Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


ALİ  (Babək,  Naxçıvan)//ALU



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   7   8   9   10   11   12   13   14   ...   245
naxcivan

ALİ  (Babək,  Naxçıvan)//ALU  (Şərur)  –  gavalı.  –
H
əyətdərində yaxşı ali olur qonşumun. 
ALMAXARA 
(Naxçıvan) – albuxara. –Almaxaranın da 
cürb
əcür növləri var da. 
ALTDIX  (
Ağbulaq,  Ayrınc,  Qızıl  Qışlaq)  –  corabın 
altı. –Corabımın altdığı cırılıp, gərəx' verəm nənəm yamasın. 
AMANCAX 
(Daylaqlı,  Külüs)  -  amma və  ancax 
  bağlayıcılarının  birləşməsindən  əmələ  gəlib 
qarşılaşdırma  mənası  bildirən  bağlayıcı.  -Neçə  kərəm  kağız 
yazdım, amancax cavab almadım. 
AMANAT 
(Şahbuz) – qonaq. –Onda da əymizə girən-
çıxan çoxuydu, amanatın biri-gəlip, biri gedirdi. 
AMANABƏND  (Naxçıvan,  Şərur)  –  zəif,  yaxşı 
b
ərkidilməmiş. –Amanabənd durupdu, dəysən töküləcəx'. 
Bu  söz  davamsız,  möhkəm olmayan mənasında  Bakı 
dialektind
ə də var (3, s.23). 
ANABÜLBÜL (
əksər şivələrdə) – paltarsız, əyni nazik. 
23 
 


–G
ələm  baxam ki, nə,  yazıx  uşax  anabülbül  durup  yağışın 
altda. 
ANAGİR  (Daylaqlı,  Şahbuzkənd)  –  anasız  arıların 
öyr
əşməsi  üçün  arı  pətəyinin içində  ana  arı  salınan  xüsusi 
balaca q
əfəs. 
ANA  ŞAN  (Şahbuz)  –  bir ildən  çox  qalan  şan.  –Ana 
şan birəz tüd irəx'də olur.   
ANDIR  (Bab
ək, Kəngərli, Sədərək)  –  sahibi olmayan 
əşya. –Gəl bı andırıvı bırdan götür, neçə gündü qalıb ortalarda. 
ANDIZ  (
əksər  şivələrdə)  –  xalq təbabətində  işlənən 
d
ərman bitkisi.  
ANĞARMAQ (Şərur) – anlamaq. –Anğarammadım, ay 
bala, bi d
ə döndər görüm nə deyirsən? 
ANITMAX 
(Şahbuz)  –  nəyi isə  üstüörtülü demək
andırmaq. –Anıtdım da. Qoy görəx' başa tüşəcəx'? 
ANQƏRİB  (Qarabağlar)  –  qəfildən.  –Anqərib elə 
çığırdı ki, hammı çönüp baxırdı ona. 
Bu  söz C
əlilabad və  Salyan  şivələrində  də  müşahidə 
edilir (3, s.24). 
ANQUT//ANQURD 
(Şahbuz,  Şərur)  –  arıq,  zəif.  –
Anqutu çıxıb, heş tanıyammadım görəndə. 
АNNАХ  (Xanəgah,  Qazançı)  -  qаnаcаq,  mərifət.  -Bu 
uşаq çох аnnахlıdı. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin