Müxtəlif yodlu duzların istehsal üsulları


Nişasta üzərində adsorbsiya olunub onu tünd göy rəngə boyanır



Yüklə 24,28 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40765
1   2   3   4
cemale

Nişasta üzərində adsorbsiya olunub onu tünd göy rəngə boyanır.

  • Yod xalq təsərrüfatının, kimya,metallurgiya və digər sahələrində geniş tətbiq edilir, bu səbəbdən ona olan tələbat günü-gündən artır. Bu tələbata yod istehsalının yeni, mükəmməl texnologiyalarının işlənməsi və tətbiqi yolu ilə cavab vermək olar. Belə üsullardan biri hazır məhsul buraxan müxtəlif aparatlar tətbiq etməyə imkan verən ionit üsulu ilə yod istehsalıdır.

  • İondəyişən qətranlar vasitəsilə duz məhlullarından yodun alınması aşağıdakı mərhələlərdən ibarətdir:

    • Duz məhlullarının mexaniki qarışıqlardan təmizlənməsi;

    • Məhlulun təbii qələvililiyinin neytrallaşdırılması və onun turşulaşdırılması;

    • Yodidin xlor vasitəsilə elementar yoda qədər oksidləşdirilməsi;

    • Yodun qətranla udulması;

    • Qətrandan yodun desorbsiyası və konsnetradan elementar yodun ayrılması.

    • Məhlulun qələvililiyinin neytrallaşdırılması və turşulaşdırılması, yodun hidrolizi nəticəsində yod itkisinin qarşısını almaq üçündür. Turşulaşdırma aparılmadan da işləmək olar. Lakin bu vaxt yodun ayrılması azalır

    • Təbii duz məhlullarından yodun alınması üçün bir çox zavodlarda AB-17 və AMP ionitlərindən istifadə edilir. İonitin dövr etdirilən layında yodun udulması daha səmərəlidir. Udulmuş yodun anionitdən desorbsiyasını müxtəlif reagentlər vasitəsilə həyata keçirmək olar. Bu məqsədlə natrium sulfit, natrium hidroksid və natrium xloriddən istifadə etmək olar

    • Neft sularından əmələ gələn göllərdə kifayət qədər yod olur. Buruq suyu turşulaşdırılır. Əsas:

    • 2NaJ + H2SO4 = Na2SO4 + 2 HJ

    • Ca (HCO3)2 + H2SO4 = CaSO4 + 2CO2 +2 H2O

    • 2RCOONa + H2SO4 = Na2SO4 + 2RCOOH

    • ( Ca, Na2 )S + H2SO4 = (Ca,Na2)SO4 + H2S

    • Turşulaşmış suyun üzərinə oksidləşdirici kimi 10-15%-li NaNO2 məhlulu əlavə edilir.

    • 2HJ + H2SO4 + 2 NaNO2 = Na2SO4 + 2H2O + 2NO +J2

    • Oksidləşdirici kimi həmçinin Cl-dan, hipoxloritdən, yodatdan və yaxud da dəmir xloriddən də istifadə edirlər. Oksidləşmə zaman aşağıdakı reaksiya gedir.

    • Xlorla: 2HJ+Cl2↔2HCl+J2

    • Hipoxloridlə:2HJ+HClO↔HCl+H2O+ J2

    • Dəmir xloridlə: 2HJ+2FeCl3= J2 +2HCl+2FeCl2

    • 3J2 + 3H2O ↔ 6H+ + 5J + 7O3

    • Yod dənəvərlənmiş aktiv kömürlə adsorbsiya olunur- süzülür. Aktivləşmiş kömür münasib ağac növlərindən ( 80-1000C ) əldə edilərək hava ilə və ya kimyəvi reagentlərlə üfürərək aktivləşdirilir. Sonrakı mərhələ yodun kömürdən desorbsiya olunması üçün doymuş kömür müəyyən temperatura qədər qıızdırılır, qələvi muhitdən istifadə edilir, yodid və yodat əmələ gəlir. Qələvi kimi 10-15%-li NaOH-dan istifadə edilir. Sonra yodun kömürdən desorbsiya olması üçün yod doymuş kömürlı birgə müəyyən temperatura qədər qıızdırılır, bu zaman qələvi muhitdən yodun desorbsiyası baş verir. Qələvi ilə yuma zamanı eyni zamanda yodatın kömürlə reduksiyası prosesi də gedir.

    • 3J2 + 6NaOH ↔ 5NaJ +NaJO3 + 3H2O

    • J2+Na2SO3+H2O=2NaJ+H2SO4

    • J2+Na2SO3+2NaOH=2NaJ +Na2SO4+H2O

    • 2NaJO3 +3C =NaJ + 3CO2

    • Qələvi məhluldan yodun ayrılması üçün müxtəlif oksidləşdirircilərdən istifadə edilir. Yod kristallarının qələvi məhlulundan ayrılması, kristallaşması baş verir

    • 6NaJ + KClO3 + 3H2SO4 = 3Na2SO4 + KCl + 3H2O + 3J2

    • 6NaJ +Na2CrO7 +7H2SO4 = 4Na2SO4 + Cr2(SO4)3 +7H2O + 3J2


    • Yüklə 24,28 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin