Günay Məmmədova Bəstəkar Nəriman Məmmədov və Naxçıvan Musiqi Texnikumunun direktoru Rza Abbasov ilə birlikdə Naxçıvan Musiqi Texnikumunun foyesində. 1995-ci il
Musiqişünaslıq üzrə təhsil alan gənc Günay öz qabiliyyətini
bəstəkarlıq sahəsində də sınamışdır. Bir çox mahnıların,
instrumental əsərlərin müəllifidir. Onun mahnılarının bir çoxu
tədbirlərdə səslənir. Məsələn, 2002-ci ilin 2 fevralında keçirilən
tədbirdə «2001-ci ilin ən yaxşı gənc bəstəkarı» adına layiq
görülmüşdür. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası
üzrə keçirilən mahnı müsabiqələrində onun mahnıları I, II dərəcəli
diplomlarla təltif olunmuşdur.
Bir musiqişünas kimi isə onun publisist məqalələri vaxtaşırı
mətbuatda çap edilir. Elmi iş üzərində də işləyən Günay hazırda
Naxçıvan Dövlət Universitetinin «İfaçılıq» kafedrasında pedaqoji
fəaliyyətlə məşğul olur.