NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72) ZÖHRAB QARAYEV RAUF CƏFƏROV Azərbaycan Tibb Universiteti UOT:618 ŞAHBUZ İNZİBATİ RAYONU ƏRAZİSİNDƏ YAŞAYAN YERLİ ƏHALİ ARASINDA ƏSAS STOMATOLOJİ XƏSTƏLİKLƏRİN EPİDEMİOLOGİYASI
Açar sözlər:
diş çürükləri, periodontal xəstəlik, epidemiologiya Keywords: dental caries, periodontal disease, epidemiology Ключевые слова: кариес, заболевания пародонта, эпидемиология Epidemioloji
tədqiqatlar
əhaliyə
göstərilən
stomatoloji
yardımın
inkişafının
proqnozlaşdırılmasına və perspektiv planlaşdırılmasına əsaslanır. Stomatoloji yardımın təşkil
edilməsi probleminə diferensial yanaşma stomatoloji xəstəliklərin yayılması və intensivliyinin
epidemiologiyasının öyrənilməsi ilə tamamlanır. Bu problemlə əlaqədar Azərbaycan
Respublikasında və digər ölkələrdə stomatoloji xəstəliklərin yaranmasına təsir edən risk amillərinin
öyrənilməsi məqsədilə klinik-epidemioloji xarakterli müxtəlif kompleks tədqiqatlar aparılmışdır.
Bu tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əsas stomatoloji xəstəliklərin yayılması müxtəlif
regionlarda və müxtəlif yaş qruplarında yüksəkdir [1- 8].