Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, Səhiyyə Nazirliyinin və
Vəkillər Kollegiyasının birgə təşkilat-
çılığı ilə Culfa rayonunun Ərəzin kən-
dində “Ailələrdə sağlam həyat tərzinin
aşılanması, reproduktiv sağlamlıq, erkən
və qanqohumluğu nikahlarının fəsadları”
mövzusunda tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiy-
yəti başçısının müavini Allahverdi Qa-
sımov açaraq belə tədbirlərin əhəmiy-
yətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Ramilə Seyidova
“Ailədə qadının sağlam həyat tərzi aşı-
lamasında əsas rolu” mövzusunda çıxış
edərək bildirib ki, muxtar respublikada
qadınlar və gənc ailələr arasında rep-
roduktiv sağlamlıq və ailə planlaşdı-
rılması, eləcə də qadınların ailədə üzə-
rinə düşən vəzifələrin düzgün yerinə
yetirilməsi məqsədilə maarifləndirmə
işinin daha geniş surətdə aparılması və
qadınların sağlamlığının mühafizəsi sa-
həsində tibbi xidmətin keyfiyyət və sə-
mərəliliyinin yüksəldilməsi diqqət mər-
kəzindədir. Bunun nəticəsidir ki, ana
və uşaq ölümü hallarının qarşısının
alınmasında müsbət göstəriciyə nail
olunub. Bundan əlavə, Azərbaycan Res-
publikası Prezidentinin 2014-cü il 13
iyun tarixli Sərəncamı ilə “Ana və
uşaqların sağlamlığının yaxşılaşdırıl-
masına dair 2014-2020-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi
dövlətin bu sahəyə dəstəyinin davamıdır.
Komitə sədrinin sözlərinə görə, ailə
öz mahiyyətini və funksiyasını o zaman
bütövlükdə yerinə yetirmiş olur ki, hər
bir ailə üzvü üzərinə düşən vəzifələrin
məsuliyyətini dərk etsin. Bu mənada
qadın böyük rola malikdir. Ailə dəyər-
lərini qoruyub saxlayan, nəsildən nəslə
ötürən qadındır. O, övladının maddi
ehtiyaclarını təmin etməklə yanaşı, onu
aydın düşüncəyə, saf əqidəyə və ədəb-
ərkana yiyələndirməli, bu yolla onun
gələcəyini qurmalıdır. Bu, cəmiyyətin
gələcəyini qurmaq deməkdir.
Sonra Naxçıvan Muxtar Respublikası
Vəkillər Kollegiyasının sədr müavini
Arif Ağayev “Qadın hüquqları”, Doğum
Mərkəzinin həkim-ginekoloqu, tibb
üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva
“Keser əməliyyatı, onun ana və uşağa
mənfi təsiri” mövzularında çıxış edərək
qadınların sağlamlıqlarının qorunması
yolları, reproduktiv sağlamlıq barədə
slayd vasitəsilə tədbir iştirakçılarına
məlumatlar veriblər.
Sonda tədbir iştirakçılarının sual -
ları cavablandırılıb, onlara müvafiq
mövzularda maarifləndirici broşürlər
paylanılıb.