İqtisadiyyata təsiri[redaktə | əsas redaktə]
1.Əmək haqqının azaldılması
Deflyasiya vəziyyətində şirkətlərin gəlirləri azalmağa başlayır, belə ki, zərərləri ödəmək üçün edilən cəhdlərdən biri əmək haqqının azaldılmasıdır. Ümumilikdə bu, daha çox deflyasiyanın artmasına kömək edir.
2.İşsizlik səviyyəsinin artması
Şirkətlərin öz xərclərini azaltmaq üçün gördükləri tədbirlərdən biri də işçi sayının azaldılmasıdır.
3.Məhsulların qiymətlərinin azaldılması.
Deflyasiya pulun alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarır. Nəticədə, istehsal şirkətlərinin gəlir səviyyəsi azalır. Rəqabətə qarşı durmaq üçün müəssisələr məhsulların qiymətini azaltmağa məcbur olurlar ki, bu da itkilərin daha da artmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |