N 08 (53 2016) Binnət Eloğlu Elin dərdi, həsrəti



Yüklə 2.51 Mb.
PDF просмотр
səhifə1/30
tarix02.07.2017
ölçüsü2.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30

www.kitabxana.net

 

 



Milli Virtual Elektron Kitabxana

 

“ÇağdaĢ Azərbaycan poeziyası”:

 N 08 (53 - 2016)

 

Binnət Eloğlu 

 

 

Elin dərdi, həsrəti 

 

(ġeirlər və poemalar) 

 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri  



 

YYSQ – 2016 

 

09.01.2016 



Yeni Yazarlar və Sənətçilər Qurumu 

www.yysq.org

  

 

 

 

 

 

 


www.kitabxana.net

 

 





www.kitabxana.net

 

 



Milli Virtual-Elektron Kitabxananın təqdimatında 

Bu  e-kitab  Yeni  Yazarlar  və  Sənətçilər  Qurumunun 



"ÇağdaĢ 

Azərbaycan  poeziyası"

  ədəbi-kulturoloji  layihəsi  çərçivəsində 

təqdim edilir. Elektron kitab N 08  (52 - 2015) 

Kulturoloji layihəni maliyyələĢdirən qurum:  

YYSQ - 

http://www.yysq.org

  

Binnət Eloğlu 

 

 



Elin dərdi, həsrəti 

 

(ġeirlər və poemalar) 

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur. 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), 

yazar-kulturoloq 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri 



Bаkı, YYSQ – 2016 

 

 

 

 

www.kitabxana.net

 

 





 

DİQQƏT 


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və 

əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan 

kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron 

informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa 

kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün 

ədəbiyyat kimi göstərilməsin şamil olunmur. 

 

 

www.kitabxana.net

 

 





 

 

BİNNƏT   ELOĞLU 

 

 

 

ELİN DƏRDİ,  

HƏSRƏTİ

 

 

(şeirlər və poemalar) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Elm və təhsil” 

Bakı – 2014 

 

 

 

 

www.kitabxana.net

 

 





 

 

Redaktor və ön sözün 

 

müəllifi:    

Vaqif Yusifli  

filologiya elmləri doktoru 

 

Rəyçilər:    

Seyfəddin Qəniyev  

filologiya elmləri doktoru 



 

     

 

Elxan Məmmədli  

AMEA Folklor İnstitutunun şöbə müdiri,  

Əməkdar mədəniyyət işçisi 

 

 



Binnət Eloğlu. Elin dərdi, həsrəti. 

Bakı, “Elm və təhsil”, 2014, 396 səh. 

 

        Binnət  Eloğlu  (Binnət  Dilən  oğlu  )  1940  -  cı  il  iyunun  1  də  Tovuzun 



Düz - Cırdaxan kəndində müəllim ailəsində anadan olub. 1956-cı ildə 7 illik 

məktəbi  əla  qiymətlərlə  bitirib  1956-1959-cu  illər  koxozda  çoban,  biçinçi 

dəmir yolunda fəhlə işləyib. 1959-1962-ci illər hərbi xidmətdə olub. 1962-ci 

ildə Bakıda xarrat rəssam  işləyə-işləyə gecə  məktəbini bitirib. 1974-cü ildə  

M.F.Axundov adına Pedaqoji İnstitutu bitirib. İnstitutda  gündüz oxuyarkən 

axşamlar  6  saylı  əmək  –  islah  koloniyasında  xarratlıqdan  dərs  keçib.      

1974-cü  ildən  1911-ci  ilədək  radiozavodda  mülkü  –  müdafiə  rəisi,  orta 

məktəbdə  müəllim  işləyib.  15  yaşından  şeirin  bütün  formalarında  lirik  və 

satirik şeirlər  və  poemalar yazır.

 

 

 

 

 

2014


098

4702000000



N

  

qrifli nəĢr

 

                       

© «Elm və təhsil», 2014 

 


www.kitabxana.net

 

 





 

 

 

Binnət Eloğlunun  

Ģeir dünyası 

 

Tovuz  Azərbaycanın  sazlı  –  sözlü  sənət  ocaqlarından 

biridir. O, təkcə gözəl təbiəti, bərəkətli torpaqları ilə deyil, həm 

də yetirdiyi görkəmli sənətkarları ilə fəxr edə bilər. Bu torpaqda 

təkcə  gözəl  nemətlər  yetişmir,  bu  torpağın  bağrından  aşıq 

Hüseyn  Bozalqanlının,  Mikayıl  Azaflının  saz  möcüzələri  fəv-

varə vurur. Ozan – Aşıq mədəniyyətinin ən qədim ocaqlarından 

biridir  –  Tovuz.  Ünlü  şairlərimiz  –  Məstan  Günər,  Məmməd 

İsmayıl,  Zirəddin  Qafarlı  Tovuzun  Azərbaycana  bəxş  etdiyi 

qüdrətli qələm sahibləridir. Ədəbi – elmi fəaliyyətləri ilə daim 

diqqət  mərkəzində  olan  Qəzənfər  Paşayev,  Məhərrəm  Qasımlı 

Tovuzun yetirmələridir. Tovuz torpağı – Tovuz eli hələ bundan 

sonra da neçə belə istedadlı sənətçilər yetirəcəkdir. 

Bu  yaxınlarda  Binnət  Eloğlu  adlı  yaşlı  bir  şairlə  tanış 

oldum. Şeir və poemaları olan 400 səhifədən artıq bir əlyazma-

sını mənə verdi. ―Kitabımı hazırlayıram, xahiş edirəm, rəyinizi 

bildirin, əgər şeirlərim xoşunuza gəlsə, o kitaba ön söz də yaza 

bilərsiniz‖  –  doğrusu  yaşı  yetmişi  keçmiş,  üz  gözündən  işıqlı 

bir  adama  oxşayan  bu  ağsaqqalın  xahişini  yerə  salmaq  istə-

mədim. Vaxtımın məhdudluğuna baxmayaraq, o  əlyazmanı bir 

neçə  gün  ərzində  birər  –  birər  vərəqlədim.  Doğrusu,  heyrətə 

gəldim. Ədəbi aləmdə o qədər də tanınmayan, olsun ki, heç şeir 

kitabı da nəşr edilməyən, yalnız bəzi qəzetlərdə şeirləri işıq üzü 

görən Binnət Eloğlunun istedadlı bir qələm sahibi olduğuna heç 

şübhəm qalmadı. Hiss elədim ki, Binnət müəllim ağlı kəsəndən 

–  lap  uşaqlıqdan  şeir  yazırmış.  Buna  inanmamağa  haqqım 

yoxdu,  çünki  sazlı  -  sözlü  bir  diyarda  –  Tovuzda  istedadlı  bir 

adamın şair olmamağı qeyri mümkündür. 



www.kitabxana.net

 

 



Binnət  Eloğlunun  şeir  və  poemalarını  oxuyanda  onu  da 

hiss  elədim  ki,  o,  geniş  mütaliə  qabiliyyətinə  malikdir  – 

Azərbaycan  poeziyasının  vurğunudur  (ona  ən  yaxşı  oxucu  da 

demək olar), oxumadığı, təsirlənmədiyi şair yoxdur. 

Təkcə bumu? Yox! Başqa bir cəhəti də var – o da bundan 

ibarətdir  ki,  Binnət  Eloğlu  Azərbaycan  şeirinin  bütün 

formalarına  yaxşı  bələddir.  Əruz  vəznində  də  qələmini  sınayır. 

Amma  ən  çox  heca  şeiri  ilə  bağlıdır,  bu  da  səbəbsiz  deyil.  O, 

şeirə  xalq  şeirinin,  aşıq  poeziyasının  qanadlarında  gəlib. 

Şeirlərinin  mövzusuna  gəldikdə  isə  rəngarəngliyi  ilə  seçilir. 

Vətənpərvərlik,  Azərbaycanın  tərənnümü,  Qarabağda  baş  verən 

və  bir  şair  kimi  daim  onu  həyəcanlandıran  hadisələr, 

müharibənin  doğurduğu  acılıqlar,  cəmiyyətdə  baş  verən  mənfi 

hallar,  gözəl  təbiətimiz  –  çaylarımız,  dağlarımız,  meşələrimiz, 

gözəl  məskənlərimiz  şairin  sevgi  dünyası...bütün  bunlar  onun 

şeirlərində  əks  olunur.  Binnət  Eloğlunun  Azərbaycan 

Demokratik Respublikasının 80 illiyinə ithaf etdiyi ―Qoymadılar 

bilək  tariximizi‖,  şəhidlərdən  söz  açdığı  ―Şəhidlərimiz  -  

igidlərimiz‖, ―Qarabağın qanlı, qəmli, şanlı günləri‖, ―Şəhriyarın 

Heydər  babaya  salam‖  poemasından  təsirlənərək  yazdığı 

―Həsrət‖, Füzuliyə həsr etdiyi ―Müqəddəsim‖, Q.B.Zakirə xitab 

və nəzirə kimi qələmə aldığı ―Belədir halımız, ay baba indi‖ adlı 

poemaları  da  var  və  buda  sübut  eləyir  ki,  Binnət  Eloğlu  təkcə 

lirik,  satirik  şeirlərlə  kifayətlənmir,  həm  də  epik  poeziyaya  da 

meyl edir. 

Binnət  Eloğlunun  şeirləri  öz  təbiiliyi  və  xəlqiliyi  ilə 

diqqəti  cəlb  edir.  Təbiilik  onun  bütün  şeirlərini  ruhuna  hopub. 

Bəli, o, sadə yazır, amma çalışır ki, təzə söz deməyə nail olsun. 

Qarabağ mövzusu onun şeirlərində daha önəmli yer tutur. 

 

Məni gəzmə Bakıda, nə də Tovuzda, qardaş, 



Ürəyimdə qəm-kədər gözlərimdə qanlı yaş, 

Huşum özümdən uzaq, halı pərişan, çaş-baş, 

 


www.kitabxana.net

 

 



Sərsəritək gəzirəm, fikrim düzdə, dağdadır 

Səhərə çox var, sübhüm, danım Qarabağdadır... 

 

Cıdır düzü yas tutur, Şuşa yağılardadır. 



Vaqifin şair ruhu nigarandı, dardadır. 

Qədir yanır qovrulur, haqq-ədalət hardadır? 

 

Binnətəm, çoxdan gözüm göydə, üzüm haqdadır, 



Bakıda can verirəm canım Qarabağdadı. 

 

Elin  dərdi,  məmləkətimizin  başı  üstündə  oynayan  qara 



buludlar,  həyatın  ağrıları  Binnət  Eloğlunu  düşündürən, 

həyəcana  gətirən  əsas  məsələlərdir.  Xüsusən,  onun  doxsanıncı 

illərdə  yazdığı  şeirlərdə  Vətən  dərdi  çəkən  bir  ziyalının  ürək 

harayını eşdirik. Deyir ki: 

 

Qanlı göz yaşımı mürəkkəb edib, 



Beş ildir yazıram elin dərdini. 

Min-min şəhid olmuş igidlərimin

Min-min ər gözləyən gəlin dərdini. 

 

Əsir düşüb min-min gəlinim, qızım, 



Beş ildir gözümdə qalıb murazım. 

Beş ildir xəzandan seçilmir yazım, 

Bir gündə çəkirik ilin dərdini. 

 

Onun ―Çadır şəhərində‖, ―Qarabağ getdi bada‖, ―On iki 



ildir‖, ―Bölünmüş xalq‖, ―Şəhidlər xiyabanında‖ və s. şeirləri 

bir  şair  qəlbindən  qopan  haraylardır.  Binnət  Eloğlunun  bir 

çox şeirlərində isə qələbəyə böyük inam hiss edirsən: ―Yazaq 

zəfər  marşını‖  şeirində  Binnət  Eloğlu  qələbəmizin  haçansa 

Cıdır düzündə bayram ediləcəyinə inanır. Bizdə inanırıq... 

Binnət  Eloğlunun  qoşmaları  mənə  daha  çox  sevindirdi. 

Sevincimə səbəb odur ki, Binnət müəllim qoşmanı məhz qoşma 


www.kitabxana.net

 

 



kimi  yazır.  Onun  kalassik  ölçülərinə  tam  riayət  edir  və  çalışır 

ki, bu qoşmalarda özünəməxsus izi olsun. Xüsusən, onun sevgi 

mövzusunda  qələmə  aldığı  qoşmaları  bu  janrın  bədii  –  estetik 

imkanlarını bir daha aşkara çıxarır. 

 

Əzizim, hər dəfə səni ananda, 



Dil dodağa, dodaq dilə yalvarır. 

Könlümdən keçəni sənə yazanda 

Əl varağa, varaq ələ yalvarır. 

Üzüm gülür gülər üznə baxanda, 

Gözüm gülür xumar göznə baxanda. 

Əllərim teliyin söznə baxanda, 

Tel barmağa, barmaq telə yalvarır 

 

Nə vaxt ki, ayağın çəmənə dəyir 



Sənə gül-çiçəklər təzim eləyir. 

―Qoy ona payəndaz  mən olum‖ – Deyir, 

Gül zambağa, zambaq gülə yalvarır. 

 

Bağa yayılanda ətrin, nəfəsin, 



Binnətə  ruh verir gülüşün,səsin, 

İsstəyirlər səni xoşhal eləsin, 

Bülbül bağa, bağ bülbülə yalvarır... 

 

Binnət  Eloğlunun  qəzəlləri  də,  dördlükləri  də,  bayatıları 



da,  gəraylıları  da, təmsilləri də, rübailəri də  onun bir şair kimi 

bu  formalara  yaxşı  bələd  olduğundan  xəbər  verir.  Xüsusilə 

gəraylıda o, təzə söz deyə bilir. 

 

Quzey yeli çox bəd əsdi 



Bağ-bağçam saraldı, getdi. 

Bülbül öldü, çiçək  soldu, 

Gülümü xar aldı, getdi. 

 


www.kitabxana.net

 

 



10 

Yağı üstümə od tökdü, 

Sinəmə çarpaz dağ çəkdi. 

Torpağımı tankla əkdi, 

Eli dərdə saldı, getdi. 

 

Zəmimi bombalar biçdi, 



Tarlam su yernə qan içdi, 

Evim uçdu, çıram keçdi, 

Ocağım qaraldı, getdi. 

 

Tay-tuşlarım güllələndi, 



Şəhid qanına bələndi. 

Başımıza qor ələndi, 

Gözümüz kor oldu, getdi. 

 

Binnətəm, ədalət hanı? 



Qurulmur haqqın divanı. 

Cəllad tökdü nahaq qanı, 

Canımdan can aldı, getdi. 

 

Binnət Eloğlunun bütün şeir və poemalarında onun obrazı 



– bir azərbaycanlı kimi keçirdiyi hislər, duyğular əks olunur və 

deyərdim  ki,  o,  bu  şeirlərin  qəhrəmanıdır.  Düşünən,  əzab 

çəkən, sevinən, kövrələn bir xalq adamı – bir ağsaqqal və ziyalı 

özünü ifadə edir, öz ürəyini açır o – insanlara. 

Onun  poemaları  da  ilhamla  yazılıb.  Ən  çox  diqqəti  cəlb 

edən  ―Həsrət‖  poemasıdır  ki,  Binnət  müəllim  bu  əsəri 

Şəhriyarın  ―Heydər  babaya  salam‖  poemasına  nəzirə  yazıb. 

Şair Şəhriyarın poemasındakı şeir ölçülərini, strukturunu yaxşı 

mənimsəyib.  Əgər  bir  oxucu  maraqlansa  ki,  Tovuzun  Düz 

Cırdaxan  kəndi  hansı  adət  -  ənənələri,  etnoqrafiyası,  insan 

çeşidləri ilə seçilir, o zaman ―Həsrət‖ poemasına müraciət edə 

bilərlər.  Deyə  bilərəm  ki,  bu  poema  Düz  Cırdaxan  kəndinin 

tarixidir,  coğrafiyasıdır,  etnoqrafiyasıdır,  keçmişi  və  bu 


www.kitabxana.net

 

 



11 

günüdür.  Yada  Salınan,  xatırəyə  dönən  və  yaddaşlardan 

silinməyən  xoş  anlar,  gözəl  insanlar  da  var,  acılıqlar  da,  qəm-

qüssəli dəmlər də. 

 

Cırdaxan, sönməsin odun, ocağın, 



Günəştək əbədi yansın çırağın, 

Yayılsın aləmə səsin, sorağın! 

Mənim şöhrətimdir şöhrətin adın 

Mən nədən yazardım sən olmasaydın?! 

 

Təfərrüata  varmadan  deyə  bilərəm  ki,  Binnət  Eloğlunun 



digər poemaları da ürəklə, ilhamla yazılıb. 

Mən  Binnət  Eloğlunun  şeir  və  poemaları  haqqında  öz 

ürək  sözlərimi  ifadə  etdim  və  fikrimcə,  onun  bu  yaşda  da 

şeriyyət  aləmində  uğurlar  qazanacağına  inanıram.  Təki  yazsın 

yaratsın və yorulmasın! O bir şair ömrü yaşayır. 

 

Vaqif YUSĠFLĠ  

filologiya elmləri doktoru  


www.kitabxana.net

 

 



12 

 

 

 

 

Müəllifdən 

 

55  ildən  artıqdır  ki,  bədii  yaradıcılıqla  məşğulam  100-ə 

yaxın  şeirim  müxtəlif  qəzetlərdə  çap  olub  Azərbaycan 

radiosunda  səslənib,  2  dəfə  Tovuz  TV  kanalında  şeirlərimi 

oxumuşam. 

Əksər  şeir  formalarında  50  min  misradan  artıq  lirik  və 

satirik  şeirlər,  10  -  dan  artıq  poema  yazmışam.  Yaradıcılığımı 

zəif,  özümü  şair  hesab  etmədiyim  üçün  kitab  çap  etdirmək 

istəməmişəm,  heç  maddi  imkanımda  olmayıb.  Bu  kitabın 

nəşrində göstərdiyi dəstəyə görə elimizin xeyirxah oğlu – polis 

general  mayoru  Ramiz  Zeynalova  və  oğlum  –  Arifə 

minnətdarlığımı bildirirəm. 



 

Binnət Eloğlu.  

 

 



www.kitabxana.net

 

 



13 

B U   E L Ġ N ,   B U   M Ġ L L Ə T Ġ  

  D Ə R D Ġ N Ġ   K Ġ M   Ç Ə K Ə C Ə K ?  

  

 



Qurban olum 

 

Odlar  yurdu, mən  oduna, 



Ocağına  qurban  olum. 

Min  illərdir  şölələnən, 

Çırağına  qurban  olum. 

           Yadlar  böldü  özbaşına, 

           Tökdülər  od, köz  başına. 

           Araz  boyda  göz  yaşına, 

           Göz  dağına  qurban  olum. 

Varın-yoxun  oldu  talan

Sürgün  oldu  min-min  balan. 

İldırımlar  həsrət  qalan 

Qucağına  qurban  olum. 

           Ətir  saçan  hər  gülünə, 

           Şəkərdən  şirin  dilinə, 

            Hər  obana, hər  elinə, 

            Oymağına  qurban  olum. 

Zirvələrin  qarlı, buzlu, 

Söz-söhbətin  dadlı-duzlu. 

Üç  rəngli  aylı-ulduzlu 

Bayrağına  qurban  olum. 

             Sənə  fəda  olsun  Binnət

             Üzdü  məni  fəraq-firqət. 

             Quzeyi  gün  eynə  həsrət 

             Torpağına  qurban  olum. 

                                       30.08.1967 

 


www.kitabxana.net

 

 



14 

 

 

Xalqıma dağ çəkilibdir 

(daxili qafiyə) 

 

Aləm  yatıb, gecə  yarı  yuxum  ərşə  çəkilibdir. 



Elə  bil  ki, ruhum  dara, ətim  şişə  çəkilibdir. 

 

      Batıb  ayım, çıxmır  günüm, ərşə  çıxır  ahım, ünüm. 



      Dərd  əlində  ömrüm, günüm, ilmə-ilmə  sökülübdür. 

 

Gözümdən  car  olur  selim, parça-parça, dilim-dilim. 



Tikə-tikə  olub  elim, yurduma  turp  əkilibdir. 

 

     Ah  çəkdikcə  yanır  dilim, dərdlərimi  yazmır  əlim. 



     Qarabağda  sınıb  belim, yumaq  kimi  bükülübdür. 

 

Xəzan  vurub, gülüm  solub, igidlərim  şəhid  olub. 



Anam-bacım  saçın  yolub, xalqıma  dağ  çəkilibdir. 

 

    Gecə  keçib, dan  sökülmür ,dörd  ildir ki, üzüm  gülmür. 



     Niyə  göydən  daş  tökülmür, mənə ―dığalar‖ gülübdür? 

 

Edirlər xalqıma zülm, artıb aclıq, azar, ölüm. 



Yatmıram, yanmışam, külüm  gözlərimə  tökülübdür. 

 

     Toxlar  bezmir  kef-damaqdan,aclar  çadırda  qalmaqdan 



     Toyum vaya dönüb çoxdan, bayramım qara gəlibdi, 

 

Artıb  azarı  Binnətin, talanır  varı  millətin, 



Bu  xalqın, bu  məmləkətin  sahibi  harda  ölübdür?!   

  

                                         16.09.1991 



www.kitabxana.net

 

 



15 

 

Bir də 

 

  

   Ağdamın, Şuşanın  seyrinə  dalam, 



Görəm  Zəngilanı, Laçını  bir  də. 

Sosda, Əskəranda, Xankənddə  olam,  

Gəzəm  Füzulini, Xaçını  bir  də. 

                Şən  olsun  Qubadlı, Cəbrayıl eli,  

    Odlar  ölkəsinin  gövhəri, ləli! 

    Xocalı  qızının  xınalı  əli 

    Yolmaya  pərişan  saçını  bir  də. 

 

Olam  oylağında  Xanın, Bülbülün, 



Qalam  qayğısına  Xarı  bülbülün. 

Öpəm  ləçəyindən  çiçəyin, gülün,  

Siləm  gözlərinin  yaşını  bir  də. 

    Gəzəm  Ağdərədə  şehli  çəməndə, 

    Azam  Xocavənddə  dumanda, çəndə. 

    Çingizi  seçmişəm  qardaş  seçəndə, 

    Tapam  Salatıntək  bacını  bir  də. 

Eldən  uzaq  ola  kədər, qəm-qada,  

Gah Turşsuda  olam, gah  İstisuda.  

Yataqxanalarda, çöldə, çadırda  

Görməyəm  köçkünü,  qaçqını  bir  də. 

    Oxuya  Qarabağ  şikəstəsini,  

    Eşidəm  Qədirin  həzin  səsini. 

    Görəm  qalibiyyət  təntənəsini,  

    Dinləyəm  qələbə  marşını  bir  də! 

Qırxqızın  döşündə  qurula  dəyəm,  

İsa  bulağına  enəm, baş  əyəm.  

Kəlbəcərdə  aşıqları  dinləyəm, 

Unudam  ağrını-acını  bir  də. 

    Natavan  zövq  ilə, məharət  ilə, 

    Vaqif  könül  açan  şeiriyyətiylə, 


www.kitabxana.net

 

 



16 

    Üzeyir  ecazkar  sənəti  ilə  

    Bəzəyə  sənətin  tacını  bir  də. 

Belimizi  həsrət  yükü  əyməyə,  

Anamız, bacımız  qara  geyməyə. 

Xəzan  saraltmaya,  dolu  döyməyə 

Bağanesda  bağı,  bağçanı  bir  də.  

    Enəm  Əlibəylidən, Ağdamı  gəzəm, 

    Alı Dədə  pirində  qurbanlar  kəsəm.  

    Berddə  dığaların  burnunu  əzəm , 

    Qanmaza  qandıram  suçunu  bir  də. 

Yağını  qanına  bələnən  görəm,  

Külünü  gözünə  ələnən  görəm.  

Yenə  qapımızda  dilənən  görəm 

Naşükür  «axber»i,  «axcı»nı  bir  də. 

     Bir  qarış  yerim  də  yada  qalmaya,  

     Yurduma  «xoz»,  «çoşka» tamah  salmaya.  

     Binnətəm, çən-çiskin  duman  almaya  

     Yurdumun  dağını, daşını  bir  də! 

 

                                                       15.07.1992 

      


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

www.kitabxana.net

 

 



17 

 

Xocalıdadır 



 

Üz-üzə  qalmışam  kədərlə, dərdlə, 

Dərdin  mübtəlası  Xocalıdadır. 

Zülmün  ədalətlə, mərdin  namərdlə 

Qovğası, davası  Xocalıdadır. 

             Başsız  başçılardan  olmadı  həyan, 

  Sinəmdə  od  çatdı  Zori  Balayan.  

  ―Ocaq daşı‖ üstə  bayquş  ulayan  

   Yurdun xarabası Xocalıdadır. 

Olmadı  obanı  yadına  salan,  

Tanklarla, toplarla  etdilər  talan.  

Yüz- yüz  körpələrin  yarımçıq  qalan  

Yuxusu, laylası Xocalıdadır. 

     Həddi  var  hər  zülmün, hər  zəlalətin, 

     Tarixdə  tayı  yox  bu  müsibətin.  

     Mərdlərə  yas  tutan  bir  məmləkətin  

     Yası, yasxanası Xocalıdadır. 

Bilsin Xirosimo,Naqasaki  də, 

Xatında  ot  basmış  yol  da, səki  də. 

Yanvar  faciəsi  əsrin  Bakıda, 

Fervral  faciəsi Xocalıdadır. 

     Şəhərin  qalmayıb  daş  üstə  daşı,  

     Yar-yarı  itirib, qardaş-qardaşı. 

     Didərgin  bacımın  gözünün  yaşı, 

     Anamın  naləsi Xocalıdadır. 

Bir eli  boğdular  içində  qanın, 

Xar  oldu  mahalı  İbrahim  xanın. 

Min-min  şəhid  vermiş  Azərbaycanın 

Qanlı  Kərbəlası Xocalıdadır. 

      Göydən  yağış  kimi  yağdı  qurşunlar, 

      Qan  tökdü, qan  içdi  azğın  qoşunlar. 

      Hələ  də  qudurmuş «pyos»lar, «şun»lar 

     «Svinya», «xoz» dəsi Xocalıdadır. 

  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə