MÜSTƏQİLLİYİMİZ



Yüklə 3.36 Mb.
PDF просмотр
səhifə1/36
tarix10.06.2017
ölçüsü3.36 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   36

 

__________________ 

 

MÜSTƏQİLLİYİMİZ 



ƏBƏDİDİR 

__________________ 



______________________________________________ 

2

 

 

 

 

 



 

 

ç ı x ı ş l a r 

n i t q l ə r 

b ə y a n a t l a r 

m ə k t u b l a r 

m ü s a h i b ə l ə r 

 

 

 



 

 

 



 

 

 



AZƏRNƏŞR 

BAKI-1997 

 


______________________________________________ 

3

 



 

 

 



 

 

 



 

MÜSTƏQİLLİYİMİZ 

_______________________ 

ƏBƏDİDİR 

________________________ 

d ö r d ü n c ü    k i t a b 

________________________ 



iyun, 1995 - noyabr, 1995 

________________________ 

 

 



 

 

 



 

 

AZƏRNƏŞR 



BAKI-1997 

______________________________________________ 

4

BBK32 



Ə56 

 

 



 

 

 



 

 

 



Buraxılışına məsul 

 

RAMİZ MEHDİYEV 



HİDAYƏT ORUCOV 

 

 



 

 

 



ƏLİYEV HEYDƏR 

Ə 56    Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 1997.- 528 səh. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əlirza oğlu  Əliyevin 

çıxış, nitq, müraciət, bəyanat, müsahibə  və  məktublarından ibarət dörduncü 

cild 1995-ci il iyunun əvvəllərindən 1995-ci il noyabrın ortalarına qədərki 

dövrü  əhatə edir. Kitaba zəmanəmizin görkəmli siyasi və dövlət xadimi 

Heydər  Əliyevin Azərbaycan xalqının müstəqil dövlət quruculuğu yolunda 

ardıcıl və əzmkar mübarizəsini, gərgin və mürəkkəb siyasi hadisələrlə zəngin 

çağdaş tariximizin obyektiv mənzərəsini  əks etdirən böyük ictimai-siyasi 

əhəmiyyətə malik əsərləri daxil edilmişdir. 

 

97



)

07

(



651

0801000000



M



 elansız 

  BBK-32 

 

ISBN 5-552-01735-8 

C    Azərnəşr, 1997 

______________________________________________ 

5

 



 

 

 

BÖYÜK AZƏRBAYCAN ŞAİRİ VƏ 

DRAMATURQU HÜSEYN CAVİDİN 

MƏQBƏRƏSİNİN VƏ EV-MUZEYİNİN 

YARADILMASI İLƏ BAĞLI MÜŞAVİRƏDƏ 

ÇIXIŞ 

 

Prezident Sarayı 



10 iyun 1995-ci il 

 

Bu gün mən sizi mədəniyyətimizlə,  ədəbiyyatımızla bağlı olan bir 



məsələ üçün - Azərbaycan xalqının böyük şairi, yazıçısı, dramaturqu, filosofu 

Hüseyn Cavidin xatirəsi ilə  əlaqədar buraya dəvət etmişəm. Bilirsiniz ki, 

Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə  qədər dəyərli

əhəmiyyətli olub, onun qoyduğu  ədəbi, mənəvi irs bizim üçün nə  qədər 

əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur. Ancaq 

bu faciəli dövrlər onun yaratdıqlarını Azərbaycan xalqının qəlbindən çıxara 

bilməyib, yaşadıbdır. 

Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında 

qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o 

vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək 

həyata keçirilməyib. O dövrdən isə artıq 15 il keçir. 

1981-ci ildə biz Hüseyn Cavidin cənazəsini Sibirdən gətirərkən geniş 

müzakirələr oldu və  nəhayət, bu müzakirələr belə  nəticə verdi ki, o, 

Naxçıvanda - anadan olduğu yerdə dəfn olunsun. Biz belə də etdik. Hüseyn 

Cavidin cənazəsinin Naxçıvanda torpağa tapşırılması haqqında qəbul 

etdiyimiz qərarın əsas səbəblərindən biri də o idi ki, onun qəbri adi bir qəbir 

olmasın, böyük bir məqbərə olsun. Ona görə  də Hüseyn Cavidin cənazəsi 

Naxçıvana aparıldı  və orada şəhərin mərkəzində  dəfn edildi. Ancaq təəssüf 

ki, sonrakı illərdə  məqbərə  də tikilməyib, hətta qəbrin üstü də 

götürülməyibdir. Təəssüfedici haldır, ancaq bu, gözümüzün qabağında olan 

faktdır. Keçmişimizdə günahlar, səhvlər çox olub. Bunu kim edib, nə üçün 

belə olub, - artıq bunu təhlil etməyə ehtiyac yoxdur. Güman edirəm ki, indi 

biz o qərarı həyata keçirməliyik. 

Mən   böyük  bir  fasilədən sonra - 1990-cı ildə Moskvadan  



______________________________________________ 

6

 



Azərbaycana döndüm, Naxçıvana getdim və elə  həmin gün Hüseyn 

Cavidin qəbrini ziyarət etdim. Doğrusu, mən belə  təsəvvür etmirdim. 

Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa sənətkarın qəbrinin üstü 

götürülüb. Ancaq gedib oradakı  vəziyyəti gördüm, təəssüfləndim, çox 

narahat oldum. Gördüm ki, qəbrin üstünə sadəcə olaraq daşlar qoyulub, 

məqbərə də tikilməyib. 

O vaxt mən bu məsələnin həllinə can atdım. Həmin dövrdə Kommunist 

Partiyası hakimiyyətdə idi. Mən bir neçə  dəfə Naxçıvan Vilayət Partiya 

Komitəsinin rəhbərlərinə müraciət etdim ki, bu məsələ həll olunmayıb, mən 

də gəlmişəm, bu işi öz üzərimə götürürəm, gəlin onu həll edək. Ancaq bu, bir 

nəticə vermədi. Düzdür, mənim təzyiqimin nəticəsində vilayət partiya 

komitəsinə bir layihə  gətirdilər, rəhmətlik Afiyəddin Cəlilov o layihəni bir 

gün mənə göstərdi və dedi ki, sizin təklifinizlə belə bir layihə hazırlanıb. 

Layihə xoşuma gəlmədi. Mən hesab etdim ki, bu layihə "məqbərə" 

məfhumunu  əks etdirmir. Ona görə  də dedim ki, bunun üzərində yenə  də 

işləmək lazımdır. Bundan sonra dəyişikliklər oldu. Naxçıvana bir-iki il də 

mən rəhbərlik etdim. İndi siz deyə bilərsiniz ki, kim isə edə bilməyib, bəs siz 

niyə bu işi etmədiniz? Mənim buna sadəcə imkanın olmadı. 

Turan xanım yəqin ki, xatırlamalıdır. Mən Naxçıvanın mədəniyyət naziri 

Fəttahova bir-iki dəfə göstəriş verdim ki, Turan xanımı Naxçıvana dəvət 

edin, oturaq fikirləşək, görək nə edək. Ancaq Turan xanım xəstə olduğu üçün 

Naxçıvana gələ bilmədi. Açıq deyim ki, Turan xanım o vaxt gəlsəydi də biz 

bir şey edə bilməyəcəkdik. Şübhəsiz ki, gəlsəydi məsləhətləşəcəkdik, ancaq 

mənim 1981-ci ildə  nəzərdə tutduğum planı  həyata keçirmək mümkün 

olmayacaqdı. Çünki bilirsiniz ki, o vaxt Azərbaycanın hakimiyyəti ilə 

Naxçıvanın  əlaqələri çox gərgin idi. Bir vaxtlar Naxçıvana bir cür təzyiq 

edirdilər, sıxırdılar. Naxçıvanın Ermənistan tərəfindən blokadada olması ilə 

yanaşı, Azərbaycanın rəhbərliyi də Naxçıvaın blokadaya salırdı. 

Təxminən 1991-ci ildən 1992-ci ilin yayınadək bir hakimiyyət dövrü idi. 

1992-ci ilin yayından sonra başqa bir hakimiyyət gəldi, hesab etdim ki, bəlkə 

bu hakimiyyət Naxçıvanın dərdlərinə qayğı göstərər. Ancaq onlar Naxçıvana 

münasibəti daha da gərginləşdirdilər, blokada şəraitini daha da artırdılar. 

Artıq orada  elektrik,  su yox  idi.  İnsanlara çörək tapmaq, elektrik  


______________________________________________ 

7

 



xətti çəkmək, camaatı saxlamaq lazım idi, amma bizim nə vəsaitimiz var idi, 

nə də blokadada olduğumuza görə, vəsait tapsaydıq da həmin məqbərəni inşa 

etməyə imkan yox idi. Çünki bütün inşaat idarələrinin hamısı dayanmışdı. 

Düzünü deyim ki, mən buraya gələndən bu planın həyata keçirilməsi fikri 

daim qəlbimdədir. Bu müddətdə  də göstərişlər vermişəm, xahişlər etmişəm 

ki, layihələr hazırlasınlar. Ancaq bir çox ciddi problemlər buna imkan 

verməyib. Nəhayət, hesab edirəm ki, indi bu məsələ ilə ciddi məşğul 

olmalıyıq. Oktyabr ayında Hüseyn Cavidin anadan olmasının ildönümüdür. O 

vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə  qəbul 

etdiyimiz qərarı heç olmasa 1995-ci ildə həyata keçirməliyik. 

Birincisi, bu məsələyə görə sizi buraya dəvət etmişəm. Mənə dedilər ki, 

burada bir neçə layihə var. Elçin Əfəndiyevə  də, Fatma Abdullazadəyə  də 

tapşırmışdım ki, həmin layihələrə baxsınlar, sonra oturub fikirləşək, 

məsləhətləşək. Ancaq eyni zamanda, bir halda ki, buraya yığışmışıq, əslində 

qabaqcadan başqa məsələlər də  nəzərdə tuturdum. Biz o vaxtlar Hüseyn 

Cavidin ev-muzeyi haqqında da qərar qəbul etmişdik. Həmin ev-muzeyinin 

təşkili də böyük bir çətinlik yaratdı. 

Mən keçmiş  təcrübədən bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar 

bir məsələni həll etmək istəsələr onu edə bilərlər. Vaxtilə, 1976-cı ildə biz 

böyük  şairimiz Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-

muzeyini bir neçə ay müddətində təşkil etdik və bu muzey indi də fəaliyyət 

göstərir. Ondan əvvəl, 1975-ci ildə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 

ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində 

onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq. 

Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq. 

Demirəm ki, bunlar asan işdir. Amma respublika miqyasında bunlar o 

qədər də böyük iş deyil ki, onu etmək mümkün olmasın. Buna sadəcə 

münasibət, istək lazımdır. Məsələn, biz 70-ci illərdə 

Cəlil 

Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında da qərar qəbul 



etmişdik. Amma bu o vaxtdan qaldı. Xatirinizdədir ki, həmin ev-muzeyi 

açılanda mən oraya getdim, onun açılışında iştirak etdim. Xatırladım ki, biz 

Cəlil Məmmədquluzadənin yaşamış olduğu evdəki vətəndaşlara, onların 

qohumlarına hələ 1981-1982-ci illərdə başqa yerlərdə mənzillər verdik. Yəni 

Cəlil Məmmədquluzadənin yaşadığı ev  


______________________________________________ 

8

 



o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz 

keçən il yaratdıq. O, Azərbaycanın mədəniyyəti, tarixi üçün yeni bir səhifə 

oldu və yeni bir abidədir. Böyük bəstəkarımız, dirijorumuz Niyazi 1983-cü 

ildə  vəfat edib, ancaq onun ev-muzeyini bir il bundan əvvəl yaratdıq. Yəni 

istəyəndə eləmək mümkün olur. Bu, işə münasibətdən asılıdır. 

Hüseyn Cavidin həyatı da çox çətin, faciəli olub. Ancaq biz Hüseyn 

Cavidin tariximizdə, mədəniyyətimizdə,  ədəbiyyatımızda tutduğu yeri 

müəyyən etdik və o vaxt qərar qəbul etdik. Cəmiyyət bildi, ictimaiyyət bunu 

qəbul etdi, alqışladı, bəyəndi. Bundan sonra Hüseyn Cavidin ev-muzeyinin 

yaradılması da problemə dönüb. Mənə dedilər ki, bu muzey üçün iki-üç otaq 

ayırıblar, ancaq bu, ev-muzeyi səviyyəsində deyil. Ev-muzeyi yoxdur. İndi 

bununla razılaşmaq olmaz. Ona görə  mən dedim ki, bu gün lazım olsa bir 

neçə saat vaxt sərf edək, bu məsələlərin hamısını  həll edək. Mən 

akademiyanın,  Əlyazmalar  İnstitutunun rəhbərlərini də buraya dəvət 

etmişəm. Bilirsiniz, elə məsələlər var ki, onları siz özünüz həll edə bilərsiniz. 

Mən belə hesab edirəm. Gəlin açıq danışaq, lazım deyil ki, mən bu işə 

qarışım.  Əgər mənə qalsa, vəzifə borcumla əlaqədar 1981-ci ildə bütün 

qərarlar qəbul olunmuşdu və bu qərarları yerinə yetirmək lazımdır. Hüseyn 

Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir 

və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə  qədər yaşayacaqsa, Hüseyn 

Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.  İndi 

onun ev-muzeyini yaratmaq üçün bu onun üstünə, o bunun üstünə atır. İki-üç 

otağın verilməsini həll etmək böyük bir məsələ deyil ki? Ona görə də mən bir 

çox adamları da buraya dəvət etmişəm ki, bütün bunları həll edək. 

1981-ci ildə  qərar qəbul etmişdik ki, Bakıda Hüseyn Cavidin abidəsi 

qoyulsun. Heykəltəraş Ömər Eldarov bu işə başlamışdı  və o vaxt onun 

emalatxanasında eskizlərlə tanış olmuşdum. Heykəlin yeri barədə də müxtəlif 

fikirlər oldu. Nəhayət, heykəlin yeri müəyyən olunub və uzun müddətdən 

sonra abidə  də qoyulub. Ancaq mən Ömər Eldarovla görüşdüm, danışdım. 

Mənə deyilənə görə, həmin abidə kompleksi hələ tamamlanmayıb. Hər halda, 

bu da şəhərin sərəncamında olan işdir. İndi görürəm ki, bu məsələyə də mən 

qarışmasam həll olunmur. İstəyirəm ki, bu gün həmin məsələni də həll edək. 



______________________________________________ 

9

 



Bax, mən bütün bu məsələləri həll etmək üçün sizi buraya dəvət etmişəm. 

Yəni mənim qəti fikrimdir ki, bu ilin oktyabr ayınadək Naxçıvanda Hüseyn 

Cavidin qəbri üzərində möhtəşəm bir abidə, məqbərə qurulmalıdır. Ona görə 

də biz bu gün burada olan layihələrə baxaq, onların hansı birini seçə biləriksə 

seçək. Mən belə qərara gəlmişəm ki, hökumətin, dövlətin ehtiyat fondundan 

vəsait ayrılsın, lazım olan materiallar qısa müddətdə tapılsın, inşaat işləri 

aparılsın və  məqbərə qurulsun. Mən bu gün buraya heykəltəraşları, 

memarları, rəssamları da dəvət etmişəm ki, bu layihələrə hamımız birlikdə 

baxaq. Ancaq məqbərənin bu ilin oktyabr ayınadək yaranması  təmin 

olunmalıdır. Fikrim qətidir, mən bu barədə  sərəncam verəcəyəm və bunun 

üçün lazım olan vəsaiti dövlətdən ayıracağam. Biz bu gün layihəni 

müəyyənləşdirməliyik və  mən bundan sonra inşaat işlərinə başlamaq üçün 

müəyyən orqanlara lazımi tapşırıqlar verəcəyəm. 

Mən burada hiss etdim ki, ev-muzeyinin təşkilində  də müəyyən çətinlik 

var. Deyilənə görə,  Əlyazmalar  İnstitutundakı  həmin otaqların boşaldılması 

üçün Dövlət  İqtisad  İnstitutunun onun yaxınlığında yerləşən binadakı 

fakültəsi oradan çıxarılmalıdır.  İndi bu barədə  də kim lazımdırsa sözünü 

desin. Ancaq mənim fikrim qətidir ki, layiqli ev-muzeyi yaradılmalıdır. 

Çünki yarımçıq iş yaramaz. Biz ev-muzeyləri yaratmışıq və xalqımızın 

görkəmli nümayəndələrinin ev-muzeylərini bundan sonra da yaradacağıq. Bu, 

yaxşı  ənənədir və onu davam etdirmək lazımdır. Mən yenə  də deyirəm ki, 

Cavidin yaşadığı yerdə ev-muzeyi yaradılmalıdır. Hüseyn Cavidin abidəsinin 

ətrafında da lazımi işlər görülməlidir. Bu barədə Ömər Eldarov məlumat verə 

bilər və biz də müvafiq qərar qəbul edərik ki, o işlər qısa müddətdə görülsün. 

 

* * * 


 

Biz indi bu layihələrə baxacağıq, ancaq mən ümumi fikrimi demək 

istəyirəm. Əslində bu fikir 1981-ci ildə də var idi və həmin vaxtdan məndə 

yaşayır. Nizami Gəncəvinin qəbri üzərində vaxtilə bir məqbərə düzəldilmişdi. 

Dahi şairin 850 illik yubileyi münasibətilə həmin məqbərə yenidən quruldu. 

Mən Gəncəyə gedəndə ona baxdım. O vaxt Gəncədəki alüminium zavodunda 

istehsal prosesi elə idi ki, onun tozu Nizaminin məqbərəsini bərbad hala 

qoyurdu. Xatirimdədir ki, Azərbaycanın görkəmli yazıçıları, mədəniyyət 

xadimləri həmin məqbə- 


______________________________________________ 

10

 



rənin yerinin dəyişdirilməsi barədə  mənə bir neçə  dəfə müraciət etmişdilər. 

Mən bu barədə  məktub da almışdım. O məktubu mərhum Rəsul Rza, Qara 

Qarayev,  İmran Qasımov, Süleyman Rüstəm və bir çox başqaları 

imzalamışdılar. Doğrudan da, belə bir narahatçılıq var idi. O vaxt mən özüm 

də bir dəfə  Gəncədə olanda gedib baxdım. Texnologiyanın aşağı  səviyyədə 

olması üzündən alüminium zavodundan çıxan tozlar həqiqətən, o vaxt 

Gəncənin bu ərazisini bütünlüklə bürüyürdü. Hətta oradakı ağaclar, güllər də 

çox pis vəziyyətə düşürdü. 

Bu məsələ bir neçə il müzakirə olundu. Mən 70-ci illəri deyirəm. Ancaq 

mən düşünürdüm ki, əgər bu qəbir buradadırsa, bütün müharibələrə

hücumlara, qalibiyyətlərə, məğlubiyyətlərə, dəyişikliklərə baxmayaraq, 800 il 

burada qalıbsa, indi onun yerini dəyişdirmək olmaz. Ona görə də mən o vaxt 

bu fikrə razı olmadım. 

Nizami Gəncəvinin 840 illik yubileyini keçirəndə  həmin məqbərənin 

yenidən qurulması haqqında qərar qəbul etdik. Bundan sonra Gəncə 

alüminium zavodunun istehsal texnologiyasında da bir çox dəyişikliklər 

əmələ gəldi, müəssisədən çıxan tozun qarşısı müəyyən miqdarda alındı. İndi 

o, modernləşib. Mən Gəncədə olanda gedib baxdım, məqbərə yaxşı 

vəziyyətdədir. 

Biz  Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə 

yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, 

gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik. 

Orada respublika ictimaiyyətinin nümayəndələri,  ədəbiyyat, incəsənət, 

mədəniyyət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. 

Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin 

məqbərəsi də öz xalqımıza qayıdacaq. Umumiyyətlə,  Şuşada olan tarixi 

abidələrimizin hamısı özümüzə qayıdacaq. 

Əgər keçmişi götürsək, Naxçıvanda çox böyük bir tarixi məqbərə vardır - 

dahi memar Əcəmi Naxçıvaninin  əsəri. Q, 800 ildir yaşayır. Bu, Möminə 

Xatun məqbərəsidir. Bilirsiniz ki, onun altı  qəbirdir. Naxçıvanda belə bir 

möhtəşəm məqbərəni bizim əcdadlarımız yaradıblar. Bu, Azərbaycanın 

memarlıq tarixində, sənətində  ən görkəmli yerlərdən birini tutur. Bəs indiki 

nəsillər nə üçün belə abidələr yaratmasın? Ona görə  də Hüseyn Cavidin 

cənazəsi Sibirdən gətiriləndə  mən məhz bu fikrin tərəfdarı oldum ki, onun 

qəbri Naxçıvanda olsun, bir tə- 


______________________________________________ 

11

 



rəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdə 

isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax, 

mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o 

fikirlə yaşayıram. Ona görə  də istəyirəm ki, indi bizim üçün çətin olsa da, 

belə bir möhtəşəm məqbərə yaradaq. Bu həm böyük memarlıq abidəsi, həm 

də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun. Hesab edirəm ki, 

hazırlanmış layihələrə  də bu nöqteyi-nəzərdən baxmaq lazımdır.  İndi isə 

həmin layihələrə baxaq. 

 

*  *  * 


 

 Düşünürəm ki, belə etmək lazımdır. İndi mən bunların hamısına baxıram, 

fikrim bir az dağılır. Yəqin siz də elə bu fikirdəsiniz, ona görə  də  qəti bir 

qərar qəbul etmək mümkün deyil. Belə fikirdəyəm ki, bu layihələri yandakı 

salona qoysunlar, iki-üç gün ərzində  hərə  fərdi qaydada gəlib bu layihələrə 

baxsın. Turan xanım özü də bu layihələrə bir daha diqqətlə baxsın. Mən 

özüm də vaxt taparam, heç kəs olmayanda bir saat oturub bu layihələrə bir də 

baxaram. Üç-dörd gündən sonra bir daha yığışarıq və konkret qərar qəbul 

edərik. 

Ancaq mən ümumi fikirləri demək istəyirəm. Həmin fikirlər bundan 

ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq 

lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olmasın. 

Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait 

yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, 

düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı 

deyiləm. Tarixən yaradılan məqbərələrin də hamısı tamam örtülü olmayıb. 

Məsələn, Möminə Xatun məqbərəsi tam qapalıdır, ancaq haradansa 

yuxarıdan bir balaca işıq düşür. Belə  də olmalıdır. Bayaq Molla Pənah 

Vaqifin məqbərəsini ona görə yada saldım ki, o həm qapalı idi, həm də hər 

yerdən içəri işıq düşürdü. Elə etmək lazımdır ki, bu məqbərənin içində sakit 

bir mühit olsun. 

Məqbərə  gərək çox böyük olmasın. Hüseyn Cavidin əsərlərindən 

obrazların təsviri də  səmimi olsa yaxşıdır. Mən belə fikirdəyəm ki, bu 

məqbərəni xaricdən görəndə  də  gərək fikir cəmlənsin və onun içərisində 

olanda da fikir dağılmasın. Məqbərənin miqyası da buna uyğun olmalıdır. 

Gərək bu layihələrin  müəllifləri  də  ciddi fikirləşsinlər və biz də bir az 

fikirlə- 


______________________________________________ 

12

 



şək. Ancaq yaddan çıxarmaq olmaz ki, bu məsələ üç-dörd günün içərisində 

həll edilməlidir. 

Şübhəsiz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də 

burada Azərbaycanın milli memarlıq  ənənələri nəzərə alınmalı  və orada 

bunun nişanələri olmalıdır. Bu mütləq lazımdır. Bax, bu binanı tikəndə  də 

belə oldu. Binanın layihəsinin müəllifləri, xüsusən Tahir Abdullayev tez-tez 

mənim yanıma gəlirdi. Mən dəfələrlə ona demişdim ki, bu binanın tamamilə 

milli xarici görkəmi olmalıdır.  İndi bu binada gördüyünüz milli elementlər 

barədə biz o vaxt dəfələrlə fikir mübadiləsi aparmışdıq. O zaman mən onu 

məcbur etdim ki, binanın heç olmasa iki mərtəbəsinin pəncərələri milli 

üslubda olsun. Məndən olsaydı, o vaxt bu binanı daha da milli görkəmli 

edərdik. Hər halda hesab edirəm ki, bu bina yaxşıdır, xarici görünüşü 

gözəldir. 

Vaxtilə biz iqamətgah binasını tikərkən (həmin binanın layihəsinin 

müəllifi Rasim Əliyevdir) Mikayıl Hüseynovu bir neçə  dəfə oraya dəvət 

etmişdim. Mən onlara dedim ki, binanın daxilində milli ornamentlər lazımdır. 

Bir dəfə  rəhmətlik Mikayıl Hüseynova dedim ki, (mən arxitektura 

fakültəsində oxuyarkən o mənim müəllimim olmuşdur), vaxtilə sizin 

kitablarda milli ornamentlər var idi. Gətirin baxaq. Sonra Mikayıl Hüseynov 

və Rasim Əliyev gəldilər, mən kitabdakı  həmin ornamentləri onlara 

göstərdim və xahiş etdim ki, bax, bunları divara salın.  İqamətgahın 

divarlarında mərmərin üzərində ornamentlər oymaq çətin idi. Bilirsiniz ki, bu 

ornamentləri gipsdən və başqa materialdan düzəldirlər. Lakin Şirvanşahlar 

sarayı kompleksində ornamentlərin hamısı daşın üzərində yonulub və çox 

gözəldir.  İqamətgahın divarları  mərmərdən olduğu üçün bu, çox çətin idi. 

Lakin onlar bu işi gördülər. İndi iqamətgahın salonlarının divarındakı mərmər 

lövhələrin üzərindəki ornamentlər bax, belə hazırlandı. 

Demək istəyirəm ki, memarlarımızda mühafizəkarlıq var. Bir tərəfdən 

Azərbaycanın milli ornamentlərini təbliğ edirlər, digər tərəfdən isə bunu öz 

işlərində  tətbiq edəndə  nədənsə  çətinlik çəkirlər. Bu baxımdan arzu edirəm 

ki, bu layihələrin hansınısa seçək, birləşdirək, sintez edək, bir də baxaq. 

Amma bu amili də nəzərdə tutaq ki, müasirlik də olsun, ancaq milli memarlıq 

ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni 

zamanda sadə olanda daha gözəl görünür. 



______________________________________________ 

13

 



Ona görə  də  mən Ramiz Mehdiyevə, Elçin Əfəndiyevə, Fatma 

Abdullazadəyə tapşırıram ki, müzakirələr aparsınlar, bu layihələr qonşu 

salona qoyulsun, gəlib-gedənlər də baxsın. Mən özüm də sakit bir vaxtda 

axşam gəlib baxacağam. Bir sözlə, biz qısa müddətdə layihəni seçməli, 

müəyyənləşdirməli və Naxçıvanda bu məqbərənin inşasına başlamalıyıq. Bu 

məqbərə Hüseyn Cavidin anadan olması günündən də bir xeyli qabaq, 

sentyabrın axırında hazır olmalıdır. 

Qəbir məqbərənin içində olmalıdır.  İndi Ömər Eldarov burada bir 

heykəltəraşlıq nümunəsi göstərdi. Ona da baxmaq olar, yaxud başqa bir 

nümunə də hazırlamaq olar. Hər halda məqbərənin içində heykəl, yaxud büst 

olsun. Hüseyn Cavidin surəti məqbərənin içində mütləq olmalıdır. Xahiş 

edirəm bunu da nəzərə alasınız. Elə olmasın ki, məqbərənin içində tək qəbir 

daşı olsun. Xatirimdədir, Molla Pənah Vaqifin Şuşadakı  məqbərəsində  də 

Vaqifin büstü var idi... 

Bu barədə fikirlərimizi dedik. Bəs ev-muzeyi barədə nə çətinlik var. Bu 

barədə kim nə deyə bilər? 

 

*  *  * 


 

Şübhəsiz ki, mən sizin bu çıxışlarınızı  və verdiyiniz hədiyyələri 

gözləmirdim. Ancaq fürsətdən istifadə edib deyə bilərəm ki, mənim 

mədəniyyətə münasibətim məlumdur. Bu, sadəcə söz deyil. Mən 

mədəniyyətə öz münasibətimi əməlimlə, işimlə həmişə bildirmişəm. Vaxtilə 

memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var. 

Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan 

memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər 

şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlaqədar layihələrə memarlarla 

birlikdə baxıb öz mülahizələrimi bildirmişəm. Hətta zavod tikiləndə, 

məsələn, Bakı kondisionerlər zavodu tikiləndə  də  mən onun memarlıq 

cəhətdən gözəl olmasına çalışırdım. Həmin zavodda olanlar da görüblər ki, 

onun xarici görünüşü memarlıq cəhətdən dəyərlidir. Ona görə  mən mütləq 

vaxt tapıb memarlarla görüşəcəyəm. 

 

*  *  * 


 

Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan 

etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu 

millətçi, pantürkist, antiso- 



______________________________________________ 

14

 



vet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman 

keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ 

olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan 

üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş 

adamlar, onların ailələri üçün repressiya illəri nə  qədər uzun olsa da keçib 

getdi, o ailələr, o insanlar tamamilə  bəraət qazandılar, hətta tarixi şəxsiyyət 

kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər. 

Güman edirəm, müstəqil Azərbaycanın həyatındakı bu ağır dövr də keçib 

gedəcək və biz şəhərlərimizi, qəsəbələrimizi, hər yeri abadlaşdırıb tikəcəyik. 

Mən vaxt tapıb memarlarla görüşəcəyəm, indi isə sizin vasitənizlə 

Azərbaycanın bütün memarlarına öz hörmət və ehtiramımı, salamlarımı 

çatdırıram. 

Mənə bağışlanan miniatür kitabdan çox razı qaldığımı bildirirəm. 1981-ci 

ildə SSRİ  Rəssamlıq Akademiyasının Azərbaycanda keçirilmiş tarixi 

sessiyası yadıma düşdü. Oradakı  çıxışımı xatırlayıram. Bu çıxış çox geniş 

yayılmışdı. Hətta bundan sonra Moskvaya səfər edərkən SSRİ Memarlar 

İttifaqının sədri məndən çox xahiş etdi və mən orada da çıxış etdim. O zaman 

mən Azərbaycan miniatür rəssamlıq sənətinin çox dəyərli olduğunu və onun 

inkişaf etdirilməsi məsələsini ortaya atdım. Doğrudan da belədir.  Əgər 

keçmişi götürsək, rəngkarlıq Azərbaycanda XX əsrdə yaranıb. Ancaq 

Azərbaycan rəssamlıq məktəbi çox zəngin, böyük bir məktəbdir və o da 

miniatür rəsmlər məktəbi, Sultan Məhəmməd məktəbidir. Sultan 

Məhəmmədin 500 illiyinin qeyd edilməsi haqqında qərar var. Vaxtilə onun 

haqqında Azərbaycanda Kərim Kərimovun monoqrafiyası  nəşr olunub. Ona 

görə  də miniatür məktəbinin Azərbaycanda yenidən inkişaf etməsi məni 

sevindirir. Arzu edirəm ki, bu, daha da inkişaf etsin. 

Gələcəkdə bizim mədəniyyət sahəsində görəcəyimiz işlər çoxdur. 

Fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Füzulinin 500 illik yubileyi 

məraslmlərinin bəziləri keçirilib, amma bəziləri qalır. Gərək ki, Elçin 

Əfəndiyev həmin komissiyanın sədr müavinidir. Ona görə sən də bu barədə 

düşün və proqram ver ki, qalan tədbirləri necə keçirəcəyik. Gərək həmin 

tədbirləri də bu il başa çatdıraq. Digər tədbirlər də keçirəcəyik. Sağ olun. 

 

 


______________________________________________ 

15

  1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə