əsas maraqlı tərəflər
ikinci dərəcəli maraqlı tərəflər.
Əsas maraqlı tərəflərin şirkətin və ya qurumun fəaliyyətində bilavasitə və davamlı
iştirakı mütləqdir. Əks təqdirdə şirkət və ya qurum irəli gedə bilməz. Bu qrupa səhm -
darları, investorları, işçiləri, müştəriləri, təchizatçıları, dövləti (hökuməti) və qa-
nunları aid etmək olar. İkinci dərəcəli səhmdarlar isə şirkətin fəaliyyətinə təsir
göstərirlər, lakin ticarət əməliyyatlarında (əqdlərdə) onların bilavasitə iştirakı vacib
deyildir. Bu qrupa medianı və xüsusi maraqlı qrupları da aid etmək olar. Kanadada
70 nəhəng şirkət arasında aparılan araşdırmalar belə bir nəticəyə gəlməyə əsas ver-
mişdir ki, maraqlı tərəflərin məsələləri və sosial məsələlər deyilən iki qrup amil
mövcuddur. Şirkətlərin rəhbərləri yalnız maraqlı tərəflərlə olan münasibətlərini idarə
edirlər, cəmiyyətlə olan münasibətlərə isə fikir vermirlər. O şirkətlər ki, bu amili
nəzərə almışdı daha çox müvəffəqiyyətlər əldə etmişdir. “Maraqlı tərəf iqtisadiyyatı”
hər kəs üçün əlverişli olmalı, hər kəs üçün imkanlar təqdim etməlidır. Təkmilləşmə
əmək tələb edir və heç bir qrup və ya təbəqə bu hüquqdan kənarlaşdırılmamalı və
ya məhrum edilməməlidir. İnsanların bu cəmiyyətdə payı var və onlar bunun üçün
məsuliyyət hiss edir, bunu əldə etmək və uğur qazanmaq üçün əmək sərf etməyə və
işləməyə meyil göstərirlər.
Əslində sosial nöqteyi-nəzərdən məsuliyyətli olmaq o demək deyil ki, hər hansı
şirkət və ya qurum onun fəaliyyətində maraqlı olan bütün tərəflərin dediyinə əməl
etməli və onların diktəsi ilə fəaliyyətini istiqamətləndirməlidir. Sadəcə olaraq, onların
fikirlərini nəzərə almalı və onlarla etik normalara uyğun şəkildə “sosial mə-
suliyyətlilik” çərçivəsindən kənara çıxmamaqla münasibətdə olmalıdırlar.
Nə üçün bəzi şirkətlər çox tez iflasa uğrayır, məhv olub sıradan çıxırlar? 100 ildən
700 ilə qədər fəaliyyəti davam edən 27 şirkət arasında araşdırma aparılmışdır. Bu
şirkətlərin arasında DuPont, Kodak, Mitsui, Sumitomo və Siemens də vardı. Məlum
olmuşdur ki, bu şirkətlər öz fəaliyyətləri dövründə 4 əsas amili nəzərə almışlar:
maliyyədə konservativlik;
ətraf dünyaya həssaslıq;
fərqliliyi (orijinallığı) qorumaq;
yeni ideyalara münasibətdə tolerantlıq.
Bu şirkətlər öz kapitallarına deyil, insanlara dəyər vermişlər. İnsanlara dəyər ver-
məyən, sosial kapitalı gücləndirməyən yalnız kapitalını və əmlakını qorumağa
çalışan qurum özü-özünü intihara sürükləyir.
Dostları ilə paylaş: