Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası Q. T. Fərhadov



Yüklə 51.81 Kb.

tarix22.05.2017
ölçüsü51.81 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 121-124 (2013)

 

121 



Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası 

 

Q.T.Fərhadov  

 

Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Naxçıvan şəh., Azərbaycan;  

E-mail:qadir_ ferhadov@hotmail.com 

  

Məqalədə camışlar arasında parazitlik edən helmint növlərindən bəhs edilir. Naxçıvan Muxtar 

Respublikasında camışların 20 növ helmintə yoluxması müəyyən olunmuşdur. 5 aylıqdan başlayaraq 

daha yuxarı yaşlara qədər helmintə yoluxmanın davam etməsi müəyyənləşdirilmişdir. Otlaq 

sahələrinin xüsusiyyətlərindən və camışların yaşlarından asılı olaraq camışların göstərilən helmintlərə 

yoluxma vəziyyəti araşdırılmışdır. Naxçıvan MR-da camışların xüsusi çəkisi maldarlıqda aşagı 

olmasına baxmayaraq onlar iri buynuzlu malların helmint faunasının formalaşmasında xüsusi 

əhəmiyyətə malikdir. 

 

Açar sözlər: camış, növ, helmint, fauna 

 

 

GİRİŞ 

 

Camışlar istilik sevən heyvan olub Asiya 

ölklərində və Avropa, Afrika və Cənubi Amerika 

qitələrində yayılmışdır. Filogenetik cəhətdən 

qədimi heyvanlardır. A.A.Ağabəyli (1967) hesab 

edir ki, camışlar iribuynuzlu hey vanlar ilə bir 

qrupda cəmləşib. Camışlar müstəqil bubalos 

növünə  məxsusdur. Camışların vəhşi növləri bu 

gün təbiətdə  Cənub-Şərqi Asiya və  Mərkəzi 

Afrika qitələrində  vəhşi halda yaşayırlar. 

Camışların  əhilləşdirilməsi 1937-ci ilə  qədər 

təkmilləşdirilmişdir. Camışlar iri heyvanlar olub 

dörd yaşında və yuxarı yaşlarda 430- 660 kq olub 

1400-3500 kq-a qədər süd verirlər. Camış 

südünün yağlılığı 7,2-10,0% olur. Ət çıxarı 42-

46%-ə çatır. Camışın  əti çoxlu miqdarda zülal

fosfat turşuları, dəmir preparatları ilə  zəngin 

olduğundan  ət tünd qırmızı  rəngə çalır.  İsraildə 

qan azlığı olan adamlara həkimlər cavan camış 

ətini yeməyi məsləhət görürlər. Camışın südündə 

zülalın miqdarı 3-5%, kazein 3,0-4,3% süd şəkəri 

4,5-5,3% minerallar 0,7-0,8% təşkil edir. Camış 

südünün kaloriliyi 1110-1480 kaloridir. Camış 

südündə vitaminlərin miqdarı inək südündən 

yuxarıdır. Camış südünün 12 litrindən 1kq yağ 

almaq olar. Dünyada 78 milyon camışdan 48 

milyonu Hindistan dadır. Qafqazda isə 

Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada 

yayılmışdır. Bu camışlar əsasən Hindistan mənşəli 

camışlardır.  

Camışların  əsas qidası qaba yemlər, qamış, 

müxtəlif otlar təşkil edir. Camışlar soyuğa 

davamsız olduqlarından soyuq aylarda isti 

tövlələrə köçürülməlidir.  

Camışlarda helmintlərin öyrənilməsi ilə baglı 

bir çox məlumatlar (Асадов, 1958; Гаджиев, 

1951; Мамедов, 1969; Махмудов и Атаев, 2005; 

Махмудов  и  др., 2006; Телевова, 2012; 

Srivastova and Pande, 1964) vardır. Azərbaycan 

Respublikası Milli Elmlər akademiyasının 

Zoologiya institinun və Elmi-Tədqiqat Baytarlıq 

İnstitutunun 

əməkdaşları 

tərəfindən 

əhli 

gövşəyənlərdə 119 növ helmint 



müəyyənləşdirmiş, o cümlədən camışlarda 53 növ 

helmintin parazitlik etdiyi göstərilmişdir. 

Camışların helmintozları içərisində  ən çox ziyan 

vericiləri əsasən fassiolyoz, dikroselyozdur. Onlar 

qaraciyərdə iti və xroniki hepatit, qaraciyərin 

serrozu, öd yollarının iltihabı, öd yollarının 

kirəcləşməsi paramfistomatozlar isə camışlar da 

enterit və pankreatit fəsadları ilə orqanizmdə 

patoloji vəziyyət yaradırlar. Sestodozlardan ən 

çox moniezioz, exinokokkoz, sistiserkoz, 

nematodlardan trixostrongilyoz, neoaskaridoz, 

diktiokaulyoz, telyazioz geniş yayılmışdır və 

camışçılarda müəyyən miqyasda ət və süd 

məhsuldarlığının azalmasına səbəb olur 

(Ağabəyli, 1967; Гаджиев, 1951).  

Naxçıvan Muxtar Respublikasında üç min 

başa yaxın camış saxlanılır ki, bu da maldarlıgın 

bir hissəsini təşkil edir, lakin onun sayı  nəzərə 

çarpacaq dərəcədə olmasına baxmayaraq 

maldarlıqda helmint faunasının formalaşmasında, 

təbii ocaqların yaranmasında müəyyən rol 

oynayır. Muxtar Respublikada camışlar sürü 

şəkilində yox pərakəndə, fərdi saxlanıldıgından 

kütləvi halda antihelmit tədbir aparılmır, ona görə 

epizootoloji vəziyyət təbii, oldugu kimi izlənilir. 

Camışçılıq cüzi miqdar təşkil etdiyindən, camışlar 

arasında yayılmış helmintlərin ayrıca növ halnda 

Naxçıvan Muxtar Respublikasında helmint 

faunasının öyrənilməsi bu vaxta qədər 

toxunulmamış qalmışdır.   

Bu baxımdan, Naxşıvan Muxtar Respublikası 

ərazisində müxtəlif otlaq sahələrində camışlarda 

parazitlik edən helmintlərin növ tərkibinin 

öyrənilməsini mövsümdən və heyvanın yaşından 



Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası 

122 


asılı olaraq və onlarda parazitlik edən helmint 

assosasıyasnın aydınlaşdırılması qarşıya məqsəd 

qoyulmuşdur. 

 

 



MATERİAL VƏ METODLAR 

 

2005-2009-cu illərdə  kəndlərdə, kəsim 



məntəqələrində, və bazarlarda məcburi kəsilən və 

ölən; 1 yaşa qədər və ondan yuxarı 2, 3 yaşlarında 

65 baş camışların daxili orqanları  mədə-bağırsaq, 

qursaq və  işkənbələri tədqiq edilmişdir. Bundan 

əlavə, Respublika Baytarlıq Laboratoriyasına və 

Elmi Tədqiqat Baytarlıq Mərkəzininə baytar 

həkimləri tərəfindən göndərilmiş 850 baş 

camışların kal nümunələri müayinədən 

keçirilmişdir. Müayinə zamanı camışların 

helmintlərə yoluxma ekstensivliyi və intensivliyi 

və eyni zamanda müxtəlif mövsüm və fazalarda 

müşahidə olunma vəziyyəti nəzərdən 

keçirilmişdir. Ölmüş  və  kəsilmiş 65 baş camışın 

cəsədləri və daxili orqanları K.İ.Skryabinin Tam 

Helmintoloji Yarma üsulu (1928) ilə müayinədən 

keçirilmiş  və rast gəlinən helmintlər toplanaraq 

Barbaqallo məhlulunda fiksasiya edilmişdir. Kal 

nümunələri ardıcıl yuma və azot gübrəsinin 

doymuş  məhlulu ilə üzdürmə üsulu ilə 

müayinədən keçirilmişdir. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

Naxçıvan Muxtar Respublikasında camışların 



20 növ helmintə yoluxması müəyyən edilmişdir. 

Bu helmintlərə yoluxma faizi 5%-dən 65%-ə 

qədər, intensivliyi isə 3 nüsxədən 230 nüsxəyə 

qədər olduğu müəyyənləşdirilmişdir. Ümumi 

halda orta hesabla parazitlərin ekstensivliyi 

camışlarda 25% olmuşdur.  Ən yuxarı yoluxma 

faizi D.lanceatum 38,5%, intensivlik 5-180 nüsxə, 

F.hepatica 36,9%, intensivliyi 56 nüsxə, 

D.viviparus 65%, neoaskaridoz 25%, 

trixostrongilyoz 12% müəyyən edilmişdir. 1 yaşa 

qədər cavan camışlarda fassilyoza, dikroselyoza 

yoluxma ekstensivliyi 7,5-9,0% və intensivliyi 12-

19 nüsxə olub. 2 illik yaşında isə helmintlərə 

yoluxma 15 növ olmuş, invaziyanın ekstensivliyi 

isə 41,2%-ə çatmışdır.  

