N Respublikasının vergi MƏcƏllƏs


X Ü S U S İ H İ S S Ə VIII FƏSİL Fiziki şƏxslƏrin gƏlir vergisi



Yüklə 3,61 Mb.
səhifə9/18
tarix06.05.2017
ölçüsü3,61 Mb.
#16990
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

X Ü S U S İ H İ S S Ə

VIII FƏSİL
Fiziki şƏxslƏrin gƏlir vergisi


Maddə 95. Vergi ödəyiciləri

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.



Maddə 96. Vergitutma obyekti

96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.



Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. (28)

Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.

96.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir.

Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir.

96.3. Qeyri-rezidentin bu Məcəllənin 96.2-ci maddəsində göstərilməyən, lakin vergiyə cəlb edilməsi bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir.

96.4. Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.



Maddə 97. Gəlir

97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

97.3. Gəlirlərə aiddir:

97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir;

97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan (31) başqa bütün digər gəlirlər.

Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir

98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda — bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;

98.2.2. işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;

98.2.3. işçinin xərclərinin əvəzi ödənildiyi halda — ödənən vəsaitin məbləği;

98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği;

98.2.5. bütün növ icbari sığortalar və könüllü tibbi sığorta üzrə, habelə 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyat yığım sığortası və pensiya sığortası üzrə işə götürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyat yığım sığortası və pensiya sığortası üzrə həmin müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər, o cümlədən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq istisna olmaqla, işə götürən tərəfindən sığortaçıya ödənilən bütün sığorta haqları işəgötürən tərəfindən ödənilən sığorta haqları;

98.2.6. hər hansı digər halda — normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər.

98.3. Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

98.4. Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işəgötürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.

98.5. İşəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.



Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;

99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;

99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;

99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

99.3. Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

99.3.1. faiz gəliri;

99.3.2. dividend;

99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;

99.3.4. royalti;

99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla;

99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;

99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;

99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı (31) təqdirdə), əmək haqqından başqa;

99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;

99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; (28)

99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq. (31)



Maddə 100. Gəlirin dəqiqləşdirilməsi

Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci yaxud 123-cü maddəsinə uyğun olaraq Azərbaycandakı ödəmə mənbəyindən vergi tutulmuş dividend və faiz gəlirdən çıxılır.

Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü və 124-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır.

Maddə 101. Gəlir vergisinin dərəcəsi

101.1. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:



1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

1000 manatadək

14 faiz

1000 manatdan çox olduqda


140 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi


1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2000 2500 (31) manatadək

14 faiz

2000 2500 (31) manatdan çox olduqda


280 350 (31) manat + 2000 2500 (31) manatdan çox olan məbləğin 35 30 25 (31) faizi (22*)

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Fiziki şəxslərin bu Məcəllənin 150.1.7-ci maddəsinə 150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.

101.2. İllik Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur (22*):

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği


Verginin məbləği

12000 manatadək

14 faiz

12000 manatdan çox olduqda

1680 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği


Verginin məbləği

24000 30000 (31) manatadək

14 faiz

24000 30000 (31) manatdan çox olduqda

3360 4200 (31) manat + 24000 30000 (31) manatdan çox olan məbləğin 35 30 25 (31) faizi (22*)

101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. (22*)

101.4. Xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur. (28)

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

102.1.1. rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir;

102.1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir — əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;

102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:

102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyəri şərti maliyyə vahidinin 1000 mislinədək, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyəri — 2000 mislinədək, mirasların dəyəri — 20000 mislinədək olarsa hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin şərti maliyyə vahidinin 1000 mislinədək 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin şərti maliyyə vahidinin 2000 mislinədək 2000 manatadək olan hissəsi, mirasların dəyərinin şərti maliyyə vahidinin 20000 20000 manatadək olan hissəsi.



Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun;

102.1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;

102.1.4. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları və dövlət təqaüdləri əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;

102.1.5. alimentlər;

102.1.6. müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Prezidenti) qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri şərti maliyyə vahidinin 200 mislinədək 200 manatadək olduqda şərti maliyyə vahidinin 30 misli 30 manat minimum əmək haqqının əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (31) 1 misli, illik gəliri şərti maliyyə vahidinin 2400 mislinədək 2400 manatadək olduqda şərti maliyyə vahidinin 360 misli 360 manat minimum əmək haqqının əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (31) 12 misli məbləğində olan hissəsi; (22*)

102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;

102.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta (31) və könüllü tibbi sığorta haqları, 5 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 3 illik müddət keçdikdən sonra sığortalıya sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər; (21) (22*)

102.1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;

102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;

102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;

102.1.12. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;

102.1.13. müvafiq qaydada dövlət qeydiyyatından müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;

102.1.14. fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr:

102.1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;



102.1.14.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

102.1.14.2. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri; (31)



102.1.14.3. işçilərin sayının və ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;

102.1.14.4. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;

102.1.14.5. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

102.1.14.6. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;



102.1.14.7. alınmamış və deponent olmuş əməkhaqqının indeksləşdirmə məbləğləri;

102.1.14.8. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

102.1.14.9. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;

102.1.14.10. dalğıc işləri üçün pul mükafatı;



102.1.14.11. dəfn müavinəti;

102.1.14.12. müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş birdəfəlik maddi yardımların məbləğləri;

102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;



102.1.14.14. işsizlik müavinəti;

102.1.14.15. Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edən hərbçilərə verilən pul əlavəsi hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq-mühafizə və feldyeger rabitəsi orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;



102.1.14.16. pul təminatına üstəlik, o cümlədən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə ödənilən əlavə məbləğ;

102.1.14.16. işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;

102.1.14.18. kursant vəzifəsi üçün ödənilən əlavə məbləğlər;

102.1.14.19. paraşütlə tullanmaq üçün pul mükafatı;

102.1.14.20. hərbi gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;

102.1.14.21. hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;

102.1.14.22. hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik pul mükafatı;

102.1.14.23. hərbi dəniz donanmasında xidmət edənlər üçün pul təminatı;

102.1.14.24. döyüş növbəçiliyində olanlar üçün pul mükafatı;

102.1.14.25. qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı;

102.1.14.26. müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;

102.1.14.27. gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;

102.1.14.28. xidmətlə əlaqədar hərbçilərə yerdəyişmələr vaxtı verilən yol xərcləri;

102.1.14.29. hərbçilərə səhrada (çöldə) xidmət pulu;

102.1.14.30. hərbçilərə mənzilin kirayəsi üçün kompensasiya;

102.1.14.31. hərbçilərə ərzaq əvəzinə verilən pul kompensasiyası;

102.1.14.32. hərbçilərə iş paltarlarının tikilişinə görə verilən pul kompensasiyası;

102.1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri şərti maliyyə vahidinin 4000 mislinədək 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə — 200 mislinədək 200 manatadək;

102.1.16. dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;

102.1.17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən (23) aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçilərinə saləhiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı;



102.1.18. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya; (27)

102.1.19. «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikasının Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar. (31)



102.1.20. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği. (31)

102.1.21. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 7 il müddətinə. (31)

102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 400 misli miqdarında 400 manat azaldılır:

102.2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;



102.2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin; (31)

102.2.4. I II qrup (31) müharibə əlillərinin;

102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

102.2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

102.3. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 100 misli miqdarında 100 200 (31) manat məbləğində azaldılır. (20)

102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 55 misli miqdarında 55 100 (31) manat məbləğində azaldılır:

102.4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

102.4.4. daimi qulluq tələb edən uşaqlıqdan sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum; (20)

102.4.5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

102.5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 20 misli qədər 20 50 (31) manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölümü halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

102.6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər:

102.6.1. təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);

102.6.2. dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);

102.6.3. xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

102.7. Fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir (22*).


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin