Müsahibə və daxili müsahibə zamanı namizədlərə



Yüklə 53,58 Kb.
səhifə2/3
tarix09.01.2020
ölçüsü53,58 Kb.
#30094
1   2   3
Ümumi-dünyagörüşünə-dair-VƏSAİT


Cavab: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline).


  1. 1963-cü ildən bəri hər ilin fevral ayında keçirilən, beynəlxalq təhlükəsizlik siyasəti mövzusunda ən böyük platforma olan konfrans necə adlanır?

Cavab: Münhen Təhlükəsizlik Konfransı.


  1. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına zaman sədrlik etmişdir?


Cavab: Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 01 may – 01 iyun 2012-ci il tarixlərində sədrlik etmişdir. Azərbaycan estafeti 01 may 2012-ci il tarixində ABŞ-dan almış, 01 iyun 2012-ci il tarixində Çinə ötürmüşdür.


  1. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman hansı mühüm sənədlər qəbul edilmişdir?

Cavab: “Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Təhlükəsizlik Şurasının 13 açıq, 16 qapalı iclası keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

  1. II Dünya müharibəsi nə zaman başlamışdır?


Cavab: II Dünya müharibəsi 01 sentyabr 1939-cu il tarixində Almaniyanın Polşaya hücumu ilə başlamışdır.

  1. II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı necə adlanırdı?

Cavab: II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı “Edelveys” adlanırdı. “Edelveys” çoxillik çiçək növüdür.

  1. II Dünya müharibəsi zamanı neçə nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: II Dünya müharibəsi zamanı 121 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

  1. II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı kim olmuşdur və o hansı şücaətinə görə bu ada layiq görülmüşdür?

Cavab: II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədov olmuşdur və o bu ada Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdür.

  1. 02 may 1945-ci ildə Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə hansı azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: Yusif Sadıqov.


  1. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı kim olmuşdur?

Cavab: Həzi Aslanov.


  1. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanova bu ad ikinci dəfə neçənci ildə verilmişdir?

Cavab: 1991-ci ildə.


  1. 1904-1907-ci illərdə İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok necə adlanırdı?

Cavab: Antanta


  1. Hər hansı bir məsələnin həlli üçün iştirakçıların hamısının səs verməsi, ümumi razılığa gəlməsi necə adlanır?

Cavab: Konsensus.


  1. BMT-nin Təhsil, Elm Mədəniyyət Təşkilatı necə adlanır?


Cavab: YUNESKO (UNESCO)


  1. Azərbaycan xalıqının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirləri Bakıda neçənci ildə keçirilmişdir?

Cavab: 2000-ci ildə.


  1. BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatı necə adlanır?


Cavab: YUNIDO (UNIDO - United Nations İndustrial Development Organization)


  1. BMT-nin Uşaq Fondu necə adlanır?


Cavab: YUNİSEF (UNİSEF - United Nations International Children’s Emergency Fund)


  1. Ölkəmizin daxil olduğu ilk Avropa təşkilatı hansıdır?


Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)


  1. Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə nə zaman qəbul olunmuşdur?

Cavab: 30 yanvar 1992-ci ildə.

  1. 01 yanvar 1995-ci il tarixinədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) necə adlanırdı?

Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM).


  1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əsası nə zaman qoyulmuşdur?

Cavab: 3 iyul 1973-cü il.


  1. Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırkı ATƏT) Paris Xartiyasına nə zaman qoşulmuşdur?

Cavab: Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.


  1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Budapeşt Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 05-06 dekabr 1994-cü il.


  1. Hansı sammitin (zirvə toplantısının) nəticələrinə əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) çevrilmişdir?

Cavab: Budapeşt Sammiti (Zirvə toplantısı).


  1. ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi nə zaman təsis olunmuşdur 01 yanvar 1997-ci ildən bu vəzifəni kim icra edir?

Cavab: ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi 28 avqust 1995-ci ildə təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjek Kasprşik (Polşa) icra edir.


  1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Lissabon Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 02-03 dekabr 1996-cı il.

  1. ATƏT-in Minsk Qrupunun tərkibinə daxil olan ölkələr hansılardır?


Cavab: ATƏT-in Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir.

  1. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində hansı ölkələr başçılıq edirlər?

Cavab: 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.


  1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) İstanbul Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 18-19 noyabr 1999-cu il.


  1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Bakı Ofisi nə zaman açılmışdır?

Cavab: ATƏT-in Bakı Ofisi 18 iyul 2000-ci ildə açılmışdır.


  1. ATƏT-in hazırkı Fəaliyətdə olan Sədri kimdir?


Cavab: Ancelino Alfano (İtaliya).


  1. Azərbaycan BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-ya (UNESCO) zaman üzv qəbul olunmuşdur?

Cavab: 03 iyul 1992-ci il.


  1. BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) hazırda neçə üzvü vardır?

Cavab: Hazırda 195 ölkə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) üzvüdür.

  1. 07 noyabr 2003-cü ildə Azərbaycanın hansı qeri-maddi mədəni irs nümunəsi YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur?

Cavab: 07 noyabr 2003-cü il Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.

  1. İslam Əməkdaşlıq Təşkilatının (əvvəlki İslam Konfransı Təşkilatı) əsası nə zaman qoyulmuşdur?

Cavab: Təşkilat 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır.

  1. İslam Konfransı Təşkilatı (İKT) 28 iyun 2011-ci ildən necə adlanmağa başladı?


Cavab: İslam Əməkdaşlıq Təşkilatı (İƏT).


  1. İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) Nizamnaməsinə görə bu təşkilata üzv olmaq üçün əsas şərt nədən ibarətdir?

Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olmaq istəyən ölkə müsəlman ölkəsi olmalıdır.

  1. Hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) neçə üzvü vardır?


Cavab: Hazırda 57 ölkə İƏT-ə üzvdür.


  1. Dünya neft və qaz ehtiyatının müvafiq olaraq neçə faizi İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir?

Cavab: Dünya neft ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-i İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir.

  1. Dünya əhalisinin hansı hissəsi İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olan ölkələrin vətəndaşlarıdır?

Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv ölkələrin əhalisinin sayı 1.6 mlrd.

nəfərdir.


  1. Hansı təşkilatı “müsəlman dünyasının kollektiv səsi” adlandırırlar?

Cavab: İslam Əməkdaşlıq Təşkilatını (İƏT).


  1. İslam Əməkdaşlıq Təşkilatının (İƏT-in) rəsmi dilləri hansılardır?


Cavab: Ərəb, ingilis və fransız dilləri.


  1. İslam Əmək Təşkilatının (İƏT-in) mənzil-qərargahı harada yerləşir?


Cavab: Səudiyyə Ərəbistanının Ciddə şəhərində.


  1. 1972-ci ildə qəbul olunmuş nizamnaməyə görə, İKT-nin ali orqanı nədir?


Cavab: İKT-nin ali orqanı üç ildə bir dəfə çağrılan dövlət və hökumət başçılarının Konfransıdır.

  1. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva nə zaman İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO-nun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüşdür?

Cavab: 23 noyabr 2006-cı il.


  1. İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm Mədəniyyət Təşkilatı olan İSESKO-nun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın kimdir?

Cavab: Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva.

  1. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva hansı fəaliyyətinə görə İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm vəMədəniyyət Təşkilatı olan İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür?

Cavab: Sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə.

  1. 2017-ci il Respublikamızda ili elan edilmişdir?


Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir.


  1. 2016-cı il Respublikamızda ili elan edilmişdir?


Cavab: Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.

  1. Multikulturalizmin nəzəri əsasını nə təşkil edir?


Cavab: Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir.

  1. Multikulturalizmlə liberalizm arasındakı mövcud ən mühüm fərq nədən ibarətdir?

Cavab: Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir

  1. İzolyasionizm nədir?


Cavab: İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.

  1. Assimilyasiya nədir?


Cavab: İzolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur.

  1. Aparteid nədir?


Cavab: Müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.


  1. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə öz tarixi, siyasi beynəlxalq əhəmiyyətinə görə necə adlanır?

Cavab: Əsrin müqaviləsi”.


  1. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə (Əsrin müqaviləsi) Bakının hansı məkanında imzalanmışdı?

Cavab: Gülüstan sarayında.


  1. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilənin (Əsrin müqaviləsinin) ümumi dəyəri nəqədər idi?

Cavab: 7.4 mlrd. ABŞ dolları.


  1. Əsrin müqaviləsi”nin həcmi qədər idi neçə dildə tərtib olunmuşdur?


Cavab: Əsrin müqviləsi”nin ümumi həcmi 400 səhifə idi və 4 dildə tərtib olunmuşdur.


  1. Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət hansı idi?


Cavab: “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) idi və 20 faiz paya sahib idi.

  1. Əsrin müqaviləsi”ndə dünyanın neçə ölkəsinin neft şirkəti iştirak edirdi?


Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin neft şirkəti (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) iştirak edirdi.

  1. Əsrin müqaviləsi”ndə dünyanın neçə məşhur neft şirkəti iştirak edirdi və bunlar hansı şirkətlər idi?

Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 13 məşhur neft şirkəti iştirak edirdi: “Amoko”, “BP”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “Lukoyl”, “Statoyl”, “Ekson”, “Türk Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko” və “Delta”.

  1. İnvestisiya nədir?


Cavab: Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.

  1. Bütün dünyanı özünə vətən hesab edən, milli adət mədəniyyətdən imtina edən təlim forması necə adlanır?

Cavab: Kosmopolit.


  1. Lokaut (Lockout) nədir?


Cavab: Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.

  1. Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər ilin hansı günü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü“ kimi qeyd olunur?

Cavab: 23 iyun.


  1. Ölkəmizdə “Dövlət Qulluqçularının Peşə Bayramı Günü“nün məhz 23 iyun tarixində qeyd olunması nə ilə bağlıdır?

Yüklə 53,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin