1
“Nağdsız ödənişlə
r sahəsində
fərqlənmiş bankların
mükafatlandırılması üzrə
Münsiflər Heyəti” iclasının
6 fevral 2014-cü il tarixli
01 saylı protokolu ilə
təsdiq
edilmişdir
“Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər”
mövzusunda məqalə müsabiqəsinin
Qaydaları
I.
Giriş
Ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların
çəkisinin artırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının
fəaliyyətinin işıqlandırılması istiqamətində son dövrdə KİV-lərlə əməkdaşlıq daha
da genişləndirilir, hər iki tərəfin maraqlarına cavab verən şəffaflıq və qarşılıqlı
əməkdaşlıq güclənir. Bu sahədə Mərkəzi Bank tərəfindən həyata keçirilən
tədbirlərin geniş ictimaiyyətə çatdırılmasında KİV-lərin rolunu nəzərə alaraq
Mərkəzi Bank jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf
meyilləri: reallıq və perspektivlər” mövzusunda ən yaxşı məqalə müsabiqəsini
elan edir.
II.
Müsabiqənin məqsədi
2.1.
Nağdsız ödənişlərin inkişafında Mərkəzi Bankın fəaliyyətinin KİV-lərdə
işıqlandırılması;
2.2.
Mərkəzi Bankın elektron ödəniş sistemlərinin inkişafı və nağdsız
ödənişlərin stimullaşdırılması üzrə apardığı işlərə mərkəzi və regional KİV-
lərin maraqlarının artırılması;
2.3.
Nağdsız ödənişlərin inkişafına dair Mərkəzi Bankın gördüyü işlərə dair
pozitiv ictimai rəyin formalaşdırılması;
2.4.
İqtisadiyyat, bank və maliyyə mövzuları üzrə KİV-lərdə çalışan
jurnalistlərin motivasiyasının artırılması;
2
2.5.
Nağdsız ödənişlərin inkişafına dair dünyanın aparıcı mərkəzi banklarının
təcrübəsi, bu sahədəki yeniliklərlə KİV nümayəndələrini tanış etməklə
yanaşı KİV-lər vasitəsilə bank sektorunda həyata keçirilən tədbirlər barədə
ictimaiyyətin geniş məlumatlandırılması.
III. Müsabiqə iştirakçıları
3.1.
Müsabiqəyə 2014-cü ilin may-oktyabr ayları ərzində mərkəzi və regional
elektron və çap KİV-lərində müsabiqənin mövzusuna uyğun nəşr olunmuş
yazılar qəbul olunur.
IV.
Müsabiqədə iştirak
4.1.
Məqalələr hazırki təlimatda göstərilən məqalənin yazılması şərtlərinə və
tələblərinə riayət etməklə yazılmalı və müsabiqəyə təqdim edilməlidir.
4.2.
Təqdim edilmiş hər hansı məqalə qoyulmuş tələblərə cavab verməzsə
həmin məqalə müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə
iştirakdan kənarlaşdırılır.
4.3.
Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.
V.
Məqalənin forması, həcmi və dili
5.1.
Müsabiqə iştirakçısı müsabiqəyə məqalənin çap olunduğu qəzet və
jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-
də yerləşdirilmiş yazının isə linki göstərilməklə saytdan çıxarılmış “print
screen” versiyasını təqdim etməlidir.
5.2.
Məqalə Azərbaycan dilində təqdim olunmalıdır (xarici dildə yazılan
məqalələr azərbaycan dilinə tərcümə edilərək təqdim olunmalıdır).
5.3.
Məqalənin əvvəlində müəllifin adı, soyadı və atasının adı, hazırda çalışdığı
KİV-in adı, vəzifəsi qeyd olunmalıdır.
5.4.
Müsabiqəyə istənilən KİV orqanında dərc edilmiş məqalə təqdim edilə
bilər.
VI.
Məqaləyə verilən tələblər
6.1.
Məqalədə qaldırılan məsələlər və onların həlli və ya təkmilləşdirilməsi
yolları aydın fikir və cümlələrlə ifadə edilməlidir.
3
6.2.
Müsabiqə iştirakçısı məqalədə öz mülahizələrini və fikirlərini ifadə
etməlidir.
6.3.
Müəlliflik hüquqlarının gözlənilməsi və müvafiq istinadların edilməsi
vacibdir və bunun üçün digər mənbərlərdən götürülən məlumatın sadəcə
məqaləyə köçürməklə daxil edilməsi (yəni həmin mənbə göstərilmədən və
ya ona istinad olunmadan) yolverilməzdir.
VII. Məqalələrin qiymətləndirilməsi
7.1.
Məqalələrin qiymətləndirilməsi aşağıdakı tələblər əsasında həyata keçirilir:
forma və məzmuna dair qoyulan tələblərə cavab verməsi;
irəli sürülən fikir və ideyaların aydınlığı və məzmunluluğu;
araşdırılan problemlərin həlli yollarının orijinallığı və mümkünlüyü;
nağdsız ödənişlərin inkişafı üçün tövsiyə, təkliflərin səslənməsi, əldə
edilmiş nəticələr və müasir tədqiqatlar barədə məlumatın əks edilməsi;
məqalənin bədii-ədəbi dilinin zənginliyi və yalnız iqtisadçılar üçün deyil,
həm də geniş oxucu auditoriyası üçün anlaşılan dildə yazılması.
VIII. Münsiflər heyəti
8.1.
Məqalələrin qiymətləndirilməsi “Nağdsız ödənişlər sahəsində fərqlənmiş
bankların mükafatlandırılması üzrə Münsiflər Heyəti” tərəfindən həyata
keçirilir.
8.2.
Münsiflər Heyəti “Nağdsız ödənişlər sahəsində elan edilmiş nominasiya və
müsaqibə qaliblərinin müəyyən edilməsi üzrə münsiflər heyəti haqqında
əsasnamə”yə uyğun olaraq formalaşdırılır.
IX. Mükafatlandırma
9.1.
Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 500, 300,
150 manat məbləğində pul mükafatları və qalib jurnalistlərin hər birinə
“Mərkəzi Bankın 20 illiyi” gümüş xatirə sikkələri təqdim olunacaqdır.
9.2.
Mükafatlandırma mərasiminin keçirilmə yeri və tarixi barədə təşkilatçı
tərəfindən əlavə məlumat veriləcəkdir.
X. Məqalələrin təqdim edilməsi və əlavə məlumat
4
10.1.
Müsabiqəyə dair bütün məlumat Azərbaycan Respublikasının Mərkəzi
Bankının rəsmi internet saytında (
http://www.cbar.az
) yerləşdirilir və bu
barədə press-reliz yayımlanır.
10.2.
Məqalələr 10 noyabr 2014-ci il saat 18.00-dək nəşrin adı və tarixi ilə bir
yerdə təqdim edilir. Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş
məqalələr qəbul olunmur.
10.3.
Məqalə ilə birlikdə hər bir müəllif özü haqqında qısa məlumat da təqdim
edir.