Naxçıvan mr ərazisində Yayılmiş Brassicaceae Burnett Fəsiləsində Aparılmış Nomenklatur Dəyişikliklər



Yüklə 132,5 Kb.
tarix26.05.2017
ölçüsü132,5 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 45-52 (2013)

Naxçıvan MR Ərazisində Yayılmiş Brassicaceae Burnett Fəsiləsində

Aparılmış Nomenklatur Dəyişikliklər
T.H.Talibov, F.X.Nəbiyeva
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, Babək küç., 10, Naxçıvan AZ 7000, Azərbaycan;

E-mail: t_talibov@mail.ru
Мəqalədə Naxçıvan MR ərazisində yayılmış Brassicaceae Burnett fəsiləsinə daxil olan cins və növlərin müasir sistematik təhlilinin nəticələri haqqında məlumat verilir. Fəsilənin 62 cinsinin 36-sında və 183 növün 72-də nomenklatur dəyişikliklər edilmişdır.

Açar sözlər: Brassicaceae, taksonomiya, nomenklatur dəyişikliklər



Naxçıvan Muxtar Respublikası ərazisinin flora və bitkiliyinin müxtəlifliyi hər zaman botaniklərin diqqətini özünə cəlb etmiş və maraqlı tədqiqat obyekti olmuşdur. Flora təhlilindən məlum olur ki, yer kürəsində baş verən qlobal istiləşməyə və müxtəlif faktorlara məruz qalan ekosistemlərdə taksonomik tərkibdə müvafiq dəyişikliklərə baş verir. Qeyd olunan bu analoji cəhətlər regionun florasında geniş yayılan taksonlardan biri olan Brassicaceae fəsiləsinə də öz təsirini göstərərək, onun müasir növ tərkibində mühüm dəyişikliklərə səbəb olmuşdur. Belə ki, müasir dövrdə flora və bitkilikdə müşahidə olunan taksonomik dəyişikliklərin araşdirilaraq, hərtərəflı təhlıl olunması məqsədəuyğundur və botanika elmi qarşısında dayanan vacıb problemlərdəndir.

Taksonomik dəyişikliklər nəticəsində Azərbaycan, o cümlədən, Naxçıvan MR florasında nəzərə carpacaq qarışıqlıq, sistemsizlik yaranmışdır ki, bu da ondan istifadə zamanı, xüsusilə gənc tədqiqatçılar üçün xeyli çətinliklər törədir. Buna sistematika elmində son dövrlər tətbiq edilən yeni yanaşmalar, həmçinin faktik herbari materiallarına əsasən S.K. Çerepanovun (Флора СССР, 1936; səh. 243-292) və Rusiya EA Botanika İnstitutu tərəfindən nəşr edilməkdə olan “Конспект флоры Кавказа” (məsul redaktor A.L. Taxtacyan) əsərləri səbəb olmuşdur (Конспект флоры Кавказа, 2012). İkinci əsərdə demək olar ki, böyük əksəriyyət fəsilələrdə ciddi dəyişiklər edilmiş, bir çox halda isə siyasi konyukturalara müdaxilə edilmişdir. Məsələn, növün təsvir olunduğu ərazini göstərərkən “описан из Турецкой Армении” kimi olmayan bir ərazi haqqında yanlış məlumat verilir ki, bu da şübhəsiz redaktorun mənfur xislətindən doğur. Ona görə də son dövrlərdə yazılan monoqrafik əsərlərdə və elmi məqalələrdə müəyyən çatışmazlıqlara yol verilir. Bu məqsədlə aparılan çoxillik tədqiqatların nəticəsi və son ədəbiyyat mənbələrinin araşdırılması əsasında reğionun Kələmkimilər - Brassicaceae fəsiləsində edilmiş taksonomik və nomenklatur dəyişikliklər müəyənləşdirilmişdir (Гроссгейм, 1950; səh.108-251; Конспект флоры Кавказа, 2012; Международный кодекс ботанической номенклатуры, 2005; Флора Азербайджана, 1953; səh. 141-323; Флора Армении, 1966; səh.61-301; Флора СССР, 1936; səh. 386-870).

Sırf nomenklatur dəyişikliklər aparılması üçün üç əsas səbəb vardır. Birinci: keçmişdə götürülən adların mövcud kodlara uyğun gəlməməsi zamanı və həmçinin, təəssüf ki, bəzi müasir alimlərin qəsdən və ya təsadüfən nomenklatur məcəllənin tələblərinə əməl etmədiklərində.

İkincisi: tipifikasiynın olmaması üzündən bir çox adlar keçmişdə səhvən dəyişdirilmişdir. Çünki tip konsepsiyası anlayışı tam olaraq yalnız XX əsrdə müəyyən edilmişdir.

Üçüncü: adların çoxu prioritet prinsipin yaradılması ərəfəsində verilmişdir, belə ki, əvvəlki adlar az tanınmış müəlliflər tərəfindən dərc edilmiş əsərlərdə göstərilmiş və sonrakı müəlliflər tərəfindən nəzərə alınmamışdır (Алексеев и др., 1989, Егорова, 2000).

Son illərdə nomenklatur səbəblərdən adların dəyişdirilməsi bir çox problemlərin yaranmasına gətirib çıxarmışdır. Bir neçə dəfə sistematiklər Beynəlxalq nomenklatur Məcəlləsinin tələblərinə tam uyğun sistemli nomenklaturanın hazırlamasına cəhd göstərdilər. Lakin, əvvəllər nəşr edilmiş köhnə əsərlərdəki adların dəqiqləşdirilməsinə diqqət yetirilməməsi işin başa çatdırılmasına maneə olmuşdur. Belə qənaətə gəlmək olar ki, bütün elm adamlarının, nomenklatur məcəlləsinə ciddi əməl etməsi, əsasən sistematiklərin ciddi səyləri tipifikasiynın və adların dəyişdirilməsində ümumi razılığa gəlmələri ona gətirəcək ki, nomenklatur səbəblərdən adlarda dəyişikliklər az-az rast gəlinəcək və nəhayət onlar mütəxəssislər üçün narahatçılıq törətməyəcəkdir.

T.H.Talıbov və Ə.Ş.İbrahimovun tədqiqat məlumatlarına əsasən hazırda İkiləpəlilər sinfinin müasir florası regionda 104 fəsilə, 647 cins, 2144 növlə təmsil olunmuşdur (Talıbov, İbrahimov, 2008). Belə ki, taksonların, onların müəlliflərinin adı dəyişilmiş, əvvəllər aşağı sistematik səviyyədə olan taksonlar daha yüksək səviyyəyə qaldırılmış, əksinə bəzi fəsilələr cins, növ səviyyəsinə, cinslər isə növ, yarımnöv və hətta forma səviyyəsinə endirilmişdir. Eyni bir fəsilədən olan cinsdən yeni fəsilə və cinslər ayrılmış, bir sıra taksonlar digərlərinə birləşdirilmişdir.

Aparılan araşdırmaların nəticəsində müəyyənləşdirilmişdir ki, İkiləpəlilər sinfinə məxsus olan 57 fəsilə, 219 cinsə aid olan 334 növdə taksonomik və nomenklatur dəyişikliklər aparılmış, 50 yeni cins və 67 yeni növ əlavə olunmuşdur (bunlar son rəqəmlər deyil). 2010-2012-ci illərdə aparılan tədqiqatlar zamanı əldə olunmuş nəticələr əsasında Naxçıvan MR ərazisində yayılmış Brassicaceae fəsiləsinə daxil olan bitkilərin taksonomik spektri hazırlanmışdır. Məlumdur ki, bu fəsilənin Azərbaycan florasında 67 cinsə daxil olan 231 növü verilir. Onlardan Naxçıvan MR ərazisində (2008-ci ilədək olan mənbələrə əsasən) 67 cinsə aid 165 növü yayılmışdır (Nəbiyeva, 2011; səh. 96-103; Talıbov, İbrahimov, 2008, səh. 110-120; Флора Азербайджана, 1953, səh. 141-323). Bu miqdar ərazi florasının ümumi cinslərinin (874) 7,67%-i və növlərinin (2835) 5,86%-i qədərdir.

Son illərdə florada ayrı-ayrı sistematiklər tərəfindən aparılan müxtəlif dəyişikliklər, yeni taksonların əlavə edilməsi və s. Kələmkimilər fəsiləsinin tərkibinə də əlavələr olunmasına zərurəti yaratmışdır. Bununla əlaqədar olaraq, Brassicaceae fəsiləsində aparılan nomenklatur dəyişikliklər aşağıdakı sistematik icmalda təsvir və təhlil olunur. Qalın şiriftlə göstərilən növlər Azərbaycan, həmçinin Naxçıvan MR florasına yeni daxil edilmiş taksonlardır.

Fam.: Brassicaceae Burnett, nom. cons., nom. alt. - Kələmkimilər

Supertrib.1. Brassicodae V.E. Avet.

Trib.1. Brassiceae DC.

Subtrib.1. Brassicinae Sond.

1. Genus: Brassica L. - Kələm

Subgen.1. Melanosinapis (DC.) V.İ.Dorof.

1(1) B. nigra (L.) W.D.J. Koch – Qara kələm

Subgen.2. Rossosinapis V.İ.Dorof.

Sect.1. Campestres V.İ.Dorof.

2(2) B. campestris L. - Çöl kələmi

3(3)*B. napus L. - Şalğamturp

4(4)*B. rapa L. - Turp

Subgen.3. Brassica

5(5)*B. oleracea L. - Bostan kələmi

2. Genus: Sinapis L.- Xardal (İstiot)

Subgen.1. Ceratosinapis (DC.) V.İ.Dorof. comb. nova.

6(1) S. arvensis L. - Çöl xardalı

3. Genus: Erucastrum C.Presl - Kiprikli erucastrum

7(1) E. armoracioides (Czern. ex Turcz.) Cruchet (Brassica elongata Ehrn.)-Xardalvari kiprikli e.

4. Genus: Eruca Mill. - İndau

8(1) E. sativa Mill. - Əkin indausu

Subtrib.2. Rapistrinae Wettst.

5. Genus: Rapistrum Crantz, nom. cons. – Turşəng (Şalğam)

9(1) R. rugosum (L.) All. - Qırışıqlı turşəng

Subtrib.3. Moricandiinae Prantl

6. Genus: Moricandia DC. – Morikandia

10(1) M. meyeri (Boiss.) V.İ.Dorof. [Zuvanda meyeri (Boiss.)Askerova; Malcolmia meyeri

Boiss.]- Meyer morikandiası

11(2) M. perfoliata (C.A.Mey.) V.İ.Dorof. [Conringia perfoliata (C.A.Mey.) N.Busch,

Conringia clavata Boiss.] - Sancaqlı m.

7. Genus: Conringia Heist. ex Fabr. -Konrinqia

12(1) C. orientalis (L.) C.Presl - Şərq konrinqia

13(2) C. planisiliqua Fisch. & C.A. Mey. - Yastımeyvə k.

14(3) C. persica Boiss. - İran k.

Trib.2. Euclidieae DC.

8. Genus: Euclidium W.T. Aiton, nom. cons. - Daşmeyvə

15(1) E. syriacum (L.) W.T. Aiton - Suriya daşmeyvəsi

Trib.3. Crambeae Coss.

Subtrib.1. İsatidinae Caruel

9. Genus: Goldbachia D.C., nom. cons. - Qoldbaxia

16(1) G. torulosa DC. - Təpəcikli qoldbaxia

10. Genus: Myagrum L. - Siçanotu

17(1) M. perfoliatum L. - Dəlinmişyarpaq siçanotu

11. Genus: İsatis L. - Rəngotu

Sect.1. Samerarioides Boiss.

18(1) İ. steveniana Trautv. (İ. anceps N. Busch) - Steven rəngotu

19(2) İ. karjaginii Schischk. - Karyagin r.

20(3) İ. latisiliqua Steven (İ. nummularia Trautv.) – Enlimeyvə r.

21(4) İ. subradiata Rupr. - Şüalı r.

Sect.2. İsatis

22(5) İ. glauca Aucher ex Boiss. – Boz rəngotu

23(6) İ. bungeana Seidlitz - Bunqe r.

24(7) İ. brachycarpa C.A.Mey. - Qısameyvə r.

Sect.3. Arterolobus Boiss.

25(8) İ. ornithorhynchus N. Busch - Ördəkburun r.

26(9) İ. buschiana Schischk. - Buş r.

27(10) İ. iberica Stev. - Gürcü r.

12. Genus: Sameraria Desv. - Böyrəkmeyvə

Sect.1. Sameraria

28(1) S. armena (L.) Desv. - Erməni böyrəkmeyvəsi



29(2) S. cardiocarpa Trautv. - Ürəkvari b.

Sect.2. Tetrapterigium (Fisch. & C.A.Mey.) Boiss.

30(3) S. glastifolia (Fisch. & C.A.Mey.) Boiss. - Rəngotuyarpaq b.

13. Genus: Clypeola L. - Mərcəki



31(1) C. dichotoma Boiss.[Pseudoanastatica dichotoma (Boiss.) Grossh.]- Haçalı mərcəki

32(2) C. jonthlaspi L. (C. microcarpa C. Moris) - Yarğanotuvari m.

Subtrib.2. Raphaniinae Hayek

14. Genus: Raphanus L. - Turpca

33(1) R. raphanistrum L. - Çöl turpcası

34(2)*R. sativus L. - Əkin t.

15. Genus: Crambe L. – Qatran

Sect.1. Orientecrambe İ.İ.Khalilov

35(1) C. orientalis L. - Şərq qətranı

36(2) C. armena N.Busch - Erməni q.



37(3) C. grossheimii İ.İ.Khalilov – Qrossheym q.

38(4) C. juncea Bieb. [C. aculeolata (N. Busch) Czerniak] - Çubuqvari q.

Subtrib.3. Buniadinae Wettst.

16. Genus: Bunias L. - Təpəotu

39(1) B. orientalis L. - Şərq təpəotu

17. Genus: Calepina Adans. - Kalepina

40(1) C. irregularis (Asso) Thell. - Əyri kalepina

18. Genus: Neslia Desv., nom. cons. - Nesliya

41(1) N. apiculata Fisch., C.A. Mey. et Ave-Lall. - Sivriuc nesliya

42(2) N. paniculata (L.) Desv. - Süpürgə n.

19. Genus: Litwinowia Woronow - Litvinov

43(1) L. tenuissima (Pall.) Woronow ex Pavlov. - Zərif litvinov

Trib.4. Coluteocarpeae V.İ.Dorof.

20. Genus: Physoptychis Boiss. - Bozqovqaç

44(1) Ph. caspica (Habl.) V. Boczantzeva [Ph. gnaphalodes (DC.) Boiss.]- Xəzər bozqovqaçı

21. Genus: Coluteocarpus Boiss. - Şaqqıldaqmeyvə

45(1) C. vesicaria (L.) Holmboe - Torlu şaqqıldaqmeyvə

Supertrib. 2. Sisymbriodae V.E.Avet.

Trib.1. Hesperideae Prantl

Subtrib.1. Matthiolinae Janch.

22. Genus: Matthiola W.T. Aiton, nom. cons. - Şəbbugülü

46(1) M. boisseri Grossh. - Buasiye şəbbugülü



47(2) M. odoratissima (Pall. ex Bieb.) W.T. Aiton – İyli ş.

23. Genus: Anchonium DC.- Anxoni

48(1) A. elichrysifolium (DC.) Boiss. - Quruyarpaq anxoni

49(2) A. persicum (DC.) Bornm. -İran a.

24. Genus: Sterigmostemum Bieb. - Steriqma

50(1) S. acanthocarpum Fisch. & C.A. Mey. - İynəmeyvə steriqma

51(2) S. incanum Bieb. [ S. torulosum (Bieb.) Stapf] - Təpəcikli s.

52(3) S. tomentosum (Willd.) Bieb. - Keçətük s.

25. Genus: Strigosella Boiss. – Striqosella

Sect.1. Schirjajevija (F. Dvorak) Botsch.

53(1) S. africana (L.) Botsch. [Malcolmia africana (L.) W.T. Aiton] - Afrika striqosellası

Sect.2. Fedtschenkoa (Regel) Botsch.

54(2) S. intermedia (C.A.Mey.) Botsch. (Malcolmia taraxafolia Balb.) - Orta s.

Subtrib.2. Hesperidinae Hayek

26. Genus: Hesperis L. - Gecəgülü

Subgen.1. Hesperis

55(1) H. hirsutissima (N.Busch) Tzvel. - Sərttükcüklü gecəgülü

56(2) H. matronalis L. - Gecə bənövşəsi g.



57(3) H. pycnotricha Borbas et Degen - Sıxtükcüklü g.

58(4) H. transcaucasica Tzvel. – Cənubi Qafqaz g.

59(5) H. voronovii N. Busch (H. armena auct. non Boiss.) - Voronov g.

Subgen.2. Mediterranea Borbas

60(6) H. persica Boiss. (H. karsiana N. Busch) - İran g.

Subtrib.3. Erysiminae Prantl

27. Genus: Erysimum L. - İsitməotu

Sect.1. Cheiropsis (C.A.Mey.) Ledeb.

61(1) E. wagifii Kassumov – Vaqif isitməotu

62(2) E. substrigosum (Rupr.) N.Busch - Kələkötür i.

63(3) E.cheiri (L.) Crantz (Cherianthus cheiri L.) - Bağ i.

Sect.2. Contracta V.İ.Dorof.

64(4) E. szowitsianum Boiss. - Soviç i.

Sect.3. Canescentia V.İ.Dorof.

Subsect.1. İberica V.İ.Dorof.

65(5) E. ibericum (Adams) DC. – Gürcü i.

Sect.4. Hieracifolia V.İ.Dorof.

66(6) E. brachycarpum Boiss. - Qısameyvə i.

67(7) E. pulchellum (Willd.) J.Gay - Qəşəng i.

68(8) E. chazarjurti N.Busch – Xəzəryurdu i.

69(9) E. lilacinum Steinb. - Bənövşəyi i.

Sect.5. Pachygonum (C.A.Mey.) V.İ.Dorof.

70(10) E. repandum L. - Gəmirilmiş i.

71(11) E. sisymbrioides C.A.Mey. - Şüvərani i.

Sect.6. Erysimum

Subsect.1. Gelida V.İ.Dorof.

72(12) E. gelidum Bunge - Soyuq i.



73(13) E. krynitzkii Bordz. – Krinitski i.

Sect.7. Agonolobus (C.A.Mey.) Ledeb.

Subsect.1. Subangulata V.İ.Dorof.

74(14) E. crassipes Fisch. & Mey. - Yoğunayaq i.

75(15) E. subulatum J. Gay (E. persicum Boiss.) - İran i.

Subsect.2. Cylindrica V.İ.Dorof.

76(16) E. leptophyllum (Bieb.) Andrz. - Daryarpaq i.

77(17) E. collinum (Bieb.) Andrz. - Təpəvari i.

78(18) E. leucanthemum (Steph.) B. Fedtsch.(E. passgalense Boiss.) - Ağçiçək i.

28. Genus: Acachmena H.P.Fuchs - Akaxmen

79(1) Acachmena cuspidata(Bieb.) H.P. Fuchs. [Erysimum cuspidatum (Bieb.) DC.] -

Qalxanlı akaxmen

Subtib. 4 Alyssinae Sond.

29. Genus: Fibigia Medik. - Fibigia

80(1) F. macrocarpa (Boiss.) Boiss. - İrimeyvə fibigia

81(2) F. macroptera (Kotschy et Boiss. ex E.Fourn.) Boiss. – İriqanad f.



30. Genus: Brachypus Ledeb. - Braxipus

82(1) B. suffruticosa (Vent.) V.İ.Dorof. [Fibigia suffruticosa (Vent.) Sweet] - Yarımkol braxipus

31. Genus: Asperuginoides Rauschert - Asperqunoud

83(1) A. axillaris (Boiss. & Hohen.) Rauschert (Buchingera axillaris Boiss. & Hohen.)-

Qoltuqmeyvə asperqunoud

32. Genus: Peltariopsis N.Busch - Qalxanlıot

84(1) P. grossheimii N.Busch - Qrossheym qalxanlıotu

85(2) P. planisiliqua (Boiss.) N. Busch - Yastıbuynuzmeyvə q.

33. Genus: Meniocus Desv. - Yastımeyvə

86(1) M. linifolius (Stephan ex Willd.) DC. - Kətanyarpaq yastımeyvə

34. Genus: Alyssum L. – Çuğundurot

Subgen.1. Alyssum

Sect.1. Alyssum

Subsect.1. Alyssum

87(1) A. gehamense Fed. - Hegem çuğundurotu

88(2) A. persicum Boiss. (A. muelleri Boiss. & Buhse) - İran ç.

89(3) A. muelleri Boiss. ex Buhse – Müller ç.

Subsect.2. Desertorum (A.P.İljinsk.) A.P.İljinsk.

90(4) A. parviflorum Fisch. ex Bieb.[A. campestre auct. non (L.) L.] - Xırdaçiçək ç.

91(5) A. stapfii Vierh.(A. buschianum Grossh.) - Ştaf ç.

92(6) A. strigosum Banks & Soland.- Sərttükcüklü ç.

93(7) A. hirsutum Bieb. - Kələkötür ç.

94(8) A. desertorum Stapf (A. turkestanicum Regel & Schmalh.)- Səhra ç.

95(9) A. szovitsianum Fisch. & C.A.Mey. - Soviç ç.

96(10) A. strictum Willd. - Düz ç.

Subsect.3. Psilonema (C.A.Mey.) A.P.İljinsk.

97(11) A. alyssoides (L.) L. (A. calycinum L.) – Kasalı ç.

98(12) A. dasycarpum Steph. - Tükcüklümeyvə ç.

Subgen. 2. Odontarrhena (C.A.Mey.) A.P.İljinsk.

Sect.1. Odontarrhena (C.A.Mey.) C.Koch

Subsect.1. Compressa T.R.Dudley

99(13) A. murale Waldst. & Kit. var. murale. - Divar ç.

Subsect.2. İnflata T.R.Dudley

100(14) A. tortuosum Waldst. & Kit. ex Willd.(A. bracteatum auct.) - Qıvrım ç.

Trib.2. Arabideae DC.

Subtrib.1. Arabidinae Sond.

35. Genus: Arabis L. - Ərəbotu

Sect.1. Turritella C.A.Mey. et Bunge



101(1) A. sagittata (Bertol.) DC. – Oxvari ərəbotu

102(2) A. glabra (L.) Bernh. (Turritis glabra L.) – Hamar ə.

Sect.2. Arabis

103(3) A. caucasica Willd. - Qafqaz ə.

104(4) A. flaviflora Bunge – Sarı ə.

Sect.3. Alamatium DC.

105(5) A. recta Vill.(A. auriculata auct. non Lam.) - Düz ə.

Sect.4. drabohisis Griseb.

106(6) A. armena N.Busch- Ermənistan ə.



107(7) A. carduchorum Boiss. – Ürıkvari ə.

36. Genus: Drabopsis C.Koch - Darıotu

108(1) D. nuda (Belanger) Stapf (D. verna C. Koch) - Yaz darıotu

37. Genus: Arabidopsis (DC.) Heynh., nom. cons. - Kəsəkotu

109(1) A. thaliana (L.) Heynh. - Talya kəsəkotu

110 (2) A. parvula (Schrenk) O.E. Schulz - Tükcüksüz k.



38. Genus: Thellungiella O.E.Schultz - Tellungiella

111(1) T. pumila (Steph.) V.İ.Dorof. [Arabidopsis pumila (Steph.) N.Busch] -

Tükcüklümeyvə tellungiella

Subtrib.2. Drabinae Hayek

39. Genus: Draba L. – Yastıqotu

Sect.1. Aizopsis DC.

112(1) D. bruniifolia Stev. (D. globifera Ledeb.) - Kirpikyarpaq yastıqotu

113(2) D. diversifolia Boiss. et A. Huet – Müxtəlifyarpaq y.

114(3) D. polytricha Ledeb. - Çoxtükcüklü y.

Sect.2. Draba

115(4) D. siliquosa Bieb. - Yonqarlı y.

Sect.3. Drabella DC.

116(5) D. huetii Boiss. - Huet y.

117(6) D. muralis L. - Divar y.

118(7) D. nemorosa L. - Meşəlik y.

40. Genus: Erophila DC., nom. cons. - Baharotu

119(1) E. verna (L.) Bess. – Yaz baharotu

Subtrib.3. Cardamininae Prantl

41. Genus: Barbarea W.T. Aiton, nom. cons. - Vəzərək

Sect.1. Barbarea

120(1) B. arculata (Opiz ex J. Presl.& C.Presl.) Rchb. (B.vulgaris auct. non W.T.Aiton) -

Qövsvari vəzərək

121(2) B. minor C.Koch - Kiçik v.

122(3) B. plantaginea DC. - Bağayarpağı v.

123(4) B. integrifolia DC. – Bütövyarpaq v.

Sect.2. Strictae V.İ.Dorof.

124(5) B. stricta Andrz. - Sıx v.

42. Genus: Rorippa Scop. - Acıquşəppəyi

Subgen.1. Rorippa

125(1) R. amphibia (L.) Bess. - Sucaq acıquşəppəyi

126(2) R. austriaca ( Crantz) Bess. - Avstriya a.

Subgen.2. Jonsellia V.İ.Dorof.



127(3) R. palustris (L.) Bess. – Bataqlıq a.

43. Genus: Nasturtium W.T. Aiton, nom. cons. - Acıqıcı

128(1) N. offisinale W.T. Aiton, nom. cons. - Dərman acıqıcısı

44. Genus: Armoracia G. Gaertn., B. Mey. et Scherb., nom. cons. - Xardal

129(1) A. rusticana (Lam.) G. Gaertn., B. Mey. et Scherb. [A. macrocarpa (Waldst. & Kit.)

Kit. ex Baumg.] - Adi xardal

45. Genus: Cardamine L. - Ürəkotu

Subgen.1. Cardamine

Sect.1. Cardamine

130(1) C. uliginosa Bieb. - Bataqlıq ürəkotu



131(2) C. ochroleuca Stapf - Bozumtul- sarı ü.

46. Genus: Murbeckiella Rothm. - Frin

132(1) M. huetii (Boiss.) Rothm. - Huet frini

47. Genus: Leptaleum DC. - Leptaleum

133(1) L. filifolium (Willd.) DC. - Sapvari leptaleum

Triba.3. Chorisporeae Ledeb.

48. Genus: Diptychocarpus Trautv. - Cütbuynuz

134(1) D. strictus (Fisch. ex Bieb.) Trautv. - Sıx cütbuynuz

49. Genus: Chorispora R. Br. ex DC., nom. cons. - Alakülüng

135(1) Ch. iberica (Bieb.) DC. - Gürcü alakülüngü

136(2) Ch. tenella (Pall.) DC. - Zərif a.

Trib.4. Sisymbrieae DC.

Subtrib.1. Alliariinae Prantl

50. Genus: Alliaria Heist. ex Fabr. - Sarımsaqotu

137(1) A. petiolata (Bieb.) Cavara & Grande (A.officinalis Andrz. ex Bieb.)- Dərman sarımsaqotu

Subtrib.2. Sisymbriinae Sond.

51. Genus: Sisymbrium L. - Şüvərən

Subgen.1. Sisymbrium

138(1) S. altissimum L. - Boylu şüvərən

139(2) S. septulatum DC. [S. bilobum (C.Koch) Grossh.] - Şaqqalı ş.

Subgen.2. Buschia V.İ.Dorof.

140(3) S. loeselii L. - Lezel ş.

141(4) S. irio L. - İrio ş.

52. Genus: Cymatocarpus O.E.Schultz - Sərbəstmeyvə

142(1) C. grossheimii N.Busch - Qrossheym sərbəstmeyvəsi

53. Genus: Descurainia Webb & Berthel., nom. cons. - Dekuran

143(1) D. sophia (L.) Webb. ex Prantl - Sofiya dekuranı

54. Genus: Dichasianthus Ovcz. et Junussov - Dixaziant

Sect.1. Longipodae V.İ.Dorof.

144(1) D. contortuplicatus (Stephan ex Willd.) Sojak [Neotorularia contortuplicata

(Stephan ex Willd.) Hedge & J. Leonard; Torularia contortuplicata (Stephan ex

Willd.) O.E.Schulz] – Buruqli dixaziant

Sect.2. Dichasianthus

145(2) D. torulosus (Desf.) Sojak [Neotorularia torulosa (Desf.) Hedge & J. Leonard;

Torularia torulosa (Desf.) O.E. Schultz] - Qabarıqlı d.

Trib.5. Thlaspieae DC.

Subtrib.1. Capsellinae Prantl

55. Genus: Camelina Crantz - Köhrənot

Sect.1. Camelina

Ser.1. Camelina

146(1) C. sativa (L.) Crantz - Əkin köhrənotu

147(2) C. rumelica Velen. (C. albiflora(Boiss.) N.Busch - Ağrəng k.

Sect.2. Flexuosae V.İ.Dorof.

148(3) C. laxa C.A.Mey. - Seyrək k.

56. Genus: Capsella Medik., nom. cons. - Quşəppəyi

149(1) C. bursa - pastoris (L.) Medik. - Adi quşəppəyi

57. Genus: Hymenolobus Nutt. ex Torr. & A.Gray - Çoxtoxumluot

150(1) H. procumbens (L.) Nutt. ex Torr. & A.Gray - Yatan çoxtoxumluot

58. Genus: Thlaspi L. – Yarğanotu

Sect.1. Thlaspi

151(1) T. arvense L. - Çöl yarğanotu

152(2) T. huetii Boiss. - Huye y.

Sect.2. Neurotropis DC.

153(3) T. platycarpum Fisch. et C.A.Mey.[Neurotropis platycarpa (Fisch. & C.A. Mey.)

F.K.Mey.]-Yastımeyvə y.

154(4) T. szowitsianum Boiss. – Soviç y.

155(5) T. armenum N.Busch [Neurotropis armena (N. Busch) Czer] – Ermənistan y.

156(6) T. perfoliatum L. [Microthlaspi perfoliatum (L.) F.K.Mey.] – Dəlinmiş y.

Sect.3.Pterotropis DC.

157(7) T. tatianae Bordz. [Carpoceras tatianae (Bordz.) Grossh., Noccaea tatianae

(Bordz.) F.K.Mey.] – Tatyana y.



59. Genus: Apterigia Galushko - Qanadsız

158(1) A. rostrata (N.Busch) Galushko [Thlaspi rostratum N.Busch , Atropatenia

rosrtata (N.Busch) F.K.Mey.] – Buynuzcuqlu qanadsız

159(2) A. zangezurica (Tzvel.) V.İ.Dorof. [Atropatenia zangezura( Tzvel.) F.K.Mey.,

Thlaspi zangezura Tzvel.] – Zəngəzur q.

60. Genus: Aethionema W.T.Aiton – Pulcuqluot

Sect.1. İsoptera N.Busch

160(1) A. virgatum (Boiss.) Hedge (A. elengatum auct., A. szowitsii Boiss.) – Soviç pulcuqluotu

Sect.2. Aethionema

161(2) A. pulchellum Boiss. & Huet. - Zərif p.

162(3) A. diastrophis Bunge - Qırışlı p.

163(4) A. edentulum N.Busch - Dişsiz p.

164(5) A. fimbriatum Boiss. - Kəkilli p.

165(6) A. arabicum (L.) Lipsky - Ərəb p.

166(7) A. carneum (Banks et Sol.) B. Fedtsch. [Campyloptera carnea (Banks & Soland.)

Botsch &Vved.] - Ətrəng p.

167(8) A. salmasium Boiss. – Salmas p.

168(9) A. cordatum (Desf.) Boiss. -Ürəkvari p.

169(10) A. cardiophyllum Boiss. & Heldr. - Ürəkyarpaq p.

Sect.3. İberidella (DC.) Boiss.

170(11) A. trinervium (DC.) Boiss. [İberidella trinervia (DC.)Boiss.] - Üçdamarlı p.

171(12) A. sagittatum Boiss. (İberidella sagittata Boiss.) - Oxvari p.

61. Genus: Lepidium L. – Bozalaq

Subgen.1. Lepidium

Sect.1. Lepidium

172(1) L. crassifolium Waldst. et Kit. – Qalınyarpaq bozalaq

173(2) L. latifolium L. - Enliyarpaq b.



174(3) L. lyratum L. - Udvari b.

175(4) L. persicum Boiss. – İran b.

Sect.2. Dileptium (Raf.) DC.

Subsect.1. Foetidum V.İ.Dorof.

176(5) L. ruderale L. - Yol b.

Subsect.2. Perfoliatae

177(6) L. perfoliatum L. - Oxlu b.

Subsect.3. Vesicarium V.İ.Dorof.

178(7) L. vesicarium L. - Qovuqlu b.

Subgen.2. Lepia (Desv.) A.P.İljinsk.

179(8) L. campestre (L.) R.Br. - Əkin b.

Subgen.3. Cardamon (DC.) V.İ.Dorof.

180(9) L. sativum L. - Vəzəri b.

62. Genus: Cardaria Desv. – Kardariya

Sect.1. Cardaria

181(1) C. draba (L.) Desv. (Lepidium draba L.) - Bozalaq kardariya

182(2) C. chalepensis (L.) Hand.- Mazz. (C. boissieri (N. Busch) Soo, Lepidium chalepensis

L., Lepidium boisseri N.Busch) – Hələb k.

Sect.2. Propinqua V.İ.Dorof.

183(3) C. propinqua (Fisch. & C.A.Mey.) N.Busch (Lepidium propinqum Fisch. & C.A. Mey.)Oxşar k.


Göründüyü kimi, 62 cins və 183 növdən [bu miqdar ərazi florasının ümumi cinslərinin (874) 7,09%-i və növlərinin (2835) 6,46%-i qədərdir] ibarət olan fəsilənin ən çox növü olan cinslərinə: Erysimum L. – 18, Alyssum L. – 14, Aethionema R.Br., İsatis L. – 10, Lepidium L. – 9, Arabis L. – 7, Draba L. – 7, Thlaspi L. – 7, Hesperis L. – 6, Barbarea W.T. Aiton – 5, Brassica L. – 5 və s. aiddir. Brassicaceae fəsiləsinə dair 62 cinsindən 36-da (58,06%) və 183 növdən 150-də (82,0%) ciddi dəyişikliklər vardır. Dəyişilmiş növlərin ümumi miqdarı 72-dir (39,34%). Beləliklə, sistematik icmal təhlil olunaraq, ərazidə yayılmış Kələmkimilər fəsiləsinin cins və növlərində aparılmış taksonomik dəyişikliklərin nəticələri dəqiqləşdirilmişdir. Müəyyənləşdirilmışdir ki, 16 cinsə 24 yeni növ əlavə olunmuş, 18 cinsdə isə dəyşikliklər edilmşdir. Fəsiləyə 7 yeni cins daxil edilmişdir. Bu cinslərə daxil olan 10 növün bəziləri cins səviyyəsindən növ statusuna endirilmiş, bəziləri isə başqa cinslərin növləri ilə əvəz edilmişdir. Təbii ki, bitki örtüyündə və florada baş verən tapıntılar və yeni-yeni araşdırmalar bundan sonra da əlavə və dəyişikliklərin olmasına zəmin yaradacaqdır.

Qeyd olunan nomenklatur dəyişikliklərlə yanaşı, “Флора Азербайджана” əsərinin 4 cildində (Флора Азербайджана, 1953; səh.141-323) Brassicaceae fəsiləsinə aid növlərin adlandırılmasında xeyli çatışmazlıqlara rast gəldik. Məsələn, Lepidium perfoliatum- Oxlu bozalaq(səh.152); Thlaspi perfoliatum – Dəlinmiş yarğanotu (s.184); Conringia perfoliata- Sancaqlı konrinqiya(səh.231); Myagrum perfoliatum – Dəlinmişyarpaq siçanotu (s.281). Bu adlandırılmaların hamısında işlədilməsi ən uyğun və digər fəsilələrdə də işlədilən Dəlinmiş mənası verən söz olmalıdır. Çox maraqlıdır ki, eyni bir səhifədə(səh.256) Draba polytrichaD. siliquosa növləri hər ikisi Buynuzlu yastıqotu adlandırılmışdır. Düzgün olar ki, birinci növ Çoxtükcüklü, digəri isə Yonqarlı yastıqotu adlandırılsın. Lepidium propinquum – Oxşar bozalaq(səh. 149) yazılmışdır, lakin digər fəsilələrdə rast olunan propinquum – qohum mənasında işlədilib. Bəzi adlarda məsələn, Draba huetii(səh.261) – Xyue yox Huyet yastıqotu; Malcolmia taraxacifolia (səh.290) – Hacıqovuq yox Acıqovuq malkolmia və s. Şübhəsiz ki, belə çatışmazlıqlar Azərbaycan florasının milli dilimizdə nəşr ediləcək yeni saylarında aradan qaldırılacaq, həmçinin müasir flora və bitkiliyimızın biomüxtəlifliyi ilə maraqlanan hər bir tədqiqatçı üçün əhəmiyyətli elmi mənbə olacaqdır.



ƏDƏBİYYAT
Nəbiyeva F.X. (2011) Naxçıvan MR ərazisində yayılmış Brassicaceae Burnett fəsiləsinin sistematik icmalı. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, №4: 96-103.

Talıbov T.H., İbrahimov Ə.Ş. (2008) Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan: Əcəmi, 350 s.

Алексеев Е.Б., Губанов И.А., Тихомиров В.Н. (1989) Ботаническая номенклатура. М.: Изд-во МГУ, 168 с.

Егорова Т.В. (2000) О работе и решениях номенклатурной секции XVI Международного ботанического конгресса (Сент-Луис, июль-август 1999 г.). Ботанический журнал, 85(№5): 138-147.

Гроссгейм А.А. (1950) Флора Кавказа. Москва-Ленинград: Изд-во АН СССР, 4: 108-251.

Конспект флоры Кавказа (2012) (ред. Г.Л. Кудряшова, И.В. Татанова). M.-СПб: Товарищество научных изданий КМК, 3(2): 623 с.

Международный кодекс ботанической номенклатуры (Венский кодекс), принятый Семнадцатым международным ботаничес-ким конгрессом. (2009) Вена, Австрия, июль 2005 г. Пер. с английского Т. В.Егоровой и др. Ответственный редактор Н.Н.Цвелёв. М.- СПб.: Товарищество научных изданий КМК, 282 с.

Флора Азербайджана (2953) Баку: Изд-во АН Азерб. ССР, т: 141-323.

Флора Армении (1966. Ереван: Из.-во АН Арм. ССР, 5: 61-301.

Флора СССР (1936) М.-Л.: Изд. АН СССР, 1936, 6: 386-870.

Черепанов С.К. (1995) Сосудистые растения России и сопредельных Государств (в пределах большого СССР). С.-Петербург: Мир и семья-95, 992 с.


Номенклатурные Изменения В Семействе Brassicaceae Burnett На Территории Нахычыванской АР
T.Г.Талыбов, Ф.Х.Набиева
Институт биоресурсов, Нахчыванское отделенеие НАНА
В статье представляется результаты о современном таксономическом анализе Brassicaceae Burnett во флоре Нахчыванской АР. В результате в 36 роде из 62, а также в 76 виде из 183 была проведена дополнения и номенклатурные изменения.
Ключевые слова: Brassicaceae, таксономия, номенклатурные изменения

Nomenclatural Changes In The Family Of Brassicaceae Burnett In The Territory Of the Nakhchivan Autonomous Republic
T.H.Talıbov, F.Kh.Nabiyeva
Institute of Bioresources, Nakhchivan Department, ANAS
Results of the modern taxonomic analysis of Brassicaceae Burnett family in the flora of Nakhchivan Autonomous Republic have been presented in the paper. Nomenclatural changes were done in 36 of 62 genera and in 72 of 183 species.
Key words: Brassicaceae, taxonomy, nomenclatural changes


Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva

Yüklə 132,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə