında 

Azərbaycanın  mövqeyini  əks  etdirən  prinsipləri  özündə  cəmləşdirən    «Ümummilli  xartiya»ya  dəstək 

olaraq  imzaların  toplanması  üzrə  ictimai  hərəkat  başlanmışdır.  Adı  çəkilən  xartiyanı  bütün  siyasi 

partiyalar,  ictimai  təşkilatlar,  həm  Azərbaycanda,  həm  də  xarici  ölkələrdə  azərbaycanlıları  birləşdirən 

təşkilatlar,  görkəmli  ictimai‐siyasi  xadimlər,  yaradıcı  ittifaqlar  dəstəkləmişlər.  «Ümummilli  xartiya» 

əslində  referenduma  çevrilmişdir.  Bu  da  Azərbaycan  xalqının  erməni‐azərbaycanlı  münaqişəsinin 

ədalətli şəkildə nizamlanmasına nail olmasında qətiyyətliyini nümayiş etdirmişdir. Xartiya Azərbaycan 

xalqının  heç  bir  zaman  dövlət  suverenliyini  və  ərazi  bütövlüyünü  pozan  modelləri  qəbul  etməyəcəyi 

istiqamətində xarici və vasitəçi dairələrə bir növ xəbərdarlıq rolunu oynamışdır. 

T.Zülfüqarov  Azərbaycanda  akkreditə  olunmuş  diplomatik  korpusun  nümayəndələri  və  ictimai‐

siyasi  xadimlərlə  görüşlərini  fərdi  qaydada  davam  etdirmişdir.  Şimali  Kipr  Türk  Respublikası 

rəhbərliyinin  dəvəti  ilə  bu  dost  ölkəni  ziyarət  edərək  prezident  Rauf  Denktaş  başda  olmaqla  bir  sıra 

şəxslərlə görüşmüşdür. Con Hopkins İnstitutunun dəvəti ilə Cənubi Qafqaz dövlətlərində cərəyan edən 

siyasi  proseslərlə  bağlı  Vaşinqtonda  keçirilmiş  beynəlxalq  konfransda  iştirak  etmişdir.  Dəfələrlə 

Ermənistan  və  Azərbaycanın  ictimai  xadimlərinin  Katerinq  amerikan  fondu  və  Rusiya  strateji 

tədqiqatlar  mərkəzi  tərəfindən  təşkil  olunan  görüşlərində  iştirak  etmişdir.  Müntəzəm  olaraq  yerli  və 

beynəlxalq  mətbuat  orqanlarında  erməni‐azərbaycanlı  münaqişəsi  və  Azərbaycan  ətrafında  baş  verən 

beynəlxalq proseslərlə bağlı müsahibələrlə çıxış etmişdir. 



 

*** 

 

 



Azərbaycan  Respublikası  prezidentinin  fərmanları  və  sərəncamları  (oktyabr‐dekabr  1998‐ci  il).‐ 

Bakı, 1999. 

 

«Azərbaycan» qəzeti, 1992‐1999‐cu illər. 



 

54


 

 

Vilayət Muxtar oğlu Quliyev 

26 oktyabr 1999‐… 

 

Azərbaycanın 



tanınmış 

ədəbiyyatşünas 

alim‐tənqidçilərindən 

və 


diplomatlarından biri Vilayət Quliyevdir. 

1952‐ci  il  noyabrın  5‐də  Ağcabədi  rayonunun  Ağcabədi  qəsəbəsində 

anadan  olmuşdur.  1970‐ci  ildə  Beyləqan  rayonundakı  G.Əsədov  adına  orta 

məktəbi  əla  qiymətlərlə  bitrmişdir.  1970‐1975‐ci  illərdə  Bakı  Dövlət 

Universitetinin  filologiya  fakültəsində  müvəffəqiyyətlə  təhsil  almışdır.  Əmək 

fəaliyyətinə 1975‐ci ildə Beyləqan rayon orta məktəbində müəllim kimi başlamışdır. 1978‐1981‐ci illərdə 

Azərbaycan  EA  Nizami  adına  Ədəbiyyat    İnstitutunun  aspiranturasında  oxumuşdur.  1981‐1992‐ci 

illərdə  həmin  institutda  elmi  işçi,  şöbə  müdiri,  direktor  müavini  vəzifələrində  işləmişdir.  1982‐ci  ildə 

elmlər namizədi, 1990‐cı ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 

Ədəbiyyat  tarixi  və  ictimai‐siyasi  problemlərə  dair  bir  sıra  qiymətli  əsərlərin  müəllifidir.  Dünya 

şöhrətli azərbaycanlı şərqşünas Mirzə Məhəmməd Əli Kazım bəyə həsr edilmiş «Mirzə Kazımbəy» adlı 

monoqrafiyanın  (Bakı,  Yazıçı,  1987)  və  ona  yaxın  başqa  kitab  və  monoqrafiyanın,  300‐dək  elmi‐

publisistik, tənqidi, görkəmli dövlət xadimi Ə.Topçubaşov haqqında məqalənin müəllifidir. Azərbaycan 

televiziyasında    elmi‐ədəbi  proqramın  aparıcısı  olmuşdur.  Xarici  ölkələrdə  kifayət  qədər  tanınmış 

alimdir. Finlandiya, İsveç, Böyük Britaniya və ABŞ‐da elmi ezamiyyətdə olmuşdur. 1992‐1993‐cü illərdə 

Türkiyə  Respublikasında  Atatürk  Universitetinin  professoru,  1994‐cü  ildən  Nizami  adına  Ədəbiyyat 

İnstitutunda  baş  elmi  işçi  vəzifələrində  çalışmışdır.  1995‐2000‐ci  illərdə  Azərbaycan  Respublikası  Milli 

Məclisinin deputatı olmuşdur. 

1999‐cu  ildə  xarici  işlər  naziri  təyin  edilmişdir.  2000‐ci  ildə  ona  Fövqəladə  və  Səlahiyyətli  səfir 

diplomatik rütbəsi verilmişdir. 

V.Quliyev  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  kimi  diplomatik  aləmdə  Azərbaycanın 

haqq  işini  müdafiə  etmiş  və  onun  demokratik  prinsiplər  əsasında  inkişaf  yolu  ilə  addımladığını, 

sülhsevər siyasət yeritdiyini, Ermənistanın işğalçı dövlət olduğunu Avropa, Asiya, Amerikanın bir sıra 

ölkələrinin hökumət nümayəndələri ilə  görüş və  danışıqlarda, beynəlxalq konfrans və iclaslarda bəyan 

etmişdir.  

O,  Azərbaycan  Respublikasının  prezidenti  H.Əliyevin  2003‐cü  il  fevralın  24‐28‐də  ABŞ‐a  rəsmi 

səfəri  zamanı  Vaşinqtonda  Ağ  evdə  Corc  Buşla  və  b.  dövlət  nümayəndələri  ilə  keçirdiyi  görüşlərdə, 

apardığı danışıqlarda, “Şərq‐Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda, ABŞ və 

Azərbaycan dövlətləri arasında bağlanmış sənədlərin hazırlanması və imzalanmasında yaxından iştirak 

etmişdir. 

2003‐cü il  fevralın əvvəllərində  Qazaxıstan Respublikasının Almatı şəhərində “Sülh və həmrəylik” 

birinci beynəlxalq konfrans keçirilmişdir. Konfransda V.Quliyev başda olmaqla Azərbaycan nümayəndə 

heyəti iştirak etmişdir. O, konfransda nitq söylərkən Orta Asiya və Cənubi Qafqaz regionu üçün mühüm 

olan  sülhə  və  sabitliyə,  mədəni  və  dinlərarası  dialoqa  nail  olmaqdan,  Ermənistanın  Azərbaycana 

təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: “Bu münaqişənin 

əsasında ermənilərin iddia etdikləri kimi, dini və etnoslar arasındakı amillər durmur. Bu, Ermənistanın 

Azərbaycana qarşı ərazi iddiasıdır və Azərbaycan münaqişənin dinc yolla, beynəlxalq hüququn norma 

və prinsipi əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. 

2003‐cü  il  martın  25‐27‐də  Bakıda  Nüvə  silahlarının  hərtərəfli  qadağan  olunması  üzrə  müqavilə 

təşkilatının  Mərkəzi  Asiya  və  Qafqazdan  olan  üzv  ölkələr  ilə  beynəlxalq  əməkdaşlığa  dair  seminar 

keçirilmişdir.  Seminarı  salamlayan  V.Quliyev  demişdir  ki,  bu  seminarın  Bakıda  keçirilməsi 

Azərbaycanın  kütləvi  qırğın  silahlarının  istehsalı,  yayılması  və  sınaqdan  keçirilməsinin  əleyhinə 

olduğunu  əyani  sübut  etmişdir.  Bu  tədbir  nüvə  sınağının  qadağan  edilməsi  ilə  bağlı  regionda 

əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir. 

55


 

V.Quliyev  xarici  işlər  naziri  olaraq  dünyanın  bir  çox  ölkələrinin  dövlət  və  hökumət  başçıları  ilə 

görüşüb  danışıqlar  aparmışdır.  Onun  nazir  işlədiyi  müddətdə  Azərbaycan  Respublikası  bir  sıra 

beynəlxalq konvensiyalara qoşulmuş və təşkilatlara üzv olmuşdur. Azərbaycan dövləti başqa ölkələrdə 

səfirliklər  açması  işini  davam  etdirmişdir.  V.Quliyevin  rəhbərliyi  altında  Azərbaycan  Respublikası 

dövlətinin xarici siyasətinə dair iri həcmli kitablar hazırlanıb nəşr edilmişdir. 



 

 

*** 

 

 



Azərbaycanda kim kimdir? Sorğu‐məlumat kitabı. Bakı, Azərbaycan Ensiklopediyası. NPB, 1999. 

 



Azərbaycan: Kim kimdir? 2001. Bakı, Biznes aress nəşriyyatı, 2001. 

 



«Azərbaycan» qəzeti, 1999‐2002‐ci  illər; 2003, 14 fevral №35; 4 mart №50; 5  mart №51; 26 mart 

№66. 


 

Quliyev V. Mirzə Kazım bəy. Bakı, Yazıçı, 1987. 



 

Quliyev V. Əlimərdan bəy Topçubaşov.‐ «Xalq qəzeti», 1997,30 mart. 



56

 

 

Musa Qasımlı 



(Musa Cəfər oğlu Qasımlı) 

Elmira Hüseynova 

(Hüseynova Elmira Əli qızı) 

 

 

Bakı, “ADİLOĞLU” nəşriyyatı ‐2003, 112 səh. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yığılmağa verilmişdir:  16.06.2003 

Çapa imzalanmışdır:   09.07.2003 

Kağız formatı:    

60x84 1/16 

Hesab‐nəşriyyat həcmi:  

7  ç.v. 

Sayı: 

 

 

300  

Sifariş:   

182 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kitab  “ADİLOĞLU” MMC‐nin mətbəəsində  



hazır diapozitivlərdən istifadə olunmaqla 

ofset üsulu ilə çap edilmişdir. 



Ünvan: Bakı şəh., Ü.Hacıbəyov küç., 38/3 

Tel.: 98‐68‐25 

 

 

 



 

57

Document Outline

  • 42
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə