Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
  1   2   3   4   5   6   7   8   9   ...   23


    Naxçıvan Muxtar Respublikası Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin,  Səhiyyə  Nazirliyinin  və

Vəkillər Kollegiyasının birgə təşkilat-

çılığı ilə Culfa rayonunun Ərəzin kən-

dində “Ailələrdə sağlam həyat tərzinin

aşılanması, reproduktiv sağlamlıq, erkən

və qanqohumluğu nikahlarının fəsadları”

mövzusunda tədbir keçirilib.

    Tədbiri Culfa Rayon İcra Hakimiy-

yəti başçısının müavini Allahverdi Qa-

sımov açaraq belə tədbirlərin əhəmiy-

yətindən danışıb. 

    Naxçıvan Muxtar Respublikası Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin  sədri  Ramilə  Seyidova

“Ailədə qadının sağlam həyat tərzi aşı-

lamasında əsas rolu” mövzusunda çıxış

edərək bildirib ki, muxtar respublikada

qadınlar və gənc ailələr arasında rep-

roduktiv  sağlamlıq  və  ailə  planlaşdı-

rılması, eləcə də  qadınların ailədə üzə-

rinə  düşən  vəzifələrin  düzgün  yerinə

yetirilməsi  məqsədilə  maarifləndirmə

işinin daha geniş surətdə aparılması və

qadınların sağlamlığının mühafizəsi sa-

həsində tibbi xidmətin keyfiyyət və sə-

mərəliliyinin yüksəldilməsi diqqət mər-

kəzindədir.  Bunun  nəticəsidir  ki,  ana

və  uşaq  ölümü  hallarının  qarşısının

alınmasında  müsbət  göstəriciyə  nail

olunub. Bundan əlavə, Azərbaycan Res-

publikası  Prezidentinin  2014-cü  il  13

iyun  tarixli  Sərəncamı  ilə  “Ana  və

uşaqların  sağlamlığının  yaxşılaşdırıl-

masına  dair  2014-2020-ci  illər  üçün

Dövlət  Proqramı”nın  təsdiq  edilməsi

dövlətin bu sahəyə dəstəyinin davamıdır. 

    Komitə sədrinin sözlərinə görə, ailə

öz mahiyyətini və funksiyasını o zaman

bütövlükdə yerinə yetirmiş olur ki, hər

bir ailə üzvü üzərinə düşən vəzifələrin

məsuliyyətini  dərk  etsin.  Bu  mənada

qadın böyük rola malikdir. Ailə dəyər-

lərini qoruyub saxlayan, nəsildən nəslə

ötürən  qadındır.  O,  övladının  maddi

ehtiyaclarını təmin etməklə yanaşı, onu

aydın düşüncəyə, saf əqidəyə və ədəb-

ərkana  yiyələndirməli,  bu  yolla  onun

gələcəyini qurmalıdır. Bu, cəmiyyətin

gələcəyini qurmaq deməkdir.

    Sonra Naxçıvan Muxtar Respublikası

Vəkillər  Kollegiyasının  sədr  müavini

Arif Ağayev “Qadın hüquqları”, Doğum

Mərkəzinin  həkim-ginekoloqu,  tibb

üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva

“Keser əməliyyatı, onun ana və uşağa

mənfi təsiri” mövzularında çıxış edərək

qadınların sağlamlıqlarının qorunması

yolları,  reproduktiv  sağlamlıq  barədə

slayd  vasitəsilə  tədbir  iştirakçılarına

məlumatlar veriblər.  

    Sonda  tədbir  iştirakçılarının  sual -

ları  cavablandırılıb,  onlara  müvafiq

mövzularda  maarifləndirici  broşürlər

paylanılıb.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin