MÜHAZİRƏ 2 Kompüter şəbəkələri-əsas anlayışlar
Kompüter şəbəkələri müxtəlif sayda kompüterlərin və periferiya qurğularının əlaqə xətləri (kabelləri) vasitəsilə birləşdirilmə sidir.
Kompüter şəbəkələri çox mürəkkəb strukturlu sistemlərdir və onların düzgün fəaliyyəti şəbəkənin hər bir elementinin işindən asılıdır. Global (İnternet) və ya Lokal şəbəkələrdə informasiya təhlükəsizliyini təmin etmək, kompüter mütəxəssisləri qarşısında duran ən aktual problemlərdən biridir.
Şəbəkə [Network; Сеть] – informasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə hər hansı üsulla birləşdirilmiş kompüterlər və ya başqa qurğular qrupudur.
Resurslar – şəbəkədə birgə istifadə olunan proqramlar, fayllar, eləcə də printerlər və başqa periferiya qurğularıdır.
Dostları ilə paylaş: |