N. R. Namazov



Yüklə 0.86 Mb.
PDF просмотр
səhifə1/9
tarix29.05.2017
ölçüsü0.86 Mb.
  1   2   3   4   5   6   7   8   9

Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 





ЕКОЛОЭИЙА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ 

 

 

UOT 63: 54 (075.8) 

 

H.M. HƏSƏNOV

1

,  Q.M. MƏMMƏDOV

2

,  N.R. NAMAZOV

3

,  

B.C.BAĞIROVA

4

, E.P.MAHMUDOVA



goshgarmm@rambler.ru

. 

 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu 

2, 4, 5 

 

Sumqayıt Dövlət Universiteti 

1, 3 

 

MĠNERAL GÜBRƏLƏRĠN  VƏ TULLANTILARIN  ĠSTĠFADƏSĠNĠN  

AQROKĠMYƏVĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR 

 

GiriĢ. Məlumdur ki, kənd təsərrüfatı məh-

sullarının istehsalında və torpağın münbitliyinin 

yüksəldilməsində  üzvi  və  qeyri-üzvi  mənşəli 

gübrələrdən  geniş  istifadə  olunur  [1-3].  Üzvi 

gübrə  kimi  daha  geniş  istifadə  edilən  gübrələr 

iri və xırda buynuzlu heyvanların (inək, at, qo-

yun,  keçi və  s.)  və  quş peyinindən  (toyuq, ör-

dək, qaz və s.) istifadə edilir. 

Bitkilər tərəfindən mənimsənilə bilən qida 

maddələrinin miqdarı quş peyinində mal peyi-

nindən üstündür. Belə ki, quş peyininin tərkibi 

mal peyиni ilə müqayisədə təqribən 3 dəfə yük-

səkdir.  Belə  ki,  quş  peyinində  azot  1,7-1,9  %, 

fosfor 1,5-1,7 %, kalium 0,8-1 %, kalsium ionu 

2,3-2,5 % təşkil edirsə, mal peyinində azot 0,4-

0,55  %  fosfor  0,25-0,3  %,  kalium  0,4-0,6  %, 

kalsium 0,5-0,6 %-dır. 

Keçi peyininin tərkibində kaliumun  miq-

darı  (1,1-1,2  %)  bütün  peyinlərdən  üstündür. 

Kartofda, turpda və paxlalı bitkilərdə kükürdlü 

birəşmələrin (ksantogenatların və mellitin züla-

lının)  əmələ    gəlməsi  üçün    lazım  olan  (tərki-

bində 1,1 % ) kükürd ionu vardır. Bu baxımdan 

üzvi gübrə kimi qaz peyini mühüm əhəmiyyət 

kəsb edir. Üzvi gübrələrdə qida maddələrin az 

olmasına baxmayaraq torpaq qatının yumşaldıl-

masında,  aerasiyasında  hidrofilliyin  (su  udma-

nın)  artırılmasında  və  rəng  dəyişmə  ilə  istilik 

saxlama qabiliyyətinin  yüksəldilməsində  qeyd 

edilən gübrələr çox faydalıdır. Üzvi gübrə bitki 

yarpaqlrının təkibində 4 % azot, kalsium və ka-

lium  olmaqla  qısa  müddətdə  torpağın  münbit-

ləşməsində,  yumşaldılmasında,  hidrofilləşmə-

sində,  eyni zamanda humusun əmələ gəlməsin-

də də çox əhəmiyyətli hesab edilir.  

Tədqiqatın  metodikası. Gübrələrin kim-

yəvi  tərkibinin  öyrənilməsi  ümumiləşdirilmiş 

və  qəbul  edilmiş  analiz  üsulları  ilə  aşağıdakı  

ədəbiyyatlarda göstərilən metodlara uyğun ola-

raq aparılmışdır. 

«Агрохимические  методы  исследова-

ния  почв»  Издательства  «Наука».  Москва, 

1975. Под ред. акад. А.В.Соколова. 

«Практикум по агрохимии». Из-во ВО 

«Агропромиздат» Москва, 1987. под.ред.гл.  

кор. ВАСХИНИЛ проф. Б.А.Ягодина.

  

Təhlil  və  müzakirə.  Bitkilər  tərəfindən 

mənimsənilən  qida  maddələrinin  miqdarına 

görə  mineral  (qeyri-üzvi)  gübrələr  kənd  tə-

sərrüfatı  bitkilərinin  intensiv  inkişafında, 

məhsuldarlığın artırlmasında xüsusi əhəmiy-

yətə  malikdirlər.  Azotlu  gübrələrdən  sulu 

ammonyak,  ammonium  nitrat,  karbamid  və 

sulfat  turşusunun  azotlu  və  kaliumlu  birləş-

mələri, fosfat turşusunun müxtəlif  törəmələ-

ri  sadə  superfosfat,  ikiqat  superfosfat,  kali-

umlu gübrələrdən kalium sulfat, kalium xlo-

rid və s. geniş istifadə olunur. Aparılan təc-

rübələrdən  məlum  olmuşdur  ki,  azotlu  (am-

monyaklı,  nitratlı  və  amid  tərkibli)  gübrələ-

rin  qeyri-düzgün  və  yüksək  normada  tətbiqi 

əsasən gübrələrin normalarının düzgün seçil-

məməsi  nəticəsində  torpaqəmələgətirən  və 

digər  faydalı  mikroorqanizmlər  məhv  olur-

lar.  Bu  baxımdan  ammonium  nitratın  daha 

çox  ekoloji  zərərliliyi  müşahidə  edilmişdir 

ki,  bu  da  onun  tətbiqində  gübrənin  verilmə 

vaxtına, normasına və üsullarına xüsusı ola-

raq diqqət yetiriməsidir. Belə ki, ammonium 

nitratın  normadan  yüksək  tətbiqi  torpaqdakı 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 



canlıların  məhvinə səbəb ola bilir və bunun-

la yanaşı kənd təsərrüfatı  bitkilrənin keyfiy-

yətinə də mənfi təsir göstərir. 

Bundan  əlavə  bitkiyə  normadan  artıq 

ammonium  nitrat  gübrəsi  verdikdə  bitkilər-

də, xüsusilə tərəvəzlərdə nitrat problemi  ya-

ranır,  normadan  artıq  nitratlar,  orqanizmdə 

nitritlərə  və  nitrozaminlərə  çevrilir,  bunlar 

da insanlarda xərçəng  xəstəliklərinin əmələ 

gətlməsinə  səbəb  ola  bilən  amillərdən  ol-

maqla  yanaşı  kənd  təsərrüfatı  bitkilərinin 

keyfiyyət  göstəricilərinə  də  mənfi  təsir  gös-

tərir. 


Bundan  başqa  azotlu  gübrələrdən  am-

monyakın  qaz  halında  itkisi  və  başqa  sözlə 

ammonium nitratmın parçalanıb azot bir ok-

sidə  (N


2

O)  çevrilməsi  də  ətraf  mühit  üçün 

çox  zərərli  və  təhlükəli  hesab  olunur.  Belə 

ki,  N


2

O

 



əmələ  gələndən

 

6-8  ay  sonra  ozon 



təbəqəsinə  çataraq  ozon  qatının  zəncirvari 

parçalanmasına  səbəb  ola  bilir.  Azotlu  güb-

rələrin  tətbiqində  aqroqaydalara riayət edil-

dikdə onun bitkilər üçün  əvəzedilməz gübrə 

olduğu bir daha təsdiq edilmişdir.

 

Akademik 



D.N.Pryanişnikov  yazırdı:  «ammonium  nit-

rat gələcəyin gübrəsidir». Bu gübrənin zərər-

lilik  dərəcəsi  nəzərə  alınmaqla  onun  tətbiqi 

vaxtına və normalarına xüsusi fikir verilmə-

lidir.  Bu  gübrədən  bitki  zərərvericilərinin 

(xüsusilə  yarpaqdakı  cücülərin)  məfv  edil-

məsində  dərman  kimi  də  istifadə  olunası 

ədəbiyyatlarda göstərilmişdir [2,8].  

Çöl  təcrübələrində  müəyyənləşdirilmiş-

dir  ki,  tut  ağacında  amerika  kəpənəyini 

məhv etmək üçün   ammonium nitratın suda 

1,5-2 %-li məhlulu ilə budaqları 10 gündə 2 

dəfə  dərmanlamaqla  yarpaqyeyən  kəpənək-

lər məhv edilmişdir.  

Karbamid  gübrəsi  ammonium  şorasına 

nisbətən az zərərli olsa da mikroorqanizmlər 

onu yeyərək ammonyaka (sulu məhlulda na-

şatır  spirtinə)  və  karbon  qazına  parçalayır. 

Bu zaman əmələ gələn naşatır spirti torpaq-

dakı  mikroorqanizmlərə  və  soxulcanlara 

mənfi  təsir  göstərir  və  bəzi  hallarda  onların 

məhvinə gətirib çıxarır. 

Mineral  gübrələrdən  nitrofoska,  urojay 

və  azofoskanın  tərkibində  40-50%  kalium 

xlorid,  az  bir  hissəsi  isə  ammonium  sulfat 

vardır. Gübrədə xlor ionu çox olduqda bitki-

lərin  xüsusilə  xiyarın,  çiyələyin,  pomidorun 

və  kartofun  keyfıyyətinə  pis  təsir  göstərir, 

məhsul tez xarab olur, sulu və dadsız olur. 

Aparılan təcrübələrdən  məlum  olmuşdur 

ki,  (100  m

2

)  kartof  sahəsinə  500  kq  mal 



peyini  və  3,5  kq  nitrofoska  verdikdə  kartof 

məhsulu  bir  qədər  sulu  olmaqla  yanaşı  tez 

çürüməyə  başlamışdır.  Bunun  səbəbi 

mineral  gübrənin  tərkibində  xlor  ionunun 

çoxluğu  ilə  kartofun  isə  xlorofob  (xlor 

sevməyən)  bitki  olması  ilə  əsaslan-

dırılmışdır.  

 Respublikamızda ekoloji təmiz fosforlu, 

kaliumlu,  kalsiumlu  gübrələrin  qismən  də 

olsa istehsalı  mümkündür. Belə ki, ildə mal-

qara  kəsimindən  tonlarla  sümük  atılır.  Hə-

min  sümüyü  xırdalayıb  və  yaxud  yandırıb 

külünü  nitrat  turşusu  ilə qarışdırdıqda 50-60 

C

0



-də  aşağıdakı  reaksiya  ilə  ekoloji  təmiz 

gübrəyə çevrilməsi mümkündür. 

 

Ca

3



(PO

4

)



2

+4HNO


3

Ca(H



2

PO

4



)

2

+2Ca(NO



3

)



 

 Bu  gübrə  qarışığı  suda  asan  həll  oldu-

ğundan bitkilər tez mənimsəyirlər. 

Kalsium  fosfatı  (sümük  unu)  sulfat  ya-

xud fosfat turşusu ilə də emal etmək olar. Bu 

maddəni nitrat turşusu ilə emal etmək  daha 

əhəmiyyətlidir,  belə  ki,  burada  əmələ  gələn 

kalsium  nitrat  çox  hidrofil  (suya  həssas) 

olduğundan suda asan həll olaraq, qoşa həll 

olma  nəticəsində  özü  ilə  birlikdə  fosforlu 

birləşmənin  suda  asan  həll  olnıasına  səbəb 

olur. Burada suda qoşa həllolma prosesi nə-

ticəsində bitki asanlıqla bu kompleks gübrə-

ni mənisəyərək intensiv inkişaf edir. Bu fos-

forlu gübrəni  sadə superfosfatdan fərqli  ola-

raq  uzun  müddət  saxladıqda  retroqradasiya 

(daşlaşma) prosesi getmədiyindən bitki tərə-

findən asan mənimsənilən halda olur. 

Azərbaycanda  (Qarabağda)  tərkibində 

20%  maqnezium  karbonat  olan  dolomit 

(CaCO



-  MgCO



3

)yatağı  vardır.  Dolomitin 

sulfat  turşusu  ilə  yaxud  sulfat  turşusu  ilə 

nitrat turşusunun (70÷30 nisbətində) qarışığı 

ilə  dolomiti  50-60

0

C-də  emal  etməklə  suda 



asan həll olan kompleks gübrə alınır. 

 

CaCO



3

-MgCO


3

+2H


2

SO

4



CaSO


4

+MgSO



4

+CO


2

+2H


2

CaCO



3

 -MgCO


3

 +4HNO


3

+H



2

SO

4



CaSO


4

+Mg(NO


3

)

2



+ Ca(NO

3

)





Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 



Kalsium  sulfat  gübrə  kimi  çox  qiymətli 

olsa da, amma suda pis həll olur (100 qr - da 

2  qr)  tərkibində  olan  maqnezium  sulfat  çox 

hidrofil  olduğundan  kalsium  sulfatın  nisbə-

tən asan həll olmasına səbəb olaraq bitkinin 

intensiv  inikşafını təmin  edir. Xüsusilə 70% 

sulfat turşusu 30% nitrat turşusu ilə dolomiti 

emal  etdikdə  alınan  kompleks  gübrə  suda 

yaxşı  həll  olaraq  bitki  tərəfindən  asan  mə-

nimsənilir,  çünki  gübrənin  tərkibində  olan 

kalsium  nitratda  maqnezium  sulfat  və  maq-

nezium nitrat kimi çox su sevən (hidrofil) ol-

duğundan  bitki  tərəfindən  asan  mənimsənil-

ərək  sürətli inikşafı təmin edir. Bu gübrənin 

10  %-li  sulu  məhlulu  uzun  müddət  çökmür 

və  çöküntüsü  dərhal  homogen  suspenziyaya 

şevrilir. 

Ağac  külündə,  xüsusilə  enli  yarpaqlı 

ağacların külündə 18%-dək kalium karbonat, 

10  %  kalsium  oksid,  kalsium  karbonat  və 

fosforlu,  boratlı,  maqneziumlu  və  mikroele-

mentli  birləşmələr  vardır.  Külü  bir  başa  bit-

kiyə verdikdə tərkibindəki qələvi xassəli ka-

lium karbonat (K

2

CO



3

) məhlulunun pH gös-

təricisi 11 olduğundan bitki inkişafdan daya-

nır. Bu qələvi xassəli maddələr qarışığı sulf-

at turşusu ilə reaksiyaya uğradıqda mikroele-

ment tərkibli neytral gübrə alınır: 

 

K

2



CO

3

+CaCO



3

+4H


2

SO

4



2KHSO


4

CaSO



+2CO


2

+3H


2

 



Burada  alınan  kalium  hidrosulfat  çox 

hidrofil  maddə  olduğundan  suda  çətin  həll 

olan kalsium  sulfatda həll olunaraq bitki tə-

rəfindən  asan  mənimsənilə  bilən  formaya 

düşür.  Əmələ  gələn  KHSO

4

  sulu  mühitdə 



temperaturun təsirindən K

2

SO



4

-ə çevrilir.  

Eksperimental    tədqiqatlarda  məlum  ol-

muşdur  ki,  otaq  temperaturunda  gedən  pro-

sesdə 4,5 kq külə 1 litr 93-95%-li sulfat tur-

şusunu hissə-hissə qarışdırmaqla ekzotermik 

reaksiya  nəticəsində  kompleks  gübrə  alınır. 

Bü gübrə kükürdlü birləşmələrə çox ehtiyacı 

olan kartof, paxlalı bitkilər üçün daha fayda-

lıdır. Burada bitkilərin tələbatından asılı ola-

raq pH-ı  5-8 intervalında dəyişdirmək müm-

kündür. 


Məlumdur ki,  bütün  torpaqlarda 5-20 % 

CaCO


3

 vardır. Bu duz suda pis (100  qr suda 

0,392%)  həll  olur.  Kalsium  ionu  bitkilərdə 

yüksək  molekul  kütləli  karbohidratların  

(sellüloza,  liqnin  və  s.)  sintezinə  (kaliumla 

birgə) sərf olunur. Onu torpaqda mənimsəni-

lən hala salmaq üçün torpağa karbon qazı və 

yaxud turş su vermək lazımdır ki,  suda həll 

olan turş duz əmələ  gəlsin: 

 

CaCO



3

+H

2



O+CO

2



Ca(HCO

3

)



 

Respublikamızda ildə tonlarla karbid tul-



lantısı-kalsium hidroksid alınır. Bu tullantını 

nitrat  turşusu  və  ya  fosfat  turşusu  ilə  emal 

edərək  kalsium  nitrat  və  ya  kalsium  hidro-

fosfat  gübrəsi  almaq,  mümkündür.  Bundan 

əlavə kalsium hidroksid  bitkilərdə, xüsusilə 

tərəvəz  bitkilərində,  o  cümlədən  pomidor 

bitkisində  daha  çox  rast  gəlinən  fitoftoroz 

xəstəliyinin  müalicəsində,  həmçinin  bordo 

mayesinin komponenti olaraq ağacları ağart-

maq  üçün  yararlıdır.  Karbid  tullantısının  bu 

məqsədlə  istifadə  olunması  həm  də  ekoloji 

nöqteyi-nəzərdən səmərəlidir. 

 

NƏTICƏ 

 

Mineral  gübrələrin,  eləcə  də  ənənəvi  və 



qeyri-ənənəvi  üzvi  və  mineral  mənşəli  güb-

rələrin  tərkibi,  xüsusiyyətləri  və  əkinçilikdə 

tətbiqi  üsulları  araşdırılmışdır.  Tullantıların 

(sümük unu və ağac külü) fosfor gübrəsi ki-

mi  səmərəli  istifadə  xüsusiyyətləri  araşdırıl-

mış  və  eləcə  də,  dolomit  minerallarından 

(CaCO

3



MgCO

3

)  kaliumlu  və  maqneziumlu 



mineral gübrələrin alınması və istifadə üsul-

ları müəyyələşdirilmlşdir. 

 

RESULT 

 

Mineral  fertilizers,  as  well  as  traditional 



and non-traditional, organic and mineral fer-

tilizers,  I  -  stream  composition,  properties, 

and methods of application analyzed in agri-

culture.  Waste  (bone  meal  and  wood  ash) 

characteristics were examined, as well as the 

efficient  use  of  phosphorus  as  fertilizer,  do-

lomite  minerals  (CaCO3  MgCO3)  purchase 

of  potash  and  magnesium  fertilizers  and 

techniques used are defined. 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 





Ədəbiyyat siyahısı 

 

1.

 



Овчинников  В.Ф.,  Янишевский  Ф.В. 

Промышленность  минеральных  удоб-

рений  сельскому  хозяйству.  Москва 

«Химия», 1985. 45 стр. 

2.

 

Петрушов А.Г. Химия в сельском хоз-



яйстве. Москва, 1984, №6. 

3.

 



Химическая  промышленность  за  рубе-

жом. Москва, вып.2, 1988. 

4.

 

Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekologiya 



və ətraf mühitin mühafızəsi. Bakı, “Elm”, 

2005, 880s.  

5.

 

Агрохимияпод  редакцией  Б.А.Ягоди-



на,  Москва,  ВО 

Агропомиздат



  1989, 


стр. 554.

 

6.

 



Мовсумов З.Р. Азот в земледелии Азер-

байджана. Баку, 

Элм


, 1978, 162 с. 

7.

 

Zamanov  P.B.  Azərbaycanda  yayılmış 



üzvi tullantıların təkrar emalından alınmış 

yeni  gübrələrin  kənd  təsərrüfatı  bitkiləri 

altında  səmərəliliyi.  Torpaqşünaslıq  və 

Aqtokimya  tədqiqatları  əsərləri  toplusu, 

XV cild, səh. 339-348. Bakı, “Elm”-1999.  

8.

 



Ягодин Б.А. 

Агрохимия



  Москва  ВО. 

Агропромиздат



, 1989, стр. 554. 

9.

 



Агрохимические  методы  исследова-

ния почв


  Издательства 

Наука


. Мос-


ква,  1975.  Под  ред.  акад.  А.В.Соколо-

ва. 


10.

 



Практикум по агрохимии

. Из-во ВО 



Агропромиздат

  Москва,  1987.  под. 



ред.  гл.  кор.  ВАСХИНИЛ  проф. 

Б.А.Ягодина.



  

 

Məqaləni çap edilməsi üçün 



“Ekologiya mühəhdisliyi kafed- 

rasının” proffessoru A. Əzizov 

təqdim edilmişdir.

 

UOT: 631.6 

A.B. DOLXANOV 

 

BDU-nun dosenti 

 

KÜR-ARAZ OVALIĞININ EKOCOĞRAFI PROBLEMLƏRI  

VƏ YAXġILAġDIRILMASI YOLLARI 

 

1.  Torpaqların  meliorasiyası  və  irri-

qasiyası.  Azərbaycanın  uzun  illər  mühüm 

suvarma əkinçiliyi və qışlaq regionu kimi ta-

nınan  Kür-Araz  ovalığında  20-25  il  əvvəl 

başlamış  durğunluq  illərində  ekocoğrafi  və-

ziyyət  xeyli  gərginləşmişdir.  Əlverişli  təbii 

şəraiti  və  şirin  su  mənbələrinin  olması,  bu-

rada lap qədim zamanlardan suvarma əkinçi-

liyinin  inkişaf  etdirilməsinə  geniş  imkanlar 

vermişdir. Burada kənd təssərüfatının inkişa-

fına maneçilik törədən əsas səbəblər ərazidə 

yayılmış  torpaqların  duzluluğu  və  yüksək 

dərəcədə minerallığa malik olan qrunt suları-

nın səviyyəsinin yer səthinə çox yaxın olma-

sıdır. Şoranlaşmış torpaqların sahəsi 400 min 

ha-ı keçmiş, bir çox yerlərdə bitki örtüyü de-

qradasiyaya uğramış, göl-bataqlıq kompleks-

lərində suyun duzluluğu çoxalmış və s. arzu-

olunmayan proseslər baş vermişdir.  

    Ovalığın  torpaqlarının  kənd  təsərrüfatı 

bitkiləri  altında  istifadə  olunduğu  ilk  dövr-

dən  burada  geniş  irriqasiya-meliorasiya  təd-

birlərinin həyata keçirilməsinin lazım olduğu 

əsas  məsələ  kimi  qarşıda  dururdu.  Ərazidə 

becərilən  kənd  təsərrüfatı  bitkilərinin  suvar-

ma  suları  ilə  təmin  edilməsi  məsələsi  ta-

riximizin  müxtəlif  dövrlərində  kifayət  qədər 

yüksək  dərəcədə  həll  edilmişdir.  Ancaq  il-

dən-ilə  əkin  sahələrinin  genişləndirilməsi 

burada becərilən kənd təsərrüfatı bitkilərinin 

suvarma sularına olan təlabatını həmişə kifa-

yət qədər ödəyə bilməmişdir. 1950-ci illərdə 

Mingəçevir  su  anbarının  Yuxarı  Şirvan  və 

Yuxarı  Qarabağ  kimi  iri  suvarma  kanalları 

istifadəyə verilməsi, bir çox digər kanalların 

rekonstruksiya  olunması  və  bərpası  1960-cı 

illərdə respublikamızda suvarılan torpaq əra-

zilərinin sahəsini 1,45 mln hektara çatdırma-

ğa imkan verdi.  

Suvarma şəbəkələrinin genişləndirilmə-

sinə, böyük  ərazilərin su ilə təmin edilməsi-

nə  baxmayaraq,  burada  kənd  təsərrüfatı  bit-


Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 



kilərindən nəzərdə tutulan yüksək məhsul əl-

də  olunmuşdur.  Bildiyimiz  kimi,  ölkədə  is-

tehsal  olunan  pambıq  bütövlükdə  Kür-Araz 

ovalığında  becərilir.  1980-cı  ilin  ortalarında 

ildə 1mln. tondan artıq pambıq istehsal edən  

Azərbaycan  Respublikasında  7-8  il  sonra 

pambıq  əkini  üzümçülük  kimi  tamamilə  tə-

nəzülə  uğramışdır.  Yenidən  dirçələn  pam-

bıqçılıq  getdikcə  daha  çox  torpaq  sahələrini 

əhatə  edir    və  nəticədə  2005-ci  ildə  pambıq 

yığını  196,2  min  ton  təşkil  etmişdir.  Lakin 

bu  yüksək  məhsul  yığımı  yalnız  bir  neçə  il 

davam  etmişdir.  Sonra  bu  sahələr  şoranlaş-

mış  və  əkin  dövriyyəsindən  çıxmışdır.  Bu-

nun  əsas  səbəbi  yüksək  minerallığa  malik 

olan qrunt sularının suvarmaların aparılması 

ilə  əlaqədar  yer  səthinə  yaxınlaşması,  özləri 

buxarlanaraq  tərkiblərindəki  duzları  torpaq-

ların üst qatına toplaması idi.  

   Keçmiş SSRİ dövründə respublikada pam-

bıqçılığın  sürətlə  inkişaf  etməsi  üçün  gübrə 

və  ziyanvericilərə  qarşı  mübarizə  məqsədi 

ilə  kimyəvi  maddələrin  geniş  istifadə  edil-

məsi  nəticəsində  Kür-Araz  ovalığının  tor-

paqlarının  kimyəvi  çirklənməsi  baş  vermiş-

dir. SSRİ dağılan ərafədə Azərbaycanda 800 

min ha sahə herbisidlər tətbiq olunmaqla be-

cərilirdi.  Bu  torpaqların  60%-i  Kür-Araz 

ovalığındadır.  Ekocoğrafi  cəhətdən  ən  çox 

çirklənmiş ərazi Muğan və Salyan düzləridir. 

Burada  torpaqların  tərkibində  xlorlu-üzvi 

birləşmələrdən ibarət  olan pestisidlərin miq-

darı 0,94 mq/kq-dır. Torpaqda olan DDT-nin 

miqdarı  qəbul  edilmiş  həddən  9  dəfə  çox 

olmuşdur.  

   Keçmiş SSRİ dağılandan sonra pambıq be-

cərilən  torpaqlar  dəfələrlə  azaldığına  görə, 

zəhərləyici kimyəvi maddələrin miqdarı da o 

qədər aşağı düşmüş, bəzi çox zəhərli maddə-

lərin  yəni  pestisidlərin  istifadəsi  qadağan 

edildiyindən  son  illərdə  vəziyyət  xeyli  yax-

şılaşmışdır.  

   Uzun  illər  ərazində  suvarılan  torpaqlara 

xidmət  edən  kollektor-drenaj  şəbəkəsi  tədri-

cən sıradan çıxmağa başlamış, SSRİ dağılan 

ərəfədə və ilk müstəqqilik illərində lillənmiş 

və bitki ilə örtülmüşdür. Ona görə də ümumi 

uzunluğu 26,5 min km-dən artıq olan kollek-

tor-drenaj  şəbəkəsi  torpaqları  şoranlaşdıran 

yeraltı  suların  yalnız  1/5-nə  qədərini  axıda 

bilir.  


   Magistral suvarma kanallarının süni örtüyə 

alınması  burada  böyük  su  itkisinə  səbəb 

olmuşdur. Yuxarı Şirvan kanalından filtirasi-

ya  olunan  su  Mingəçevir  su  anbarından  gö-

türülən suyun 30%-ni, Yuxarı Qarabağ kana-

lından isə 20%-ni  təşkil edir. Bunun nəticə-

sində  Baş  Şirvan,  Mil-Qarabağ,  Muğan-Sal-

yan  və  s.  kollektorlara  göstərilən  təzyiq  ən 

azı 2 dəfə artıb.  

   Kollektorların bəziləri demək olar ki, sıra-

dan  çıxmışdır.  Hazırda  Xəzər  dənizindən 

Mil  düzünə  kimi  çəkilmiş  magistral  kollek-

torun yaxın vaxtlarda Mingəçevir və Şəmkir 

su anbarlarına qədər uzadılması və daha bir 

sıra  böyük  kollektorların  çəkilməsi  nəzərdə 

tutulub.  

   Kür-Araz  ovalığının  ən  böyük  sərvəti  bu-

ranın  torpağıdır.  Onların  şoranlaşması  tor-

paqların  məhsuldarlığını  o  qədər  aşağı  salır 

ki,  torpağı  becərmək  əhali  üçün  sərfəli  ol-

mur.  Həmin  səbəbdən  suvarılan  torpaqların 

400 min ha-ı bu və ya digər dərəcədə şoran-

laşmaya  məruz  qalmışdır.  Suvarma  mədə-

niyyətinin  aşağı  səviyyədə  olması  torpaq-

ların  selləmə  yolu  ilə  suvarılması  və  ümu-

miyyətlə,  suvarma  rejiminin  pozulması  da 

təkrar  şoranlaşmanı  sürətləndirir.  Həmin  sə-

bəbdən  təbii  ladşaft  sahələrində  də  heyvan-

darlığın inkişafı tənəzzülə uğrayır.  

   Torpaqların  şoranlaşması,  onun  qarşısını 

almaq  üçün  tədbirlər  sisteminin  işlənib  ha-

zırlanması  tələb  edilir.  1935-ci  ilə  kimi  tor-

paqların  şoranlaşmasının  qarşısını  almaq 

üçün  suvarma  sularından  qənaətlə  istifadə 

etmək  tədbiri  həyata  keçirilsə  də,  onların 

müsbət nəticəsi olmamışdır.  

  1928-1931-ci  illərdə  Muğanda  sahəsi  600 

ha olan Cəfərxan təcrübə-meliorasiya stansi-

yası  tikilib  istifadəyə  verildi.  3-3,5  m  dərin-

likdə  qapalı  drenaj  şəbəkəsi  ilə  təmin  olun-

muş stansiyanın xidmət etdiyi sahələrdə tor-

paqların  duzlardan  yuyulub  təmizlənməsinə 

aid tədqiqatlar aparmağa başlandı. Tədqiqat-

ların  nəticələri  göstərir  ki,  dərin  drenaj  fo-

nunda  torpaqların  təkrar  şoranlaşması  baş 

vermir və o təbii drenaj qabiliyyəti çox aşağı 

olan, yüksək mineralığa malik olan qrunt su-


Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 



larının  yer  səthinə  yaxın  olan  yerlərdə  tor-

paqları duzlardan yuyub təmizləmək, onların 

bərpasının  qarşısını  almaq  və  ərazinin  eko-

loji balansını nizamlamaq qabilliyyətinə ma-

lik olan yeganə vasitədir.  

  1950-1960-cı  illərdə  Kür-Araz  düzənli-  

yində  meliorativ  tədbirlərin  həyata  keçiril-

məsi geniş vüsət tapmışdır. Artıq 1980-cı il-

lərdə  Azərbaycanda  şoranlaşmış  ərazilərdə 

tikilmiş kollektor-drenaj şəbəkələrinin uzun-

luğu  25  min  km-ə,  onun  xidmət  etdiyi  sahə  

isə 550 min ha-a çatdırılmışdır. Bundan əla-

və geniş ərazilərdə yuma və hamarlama işlə-

ri aparılmışdır. Bu tədbirlərin nəticəsi olaraq 

keçmiş  şoranlar müsbət  torpaqlara  çevrilmiş 

və kənd zəhmətkeşlərinə yüksək məhsul əldə 

etmək üçün zəmin yaradılmışdır. Ancaq isti-

fadədə  olan  meliorasiya  olunmuş  torpaqlar-

dan  əldə  edilən  məhsuldarlıq  nəzərdə  tutu-

landan xeyli aşağı olmuşdur. Bu da kənd tə-

sərrüfatı  istehsalının  səmərəliliyini  aşağı  sa-

lırdı.  

   Bu  çatışmamazlıqların  səbəbi  o  zamanlar 

Kür-Araz  ovalığının  ayrı-ayrı  rayonlarının 

ərazisində  yerləşən və müxtəlif su-fiziki xü-

sussiyətlərə  malik  olan    torpaq  qruntlarında 

baş verən bir sıra prosesləri öyrənmək imka-

nı  verən  elmi-tədqiqat  metodlarının  olması 

olmuşdur.  Meliorasiya  olunan  torpaq-qrunt-

larda  baş  verən  prosesləri  öyrənmək  imkanı 

verən  tədqiqat  metodu  su  və  duz  balansları-

nın birgə öyrənilməsi onun nizamlanması və 

optimallaşdırılması ola bilər. Odur ki,  Kür-

Araz ovalığının müxtəlif rayonlarında, su-fi-

ziki və kimyəvi xüsussiyətlərinə görə biri di-

gərindən fərqlənən təcrübə sahələrində uzun 

müddət  ərzində  su-duz  balansı  öyrənilmiş-

dir.  

 Keçən  əsrin  50-60-cı  illərində  Gürcüstan 



və Dağıstan respublikalarından qış aylarında 

eşalonlarla doldurularaq  Kür-Araz ovalığına 

gətirilən 100 minlərlə qoyun sürüləri burada 

qışlayırdı.  Mil,  Muğan  və  Şirvan  düzlərinin 

qış  otlaqları  Azərbaycanla  yanaşı  iki  qonşu 

respublikadan gətirilən qoyunların otarılması 

üçün  kifayət  edirdi.  Hazırda  keçmiş  qış 

otlaqlarının  bir  çox  yerində  torpaq  və  bitki 

örtüyü  o  qədər  çılpaqlaşmışdır  ki,  onlar  qış 

otlaqları kimi əhəmiyyətini itirmişdir. Bunun 

da nəticəsində Kür-Araz ovalığında səhralaş-

ma  prosesi  sürətlənmişdir.  Ümumiyyətlə, 

ovalıqda  səhralaşma  prosesinin  əmələ  gəl-

məsində  bitki  örtüyünün  və  iqlim  xüsusiy-

yətlərinin xüsusi rolu vardır.  

      Səhralaşma  əsasən  həddən  artıq  istifadə 

olunmş  örüşlərdə  torpaqların  münbitliyi 

azalmış və torpaq strukturu pozulmuş dəmyə 

əkinçiliyi sahələrində də özünü büruzə verir.  

  Bu problemin qarşısının alınması üçün mü-

barizə  tədbirlərinin  istiqaməti  indiqatorların 

müəyyən  edilməsinə  yönləndilməlidir.  Belə 

ki eroziya və şoranlaşmanın qarşısı alınmalı, 

fitomeliorativ tədbirlər görməklə landşaftları 

yaxşılaşdırmalı,  düzgün  suvarma  aprılmalı 

və torpaqqoruyucu meşələr qorunmalı və ye-

niləri  salınmalıdır.  Ümumiyyətlə,  ovalıqda 

fitosenozu qorumalı, onun səciyyəvi tərkibi-

ni  saxlamaq  zəruridir.  Qeyd  etmək  lazımdır 

ki,  ovalıqda  fitosenozu  əmələ  gətirən  növ, 

əsasən  ətirli  yovşandır.  Efemer  senozunun 

tərkbində soğanaqlı qırtıc (Poa bubosa), dən-

li  bitkilərdən  birillik  efemerlər,  xaççiçəklər, 

mürəkkəb çiçəklər və başqaları səciyyəvidir. 

Yovşan  yarımsəhra zonasında  əsasən qış  ot-

lağı  kimi  istifadə  edilir.  Yovşanlı  ot  örtüyü-

nün  məhsuldarlığı  hektarda  8-9  sentner  təş-

kil edir.  

  Kür-Araz ovalığının təbii bitki örtüyü insa-

nın  əsaslı  meliorativ  tədbirləri  nəticəsində 

xeyli fluktuasiyaya uğramışdır. Belə ki, təbii 

bitki  örtüyü  öz  ilkin  bərpasını  zəiflətmiş, 

yovşanlıqlar  isə  intensiv  otarmaya  məruz 

qalmışdır. Türyançay, Girdimançay, Göyçay 

mənsəblərində  çala  bitkiləri  lokal  səviyyə 

daşısa da demək olar ki, deqradasiyaya uğra-

mışdır.  Bunlardan  su  çayırı,  dəvətikanı,  bi-

yan və s-ni göstərmək olar.  

      Ekoloji    problemlər.  Yüksək  antropo-

gen  gərginlik  nəticəsində  və  eləcə  də  Kür-

Araz  ovalığında  aqrolandşaftın  geniş  yayıl-

ması  ilə əlaqədar bitki  formasyaları  tədricən 

sıradan çıxmaqdadır. Burada torpaq-bitki ör-

tüyü xüsusən lokal səciyyə daşıyan səhra fi-

tesenozlarında deqradasiyaya uğramasını də-

rinləşdirir.  

     Kür-Araz ovalığının geniş örüş sahələrin-

dən qış otlaqları kimi istifadə olunması nəti-

cəsində  onların  sahəsi  3  mln.  hektardan    1 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014 

 

 



mln ha-a qədər azalmışdır. Otarmanın inten-

siv və nizamsız aparılması nəticəsində sahə-

lərdə  bitki  örtüyü  deqradasiyaya  uğrayaraq 

səhralaşma ehtimalını gücləndirmişdir.  

   Ovalığın bitki örtüyünün təhlili göstərir ki, 

təbii  amillərlə  yanaşı  antropogen  gərginlik 

torpaq və bitki örtüyünün deqradasiyaya uğ-

ramasına  şərait  yaratmış  və  nəticədə  çox 

zəngin oazis Kür-Araz ovalığının böyük his-

səsi səhralaşma prosesinə məruz qalmışdır.  

  Torpaqların  temperatur  rejiminin  səhralaş-

ma  prosesində  bir  amil  kimi  rolu  böyükdür. 

Ümumiyyətlə, quraq ərazilərdə, xüsusən yay 

aylarında  günəş  radiasiyası  yüksək  128,5-

134,0 kkal/sm² olur. Qeyd etmək lazımdır ki, 

torpaq  temperaturu  ilə  havanın  temperaturu 

arasında  fərq  çox  az  olur.  Bundan  başqa 

torpağın  üst  qatının  rəngi,  mexaniki  tərkibi, 

nəmliyi,  bitkilərlə  örtüyünün  və  s.  onun 

temperatur rejiminə böyük təsiri vardır. Yay 

aylarında  torpaq  səthinin  və  onun  üzərində 

hava  qatının  temperaturunun  yüksək  olması 

səhralaşma 

prosesinin  intensivləşməsinə 

güclü təsir göstərir.  

     Ovalığın  şərq  hissəsində  seyrək  efemer 

örtüyünə  malik  olan  sahələrdə  yağıntılardan 

sonra  şor  torpaqların  orta  temperaturu  34º, 

maksimum isə 71º-yə çatır ki bu da səhralaş-

manın başlıca meyarı kimi öz təsirini göstər-

məkdədir.  

    Səhralaşmanın  əmələ  gəlməsi  kompleks 

təbii və antropogen amillərin birgə təsiri nə-

ticəsində baş  verir. A.Q. Babayev və  başqa-

larının  göstərdiyi  kimi  səhralaşma  prosesi 

məlum olan 45-dən çox amilin birgə təsirin-

dən əmələ gəlir.  

     Bu  amillərin  87%-i  insanlar  tərəfindən 

su-torpaq  ehtiyatlarının  səmərəsiz  istifadəsi 

ilə  əlaqədərdir.  Səhralaşmanı  əmələ  gətirən 

çoxlu amillər içərisində iqlim həlledici təsirə 

malikdir. İqlim amillərindən rütubət, hərarət, 

nisbi  rütubət,  küləklər,  radiasiya,  buxarlan-

ma xüsusiyəti kəsb edir.  

   Bildiyimiz  kimi,  Kür-Araz  ovalığında 

quru-bozqırlar  iqlim  tipi  hakimdir.  Ərazinin 

yayı quru və isti, qışı isə mülayimdir. Ümu-

miyyətlə, ovalığın iqlimi bir çox kənd təsər-

rüfatı  bitkilərinin  suvarılarkən  becərilməsi 

üçün əlverişlidir. Vegitasiya dövründə hidro-

termik rejimdən asılı olaraq səhralaşma pro-

sesi  özünü  müxtəlif  intensivliklərdə  büruzə 

verir. Termik rejimə  yerli şəraitin, mikrorel-

yefin, yeraltı suların səviyyəsinin, bitki örtü-

yünün vəziyyəti və s-nin təsiri vardır. Bu re-

jim  əsasən  Xəzər  dənizi  və  dağların  təsiri 

altında formalaşır.  

   Torpaq  bitki  örtüyünün  səhralaşmasında 

yağıntıların böyük rolu vardır. Yağıntıların il 

boyu  rejimi,  hava  kütlələrinin  qarşılıqlı  əla-

qəsi və hərəkətindən aslıdır. Ovalığa müxtə-

lif  istiqamətlərdən  axan  hava  kütlələri  öz 

fiziki  xassələrinə  görə,  əsasən    isti-quru  və 

qismən soyuq-rütubətli olurlar.  

     Yağıntıların düşməsi  isə  soyuq hava küt-

lələrinin əraziyə daxil olması ilə əlaqədardır. 

Yağıntıların  orta  illik  miqdarı  290-503  mm 

arasında tərəddüd edir. Səthi buxarlanmanın 

miqdarı  isə  yağıntılardan  3-3,5dəfə  çoxdur. 

Qeyd  etmək  lazımdır  ki,  səthi  buxarlanma 

yayda  daha  yüksək  olduğundan  səhralaşma 

prosesi şiddətlənir.  

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə