Mustafayeva G.Ə. Fauna of scales (Homoptera,Diaspi didae) Azerbaijan, their prevalence and injuriouness



Yüklə 96.58 Kb.
PDF просмотр
tarix24.06.2017
ölçüsü96.58 Kb.

Mustafayeva G.Ə. Fauna of scales (Homoptera,Diaspi- 

didae)  Azerbaijan,  their  prevalence  and  injuriouness. 

Proceedings  of  the  Azerbaijan  Society  of      Zoologists, 

2013, p.65-77 

 

Mustafayeva  G.Ə.  Azərbaycanın  çanaqlı  yastıcalarının 



(Homoptera,  Diaspididae)  növ  tərkibi,  yayılması  və 

zərər  vurduqları  bitkilər.  Azərbaycan  Zooloqlar  

Cəmiyyətinin əsərləri,  Bakı, 2013, səh.65-77. 

 

Мустафаева 



Г.А. 

Видовой 


состав 

щитовок  

(Homoptera, 

Diaspididae) 

Азербайджана, 

их  


распространенность  и    вредоностность.    Труды  

обшества Зоологов Азербайджана, 2013, с. 65-77. 

 

 

UOT 632, 654. 



Azərbaycanın çanaqlı yastıcalarının (Homoptera, Diaspididae)  

növ tərkibi, yayılması və zərər vurduqları bitkilər. 

 

Mustafayeva G.Ə. 



 

AMEA Zoologiya institutu, Bakı ş. 

 

zoolog88@mail.ru



 

 

 



Aparılan  coxillik  tədqiqatlar  nəticəsində  Azərbaycan  faunası  ücün  33  növ 

çanaqlı  yastıca  (Homoptera,  Diaspididae)    müəyyənləşdirilmişdir.  10    növ 

Azərbaycanın  faunası  üçün  ilk  dəfə  olaraq  qeyd  edilmişdir.  Əksər  növlər  

polifaq zərərvericidirlər (19 növ), 6 növ isə oliqofaqdır, monofaqlar isə cəmi 

8 növdür. 

 

GIRIŞ 

 

       Çanaqlı  yastıcalar  (Homoptera,  Diaspididae)  meyvə  ağaclarının  və 



park-dekorativ bitkilərin çox qorxulu zərərvericiləridirlər, onlar bitkilərin 

şirəsini  və  qidalı  maddələri  sorur,  bitki  toxumalarını  məhv  edir.  Bu 



 

zərərvericilər  bitkilərin  gövdə  və  budaqlarında,  yarpaqlarında  və  hətta 



meyvələrinin  üzərində  yayılır,  budaqların  böyüməsi  və  inkişafı  zəifləyir, 

dayanır,  onların  dekorativ  gözəlliyi  itir,  bitkilərin  zəifləməsinə  gətirib 

çıxarırlar,  əksər  hallarda  bitkilər  quruyurlar.  Çanaqlı  yastıcalarla 

zədələnmiş  meyvələrin  üzərində  çoxlu  ləkələr  yaranır,  meyvələr  büzüşür 

və onların dadı çox korlanır. Bu həşəratların bitkilərlə çox əlaqəli olması, 

çanaqla  əhatə  olunmaları,  xırda  ölçülü  olmaları  onların  daha  geniş 

yayılmalarına səbəb olur. 

      Azərbaycanın  çanaqlı  yastıca  faunası  çox  az  öyrənilmişdir. 

E.C.Arutyunova  və  B.H.Rusanovanın  tədqiqatlarında  çanaqlı  yastıcalar 

haqqında  ilk  məlumatlar  verilmişdir  [1,13].  A.İmamquliyev  (1966)  öz 

dissertasiya  işində  Lənkəran  zonasının  çanaqlı  yastıcaları  -  meyvə 

ağaclarına  və  subtropik  bitkilərə  zərər  vuran  12  növ  çanaqlı  yastıca 

haqqında  xəbər  verir  [4].  Səfərov  zeytunun  zərərvericilərindən  biri  kimi 

bənövşəyi  çanaqlı  yastıcanın  bioekoloji  xüsusiyyətlərindən  xəbər  verir. 

Azərbaycanın çanaqlı yastıca faunası ayrıca tədqiq olunmamışdır. Bir sıra 

tədqiqatçıların  işlərində  (Rzayeva  L.M.,  Yasnoş  V.A.,  1975;  Rzayeva 

L.M., Yaminova G.A.,1986; Mustafayeva G.A., 2003, 2004, 2006, 2007, 

2008;  Mustafayeva  G.A.,  Məmmədli  G.  2003)  müxtəlif  növ  xalsidlərin 

sahibi kimi bu və ya digər növ çanaqlı yastıcaların adı çəkilir, bəzi çanaqlı 

yastıcaların bioekoloji xüsusiyyətləri haqqında məlumat verilir [6, 7, 8, 9, 

10, 11,12]. 

 

MATERIAL VƏ METODLAR 

      Zərərvericilər    həm  təbii,  həm  də  mədəni  biosenozlardan  yığılmışdır, 

onların  yayılmaları,  qida  bitkiləri,  zərərvericiliyi  öyrənilmişdir.  Tədqiqat 

zamanı kənd təsərrüfatı bitkilərinə xüsusi üstünlük verilmişdir.  

      Entomoloji  materialın  yığılması  və  işlənməsi  Borxseniusun  (1950) 

metodikasına  əsasən  aparılmışdır.  Bu  materialın  işlənib  hazırlanması 

Azərbaycan  MEA-nın  Zoologiya  institutunun  «Faydalı  cücülərin 

introduksiyası  və  bioloji  mübarizənin  elmi  əsasları»  laboratoriyasında 

aparılmışdır.  Çanaqlı  yastıcalar  müxtəlif  bitki  orqanları  –  yarpaqlar, 

budaqlar  və  zoqlar  üzərində  quru  halda  saxlanılmışdır.  Bitkinin  növünü 

təyin etmək üçün zərərverici  ilə  yanaşı  müxtəlif  bitkilərdən herbarilər də 

hazırlanmış  və  bitkinin  adı  müəyyənləşdirilmişdir.  Canaqlı  yastıcaların 

dünyada  yayılması  Borxsenius  N.S.,  Bazarov  B.,  Şmelev  Q.P., 

Konstantinov Q.M., Kozarjevski E.F.-yə görə verilmişdir [2, 3, 5]. 

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Çox  illik  tədqiqatlar  nəticəsində  Azərbaycanın  çanaqlı  yastıca  faunası 

tədqiq  olunmuşdur.  Aparılan  tədqiqatlar  nəticəsində  respublikamızın  


 

faunası üçün 33 növ çanaqlı yastıca müəyyənləşdirilmişdir. Azərbaycanın 



çanaqlı yastıcalarının sistematik siyahısı cədvəldə göstərilmişdir.  

Cədvəl. Azərbaycanda yayılmış çanaqlı yastıcaların cins və növ 

tərkibi. 

 

  Çanaqlı yastıcaların cinsləri 



  Çanaqlı yastıcaların növləri 

1.  Parlatoria  



Parlatoria oleae 

Parlatoria ziziphi 

2.  Leucaspis 



Leucaspis pusilla 

3.  Lepidosaphes 



 Lepidosaphes ulmi 

 Lepidosaphes gloveri 

 Lepidosaphes ficus 

 Lepidosaphes granati* 

4.  Cornuaspis 



 Cornuaspis beckii 

5.  Unaspis  



Unaspis evonymi 

6.  Aulacaspis 



Aulacaspis rosae 

7.  Pseudaulacaspis 



Pseudaulacaspis pentaqona* 

8.  Carulaspis  



Carulaspis visci* 

Carulaspis minima* 

9.  Adiscodiaspis 



Adiscodiaspis tamaricicola* 

10.Chrysomphalus  



Chrysomphalus dictyospermi 

11.Kuwanaspis   



Kuwanaspis hovardi 

12.Aonidiella 



Aonidiella citrina 

13.Aspidiotus 



Aspidiotus nerii 

14.Temnaspidiotus  



Temnaspidiotus destructor 

15.Epidiaspis 



Epidiaspis leperii 

16.Tecaspis 



Tecaspis prunorum* 

Tecaspis asiatica*  

17.Diaspidiotus 



Diaspidiotus slavonicus 

Diaspidiotus pyri 

Diaspidiotus gigas 

Diaspidiotus ostreaformis 

Diaspidiotus caucasicus* 

Diaspidiotus perniciosus 

Diaspidiotus prunorum 

18.Salicicola 



Salicicola kermanensis 

19.Diaspis 



Diaspis echinocacti 

20.Aonidia  



Aonidia  lauri* 

21.Lopholeucasris  



Lopholeucasris yaponica * 

 


 

Cins Parlatoria Targioni – Tozzetti, 1868. 



. Parlatoria oleae (Colvee, 1880) – Bənövşəyi çanaqlı yastıca. 

Polifaq  zərərvericidir,  meyvə,  giləmeyvə,  dekorativ-park  və  meşə 

bitkilərinə  zərər  vurur.  Tədqiq  olunan  bütün  təbii  zonalarda  çox  geniş 

yayılmışdır.  

Yayılması:  Şimali  Afrika,  Kiçik  Asiya,  Cənubi  və  Şimali  Amerika, 

Avstraliya,  Qərbi  Avropa  dövlətləri,  Krasnodar  diyarı,  Orta  Asiya, 

Gürcüstan. 

2. Parlatoria ziziphi (Lucas, 1853) – Qara çanaqlı yastıca. 

Yalnız  Lənkəranda  sitrus  bitkiləri  üzərində  tapılmışdır.  Sitrus  və 

subtropik  bitkilərdə  yoluxma  dərəcəsi  3  bala  qədər  olmuşdur.  Limon, 

narıngi  və  portaqalın  gövdə,  budaqları,  yarpaq  və  meyvələri  üzərində 

yaşayaraq, onların şirəsini sorur, çox böyük zərər vurur. 

Yayılması: Şimali  Afrika,  Avropa, Türkiyə, Suriya, İran, Şərqi  Asiya, 

Avstraliya,  Şimali  və  Cənubi  Amerika,  Abxaziya,  Acarıstan  və  Krım 

vilayətinin istixanalarında. 

Cins Leucaspis Targioni – Tozzetti, 1868. 

3. Leucaspis pusilla Low, 1883 – Adi şam çanaqlı yastıcası.  

Monofaqdır, şam ağacının iynə yarpaqları üzərində yaşayır. Bəzən şam 

ağaclarını çox güclü yoluxdurur.  

Yayılması:  Keçmiş  SSRİ-nin  Avropa  hissəsi,  Gürcüstan,  Ermənistan, 

Qərbi  Avropa  dövlətləri,  Şimali  Afrika,  Qərbi  Avropa,  Kiçik  Asiya, 

Argentina. 

Cins  Lepidosaphes Shimer L, 1868 

4.  Lepidosaphes  ulmi  (Linnaeus,  1758)  –  Аlma  vergülvari  çanaqlı 

yastıcası. 

Polifaq  zərərvericidir,  meyvə  ağaclarının,  dekorativ  məqsədlə  əkilən, 

meşələrdə  bitən  ağac  və  kolların    zərərvericisidir.  Meyvə  ağaclarından 

əsasən  alma  ağaclarına,  meşələrdə  bitən  ağaclardan  isə  əsasən  qovaq, 

söyüd və yemişana zərər vurur.  

Yayılması:  Kosmopolitdir,  demək  olar  ki,  dünyanın  hər  yerində 

yayılmışdır. 

5. Lepidosaphes gloverii (Packard, 1869) - Çubuqvari çanaqlı yastıca. 

Sitrus  bitkiləri  (limon,  portağal  və  narıngi)  üzərində,  meyvə 

ağaclarından  heyva,  alma,  şaftalı,  dekorativ  bitkilərdən  qovaq,  söyüd, 

göyrüş,  meşə  ağaclarından  dəmir  ağacı  üzərində  yaşayır.  Azərbaycanın 

müxtəlif  zonalarında,  əsasən  də  Lənkəran  zonasında  geniş  yayılmışdır.  

Bəzən çox güclü zərər vurur. 

Yayılması:  Cənub-Qərbi  Avropa,  Kiçik  Asiya,  Şimali  Afrika,  Şərqi 

Asiya,  Havay  adaları,  Avstraliya,  Cənubu,  Şimali  və  Mərkəzi  Amerika, 

Qafqazın Qara dəniz sahilləri. 



 

6. Lepidosaphes ficus Sign, 1870 - Əncir vergülvari çanaqlı yastıcası. 



Monofaqdır,  yalnız  əncir  ağacının  cavan  budaqlarının  əsasən  təpə 

hissəsində yaşayır.  

Yayılması:  Abxaziya,  Adcariya,  Cənub-Qərbi  Avropa,  Aralıq  dənizi 

sahilləri, Şimali Afrika, Kiçik Asiya, Qərbi Gürcüstan, ABŞ, Argentina. 

7.  Lepidosaphes  granati  (Koroneos,  1934)  -  Nar  vergülvari  çanaqlı 

yastıcası. 

    Monofaqdır, nar ağaclarının cavan budaq və zoqları üzərində  yaşayır.  

Azərbaycan  faunası üçün ilk dəfə olaraq göstərilir. 

Yayılması:  İran,  Yunanıstan,  Mərakeş,  Turkiyə,  İtaliya,  Ukrayna, 

Gürcüstan, Bolgarıstan, Macarıstan. 

Cins Cornuaspis Mac Gillivray, 1921. 

8.  Cornuaspis  beckii  (Newman,  1869)  -  Narınc  vergülvari  çanaqlı 

yastıca. 

Lənkəranda  sitrus  bitkiləri,  xüsusən  də  portağal  bitkisinin  yarpaqları, 

meyvələri, gövdə və budaqlarında yaşayaraq zərər vurur. 

Yayılması: 

Vətəni  tropic  Amerikadır. 

Şərqi  Asiya,  Afrika,  Amerika, 

Avropa, Kiçik Asiyada  yayılmışdır .

  

Cins Unaspis Mac. Gillivray, 1921. 



   9. Unaspis evonymi (Comstok, 1881) - Gərməşov çanaqlı yastıcası  

Monofaqdır, gərmaşov kolunun yarpaq və budaqlarında yayılaraq zərər 

vurur. Bəzi hallarda çox güclü zərər vurur. 

Yayılması:  Şimali  Amerika,  Qərbi  Avropa,  Türkiyə,  Yaponiya,  Krım, 

Krasnodar viləyəti. Keçmiş SSRİ-yə gətirilmə növdür. 

Cins Aulacaspis Cockerell, 1893. 

  10. Aulacaspis rosae (Bouche, 1833) - Qızılgül çanaqlı yastıcası. 

Oliqofaq zərərvericisidir, qızılgül, itburnu, böyürtkənə zərər vurur. 

Azərbaycanın faunası üçün ilk dəfə olaraq göstərilir. 

Yayılması: Orta Asiya, Zaqafqaziya ,Orta Asiya Respublikaları, Kuril 

adaları,  kecmiş  SSRİ-nın  Avropa  hissəsi,Avropa  və  Asiyada,Afrika  və 

Amerikada da geniş yayılmışdır. 

Cins Pseudaulacaspis Mac Gillivray, 1921.   

  11.  Pseudaulacaspis  pentagona  (Targioni-Tozzetti,1885)  -  Tut  çanaqlı 

yastıcası. 

Polifaq  zərərvericisidir,  son  illərdə  Azərbaycanda  geniş  yayılmışdır. 

Meyvə ağaclarına, dekorativ məqsədlə əkilən ağaclara və meşə ağaclarına 

böyük  zərər  vurur.  Azərbaycanın  faunası  üçün  ilk  dəfə  olaraq  bizim 

tərəfimizdən qeyd olunmuşdur.  

Yayılması: Yaponiya, Çin, Koreya, İndoneziya, Türkiyə, Suriya, İsrail, 

Tanzaniya,  ABŞ,  Meksika,  Argentina,  Braziliya,  Avstraliya,  İspaniya, 


 

Portuqaliya,  Fransa,  İtaliya,  Yuqoslaviya,  Yunanıstan,  Macarıstan, 



Bolqarıstan, Avstriya, İngiltərə, İsveçrə, İsveç. 

Cins Carulaspis Mas G,1921. 

 12. Carulaspis visci (

Schrank, 1781

) - Avropa ardıc çanaqlı yastıcası.   

Astara  rayonunda  sərv,  tuyanın  yarpaqları  və  qozaları  üzərində 

tapılmışdır. Azərbaycanın faunası üçün ilk dəfə qeyd olunur. 

Yayılması: Orta Asiya, Qərbi Avropa, Şimali Amerika. 

 13. Carulaspis minima (Targioni-Tozzetti, 1868)-Tuya çanaqlı yastıcası.  

      Тuya  ağaclarının  iynə  yarpaqları  və  qozaları  üzərində  yayılmışdır. 

Bəzi  hallarda  çox  güclü  zərər  vurur.  Azərbaycanın  faunası  üçün  ilk  dəfə 

qeyd olunur. 

Yayılması:  Qərbi  Avropa,  Şimali  Qafqaz  və  Zaqafqaziya,  Krım  və 

Ukrayna. 

Cins Adiscodiaspis Marchal, 1909. 

 14.  Adiscodiaspis  tamaricicola  Malenotti,  1916  -  Ağ  yulğun  (tamariks) 

çanaqlı yastıcası. 

Monofaqdır,  Azərbaycanın  rayonlarında  yulğunun  gövdəsində  qeyd 

olunmuşdur. Azərbaycanın faunası üçün ilk dəfə qeyd olunur. 

Yayılması:  Orta  Asiya  respublikalarında,  Fələstində,  Misir  və 

Yunanıstanda. 

Cins Chrysomphalus Ashmead, 1880. 

15.  Chrysomphalus  dictyospermi  (Morqan,  1889)  -  Qəhvəyi  çanaqlı 

yastıca. 

     Polifaq  zərərvericisidir,  Lənkəranda  əsasən  sitrus  bitkilərinə  zərər 

vurur.  Bu  bitkilərin  güclü  zərərvericisidir.  Abşeronda  həm  açıq  şəraitdə, 

həm də istixana şəraitində yetişdirilən bitkilərə zərər vurur.  

Yayılması: 

Hindistan, 

Malayziya, 

Avstraliya, 

keçmiş 


SSRİ 

respublikalarında istixana və oranjereyalarda yayılmışdır. 

Cins Kuwanaspis Mac Gillıvray,1921. 

   16.  Kuvanaspis  howardi  (Cooley,  1898)  -  Yumşaq  bambuk  çanaqlı 

yastıcası.  Monofaq  növdür,  Lənkəranda  tapılmışdır.  Bambukun  iri 

yarpaqlarının  saplaq  hissəsində  və  budaqların  haçalanmış  hissəsində 

yaşayır. Bəzən zərər vurur. 

Yayılması:  Qafqazda  və  Zaqafqaziyada  yayılmışdır.  Vətəni  Çindir, 

Çindən gətirilmişdir. 

Cins Aonidiella Berlese et Leonardi, 1895

  17. Aonidiella citrina (Coquillet, 1891) - Sarı çanaqlı yastıca. 

  Bu  zərərverici  sitrus  bitkilərinin  gövdələri,  budaqları,  yarpaq  və 

meyvələri  üzərində  yaşayır.  Dəfnə  və  heyva  üzərində  də  tapılmışdır. 

Lənkəranda sitrus bitkilərinə böyük zərər vurur. (İmamquliyev, 1966). 



 

     Yayılması:  Şimali  və  Cənubi  Amerika,  Şərqi  Asiya,  Qafqazın  Qara 



dəniz sahilləri və Krımın istixanaları. 

Cins Aspidiotus Bouche, 1833 

  18. Aspidiotus nerii Bouche, 1937 - Oleandr çanaqlı yastıcası. 

  Polifaq  növdür,  əksər  bitkilərə,  xüsusən  də  dekorativ  -  bəzək 

bitkilərinə zərər vurur. Onun qidalandığı  bitkilər icərisində oleandr,  tuya, 

adi  dəfnə,  göyrüş,  cökə,  yasəmən,  palma  və  digər  bəzək  bitkiləri  də 

üstünlük  təşkil  edir.  Cənubda  Lənkəran  zonasında  sitrus  bitkilərinin 

üzərində  də  yaşayır,  onların  budaqlarında,  yarpaq  və  meyvələri  üzərində 

yayılır. Lənkəran zonasında daha geniş yayılmışdır. 

    Yayılması:  Orta  Asiyada,  Azərbaycanda,  Qafqazın  Qara  dəniz 

sahillərində,  Krım  vilayətinin  cənubunda  istixanalarda  geniş  yayılaraq, 

bəzək bitkilərinə böyük zərər vurur.   

  19.  Aspidiotus  (=Temnaspidiotus)  destructor  (Siqnorett,  1869)  - 

Dağıdıcı çanaqlı yastıca. 

     Polifaq  növdür.  Sitrus  bitkilərinə  və  adi  dəfnəyə  zərər  vurur.  Adi 

dəfnənin çox güclü zərərvericisi hesab oluna bilər. 

Yayılması : Qərbi Zaqafqaziya. 

Cins Epidiaspis Cockerill, 1899. 

20.  Epidiaspis  leperii  (Siqnorett,  1869)  –  Qırmızı  armud  çanaqlı 

yastıcası. 

Polifaq növdür, xüsusilə sürfələri böyük  zərər vurur. Meyvə ağacları 

–  alma,  armud,  gavalı,  ərik,  alça,  gilas,  əzgil,  yunan  qozu  ağaclarının, 

qarağat kolunun gövdə və budaqlarında yayılaraq, cox böyük zərər vurur.  

Yayılması: Şimali  Afrika, Şimali  və Cənubi  Amerika, Qərbi  Avropa, 

Gürcüstan respublikası. 

Cins Tecaspiss Hall, 1929. 

21. Tecaspis prunorum (

=Phenacaspis prunorum)

 (Borchsenius, 1939) 

– Gavalı çanaqlı yastıcası. 

Oliqofaq zərərvericidir, meyvə və giləmeyvələrin budaq və zoğlarının 

üzərində  qışlayır.  Lənkəran  və  Astara  rayonlarında  yayılmışdır. 

Azərbaycanın faunası üçün ilk dəfə olaraq qeyd edilmişdir. 

Yayılması: Orta Asiya, İran və Əfqanıstan. 

22. Tecaspis asiatica Balachowsky, 1954 - Asiya çanaqlı yastıcası. 

Polifaqdır.  Lənkəranda  armud,  heyva,  alça  və  ərik  ağacları  üzərində 

tapılmışdır. Azərbaycanın faunası üçün ilk dəfə olaraq göstərilmişdir. 

Yayılması: Orta Asiya, İran və Əfqanıstan. 

Cins Diaspidiotus  Berlet Leon, 1895. 

 23. Diaspidiotus slavonicus (Qrenn, 1934) - Qabarıq çanaqlı yastıca.  

Oliqofaq zərərvericidir. Qovaq və söyüd ağaclarının gövdə və zoğları 

üzərində yaşayırlar. 



 

 Yayılması: Orta Asiya. 



  24.  Diaspidiotus  pyri  (Lichtenstein,  1881)  –  Sarı  armud  çanaqlı 

yastıcası.  

  Polifaq  növdür,  meyvə  ağaclarının  zərərvericisidir.  Alma,  armud, 

gavalı,  ərik  və  gilas  ağaclarının  gövdə  və  zoğlarının  üzərində  yaşayırlar. 

Xüsusən  Lənkəran  zonasının  dağlıq  hissələrində  (Lənkəran  rayonunun 

Qoşmalyan, Kəlvəz kəndləri) daha çox yayılmışdır. 

 Yayılması:  Bolqarıstan,  Macarıstan,  Almaniya,  İtaliya,  İspaniya, 

Türkiyə, İsveçrə, Misir, Mərakeş, Moldova, Gürcüstan, Şimali Qafqaz. 

 25. Diaspidiotus gigas (Theim and Gerneck, 1934).  

 Oliqofaqdır, qovaq və söyüd ağaclarının zərərvericisidir. 

 Yayılması:  Qərbi  Avropa,  Gürcüstan  və  keçmiş  SSRİ-nin  Avropa 

hissəsi. 

  26.  Diaspidiotus  ostreaformis  (Curtis,  1843)  –  Yalançı  Kaliforniya 

çanaqlı yastıcası. 

Polifaq  zərərvericidir.  Alma,  armud,  gavalı  ağaclarının  budaq  və 

zoğlarında  yaşayır.  Dekorativ  bitkilərdən  qovaq,  söyüd  və  Lənkəran 

akasiyasına zərər vurur.       

Yayılması: 

Cənubi 

Amerika, 



Avstraliya, 

Avropa 


(Belçika, 

Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya və s.), Afrika, ABŞ, 

Kanada, İran, Türkiyə, İsrail. 

27.  Diaspidiotus  caucasius  (Borchsenius,  1935)  –  Qafqaz  qovaq 

çanaqlı yastıcası.  

Oliqofaq  zərərvericidir,  qovaq  və  söyüd  ağaclarının  gövdə  və 

zoğlarında    yaşayırlar.  Əksər  hallarda  çox  böyük  koloniyalar  yaradaraq 

olduqca  ciddi  zərər  vururlar.  Azərbaycanın  faunası  üçün  ilk  dəfə  olaraq 

bizim tərəfimizdən qeyd olunmuşdur.  

Yayılması: Gürcüstan, Şimali Qafqaz, Krım. 

 28.  Diaspidiotus  perniciosus  (Comstok,  1881)  –  Kaliforniya  çanaqlı 

yastıcası.     

 Polifaq zərərvericidir. Meyvə ağaclarına, park – dekorativ bitkilərə və 

meşə ağaclarına zərər vurur. Ciddi zərərvericidir.  

 Yayılması: Kosmopolit növdür, dünyanın hər bir yerində yayılmışdır. 

 29. Diaspidiotus prunorum (Laing, 1931) – Turan çanaqlı yastıcası.  

 Bir çox bitkilərə zərər vurur. Gavalı, gilənar, gilas, heyva, armud  və 

alma ağaclarının zərərvericisidir. Lənkəran zonasında dağlıq yerlərdə ərik 

ağaclarına olduqca böyük zərər vurur.  

Yayılması: Orta Asiya, Zaqafqaziya.                 

Cins Salicicola Lindinger, 1905.  

30.  Salicicola  kermanensis  (Lindinger,  1905)  –  İran  qovaq  çanaqlı 

yastıcası. 


 

Oliqofaq  zərərvericidir,  müxtəlif  növ  qovaq  və  söyüd  ağaclarının 



budaq  və  gövdələri  üzərində  yayılaraq  böyük  kaloniyalar  yaradır.  Çox 

ciddi  zərərvericidir.  Kütləvi  yoluxma  zamanı  ağacların  şirəsini  sorur  və 

onları qurudur.   

Yayılması:  Orta  Asiya,  İran,Əfqanıstan,  Türkiyə,  Pakistan,  İraq, 

Mərakeş.  

Cins Diaspis Costa, 1828. 

 31. Diaspis echinocacti ( Bouche, 1933) – Kaktus çanaqlı yastıca.  

Monofaq  bitki zərərvericisidir,  müxtəlif  növdən olan kaktuslara zərər 

vurur. Azərbaycanda  kaktuskimilərə  ciddi  zərər vurur. 

 Yayılması: Afrika, Asiya, Şimali və Cənubi Amerika, Qərbi Avropa, 

Gürcüstan,  MDB  dövlətlərində  istixanalarda  kaktus  bitkilərinin  üzərində 

də geniş yayılmışdır. 

Cins Lopholeucasris.  

32.  Lopholeucasris  yaponica  Cock  -  Yapon  çubuqşəkilli  çanaqlı 

yastıca.   

Bu  çanaqlı  yastıca  polifaq  növdür.  Meyvə  ağaclarından  almanı, 

heyvanı,  armudu,  gavalını,  xurmanı,  şaftalını,  gilənarı  və  yemişanı 

yoluxdurur. Dekorativ bitkilərdən qovağa, söyüdə, Lənkəran akasiyasına, 

qızılgülə, adi dəfnəyə zərər vurur. 

Yayılması:    Yapon  çubuqşəkilli  çanaqlı  yastıcası  Palearktik  növdür, 

vətəni  Çin  və  Yaponiyadır.  Sonralar  bu  növ  Braziliya  və  Amerikada  da 

yayılmışdır. 

Keçmiş  SSRİ  məkanında  bu  çanaqlı  yastıca    ilk  dəfə  Acarıstanda 

1931-1932-ci  illərdə  maqnoliya  bitkisi  üzərində  müşahidə  olunmuşdur. 

Çox  qısa  bir  müddətdə  bu  zərərverici  Gürcüstan  respublikasında  və 

Krımda yayılmışdır. 

Cins Aonidia Targioni-Tozzetti, 1868. 

33. Aonidia  lauri (Bouche, 1833) - Аdi dəfnə çanaqlı yastıcası. 

Аdi  dəfnə  çanaqlı  yastıcası  dəfnənin  üzərində  yaşayır,  bəzən  çox 

böyük zərər vurur. Azərbaycanın  faunası üçün ilk dəfə olaraq göstərilir. 

Yayılması:  Qərbi  Avropa  dövlətləri,  Əlcəzair,  ABŞ.  Keçmiş  SSRİ 

ərazisinə  gətirilmə  növdür,  əsasən  istixanalarda  yetişdirilən    bitkilərə 

zərər vurur.  

    


 NƏTICƏLƏR 

1.  Azərbaycanın  çanaqlı  yastıca  faunası  tədqiq  olunmuş,  33  növ 

canaqlı yastıca müəyyənləşdirilmişdir, bunlardan 10 növ respublikamızın  

faunası üçün ilk dəfə olaraq qeyd edilmişdir. Bu növlər cədvəldə ulduzla 

işarə olunmuşdur.      


 

10 


2.  Azərbaycanda  yayılmış  çanaqlı  yastıcalar  21  cinsə  məxsusdur. 

Cinslər  arasında  Diaspidiotus  cinsi  fərqlənir.  Bu  cinsə  7  növ  daxildir. 

Lepidosaphes  cinsi  Azərbaycan  faunasında  4  növlə  təmsil  olunmuşdur. 

Parlatoria,  Carulaspis  və  Tecaspis  cinslərinin  hər  biri  2  növə  malikdir. 

Qalan 16 cinsin hər biri yalnız 1 növlə təmsil olunmuşdur. 

3.  Əksər  növlər  polifaq  zərərvericidirlər  (19  növ),  monofaq  növlər 

cəmi 8 ədəddir, 6 növ isə oliqofaqdır. 

 



            ƏDƏBIYYAT 

1.  Арутюнова  Е.С.  Обзор  фауны  кокцид  Азербайджана.  1938, 

Баку. 35с. 

2.  Базаров  Б.,  Шмелев  Г.П.  Щитовки  Таджикистана  и 

сопредельных районов Средней Азии. 1971, Душанбе. 211-213с. 

3.  Борхсениус Н.С. Червецы и щитовки (Сoccoidea) СССР. 1950, 

Москва-Ленинград. 226 c. 

4.  Имамкулиев  А.Г.  Червецы  и  щитовки  (Homoptera,  Coccidea) 

вредители  плодовых  и  субтропических  культур  Ленкоранской  зоны 

Азербайджана”. Автореф. канд. биол. наук. 1966. Баку, 24 с. 

5.  Константинова  Г.М.,  Козаржевская  Э.Ф.  Щитовки-вредители 

плодовых 

и 

декоративных 



растений. 

1990, 


Москва. 

“Агропромиздат”. 42-101с. 

6.  Мустафаева  Г.А.  Афелиниды    (Hymenoptera,  Aphelinidae) 

Восточного 

Азербайджана 

(фауна, 


экология, 

хозяйственное  

значение). Автореферат dis. канд. биол. наук. 1990, Баку. 20 c.  

7.  Mustafayeva  G.Ə.,  Məmmədli  G.S.  Lənkəran  zonasında  yayılmış 

çanaqlı yastıcalar (Homoptera, Diaspididae), onların parazit və yırtıcıları. 

Azərbaycan Zooloqlar Cəmiyyəti I Qurultayının materialları, 2003, Bakı, 

s. 236-242. 

8.  Mustafayeva  G.Ə.Azərbaycanın  Lənkəran  zonasında  qızılgül 

çanaqlı  yastıcası  –  Aulacaspis  rosae  (Bouche)  və  onun  parazitləri.  Bilgi 

jurnalı, 2004, Bakı, № 6, s. 38-41. 

9.  Мустафаева  Г.А.  Фиолетовая  (Parlatoria  oleae  Colve)  и 

олеандровая  (Aspidiotus  nerii  Bche)  щитовки  и  их  энтомофаги  в 

Ботаническом  саду  НАН.  Международная  научная  конференция 

«Интродукция  и  защита  растений  в  ботанических  садах  и 

дендропарках», 2006 г. Донецк, с. 357-363. 

10.  Мустафаева  Г.А.  Тутовая  щитовка  Pseudaulacaspis  pentagona 

Targ.Tozzetti  и  ее  энтомофаги  в  Азербайджане.  XIII  cъезд  Русского 

Энтомологического общества. 2007,  Краснодар  



 

11 


11. İsmayılova  G.Ə.,  Mustafaeva  G.Ə.,  Məmmədov  Z.M.  Tut  çanaqlı 

yastıcasının 

(Pseudaulacaspis 

pentagona 

Targ.Tozz.

bioекoloji 

xüsusiyyətləri  haqqında.  Azərbaycan  Zooloqlar  cəmiyyətinin  əsərləri, 

2008, I cild., Bakı, s. 251-256. 

12.  Рзаева  Л.М.,  Яснош  В.А.  Материалы  к  изучению  фауны 

хальцид  (Hymenoptera,  Chalcidoidea)  Азербайджана.  Изв.  АН  Аз 

ССР, 1975, № 2, с. 89-94. 

13. Русанова В.Н. Материалы к изучению Coccidae (Homoptera) в 

Азербайджане. 1941. Баку. 32 с. 

 

РЕЗЮМЕ 

 

Г.А.Мустафаева. 

 

ВИДОВОЙ СОСТАВ ЩИТОВОК (HOMOPTERA, 

DIASPIDIDAE) АЗЕРБАЙДЖАНА, ИХ 

РАСПРОСТРАНЕННОСТЬ И ВРЕДОНОСТНОСТЬ. 

 

Был  изучен  видовой  состав  щитовок  (Homoptera,  Diaspididae)  



Азербайджана, выявлено 33 вида щитовок для фауны республики, из 

которых  10  видов  отмечается  впервые  для  фауны  нашей  

республики.  Зарегистрированные  для  Азербайджана  щитовки 

относятся к 21 родам. Среди родов по видовому составу выделяется 

род  Diaspidiotus,  он  представлен  7  видами,  затем  следует 

Lepidosaphes, он представлен 4 видами. Роды Parlatoria, Carulaspis və 

Tecaspis каждый представлены 2 видами, остальные роды (16 родов) 

представлены одним видoм. 

Основные виды (19 видов) полифаги, 8 видов являются монофаги, 6 

видов олиговаги. 



SUMMARY 

 

G.А.Mustafayeva 

 

FAUNA OF SCALES (HOMOPTERA, DIASPIDIDAE) 

AZERBAIJAN, THEIR PREVALENCE AND INJURIOUSNESS. 

 

Was  studied  fauna  of  scales  (Homoptera,  Diaspididae)  Azerbaijan,  is 

revealed 33 species of scales for fauna the republic from which 10 kinds 

are noted for the  first time  for  fauna  our republic. The scales registered 

for  Azerbaijan  belong  to  21  Genus.  Genus  Diaspidiotus  is  distinguished 

from  genus  on  specific  structure,  is  presented  by  7  species,  genus 



 

12 


Lepidosaphes  presented  by  4  kinds.  Genus  Parlatoria,  Carulaspis  and 

Tecaspis everyone are presented by 2 species, other genus (16 genus) are 

presented to one species. Main species (19 kinds) polyphagues, 8 species 

are monophages, 6 kinds oligophagues. 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə