Mövzu : ƏNƏNƏVİ TƏLİMDƏN FƏAL VƏ İNTERAKTİV TƏLİMƏ
Tələbə : ADİL ƏLİZADƏ
Naxçıvan - 2021
Ənənəvi təlimdən fəal və interaktiv təlimə
Ənənəvi təlim prosesində müəllim fəaldır, şagirdlər isə passiv dinləyicidirlər. Müəllim deyir, şagirdlər eşidir. Belə dərs prosesində qarşılıqlı əlaqə, əks əlaqə
yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Müəllimin şagirdlərlə əla-qəsi yalnız
suallara verilən cavablar, yazı işləri vasitəsilə həyata keçirilir.
Şagirdlərə çatdırılan
biliyin mənimsənil məsi baxımından belə metod səmərəsizdir. Lakin, belə ənənəvi
dərsin də müəyyən müsbət cə-hətləri vardır. Belə ki, müəyyən vaxt çərçivəsində
şagirdlərə müəyyən bilik və mə-lumatlar verilır. Şagirdlərin bilik dairəsi genişlənir,
məlumatları artır. Bu prosesdə təlim şagirdləri inkişaf etdirir. Amma buna
inkişafetdirici təlim deyə bilmərik.
Bu prosesdə yalnız biliklər, məlumatlar
genişlndirilir, inkişaf etdirilir. Buna inki-şafetdirici təlim yox, təlim inkişaf etdirir
deyə bilərik. Şagirdin belə fəaliyyəti pro-duktiv deyil, reproduktiv təlim adlanır.
Reproduktiv təlim onunla xaraktrerizə edilir ki, şagird yalnız yazır,
informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə
tətbiq. Belə fəaliyyətin əsas məqsədi məktəblidə bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, diqqət və yaddaşın inkişaf etdiirlməsidir.
Ənənəvi təlimin müəyyən imkanları da vardır. Belə ki, ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövhənin qarşısında duran müəllimi və onun sakit
dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırsın,
şərh etsin və misallar gətirsin. Sagirdlər isə bu məlumatları passiv şəkildəqavrayır,
anlayır, mənimsəyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya
məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları
yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə
şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata
keçirilir. Ənənəvi təlimin bu xüsuiyyətinə görə onu izahedici-illüstrativ və ya
reproduktiv (təkraredici) təlim adlandırırlar. Bunu aşağıdakı sxem əsasında təsvir
etmək olar.
Ənənəvi təlim
Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real həyatda tətbiq edilən zaman əsaslı biliyə çevrilir. Şagirdin ca-vabına qoyulan tələblərin əsasını əslində
biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən məlumatların yadda
saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində biliklərin praktiki
tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır.
Beləliklə, dərsin məzmunu adətən daha çox nəzəri öyrənilir və həyatın
tələbatlarına uyğunlaşdırılmır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları,
qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alın-mır.
Belə dərs prosesinin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu
bilikləri lazımi səviyyədə dərk edəcək. Şagird-in hazır bilikləri mənimsəməsi nəinki
onun təfəkkürünün inkişafı üçün stimul ya- ratmır, eyni zamanda idrak prosesini
kütləşdirir, uşağı yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi
keyfiyyətlərdən məhrum edir.
Fəal təlim
Fəal təlimin prinsiplrini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
2. Fəal idraki prinsip
3. İnkişafetdirici təlim prinsipi
4. “Qabaqlayıcı təlim” prinsipi
5. Təlim-tərbiyənin çevikliyi prinsipi
6. Əməkdaşlıq prinsipi
7. Dioloji təlim prinsipi
Fəal və interaktiv təlim anlayişlarının bir çox cəhətləri bir-birilə çox yaxın və
ümumidir. Belə ki, hər iki metodla keçilən dərs şagirdləri fəallışdırmağa yönəldilmiş,
hər ikisində şagirdlərə hazır biliklər veril-mir, onlar axtarıcılığa, tədqiqatçılağa sövq
edilir, hər ikisində müəllim şagird münasi-bətləri, ünsiyyət və dialoqlar hökm sürür.
Fəal və interaktiv təlim metodlarının səciyyəsi
Məlum olduğu kimi interaktiv təlim metodları ən yeni texnologiyalardan biri
sayılır.
Təlim texnologiyası deyəndə pedaqoji prosesdə təlimin ən yeni və ən səmərəli
metodlarından, priyom, tərz və vasitələrindən istifadə etməklə yüksək elmi –
intellektual səviyyəyə və nümunəvi mənəvi - əxlaqi normalara malik olan şəxsiyyətin
yetişdirilməsi nəzərdə tutulur.
“İnteraktiv” latın sözü olub, iki mənada təqdim olunur. Birincisi “intero” şəklində,
yəni “daxili”, “içəri” mənasında, ikincisi isə “internaşin” şəklində yəni “ara”,
“qarşılıqlı əlaqə”, “dialoq” “beynəlxalq” mənasında işlədilir. “Aktiv” və ya “akt” sözü
isə beynəlxalq status almış “aktivişhin” sözündən olub, “fəaliyyət”, ”fəal”, “fəallıq”,
“fəallaşmaq” mənasında işlədilir.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”,
araşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları
müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesində pas-siv dinləyici
deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən, biz subyekt, təlim
prosesinin tamhüquqlu iştirakçısı, tə-dqiqatçısı kimi çıxış edir və bilikləri fəal axtarış