Yaşlı camışlarda yoluxma faizi daha yüksək 

olmuşdur. Cədvəldə bu göstəricilər əks olunmuşdur. 

Ümumiyyətlə camışlarda bütün xəstəliklərdə olduğu 

kimi helmintozlar zamanı profilaktik tədbirlərin 

aparılması nadir hallarda olduğundan, inkişaf 

dinamikasına heç bir müdaxilə olmadıgından 

camışlarda aparılan helmintoloji müayinələr təbiidir. 

Yaşlı heyvanların yoluxması cavanlara nisbətən 

daha qabarıq və intensiv olmaqla və cavanlara 

nisbətən yuxarı yoluxma qeyd olunub. 

Müayinələr zamanı helmintlərin yerləşmə 

yerindən asılı olaraq qaraciyərdə, öd yollarında 

hepatit, qaraciyərin qansızlaşması, öd axarlarının 

tutulması, çox vaxt öd kisəsinin ödlə dolu 

olmasını müşahidə etdik. Eyni zamanda müəyyən 

edildi ki, fassiola yerləşən nöqtələrdə dikroselilər 

olmur,  əksinə dikroselilər  ən çox öd axarlarında 

toplanırlar. Bu da onu göstərir ki, helmintlərin 

aldığı qida və yerləşdiyi  ərazi məsələsində 

helmintlər arasında rəqabət gedir. Qeyd 

olunmalıdır ki, helmintlər bir-biri ilə antoqonist 

xüsusiyyət təşkil etdiklərindən birinin rast gəldiyi 

ərazidə digər helmintin yaşaması qeyri-münasib 

hesab olunur. 

 

Cədvəl. Naxçıvan Muxtar Respublikasında camışların helmintə yoluxma dərəcəsi (helmintoloji yarma məlumatlarına 

əsasən) 

№ Helmintin 

adı yoxlanılıb yoluxub ekstensivlik intensivlik 



Fassiola hepatica 

65 24 36,9 5-56 



Fassiola Qiqantika  

65 23 35,3 5-32 



Dikrocoelium Lanceatum 

65 25 38,5 5-180 



Paramphistomum ichikowai,  

32 3  9,3 5-230 



Moniezia expansa 

20 2  11  1-4 



Moniezia benedeni 

20 2  11  1-3 



Thycaniezia giardi  

20 3  15  2-14 



T.saginatus (cysticerus bovis) 

20 1  5  2-3 



Echynococcus granulosus,  

65 6  9,2 5-32 

10 


Bunostom.trigonocephaluum 

20 2  10  3-18 

11 

Oeshophaqostomum radiatum 

25 2  8 15-180 

12 

Trichostrongilus axei 

25 3  12  5-60 

13 

Neascaris vitulorum 

6 2 33,3 5-60 

14 

Trichostrongil.colimbriformis  

25 2  8  15-60 

15 

Ostertagia ostertagi 

25 3  12  7-25 

16 

Neascaris vitulorum 

4 1  25 7-50 

17 

Trichocephalus ovis 

65 15  23  10-65 

18 

Trichocephalus skrjabini 

65 12  18  8-44 

19 

Dictyocaulus viviparous 

65 42 64,6 8-68 

20 

Thelazia rhodesi 

100 22  22  3-7 

 


Q.T. Fərhadov 

123 


Aparılan müayinələr nəticəsində otlaq sahəsində 

helmintin aralıq sahibindən və şəraitindən asılı olaraq 

bir növün digərinə dominant oldugu 

müəyyənləşdirilmişdir.  Ən çox dominantlıq isə 

Fassiola və dikroselilərdə üzə çıxır. Sübut olunmuşdur 

ki, Muxtar Respublikada camışların helmintlərlə 

yoluxmasına vahid şəkildə az təsadüf olunur. Əsasən 

isə helmint assosiasiyası şəkilində daha çox müşahidə 

olunur. Bir camışda eyni vaxtda bir neçə helmintin 

(fassiola, dikroseliom, bunostom, nematodirus, 

exinokokk, trixostrongililərin) parazitlik etməsi 

müəyyən olunmuşdur. 

Infeksion və invazion xəstəliklərdə olduğu 

kimi helmintozlar zamanı da camışlarda iştahın 

pozulması, ağızdan su axması, düşkünlük, zəiflik, 

görünən selikli qişaların solğunlaşması, xarici 

mühitə qarşı reaksiyanın zəifləməsi güclü tərləmə 

və qanda, kal nümunələrində qan ifraz olunması 

qeyd olunur. Trematodozlar zamanı  çənəaltı  və 

boğaz altında soyuq şişlər müşahidə olunur.  



 

 

NƏTICƏ 

 

Naxçıvan Muxtar Respublikasında nəticə 



etibarilə camışlarda 20 növ helmintin müxtəlif 

assosiasiya vəziyyətində parazitlik etməsi 

müəyyənləşdirilmişdir. Apardıgımız müşahidə  və 

mbarizə  tədbirlərinə  əsasən müəyyən olunmuşdur 

ki, yoluxma getmiş  ərazilrərdə helmintlərin 

epizootologi vəziyyətinin aradan qaldırılması üçün 

aparılacaq müalicə profilaktik tədbirlərin müddəti 

3-4 ilə qədər vaxt tələb edir. 



 

 

ƏDƏBİYYAT  

 

Агабейли А.А. (1967) Буйволы. M.: Колос, 396 с.  

Асадов  С.М. (1958) Гельминтофауны  зебу  и 

буйволов  в  Азербайджана.  Докл.  АН  Азерб. 

ССР, 14(№12): 1031-1034.  

Гаджиев К.Ш. (1951) Неоаскаридоз  буйволят. 

Ветеринария, №4: 28.  



Мамедов 

А.К. (1969) Специфичность 

гельминтов крупного рогатого скота, буйволов 

и зебу. Тр. Аз. НИВИ, 24: 109-115.  

Махмудов К.Б., Атаев А.М. (2005) Гельминты 

и  гельминтозы  желудочно-  кишечного  тракта 

буйвола  в  Дагестане.  Сб.  Научн.  Трудов 

Ставропольского ГАУ, 141-143.  



Махмудов К.Б., Атаев А.М., Алмаксудов У.П., 

Кочкарев А.Б. (2006) Трематоды  буйволов 

Дагестана. Тр. ВИГИС (М.)44: 146-150.  



Телевова  Н.Р. (2012) Гельминтозы  буйвола  в 

Дагестане  и  совершенствование  мер  борьбы. 

Дис. … канд.  ветеринар.  наук.  Махачкала, 128 

с.  


Srivastova S.C, Pande B.P. (1964) The intestinal 

thread worm Strongyloides papillosus (Wedl., 

1856) Ransam, 1911, in young buffalo-calves - a 

histological study. Indian J. Veterin.Sci. and 

Animal Husbandry, 34(4): 214-221. 

 

 



 

 

 

Гельминтофауны Буйволов На Территории Нахчыванской Автономной Республики 

  

Г.Т.Фархадов  

 

Нахчыванский НИ ветеринарный центр 

 

В статье описываются виды гельминтов, паразитирующих в буйволах. Впервые нами в Нахчыванской 

Автономной  Республики  изучены  гельминтофауны  буйволов  и  установлено,  что  буйволы  заражены 

20  видами  гельминтов.  Начиная  с 5-недельного  возраста  и  выше,  инфекции  распространяются 

широко. Изучена степень тяжести заражения в зависимости от возраста буйволов и характеристики 

пастбищ. В Нахчыванской АР количество буйволов, по сравнению с крупным скотом, меньше, но они 

имеют особое значение в формировании фауны гельминтов  

 

Ключевые слова: буйвол, вид, гельминт, фауна 

 

 

 

 

 

 

 


Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası 

124 


Helminthofauna of Buffaloes In The Territory Of the Nakhchivan Autonomous Republic 

 

G.T.Farhadov  

 

Nakhchivan Research Veterinary Center 

 

This article describes the visible helminth parasites in buffalo. For the first time in the Nakhchivan 

Autonomous Republic we studied helminthofauna of buffalo and found that buffaloes were infected with 20 

species of helminths. The infection started from 5 weeks of age. Severity of the infection was examined in 

relation to the age of buffaloes and characteristics of pastures. In the Nakhchivan AR the number of 

buffaloes are low compared with cattle but they are of particular importance in the formation of the helminth 



fauna. 

 

Key words: buffalo, species, helminth, fauna 



 

 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə