144
3.
Üst Yuranın əhəngdaşıları və qumdaşıları.
4.
Perm və Karbonun əhəngdaşıları, qumdaşıları və kvarsitləri.
İstisu-Kəlbəcər zonası mürəkkəb geoloji quruluşa mlik olub, vukanogen-çökmə, vulkanogen
və intruziv süxurlardan ibarətdir. Tektonik baxımdan bu zona Kəlbəcər muldasına daxildir ki, bu da
Kiçik Qafqaz meqaantiklinorumunun mərkəzi hissəsinin əsas elementlərindən ibarətdir (4).
Tərtər çayının yuxarı hövzələrində müxtəlif temperaturlu karbon tərkibli çoxlu sayda mineral
su mənbələri mövcuddur. Belə termal-mineral mənbələr dərinlik qırılmaları ilə əlaqədardır.
Turşsu-Şirlan zonası Kiçik Qafqazın şərq hissəsində Şuşa rayonunda yerləşərək Qarqarçay və
Xəlifəliçay dərəsi ərazisindədir.
Orta Yuranın vulkanogen qatının, Alt Təbaşir yaşlı (Alb) şist qumdaşılarla xarakterizə olunan
çöküntülərin üzərinə hərəkət etməsi, onları əzməsi nəticəsində termomineral suların əmələ gəlməsi
və sirkulyasiya üçün əlverişli şərait yaranmışdır. Belə suların qidalanması atmosfer çöküntülərinin
infiltrasiyası hesabınadır.
Karbon qazının və yüksək hidrostatik təzyiqin təsiri altında ultraəsas süxurlardan ayrılaraq
qalxan sular üst qatların şirin suları ilə qarışaraq dərin çay vadilərinə boşalırlar. Turşsu-Şirlan
hidrogeokimyəvi zonasında ümumi qaz tərkibinin 99,65 %-ni karbon qazı təşkil edir (5,6,7).
Kimyəvi tərkibinə görə karbonatlardan, sulfitli-natriumlu-hidrokarbonatlardan ibarət olan
İstisu termomineral suları balneoloji məqsədlə də geniş tətbiq olundu.
Dostları ilə paylaş: