MusiQİ DÜnyasi 3 (64), 2015 7436



Yüklə 333.4 Kb.
Pdf просмотр
tarix10.07.2017
ölçüsü333.4 Kb.

MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7436 



 

 

 

 

İmruz ƏFƏNDİYEVA 

 

BİZİM SEVİMLİ, HÖRMƏTLİ VƏ GÖZƏL TƏDQİQATÇIMIZ 

LEYLA MƏMMƏDOVA HAQQINDA 

 

Çox  ist



ədiyiniz  və  hörmət 

etdiyiniz 

şəxsiyyət 

haqqında 

yazmaq  h

əmişə  çətindir.  Ehtiyat 

edirs

ən,  hansısa  bir  fakt  yaddan 



çıxa bilər… 

M

ən  fəxrlə  deyə  bilərəm  ki, 



Leyla 

M

əmmədova  (Fərəcova) 



m

ənim  əlaçı  tələbələrimdən  biri 

olub.  O,  Harmoniya  f

ənnini  çox 

göz

əl  bilirdi  və  həmin  fənnə 



yaradıcı  insan  kimi  yanaşırdı.  Bir 

Harmoniya 

d

ərsində 


xalq 

mahnılarını  harmonizə  edirdik  -  ciddi  və  sərbəst  şəkildə.  Leyla  nəinki  fortepiano  arxasında 

əyləşərkən  zövqlə  harmonizə  edir  və  həmçinin  həmin  xalq  mahnısını  evdə  xor  üçün  işləyirdi, 

maraqlı tapıntılarla bizi cəlb edirdi.  

Bu 

istedadlı və savadlı tələbənin maraqları olduqca geniş idi. Yaxşı yadımdadır, II kursdan 



başlayaraq Leyla mütəmadi olaraq, elmi-nəzəri konfranslara yazılır, uğurla çıxış edir, mükafatlara 

layiq  görülür.  III  kursda  olanda  ali  m

əktəblərarası  keçirilən  Respublika  müsabiqəsində 

«Некоторые тенденции развития современной гармонии» adlı məruzəyə görə Təhsil Nazirliyi 

t

ərəfindən  II  dərəcəli  Diploma  layiq  görülmüşdür.  Və  heç  də  təsadüfi  deyil  ki  o, 1988-ci  ildə 



Ü.

Hacıbəyov  ad.  Azərbaycan  Dövlət  Konservatoriyasının  xor-dirijorluğu  şöbəsini  Fərqlənmə 

diplomu  il

ə  bitirdi.  Onu  da  qeyd  edim  ki,  Leylanın  fikri  var  idi  ki,  musiqişünaslıq  fakültəsinə 

keçsin.  H

ətta o, bir il ərzində musiqişünaslarla birgə dərslərə gəldi, demək olar ki, iki fakultədə 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7437 

oxudu. Bunun üçün ona 

Konservatoriyanın rektoru, professor Elmira xanım Abasova icazə verdi. 

Lakin, çox heyif ki, sonra Leyla öz fikrini d

əyişdi və qərara gəldi ki, dirijor kimi püxtələşsin. 

1990-

cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Xalq artisti, görkəmli bəstəkar 



Aqşin Əlizadə Leyla xanımı bu gözəl yaradıcılıq ocağına işləməyə dəvət edir. Burada İttifaqın o 

vaxtlar 


baş məsləhətçisi, bizim aparıcı müsiqişünaslarımızdan biri olan Zümrüd Dadaşzadənin rolu 

da oldu. O, 

Aqşin müəllimə Leyla haqqında ən xoş rəylər vermişdi. Leyla burada 2006-cı ilə qədər 

çalışdı  və  həm  İttifaqın  işçiləri,  həm  də  üzvləri  arasında  böyük  hörmət  qazandı.  Bəstəkarlar 

İttifaqında  işləyərkən,  Leyla  xanım  Qurultay  və  Plenumların  hazırlığında  fəal  iştirak  edirdi, 

annotasityalar,  m

əqalələr  yazırdı.  Bəstəkarlarımızın,  musiqişünaslarımızın  yubiley  gecələrində 

m

əruzə ilə çıxışlar etmiş, müxtəlif səpgili konsert proqramlarını hazırlayıb aparıcısı olmuşdur. Bir 



sözl

ə, olduqca səmərəli çalışırdı. 

Ü.

Hacıbəyov  ad.  Bakı  Musiqi  Akademiyasında  Leyla  xanımın  pedaqoji  fəaliyyəti  1998-ci 



ild

ən  başlayır. «Xor-dirijorluğu»  kafedrasının  müdiri,  Bəstəkarlar  İttifaqının  birinci  katibi, 

professor, 

tanınmış  bəstəkar,  Xalq  artisti  Vasif  Adıgözəlov  onun  işini  hər  zaman  yüksək 

qiym

ətləndirirdi.  Gənc  müəllim  L.Fərəcova  məsuliyyətlə  dərslərə  hazırlaşırdı,  biliyini  artırmaq 



üçün  bütün  günü  qira

ətxanada  yeni  musiqi  əsərlərini,  kitabları  nəzərdən  keçirirdi.  Onun  nəzəri 

bilikl

əri, Bəstəkarlar İttifaqında toplanmış təcrübəsi ona dəstək olmuşdur. 



Az

ərbaycan musiqi mədəniyyətində 1999-cu il tarixdə gözəl bir hadisə kimi qalacaq. Həmin 

ild

ən başlayaraq Respublikamızda ilk olan «Musiqi dünyası» elmi jurnalı çap olunmağa başlanır. 



Bizim 

musiqişünaslar  bu  hadisəni  bir  bayram  kimi  məqbul  etdilər.  Hamımızın  arzu  etdiyimiz, 

çoxdan gözl

ədiyimiz jurnal fəaliyyətə başladı. İlk olaraq jurnalın təsisçisi Bəstəkarlar İttifaqı oldu, 

bir il sonra is

ə Bakı Musiqi Akademiyası da qatıldı. Jurnal işə başladığı gündən bura Leyla xanım 

redaktor  v

əzifəsinə  dəvət  olunur  və  hal-hazırda  demək  olar  ki,  bu  jurnalın  uğurları  həm  baş 

redaktor, 

Əməkdar  incəsənət  xadimi,  sənətşünaslıq  doktoru,  professor  Tariyel  Məmmədov  və 

h

əmçinin Leyla xanımın da adı ilə sıx bağlıdır. 



İlk  nömrələrdən  başlayaraq  bu  jurnalda  Leyla  xanımın  müxtəlif  səpgili  məqalələri  çap 

olunur. M

əqalələri hər zaman oxucular tərəfindən maraqla qarşılanır, elmi baxımdan isə ətraflı və 

d

ərin olur. O, hər bir mövzuya muraciət edərək üzərində çox səmərəli çalışır.  



Əvvəla biz qeyd etməliyik ki, Leyla xanımın yaradıcılıq həyatında iki görkəmli musiqiçinin 

böyük rolu 

olmuşdur. Birinci, onun ixtisas müəllimi Sailə xanım Ağayeva olduqca bilikli, istedadlı 

müt


əxəssis idi. Rusiya Musiqi Akademiyasını bitirmişdir. Mən onun sənətşünaslıq namizədi almaq 

üçün 


yazdığı  avtoreferatla  tanış  olandan  sonra  («Особенности  национального  мышления  в 

хоровом творчестве азербайджанских композиторов», B., 1994. Elmi rəhbəri - elmlər doktoru, 

Russiya  Musiqi 

Akademiyasının  professoru  Y.K.Evdokimova),  nəticəyə  gəldim  ki,  S.Ağayeva 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7438 

n

əinki  öz  sənətinin  ən  yüksək  səviyyəli  mütəxəssisidir,  o,  həmçinin  isçtedadlı  musiqişünas-



alimdir.  Sail

ə xanımın harmoniya, polifoniya və  faktura sahəsində olduqca maraqlı düşüncələri, 

fikirl

əri var idi. Səxavətli insan kimi sevimli tələbəsi Leyladan heçnə əsirgəmirdi. Təəcüblü deyil 



ki, Leyla 

xanım Sailə xanımın səyi ilə xormeyster ustalığına diqqətini yönəltdi. 

İkinci mərhələ və ikinci müəllim Leyla xanım üçün görkəmli musiqişünas, Respublikamızın 

hüdüdlarından  kənarda  tanınan  Elmira  xanım  Abasova  oldu.  Elmira  xanım  onun  namizədlik 

dissertasiyasının rəhbəri idi. O, olduqca məsuliyyətli, ciddi və tələbkar müəllim idi. Leyla xanım 

söhb


ətlərinin  birində  bizə  dedi  ki,  o,  Elmira  xanımın  bütün  monoqrafiyalarını,  kitablarını, 

Az

ərbaycan və xaricdə çap olunan məqalələrini ətraflı öyrənəndən sonra, inamla yaxınlaşdı Elmira 



xanıma, xahiş etdi ki o, onun elmi rəhbəri olsun, E.Abasova sevinclə razılığını verdi. Lakin onu da 

qeyd  ed


ək  ki,  bu  məsələdə  bizim  hörmətli  professor,  Gülnaz  xanım  Abdullazadənin  də  əvəzsiz 

rolu oldu. O, 

Leylanı aspirantura dərslərindən tanıdı və Elmira xanıma ən yüksək rəylər verdi. 

Böyük alim, t

əvazökar və səxavətli insan, sakit və yumşaq xassiyyətli Elmira xanım maraqlı, 

canlı  və  ən  yüksək  peşəkarlıq  səviyyəsində  bu  işə  rəhbərlik  etdi,  fərdi  dərslər  xüsusi  həvəslə 

aparılırdı. Hər zaman çox dəqiq və əhəmiyyətli məsləhətlər verirdi. Aspirantından da çox razı idi. 

Qeyd edirdi ki, 

Leylanın gözəl yazı qabliyyəti var. Nəticədə, 2005-ci ildə L.Məmmədova dəyərli 

elmi 


işini bitirir və namizədlik dissertasiyasını uğurla müdafiə edir. («Становление и развитие 

хорового  исполнительского  искусства  Азербайджана  (до  второй  половины  ХХ  века)». 

Avtoreferat. B., 2005, -28s.). 2009-cü ild

ə isə elmi işinə və pedaqoji fəaliyyətinə görə Leyla xanım 

Ali Attestasiya 

Komissiyasının qərarı ilə Dosent elmi dərəcəsinə layiq görülür. 

L.M

əmmədova  pedaqoji  fəaliyyətə  1998-ci  ildən  Bakı  Musiqi  Akademiyasında 



başlamışdır. O, «Xor dirijorluğu» kafedrasında əvvəlcə saat-hesabı müəllim, 2004-cü ildən əvəzçi 

əllim, 2005-ci ildən baş müəllim, 2006-cı ildən dosent vəzəifəsində çalışmışdır. 2011-ci ildə 



professor v

əzifəsinə keçib. O, «İxtisas», «Xor musiqisi ədəbiyyatı», «Xorşünaslıq» və s. fənlərini 

aparır.  Onun  dərsləri  hər  zaman  tələbələrdə  böyük  maraq  doğurur  və  onlar  məqbul  və 

imtahanlarda yüks

ək nəticələr göstərirlər.   

2006-


cı  ildən  başlayaraq  L.Məmmədova  Ü.Hacıbəyli  ad.  Bakı  Musiqi  Akademiyasının 

Elmi Katibi v

əzifəsinə dəvət olunur. Bu çox çətin, məsuliyyətli və şərəfli işi Leyla xanım vicdanla 

aparır.  Ali  Attestaisya  Komissiyasına  göndərilən  bütün  elmi  işlər  dəqiq  yoxlanılır  və  ehtiyatla 

s

əhmana salınır. Bir Elmi katib kimi o, hamını gülər üzlə, sevinclə və olduqca səmimi qarşılayır və 



hamıya sənədləri toplamaqda köməklik edir. Kənardan baxırsan və düşünürsən: «Bu insanda nə 

q

ədər səbr var imiş, bu insan necə də sadə və mehribandır!». 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7439 

L.M

əmmədova musiqi mədəniyyətimizə həsr olunmuş 80-dan çox elmi işlərin müəllifidir. 



O  cüml

ədən, 2 dərs vəsaiti, 3 metodik vəsait, 2 fənn proqramı və s. Bu dərs vəsaitləri BMA-da, 

ADPU-d

ə, ADMA-da tədris prosesində geniş istifadə olunurlar. 



Onun elmi 

axtarışları Azərbaycanda xor mədəniyyətinin yaranması və inkişafı problemləri 

v

ə bəstəkarlarımızın xor əsərlərinin təbliği ilə bağlıdır. O, Azərbaycan musiqi mədəniyyəti və xor 



musiqisi 

haqqında  maraqlı  tarixi  və  tədqiqat  problemlərini  açıqlayıır.  Bir  qayda  olaraq  bu  illər 

ərzində  müxtəlif  elmi  nəşrlərdə  L.Məmmədovanın  elmi  axtarışları  ilə  tanış  oluruq.  Məqalələri 

«Musiqi 


dünyası», «Музыкальная  Академия» (Rusiya), «İRS  -  Nasledie», «Muğam», 

«Konservatoriya», «Müasir m

ədəniyyətşünaslıq» və s. jurnallarda və elmi məqalələr toplularında 

çap  olunur.  Respublika  v

ə  Beynəlxalq  miqyasda  təşkil  olunan  bir  sıra  konfranslarda  və 

simpoziumlarda  elmi  m

əruzələrlə  çıxışlar  etmişdir.  Bu  elmi  axtarışlar  hər  zaman  müsbət  rəylər 

qazanmış, Azərbaycan bəstəkarlarının yaradıcılığının təbliğində böyük rol oynamışdır.  

Leyla 

xanımın elmi  yaradıcılığında onun monoqrafiyaları xüsusi diqqəti cəlb edir. Misal 



üçün, «Xorova

ə  kulğtura  Azerbaydcana.  Puti  stanovleniə  i  razrabotka  problemı  xorovoqo 

ispolnitelğstva» (Bakı, «Adiloğlu», -232s.).

1

  Bu  kitabda  ilk  d



əfə  olaraq  Azərbaycan  xor  ifaçılıq 

s

ənətinin yaranma tarixi, inkişafı yolları tədqiq olunur, araşdırılır. Müəllif ilk dəfə olaraq olduqca 



qiym

ətli və nadir arxiv sənədlərini araşdırır və onlara öz münasibətini bildirir. Kitabı oxuyarkən, 

sizin 

qarşınızda Azərbaycan musiqi tarixinin ən önəmli, aparıcı və vacib olan mərhələləri canlanır. 



L.M

əmmədova  Azərbaycan  xor  ifaçılıq  sənətinin  inkişafında  Ü.Hacıbəyli,  M.Maqomayev, 

C.Cahangirov kimi musiqi xadiml

ərinin və həmçinin Leninqraddan dəvət olunmuş N.Romanovski 

v

ə başqalarının rolunu tarixi sənədlər ilə vurğulayır. Ümumiyyətlə, bu kitabda xor sənətinin, xor 



m

ədəniyyətinin  aparıcı  simalarından  olan  şəxsiyyətlər,  vaxtilə  Bakı  Musiqi  Akademiyamızda 

pedaqoji  f

əaliyyətlə  vicdanla,  səmərəli  çalışmış  mütəxəssislər  haqqında  böyük  material  tapmaq 

olar. 

Leyla 


xanım  bu  kitabda  xüsusi  olaraq  dahi  Ü.Hacıbəylinin  əhəmiyyətli  rolu  haqqında 

söhb


ət açır. Bildiyimiz kimi, Ü.Hacıbəyli Azərbaycan Dövlət Filarmoniyasında, Konservatoriyada 

v

ə digər sənət ocaqlarında xor kollektivləri yaratmışdır. Bu kollektivlərin yaranma tarixindən arxiv 



s

ənədləri  araşdırmış,  L.Məmmədova  maraqlı  faktları  açıqlamışdır.  Xüsusi  olaraq  1940-cı  ildə 

Filarmoniya  n

əzdində  ilk  Xor  kapellasının  yaranması  haqqında  sənədlərin  üzərində  aparılmış 

araşdırmaları qeyd etmək istərdik.  

                                                           

1

 Bu kitab haqq



ında bu sətirlərin müəllifi vaxtılə məqalə yazmışdır. Bax: «Оригинальное и масштабное 

исследование. Лейла Мамедова – «Хоровая культура Азербайджана».// İ.Əfəndiyeva, «Axtarış yollarının 

b

əhrəsi» kitabında məqalə,  B, «Zərdabi LTD», 2014, -s.495-504 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7440 

Əgər tarixə nəzər salsaq, biz Hacı Zeynalabdin  Tağıyevin də rolunu da  yada salmalıyıq. 

Bildiyiniz  kimi, 1902-ci  il  yanvar 

ayında  «Tağıyev  teatrında»  Bakıda  Birinci  Şərq  konserti 

keçirilmişdir. Həmin konsertdə iki xor qrupu iştirak etmişdir: uşaq xoru və böyüklərdən ibarət xor. 

Bu haqda da kitabda m

əlumatlar var.  

H

əmçinin  monoqrafiyada  Həsənbəy  Zərdabinin  də  böyük  rolu  açıqlanır.  O, 1901-ci  ildə 



m

əktəblər  üçün  maraqlı  məcmuə  çap  etmişdir.  Şair  A.Əfəndizadə  tərəfindən  mahnıların  mətni 

toplanmışdır.  Həmin  məcmuəni  H.Zərdabi  çapa  hazırlayarkən,  «  Сборник  азербайджанских 

хоровых песен» adlandırmışdır. 

Leyla 

xanım  xüsusi  olaraq  Moskvadan  dəvət  olunan  gözəl  mütəxəssisləri  qeyd  edir  - 



A.A.Yurlov  v

ə  L.V.Frolova.  İndiki  zamanda  onların  tələbələri  nəinki  Azərbaycanda,  digər 

ölk

ələrdə də uğurla çalışırlar. 



Kitabda böyük b

əstəkarımız V.Adıgözəlovun xor yaradıcılığı haqqında da ətraflı məlumat 

verilir. V.

Adıgözəlov uzun illər «Xor dirijorluğu» kafedrasının müdiri olmuşdur və kafedrada bir 

çox d

əyərli yeniliklər etmiş, onun nüfuzunu qaldırmışdır. 



Dig

ər  professorların,  müəllimlərin  rolu  da  qeyd  olunur,  o  cümlədən:  E.Novruzov, 

N.M

əlikov, L.Atakişiyeva, S.Ağayeva, Z.İsmayılova, E.Sabitoğlu, K.Əliverdibəyov, M.Mirzəyev, 



G.

İmanova,  C.Cəfərov,  Y.Adıgözəlov,  İ.Kazimova,  B.Vəkilova,  Z.Bağırov,  N.Mərdanov, 

A.Qafulov, 

Ə.Quliyev, Y.Kuxmazova və b. 

Biz  bu  kitab 

haqqında  ətraflı  məlumat  verdik,  çunki  Leyla  xanımın  ən  sanballı  elmi-

t

ədqiqat işlərindən biridir. 



Bizim 

qarşımızda Leyla xanımın 2014-cü ildə nəşr olunmuş  yeni kitabıdır -  «Страницы 

творческой биографии Сардара Фараджева»  (Bakı, «Mütərcim», 2014, -88s.).  Leyla xanımın 

bu elmi-t

ədqiqat işi dərs vəsaiti kimi təqdim olunmuşdur. Bəstəkar Sərdar Fərəcov haqqında bu ilk 

monoqrafiyadır. Onun yaradıcılığı ilə əlaqədar çox az məqalələr yazılıb, televiziya kanallarında və 

konsertl

ərdə isə onun əsərlərini vaxtaşırı eşidirik. Tamaşaçılarımızın yaxşı yadındadır S.Fərəcovun 

«M

ədəniyyət» kanalında apardığı verilişlər. «Musiqi xəzinəsi» adlanan rubrikada Sərdar müəllim 



«Xalq  musiqisi» 

verilişini  məharətlə,  professional  səviyyədə  aparırdı.  O,  qocaman  muğam 

us

tadlarını dəvət edir, maraqlı diskussiyalar keçirirdi.  



Leyla 

xanım kitab üzərində çox səmərəli işləyib. Fikir verin,  Leyla xanımın tərtib etdiyi 

b

əstəkar  haqqında  yazılan  əsərlərin  siyahısına.  L.Məmmədova  Ü.Hacıbəyli,  M.Maqomayev, 



C.Cahangirovun xor yarad

ıcılığı ilə birlikdə A.Əlizadə, V.Adıgözəlov, R.Mustafayev, A.Dadaşov, 

A.C

əfərova, F.Nagıyev və başqa bəstəkarların əsərlərini araşdırıb. Və bütün işlərdə ilk növbədə 



ciddilik, 

peşəkarlıq və səliqəlilik bizim diqqətimizi cəlb edir. 



MUSİQİ DÜNYASI ____________________________________________________3 (64), 2015 

 

7441 

O  ki, 

qaldı  S.Fərəcov  haqqında  kitaba,  qeyd  edək  ki,  bu  bəstəkar  bütün  janrlarda 



m

əsuliyyətlə çalışıb, demək olar ki, bütün janrlarda özünü sınayıb. 

Leyla 

xanım  kitabın  konstruksiyasını  məntiqlə  qurur  və  ən  dəyərli,  diqqəti  cəlb  edən 



əsərlər üzərində dayanır, dərindən təhlil edir, maraqlı nəticələrə gəlir. O, bəstəkarın Simli Kvarteti, 

Ü.

Hacıbəyliyə  həsr  olunmuş  a  cappella  xoru  üçün  Konserti  və  «Koroğlu  əfsanəsi»  simfonik 



freskasını  təhlil  edir.  Müəllif  S.Fərəcovun  musiqi  dilini  təhlil  edərkən,  ilk  növbədə  onun  milli 

kökl


ərini  təyin  edir,  sonra  isə  onun  musiqi  tematizmini,  harmonik  dilini,  polifonik 

xüsusiyy


ətlərini, fakturanı, dinamikasını və s. cəhətlərini dəqiqliklə araşdırır. 

«

Koroğlu əfsanəsi» adlı simfonik freska ilk dəfə Ukraynada, Kiyev şəhərində, 2013-cü ilin 



aprel 

ayında  səslənmişdir.  Bu  əsəri  S.Fərəcov  Ü.Hacıbəyliyə  həsr  etmiş,  dahi  bəstəkarın 

ənənələrinə arxalanaraq, maraqlı, yaddaqalan kompozisiya yaratmışdır. Misal üçün, bəstəkar geniş 

yayılmış «Cəngi» janrının metro-ritmik xüsusiyyətlərini canlandırır. 

Kitabda  S.F

ərəcov  musiqi-ictimai  xadimi  kimi  də  təqdim  olunur,  onun  Ü.Hacıbəylinin 

Memorial  Ev-Muzeyinin  müdiri  v

əzifəsində  apardığı  işlər  çox  maraqlı  şəkildə  göstərilir,  həyata 

keçirtdiyi 

əsas proyektlər haqqında məlumat verilir. 

Biz  musiqiçil

ər  yaxşı  bilirik  ki,  S.Fərəcov  bu  Muzeyə  təyin  olunan  gündən  burada  çox 

s

əmərəli işlər görülür: tez-tez elmi konfranslar, bəstəkarlarla, ifaçılarla görüşlər təşkil olunur. 



Ü.

Hacıbəyli  irsinin  qorunması  –  bəstəkar  və  ictimai  xadim  S.Fərəcəovun  faktiki  olaraq 

h

əyat kredosudur. Açığını deyək ki, S.Fərəcov üçün bu memorial Muzey – onun birinci evidir. 



Biz  S.F

ərəcovun  elmi  əsərlərini  də  çox  yaxşı  tanıyırıq.  O,  həmişə  düzgün  və  obyektiv 

şəkildə  hər  bir  hadisəni,  mövzunu  izah  edir,  öz  ideyasını  müdafiə  edir.  L.Məmmədova  kitabda 

S.F


ərəcovun elmi əsərlərinin və məqalələrinin siyahısını verir və bu da mən bilən, gələcək nəsil 

üçün çox 

faydalıdır. Onu da qeyd edək ki, bəstəkar S.Fərəcov və bizim aparıcı musiqişünaslarımız 

kitaba 


ən böyük qiymət vermişlər. 

Ümumiyy


ətlə,  Leyla  xanımın  elmi  yaradıcılığında  digər  əsərələr  də  qeyd  olunmalıdır.  O 

cüml


ədən, Традиции о новаторство в хоровом творчестве Агшина Ализаде», «Концерт для 

хора а капелла памяти Кара Караева» Фаика Нагиева» adlı metodik vəsaitlər, fənn proqramları,  

h

əmçinin müxtəlif mövzulu bir çox elmi məqalələri və s. Onu da qeyd edim ki, L.Məmmədovanın 



konfrans 

çıxışları da hər zaman ən yüksək səviyyədə keçir və dinləyicilərdə böyük maraq oyadır. 

Əzizimiz  Leyla  xanım!  Sizi  –  tanınmış  alimi  50  yaşınızın  tamam  olması  münasibətilə 

t

əbrik edirik. Yaradıcılıq dairəniz genişdir. Siz həmişə fəaliyyətdəsiniz, hər zaman axtarışdasınız. 



Siz

ə uzun ömür, Can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə