13.4 Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi
(vəhdəti)
Maddələr mübadiləsi bir-biri ilə sıx əlaqəsi olan və bir-
birini tamamlayan ardıcıl kimyəvi proseslərdən ibarət nizamlı
düzülüşü olan ansambıldır. Heterotrof orqanizmlərdə qida vasitə-
silə hazır şəkildə qəbul edilən üzvi maddələr kimyəvi proseslər
nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına
onların orqanizmi qurulur.
Qəbul edilən qidanın tərkibində orqanizmin qurulması
üçün lazım olan maddələr hazır şəkildə mövcud deyildir. Yalnız
bir sıra biokimyəvi çevrilmələr (fermentlərin iştirakı ilə) sayəsində
heterotrof orqanizmlərdə bir sinifə mənsub olan üzvi maddələr
digər sinifin nümayəndələrinə çevrilir. Bu da orqanizmin həyat
fəaliyyətinin qurulmasına və inkişafına zəmin yaradır. Məsələn,
heterotrof orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-
ların yağlara çevrilməsi aşağıdakı sxem əsasında baş verir.
385
Avtotrof orqanizmlərdə üzvi maddələr fotosintez nəticə-
sində qeyri-üzvi maddələrdən sintez olunur. Bu prosesdə əsasən
karbohidratlar sintez olunur. Həmçinin piroüzüm turşusu əmələ
gəlir ki, bu maddədən də aminturşular, asetil-Ko A və başqa
maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nukle-
in turşularının və lipidlərin biosintezi üçün ilkin material rolunu
oynayır.
Deməli, üzvi maddələrin bir-birinə əlaqəli keçidləri canlı
orqanizmin mövcudluğunu təmin edir.
Canlı orqanizmdə zülalların, karbohidratların, nuklein tur-
şularının və lipidlərin mübadiləsinin bir-biri ilə əlaqəsi aralıq
məhsulların: metabolitlərin hesabına yaranır. Bu məhsullar karbo-
hidratların zülallara, nuklein turşularına, zülalların nuklein turşu-
larına, lipidlərə və karbohidratlara, lipidlərin zülallara, nuklein
turşularına və karbohidratlara çevrilməsinə şərait yaradır. Aralıq
məhsullardan əsas rol oynayanlar sirkə turşusu, qismən nukleotid-
lər, ketoturşular və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.
Qlükoza
Fruktoza-1,6-difosfat
NAD
+
NADN
1-Fosfo- Dioksiaseton- 3-Fosfoqliserin-
qliserin fosfat aldehidi
Yağ Piruvat
Yağ Asetil-KoA
turşusu
Krebs tsikli
386
Bu məhsulların sonrakı parçalanmasından CO
2
və H
2
O
əmələ gəlir, enerji ayrılır. Bu enerji vasitəsilə başqa proseslərdə
əlaqə yaranır. Belə ki, karbohidratların okidləşməsi nəticəsində
ATF-də toplanan enerjidən yağlarda və zülalların biosintezində,
yağların oksidləşməsindən alınan enerjidən isə karbohidratların və
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan ener-
jidən də lipidlərin və karbohidratların mübadiləsində istifadə olu-
nur. Deməli, maddələr mübadiləsində əlaqə enerji mübadiləsində
yaranır. Müxtəlif maddələrin mübadiləsi zamanı qarşılıqlı əlaqə-
nin yaranmasında və onların vəhdətində mühüm rolu Krebs sikli
oynayır.
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissə-
lərində də (mitoxondriyalar, ribosomlar, nüvə və s.) rabitə yaradır.
Belə ki, mitoxondriyalarda əmələ gələn enerji ATF-lə nüvəyə
aparılaraq zülalların və nuklein turşularının sintezi üçün istifadə
olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülal-
ların sintezində iştirak edir. Belə misalları çox göstərmək olar.
Bunları ümumiləşdirərərk göstərmək olar ki, mübadilə proseslə-
rində əlaqə nəinki metabolitlərin vasitəsilə, eyni zamanda hücey-
rənin orqanelaları ilə də yaranmaqla həyatın bəsit forması olan
387
hüceyrədə vəhdət təşkil edir.
13.4.1. Nuklein turşularının və zülalların mübadiləsi
arasında əlaqə. Nuklein turşularının biosintezi aminturşu və
zülalların mübadiləsindən asılıdır. Bu əlaqə onunla izah olunur ki,
nukleoziddifosfatların, nukleozidtrifosfatların, həmçinin nuklein
turşularının əmələ gəlməsi zülal-ferment (DNT və RNT polimera-
zalar, həmçinin purin və pirimidin əsaslarının biosintezini kataliz
edən fermentlər) ansamblının hüceyrədə miqdarından və onların
katalitik təsirindən asılıdır.
Bundan başqa bəzi aminturşular (asparagin-primidin
nukleotidlərinin, qlisin, qlutamin turşusu isə purin nukleotidləri-
nin) purin və pirimidin həlqəsini yığılmasında vasitəçi (aparıcı)
rol oynayırlar.
13.4.2. Nuklein turşularının və karbohidratların müba-
diləsi arasında əlaqə. Bu əlaqə bir çox hallarda özünü göstərir.
Karbohidratların apotomik parçalanmasından alınan riboloza-5-
fosfat molekulu purin və pirimidin əsaslarının biosintezi üçün
əvəzedilməz birləşmədir. Karbohidratların parçalanma məhsulları
eləcədə onları kataliz edən fermentlər (elektron köçürməni kataliz
eən) ATF-in NT-sintezində mühüm rol oynayırlar. Tənəffüs
prosesinin nizamlanması, intensivləşməsi NT-in biosintezindən
asılıdır.
Həmçinin NT-in parçalanma məhsulları, daha doğrusu
purin və pirimidin əsaslarının hidroliz məhsulları olan riboza
molekulu riboza-5-fosfata çevrilir. Bu maddədən də apotomik
parçalanmada qlükoza-6-fosfat əmələ gəlir ki, bu maddə də kar-
bohidratların sintezində mərkəzi (əsas) metabolit rolunu oynayır.
Karbohidratların biosintezi bir çox hallarda əhəmiyyətli
dərəcədə NT-in mübadiləsindən asılıdır. Belə ki, uridintrifosfat
turşusu uridindifosfatqlükozanın biosintezində istifadə olunur.
388
Axırıncı isə oliqo və polisaxaridlərin biosintezində vacib maddə-
lərdəndir.
13.4.3. Nuklein turşularının və lipidlərin (triqliseridlə-
rin) mübadiləsi arasında əlaqə. Lipidlər ilə NT-ı arasında
birbaşa substrat əlaqəsi yoxdur. Ancaq lipidlərin (triqliseridlərin)
hidroliz məhsulları olan ali yağ turşularının β-oksidləşməsindən
alınan enerji nukleoziddi-fosfatların və nukleozidtrifosfatların
sintezi üçün əsas enerji mənbələrindən biridir.
13.4.4. Karbohidratların və zülalların mübadiləsi ara-
sında əlaqə. Karbohidratların dixotomik parçalanmasından əmələ
gələn piroüzüm turşusu zülalların biosintezində mühüm rol oyna-
yır. Piroüzüm turşusu aminləşmə yolu ilə alaninə çevrilir. Həmçi-
nin piroüzüm turşusunun karboksilləşməsindən quzuqulağı sirkə
turşusu alınır ki, bu maddədən asparagin turşusu əmələ gəlir.
Piroüzüm turşusunun Krebs siklinə qoşulması α-ketoqlutar turşu-
sunun sintezi baş verir. Axırıncının aminləşməsindən isə qlutamin
turşusu sintez olunur. Piroüzüm turşusunun başqa yollarla çevril-
mələrindən valin və leysin əmələ gəlir, quzuqulağı sirkə turşu-
sundan treonin, izoleysin və lizin, α-ketoqlutar turşusundan prolin,
arginin əmələ gəlir. Karbohidratların apotomik parçalanma məh-
sullarından fenilalanin, tirozin, histidin alınır.
Demək olar ki, karbohidratların parçalanmasının aralıq
məhsullarından alınan aralıq maddələrdən bir çox zülal aminturşu-
ları alınır ki, onlardan da zülallar sintez olunur.
Bu əlaqənin digər forması karbohidratların parçalanma-
sından alınan ATF molekullarının zülalların biosintezində enerji
cəhətdən əsas rol oynamasındadır.
13.4.5. Zülalların və lipidlərin mübadiləsi arasında
əlaqə. Lipidlərin parçalanmasından alınan maddələrin də bəziləri
aminturşuların biosintezi üçün əsas mənbədir. Lipidlərin hidro-
389
lizindən alınan yağ turşularının β-oksidləşmə məhsullarından ayrı-
lan enerji ATF-də toplanır ki, bu enerjidən zülalların biosintezində
istifadə olunur. Triqliseridlərin və digər lipidlərin parçalanma
məhsullarını Krebs siklinə qoşan və həmçinin aktivləşdirən asetil-
KoA molekuludur. Bu maddə dikarbon və trikarbon siklinə qoşul-
maqla α-ketoqlutar və oksalat-sirkə turşusunun sintezini təmin
edir, piroüzüm turşusunu karboksizləşdirir. Həmin ketoturşulardan
da aminturşular sintez olunur. Zülalların tərkibində rast gəlinən
aminturşuların çoxusu lipidlərin parçalanma məhsullarından sintez
olunur.
390
Həmçinin lipidlərin sintezi zülalların parçalanma məhsul-
larının hesabına baş verə bilər. Belə ki, aminturşuların çevril-
məsindən piroüzüm turşusu onun da oksidləşərək karboksizləşmə-
sindən asetil-KoA alınır. Sonuncu alınan asetil-KoA molekulu isə
ali yağ turşularının və lipidlərin digər komponentlərinin sintezində
başlıca rol oynayır.
13.4.6. Karbohidratların və lipidlərin mübadiləsi
arasında əlaqə. Karbohidratlar ilə lipidlər arasında əsas əlaqəni
yaradan piroüzüm turşusu və asetil-KoA molekullarıdır. Piroüzüm
turşusu oksidləşmə dekarboksilləşmə yolu ilə asetil-KoA moleku-
luna çevrilir. Asetil-KoA molekulu isə orqanizmdə yağ turşula-
rının, triqliseridlərin, həmçinin digər lipidlərin biosintezi üçün
əsas vasitəçi birləşmədir. Karbohidratların dixotomik parçalanma-
sından alınan 3-fosfoqliserin aldehidi izomerləşərək fosfodioksi-
asetona çevrilir, axırıncının reduksiyasından alınan fosfoqliserin
molekulu isə sadə və mürəkkəb lipidlərin sintezi üçün əvəze-
dilməz birləşmədir.
Lipidlərin parçalanma məhsulu olan qliserin və asetil-KoA
molekulu karbohidratların sintezi üçün ilkin birləşmə kimi
əhəmiyyətlidir. Asetil-Ko A molekulu piroüzüm turşusuna çevri-
lir. Axırıncılardan isə dixotomik mübadilə yolu ilə karbohidratlar
sintez olunur.
Mövzunun sonluğunda çıxardığımız nəticələrə əsasən belə
qənaətə gəlmək olar ki, orqanizmdə zülalların, nuklein turşuları-
nın, karbohodratların və lipidlərin mübadiləsi bir-biri ilə əlaqəli-
dir, vəhdət təşkil edir və bu mübadilə prosesləri bir-birilə bağlıdır.
Orqanizmdə bütün biokimyəvi proseslər bütöv bir sistem şəklində
- öz-özünü istiqamətləndirmək, özünü tənzimləmək, özünü təmin
etmək formasında maddələr mübadiləsini yaradır və orqanizmin
mövcudluğunu təmin edir.
391
ƏDƏBİYYAT
1. Страйер Л. Биохимия: В 3т. – Москва. Мир, 1984.
2. Ленинджер А. Основы биохимии: В 3т. – Москва.
Мир, 1985.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı.
1987. Maarif.
4. Франк-Каменецкий М. Д. Самая главная молекула.
– Москва. Наука, 1988.
5. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q.,
Əfəndiyev A. M. Bioloji kimya. Bakı 1989.
6. Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия.-
Москва. Медицина, 1990.
7. Биохимия человека: В -2т./Р. Марри, Д. Греннер, П.
Мейс, В. Радуэлл. - Москва. Мир, 1993.
8. Молекулярная биология клетки: В-3т./ Б. Альбертс,
Д. Брей, Дж. Льюс и др.- Москва, Мир -1993.
9. Грин Н., Стаут У., Тейлор Д. Биология: В – 3т.-
Москва. Мир,1996.
10. Филиппович Ю. Б. Основы биохимии. Москва.
Агар, 1999.
11. Гринстейн Б., Гринстейн А. Наглядное биохимия. –
Москва. Мир, 2000.
12. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Моск-
ва. Мир, 2000.
13. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В.
Биохимия.-Москва. Мир, 2000.
14. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В.
Биохимия. - Москва. Медицина. 2003.
392
15. Эллиот В., Эллиот Д. Биохимия и молекулярная
биология. - Москва. Мир, 2003.
16. Ковалевский Н. И. Биологическая химия. Москва.
Академия 2008.
17.Yusifoov N. M., Daşdəmirov K. Ş. Biokimyadan
xülasə. – Gəncə.Araz, 2010.
18. Mövsümov E. M., Yusifov N. M. Qida kimyası. –Bakı,
MVM. MMC - 2010.
393
MÜNDƏRİCAT
MÜQƏDDİMƏ..............................................................................3
I FƏSİL
I. CANLI ORQANİZMİN KİMYƏVİ TƏRKİBİ......................5
1. KARBOHİDRATLAR..............................................................8
1.1 Monosaxaridlər........................................................................9
1.2 Oliqosaxaridlər.......................................................................27
1.3 Polisaxaridlər..........................................................................32
1.3.1 Homopolisaxaridlər.............................................................33
1.3.2 Heteropolisaxaridlər............................................................37
II FƏSİL
2. LİPİDLƏR................................................................................42
2.1. Lipidlərin təsnifatı və biokimyəvi xüsusiyyətləri..................42
2.2. Neytral yağlar........................................................................44
2.3 Mumlar...................................................................................49
2.4 Steridlər...................................................................................51
2.5 Fosfatidlər...............................................................................52
2.5.1 Xolinfosfatidlər....................................................................53
2.5.2 Kolaminfosfatidlər (kefalinlər)............................................54
2.5.3 Serinfosfatidlər....................................................................55
2.5.4 İnozitfosfatidlər....................................................................56
2.5.5 Asetalfosfatidlər...................................................................57
2.5.6 Sfinqofosfatidlər..................................................................57
2.6 Qlikolipidlər............................................................................58
III FƏSİL
3. Zülalllar....................................................................................62
3.1 Zülalların tərkibi və funksiyaları...........................................62
3.2 Zülalların ayrılması və təmizlənməsi üsulları.........................63
3.3 Zülalların xassələri, molekulunun forması və nisbi molekul
394
kütləsi......................................................................................64
3.4 Zülalların aminturşu tərkibi....................................................66
3.5 Peptidlər..................................................................................69
3.6 Zülalların quruluşunun müasir izahı.......................................72
3.7 Zülalların birinci quruluşu......................................................79
3.8 Zülalların ikinci quruluşu.......................................................81
3.9 Zülalların üçüncü quruluşu.....................................................82
3.10 Zülalların dördüncü quruluşu...............................................84
3.11 Zülalların təsnifatı və qısa xarakteristikası...........................86
3.12 Sadə zülallar..........................................................................86
3.13 Mürəkkəb zülallar.................................................................87
3.13.1. Nukleoproteidlər...............................................................88
3.13.2. Xromoproteidlər...............................................................88
3.13.3. Mioqlobin də xromoproteiddir.........................................88
3.13.4. Metalloproteidlər və metalloidproteidlər..........................89
3.13.5. Fosfoproteidlər..................................................................89
3.13.6. Lipoproteidlər...................................................................89
3.13.7. Qlikoproteidlər..................................................................90
IV FƏSİL
4. NUKLEİN TURŞULARI.......................................................100
4.1 Nuklein turşularının kimyəvi tərkibi və növləri...................100
4.2 DNT və NT- in birinci quruluşu...........................................110
4.3 DNT və RNT-in ikinci quruluşu...........................................112
4.4 NT-ın üçüncü quruluşu.........................................................114
4.5 Nukleoproteidlər...................................................................116
V FƏSİL
5. FERMENTLƏR......................................................................118
5.1 Fermentlərin ayrılması və təmizlənməsi...............................119
5.2 Fermentlərin quruluşu və kimyəvi təbiəti.............................121
5.3 Fermentlərin təsnifatı və nomenklaturası.............................124
395
5.4 Fermentlərin tədbiqi..............................................................132
VI FƏSİL
6. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR...............................135
6.1 Vitaminlərin təsnifatı və nomenklaturası..............................136
6.2 Vitaminlərin təyin edilmə üsulları........................................139
6.3 A vitamini.............................................................................139
6.4 D vitamini.............................................................................143
6.5 E vitamini..............................................................................144
6.6 K vitamini.............................................................................147
6.7 F-vitamini.............................................................................148
6.8 Q vitamini. Ubixinon............................................................149
6.9 B
1
vitamini............................................................................150
6.10 B
2
vitamini..........................................................................152
6.11 B
3
vitamini..........................................................................154
6.12 B
5
-vitamini (və ya PP)........................................................156
6.13 B
6
vitamini..........................................................................158
6.14 B
12
vitamini.........................................................................160
6.15 C vitamini...........................................................................162
6.16 P vitamini............................................................................165
6.17 H vitamini...........................................................................166
6.18 Antivitaminlər.....................................................................167
VII FƏSİL
7. HORMONLAR.......................................................................170
7.1 Hormonların təsir mexanizmi...............................................175
7.2 Hormonların təsnifatı............................................................176
7.3 Qalxanvari vəzi hormonları..................................................177
7.4 Qalxanvarı ətraf vəzilər........................................................180
7.5 Böyrəküstü vəziləri hormonları............................................181
7.6 Mədəaltı vəzi hormonları......................................................183
7.7 Tənasül vəziləri hormonları..................................................186
396
7.8 Hipofiz vəzi hormonları........................................................189
7.8.1 Somatotropin......................................................................189
7.8.2 Honadotrop hormonlar.......................................................190
7.8.3. Folikultənzimedici hormon...............................................191
7.8.4. Lüteinləşdirici hormon......................................................191
7.8.5. Laktogen hormon (laktotropin).........................................191
7.8.6. Andenokortikotropin (AKTH)..........................................191
7.8.7. Tireotropin........................................................................192
7.8.8. Hipofizin orta payının hormonu.......................................192
7.8.9. Hipofizin arxa payının hormonları...................................193
7.8.10. Oksitosin (pitosin)..........................................................194
7.8.11. Vazopressin (antidiuretik hormon).................................195
7.9 Hormonoidlər........................................................................196
VIII FƏSİL
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ..........................199
8.1 Maddələr mübadiləsinin öyrənilmə üsulları.........................207
8.2 Həzmin biokimyası...............................................................210
8.3 Həzm kanalından maddələrin sorulması...............................218
8.4 Bioloji oksidləşmə................................................................220
8.5 Bioloji oksidləşmənin mexanizmi........................................221
8.6 Oksidləşməklə fosforlaşma...................................................233
8.7 Makroergik birləşmələr........................................................238
IX FƏSİL
9. NUKLEİN TURŞULARININ MÜBADİLƏSİ......................243
9.1 Nuklein turşularının həzm sistemində parçalanması............243
9.2 Nuklein turşularının bioloji sintezi.......................................248
9.2.1. DNT biosintezinin inisiasiyası..........................................257
9.2.2. DNT sintezinin elonqasiya mərhələsi...............................257
9.2.3. RNT-nin biosintezi (transkripsiya)...................................258
9.3 Nuklein turşuları mübadiləsinin pozğunluqları....................262
397
X FƏSİL
10. ZÜLALLARIN MÜBADİLƏSİ...........................................266
10.1 Zülal və aminturşuların parçalanması.................................266
10.2 Aminturşuların biosintezi...................................................279
10.3 Zülalların biosintezi............................................................283
XI FƏSİL
11. KARBOHİDRATLARIN MÜBADİLƏSİ...........................292
11.1 Karbohidratların həzm sistemində çevrilməsi....................293
11.2 Karbohidratların aralıq mübadiləsi.....................................296
11.3 Dixotomik yolla (anaerob) qlükoza-6-fosfatın parçalan-
ması.....................................................................................298
11.4 Spirtə qıcqırma....................................................................304
11.5 Karbohidratların aerob parçalanması (piroüzüm turşusu-
nun mübadiləsi)..................................................................305
11.6 Karbohidratların oksidləşməsinin pentozofosfat yolu
(apotomik oksidləşmə).........................................................308
11.7 Fruktoza və qalaktozanın mübadilə xüsusiyyətləri.............313
11.8 Karbohidratların biosintezi.................................................317
11.9 Şəkər mübadiləsinin neyro-humoral tənzimi......................322
11.10 Karbohidrat mübadiləsinin pozğunluqları........................324
11.10.1. Şəkərli diabet................................................................326
11.10.2. Fruktozuriya..................................................................329
11.10.3. Qalaktozemiya..............................................................330
11.10.4. Qlikogenozlar...............................................................331
XII FƏSİL
12. LİPİDLƏRİN MÜBADİLƏSİ..............................................333
12.1 Yağların parçalanması........................................................334
12.2 Qliserin və yağ turşularının mübadiləsi..............................336
12.3 Keton cisimciklərinin yaranması (ketogenez) və oksid-
ləşmə (ketoliz)....................................................................343
398
12.4 Yağabənzər maddələrin mübadiləsi....................................350
12.5 Sterinlərin mübadiləsi.........................................................352
12.6 Ali doymuş yağ turşularının biosintezi...............................354
12.7 Doymamış ali yağ turşularının biosintezi...........................359
12.8 Yağların (triqliseridlərin) sintezi........................................361
12.9 Lipid mübadiləsinin pozğunluqları.....................................362
12.9.1 Lipidlərin həzm və sorulmasının pozulması....................362
12.9.2 Lipidlərin aralıq mübadiləsinin pozğunluqları................364
12.9.2.1. Qaraciyər piy infiltrasiyası..........................................364
12.9.2.2. Ketonemiya və ketonuriya...........................................366
12.9.2.3. Xolesterin mübadiləsinin pozğunluqları......................367
XIII FƏSİL
13. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ..........................370
13.1 Suyun mübadiləsi................................................................371
13.2 Duzların mübadiləsi............................................................373
13.3 Mikroelementlər.................................................................378
13.4 Maddələr mübadiləsinin orqanizmlə əlaqəsi (vəhdəti).......381
13.4.1. Nuklein turşularının və zülalların mübadiləsi
arasında əlaqə..................................................................384
13.4.2. Nuklein turşularının və karbohidratların mübadiləsi
arasında əlaqə..................................................................384
13.4.3. Nuklein turşularının və lipidlərin (triqliseridlərin)
mübadiləsi arasında əlaqə...............................................385
13.4.4. Karbohidratların və zülalların mübadiləsi arasında
əlaqə................................................................................385
13.4.5. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə..........385
13.4.6. Karbohidratların və lipidlərin mübadiləsi arasında
əlaqə................................................................................387
ƏDƏBİYYAT.............................................................................388
Dostları ilə paylaş: |