AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar
Sadəcə başlayın.
Çoxumuz üçün çətin olan həmişə başlamaqdır. Amma bəzən biz üzərimizə gərəyindən çox məsuliyyət yüklədiyimiz üçün, elmi işin məqsədlərindən uzaqlaşa bilirik. Ona görə də, gecikdirmədən başlamaq lazımdır. Başlarkən, giriş və nəticə hissələrindən yox, mündəricatda ilk araşdıracağınız başlığa start verin. Giriş və nəticə hissələri ən sonda yazılmalıdır. Yazdığınız işin, sadəcə başlanğıc üçün, o qədər də əhəmiyyətli olmadığını düşünüb məsuliyyəti yüngülləşdirərək başlaya bilərsiniz. Ancaq yazdıqca, ciddiyyətinizi maksimuma yüksəldin və işinizi sevərək davam edin.