Nə üçün kvan?



Yüklə 396.93 Kb.
PDF просмотр
səhifə1/5
tarix07.07.2017
ölçüsü396.93 Kb.
  1   2   3   4   5

 

 



                                        

Nə üçün KVAN? 

Bu kitaba ad vermək o qədər də çətin olmadı. Adı KVAN olmalı idi. 

Çünki burda yazılanların hamısı sizə məhz bu KVAN adlı nadir hissi 

yaşadır.  

Marketoloqlardan  soruşsanız,  deyəcəklər  ki,  bu,  ideal  addır. 

Qısadır.  Yadda  qalandır.  Üstəlik  qəribədir.  Ancaq  onlar 

anlamayacaq  ki,  bu  söz  mənim  uşaqlıq  dövrümün  ən  təsiredici 

filmindən yadigar qalan sözdür.  

Film  dikbaş  olduğu  üçün  karyerasından  məhrum  edilmiş  idman 

agentiylə  uğursuz  afro-amerikalı  futbolçunun  dostluğundan  və  bu 

dostluğun  nəticəsindən  bəhs  edir.  Onlar  bir-birinin  yeganə  ümidi 

olur. 


 

Cerri öz futbolçusuna KVAN vəd edir və sonda həmin vədinə əməl 



edir.  İdmançı  həyatının  təklifini  alır  və  onun  bütün  işləri  qaydaya 

düşür.  Ailə,  iş  və  xəyalları  ideal  tandemdə  birləşir.  Adam  3-ü 

birində  xoşbəxtlik  hissini  yaşayır.  Hər  üçündə  yaşadığı  dolğun 

hisslər burulğanına düşür. Bunun nəticəsində o, canlı efirdə qışqırır 

və  aparıcını  qucaqlayır.  Həyəcanlı  şəkildə  yerinə  oturan  idmançı 

“Cerri sən mənim üçün “KVAN”-ı tapdın!” deyir. 

Filmə  baxandan  sonra  dəfələrlə  özümdən  soruşurdum.  “Görəsən 

nə  zamansa,  mən  də  bu  “kvan”  hissini  yaşayacağam?”  Görəsən 

mən də belə bir anı yaşayıb, onun kimi inanılmaz dərəcədə sevinə 

biləcəyəm? 

Mənim  idman  agentim  yox  idi.  Mənə  heç  bir  Cerri  Makquayer 

kömək  etməyəcəkdi.  Həyatımın  “təklifini”  tək  başıma  əldə 

etməliydim  deyə,  düşünürdüm.  Sonra  anladım  ki,  Cerri 

Makquayerə  ehtiyacım  yoxdur.  Daxilimdə  bu  hissi  yaşaya  bilmək 

üçün bir sıra qərarlar verməli və bir sıra suala cavab verməliydim. 

Həyat  başımıza  fürsət  şəlaləsi  tökür.  Əlbəttə  ki,  əksərimiz  bu 

fürsətləri  görməyəcək  qədər  kor,  eşitməyəcək  qədər  kar  və 

dəyərləndirməyəcək qədər cəsarətsiz ola bilirik.  

Mən  “guru”  deyiləm,  amma  xəyallarım  uğrunda  quruyana  qədər 

vuruşmuşam  və  heç  bir  zaman  təslim  olmamışam.  Başqalarının 

arzuladığı  hər  şeydən  imtina  edib,  özümün  arzuladığım  yolda 

getmişəm.  Dəfələrlə  yıxılıb  əzilmişəm,  ancaq  digər  “hamar”  yolda 

gedən  dost  və  yaxınlarımdan  daha  xoşbəxt  olmuşam.  Çünki  bu, 

mənim özüm üçün cızdığım və yeni üfüqlər kəşf etdiyim yol olub. 

Sadəcə  tamaşaçı  olmamışam.  Siz  də  olmamalısınız.  Öz  səhnənizə 

doğru  addımlayın.  İlk  addımlarınızı  elə  bu  ilk  səhifələri  oxumaqla 

atmış olacaqsınız. 


 

Məktub 

Əzizlərim, 

Oğlum Məhəmməd və qızım Məryəm, 

Hal-hazırda  biriniz  üç  yaş  yarım,  digəriniz  isə  bir  yaş  yarımsınız. 

Hələ həyatınızın ən şirin və qayğısız vaxtlarını yaşayırsınız. İllər tez 

keçəcək.  Çox  sürətlə  böyüyəcəksiniz.  İçinizdə  olan  uşaqlar  da 

sizinlə  birgə  böyüməyə başlayacaq.  Məktəb,  universitet,  iş  yeriniz 

həmin  uşaqları  rəndələməyə  çalışacaq.  Hiss  edəcəksiniz  ki,  həyat 

addımlarınızı  cəsarətlə  atmırsınız.  Hiss  edəcəksiniz  ki,  başqaları 

sizin yaşamaq istədiyiniz həyatı yaşayır. Hiss edəcəksiniz ki, içinizdə 

sizi narahat edən bir qaşıntı var. Həmin qaşıntı sizi rahat buraxmır. 

Çünki 

istəmədiyiniz 



yerdəsiniz. 

İstəmədiyiniz 

adamlarla 

yaşayırsınız. İstəmədiyiniz işlə məşğul olursunuz. İstəmədiyiniz hər 

şeyi edirsiniz. Və bunu nə üçün etdiyinizi belə anlamırsınız. Ya da, 

buna  çox  gözəl  don  geyindirə  bilmisiniz.  Ayın  sonunda  gələcək 

maaşa, vəzifəyə və başqa səbəblərə görə daxilinizdə olan qaşıntını 

dayandırmaq  istəyirsiniz.  Ancaq  alınmır.  Şübhələr  və  fikirlər  sizi 

tərk etmir. “Görəsən bu həyatı düzgün şəkildə yaşayırammı?” sualı 

beyninizdə  yanıb-sönür. Yaxşı  ki  hələ  tam  sönməyib.  Yaxşı  ki  hələ 

də  ümid  yeri  var.  Hələ  də  sizə  bir  ata  kimi  ötürə  biləcəyim  bir 

məsləhət  və  hiss  var.  Həmin  məsləhəti  və  hissi  mütləq 

yaşamağınızı  istəyirəm.  Çünki  məhz  o  zaman  tam  dolğun  həyatı 

dadacaqsınız.  

Mən  sizi  çox  sevirəm  və  gələcəyinizin  parlaq  olmasını  istəyirəm. 

Amma bu mənim istəklərimlə dolmuş və sizin üçün tərtib etdiyim 

gələcək  olmamalıdır.  Ananız  və  mən  ikinizi  dəhşət  çox  sevirik, 

amma  siz  bu  dünyaya  bizim  üçün  deyil,  bizim  vasitəmizlə 



 

gəlmisiniz. Siz bu dünyaya öz yolunuzu getmək üçün gəlmisiniz. Bu 



yolu  tapmaq  və  onu  getmək  üçün  yaşayın.  Başqa  heç  kim  və  heç 

nəyə əhəmiyyət verməyin. Hətta mənə belə əhəmiyyət verməyin. 

Birdən  üstünüzə  öz  məsləhətlərimlə  gəlsəm,  mənə  yazdığım  bu 

məktubu göstərin. Göstərin ki, yadıma düşsün və sizdən əl çəkim. 

Ya da ən azından sizin getdiyiniz yolda sizə dəstək olum. 

Canım  Məryəmim,  hal-hazırda  gecə  saat  12:39-dur.  Səni 

xəstəxanadan  yenicə  gətirmişik.  Balaca  bədəninə  sistem  vurublar 

və  sən  indi  halsız  şəkildə  yatmısan.  Səhərdən  bəri  yuxusuz  qalan 

anan  yanında  yatıb.  Baş  verənlərdən  xəbəri  olmayan  Məhəmməd 

də şirin yuxudadır. Mən isə sizə yazıram. Sizin üçün yazıram.  

Səni qucağımda xəstəxana binasına tərəf aparanda pis oldum. Vaxt 

var  idi  anan  mənə  uşağımız  olacaq  deyəndə,  onun  gözləmədiyi 

reaksiyanı  vermişdim.  Məhəmməddən  sonra  ikinci  uşaq  maddi 

sıxıntı  çəkən  bizim  üçün  çətin  sınaq  olacaqdı.  Məhəmmədi 

planlaşdırmışdıq.  Səni  isə  planlaşdırmamışdıq.  Çox  qorxurdum. 

İkinizin  gələcəyi  və  məsuliyyəti  çox  fərqli  bir  təzyiq  yaradırdı. 

Münəvvər  məni  nisbətən  sakitləşdirdi  və  sonda  səni  də  ailəmizin 

bir üzvü etmək qərarını aldıq. Sən dünyaya gələndə, qardaşın kimi 

ürəyimizi  fəth  etdin.  Səni  qucaqlayanda,  bütün  qorxu  və 

şübhələrim itdi. Bu günün özündə belə güclü olmaq və əmin olmaq 

istəyəndə, balaca bədənini qamarlayıb qucaqlayıram.  

Əziz  qızım  və  əziz  oğlum,  xəyalları  qucaqlamaq  olmur.  Onları 

görmək və hiss etmək olmur. Onları nadir hallarda qurmaq,  əksər 

hallarda isə unutmaq olur. Ətrafınızdakı xəyallarını unutmuş insan 

ordusu  sizi  çaşdırmasın.  Onlara  baxıb  aldanmayın.  Sizin  ata  və 

ananız  daim  xəyalpərəst  olub  və  daim  həyatdan  daha  yaxşısını 

istəyib. Siz bizim övladlarımız və  davamçılarımızsınız. 


 

Bu  məktubu  yazarkən,  sizin  yetişkin  vaxtlarınızı  təsəvvür  etməyə 



çalışıram. Bir tərəfdən də “görəsən atamızın uşaqlığı necə keçib?” 

deyə düşünəcəyiniz bir günün olacağını təxmin edirəm. 

Uşaqlıq  dövrümün  yadıma  düşən  ilk  xatirəsi  nənəmlə  babamın 

deyişməsi  və  nəticədə  3  litrlik  balonun  otağın  bir  küncündən 

digərinə  hava  səyahətinə  çıxmasıdır.  Əlbəttə  ki  azyaşlı  mən  üçün 

bu  heç  də  ürəkaçan  səhnə  deyildi,  ancaq  bu  sonradan  yadımda 

qalan səhnələrin içində ən effektlisidir.  

Bütün  bu  “action”  bizim  yaşadığımız  2  otaqlı  evdə  baş  verirdi. 

Məişət  dramasında  ən  çox  anam  və  atam  üçün  pis  olurdum.  Biz 

balaca  uşaq  idik.  Bir  çox  şeyi  anlamırdıq.  Balaca  2  qardaşım 

anlamırdı. Anam susurdu və dözürdü. Atam bir parça çörək, həmin 

çörəyi yedirəcəyi arvadı və 3 uşağı, bunu nəzərə almayan atası və 

anası arasında parçalanmışdı.  

Uşaq  vaxtı  tez  böyüməli  olan  uşaqlara  zamanın  rəhmi  gəlmir.  Elə 

bil ki, az yaşlı məsuliyyət dağarcığına çevrilmişdim. Sanki bütün baş 

verənlərin məsuliyyətini mən daşıyırdım. 

Uşaqlıq dövrümdə məsələnin fərqinə tam varmamışdım. Ancaq elə 

bil  o  vaxtdan  çox  vacib qərar  almışdım.  Başqa  insanların həyatına 

ya  heç  girmirdim,  ya  da  elə  girirdim  ki,  həmin  insanların  həyatı 

müsbətə  doğru  dəyişirdi.  Onlara  mütləq  dəyər  ötürməliydim.  Bu 

mənim həyat şüarım idi. Uşaq vaxtımdan yazmağı çox sevirdim. İlk 

yadıma  düşən  yazımı  oğlu  hərbi  xidmətdə  olan  Əfsun  xalama 

yazmışdım.  Gözlərinin  yaşı  hələ  də  gözümün  qabağındadır. 

Anadolu  liseyində  tarix  müəllimim  olan  Nazmi  Dumana  həsr 

etdiyim  inşanı  oxuduqdan  sonra,  onun  necə  kövrəldiyini 

xatırlayıram. Universitet rəhbərim Aleksander Magillin məzuniyyət 

gecəsində  onun  üçün  yazdıqlarımı  oxuyarkən  necə  ağladığı  indiyə 


 

kimi gözümün önündədir. Nəhayət ananız Münəvvər və onun üçün 



yazdığım  onlarla  şeir  və  məktub  da  var.  Həmin  məktublar  onun 

ürəyinə  yol  tapmağıma  çox  kömək  edib.  Yazılarımla  insanların 

ürəyini  fəth  edə bilirdim.  Lakin  onların  ürəyində on  illərlə qalmaq 

üçün  çox  fərqli  bir  üslubda  yazmalıydım.  Bunu  etmək  üçün  isə, 

fərqli bir həyatı yaşamalıydım. Bu kitabı 30 yaşımda yazdım. Ancaq 

bu  yaşa  qədər  30  kitablıq  bir  həyat  yaşadım.  Müxtəlif  insanlarla, 

macəralarla  və  hadisələrlə  üz-üzə  gəldim.  Bu  yaşa  qədər  bir  çox 

Kvan  məqamını  yaşadım.  Həyatın  dadını  o  qədər  çıxardım  ki, 

“Tanrım,  artıq  məni  götürə  bilərsən”  deyə  rahat  nəfəs  aldığım 

vaxtlar da oldu. Ancaq Tanrının mənimlə bağlı fərqli planları var idi. 

Mən qalmalı və digərlərini ayaq üstə tutmalıydım. Onlara dayaq və 

ümid  yeri  olmalıydım.  Onlara  “siz  bacararsınız!”  deməliydim.  Bir 

sözlə, ətrafımda olan insanların Cerri Makquayeri olmalıydım. Sizin 

ikinizin də Ceri Makquayeri olmaq şərəfinə nail olmalıydım. 

Dünyaca məşhur Nik Vuiçiç demişdir: 

“Həyatımın  ilk  mərhələlərində  həyatımı  dəyişəcək  möcüzəni 

gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm.”  

Əzizlərim,  siz  də  həyatınızda  hər  hansı  bir  möcüzəni  gözləmək 

əvəzinə,  onun  özünə  çevrilin.  Ətrafınızda  olan  insanlara  kvan 

yaşadın.  Ancaq  bunun  üçün  ilk  öncə  öz  həyatınızla  bağlı  bir  sıra 

qərarları  verin.  Həyatınızı  dəyişəcək  qərarları  rahatlıqla  verəsiniz 

deyə köməkçi olacaq 7 sualı, təcrübələri, hekayələri və fikirləri bir 

araya  toplamışam.  Bu  toplu  sizə  və  sizin  kimi  gənclərə  bələdçi 

olsun istədim. 

Canım  Məhəmmədim,  sən  də  nə  vaxtsa,  mənim  kimi  və  çox 

sevdiyin  Ağamirzə  baban  kimi  ailə  başçısı  olacaqsan.  Ailəni  ən  az 

bizim  qədər  sevəcəyindən  əminəm.  Ancaq  ailəmizlə  keçirdiyimiz 


 

vaxt  əmsalını  hesablasaq,  bu  çox  cuzi  bir  miqdar  olar.  Getdiyimiz 



yolda bizə dəstək olan olmayıb. Həmin yolu tək getməli olmuşuq. 

Ailə,  qohum,  dost,  tanışlar  olub,  amma  nədənsə  tale  bizə  öküz 

gücünü  və  tərsliyini  verib.  İkimiz  də  inanılmaz  işləri  tək  başına 

çevirmişik.  Babandan  fərqli  olaraq,  daha  ürək  açan  “komanda”-

larım  olub.  Ancaq  məndən  fərqli  olaraq,  baban  ailəsi  üçün  özünü 

daha çox fəda edib. Elə nənələrin Gövhər və Mətanət də, həmçinin 

belə edib. Bakı Kukla Fabrikinin baş dizayneri və rəssamı olan anam 

biz normal şəkildə yetişək deyə işindən ayrılıb. Bəzən onun çəkilən 

rəsm  əsərlərinə  necə  həsədlə  baxdığını  görürəm  və  anlayıram  ki, 

insan özünün ən sevdiyi məşğuliyyətdən məhrum olanda, bu, onun 

üçün  ölümə  bərabər  olur.  Nənən  Mətanət  də,  uşaqları  üçün 

saatlarla  paltar  toxumalı  və  dərzilik  etməli  olub.  Gözündən  və 

canından gedib ki, 3 uşağı normal şəkildə böyüsün. Valideynlərimiz 

bizimlə  sadəcə  fəxr  etmək  istəyir.  Məhəmməd,  biz  hamımız 

səninlə fəxr etmək istəyirik. Sənin və bacının adı çox müqəddəsdir. 

İnanıram ki, gedəcəyiniz həyat yolu və quracağınız xəyallar da, elə 

məhz bu cür dəyərli olacaq.  

Bacı-qardaş.  Bir-birinizin  əlindən  tutun.  Bir-birinizə  hər  zaman  bir 

cüt  qulaq  olun.  Dinləyin.  Öyrədin.  Öyrənin.  Nə  edirsiniz  edin, 

ancaq  bir-birinizdən  bərk  tutun.  Atanız  və  ananız  sizi  çox  sevir. 

Bunu  sizə  bir  daha  demək  istədik.  Bilin  ki,  biz  hər  zaman  sizin 

yanınızda olacağıq. Ürəyimiz daim sizin uğurlarınızla döyünəcək və 

məğlub olduğunuz vaxtlarda yaralarınızı birgə sarıyacağıq.   

Mən  7  il  öncə  bu  kitabı  yaza  bilərdim,  amma  səhlənkarlıq  etdim, 

tənbəllik etdim və yazı qabiliyyətimə sadəcə naz etdim. Siz o qədər 

gözləməyin,  çünki  sizin  dövrünüzdə  facebook,  instagram  və 

whatsapp-ı  əvəz  edəcək  daha  “təhlükəli”  vaxt  oğruları  olacaq. 

Məndən  olsaydı,  bu  kitabı  da  yazıb  bitirməyəcəkdim,  amma 



 

çarəsini tapdım. Növbəti səhifələrdən birində həmin çarəni sizinlə 



paylaşacağam.  Bu  yazını  yaza-yaza  sizin  üçün  indidən  çox  pis 

darıxdım.  Allah  mənə  sizi  görməyi  nəsib  etdi  və  sizə  ata  oldum. 

Bunun  özü  artıq  möcüzədir.  Siz  mənim  iki  şirin  və  həmişə 

təkraredilməz qalacaq möcüzələrimsiniz!  

Əzizlərim,  unutmayın  ki,  kvanı  yaşamaq  hər  kəsə  nəsib  olmur.  Bu 

hissi  mümkün  olduğu  qədər  çox  insanın  yaşamalı  olduğunu 

düşünürəm.  Ona  görə  də,  yaşadıqlarımı  və  öyrəndiklərimi 

səhifələrə və bu səhifələri kitaba çevirmişəm. Sizin vaxtınızda bəlkə 

də,  uzun  mətnləri  oxumaq  dəbdə  olmayacaq.  Ancaq  istəyirəm  ki, 

bu  kitabı  hər  zaman  otağın  bir  küncündə,  yanınızda  saxlayasınız. 

Atanızın  və  ananızın  sizi nə  qədər  çox  sevdiyini  daim  xatırlamanız 

üçün bunu edin. İkinizi də yanaqlarınızdan öpürəm! 

Sizə “öz həyatınızı” arzu edirəm! 

 

Kitabdan istifadə qaydaları: 

Kitabda  8+1  fəsil  var.  Səkkiz  fəsil  mən  tərəfdən  yazılıb  və 

hazırlanıb.  Sonuncu  fəsil  sizin  ixtiyarınızda  olacaq.  Siz  o  fəsli 

yazacaqsınız. Həmin yazdıqlarınız sizin həyat bələdçiniz olacaq.  

Hər  fəslin  sonunda  xatırlatma  qeydləri  olacaq.  Onları  şəxsi 

dəftərinizə  qeyd  edə  bilərsiniz  və  ya  dostlarınızla  onlayn  şəkildə 

paylaşaraq müzakirə edə bilərsiniz. 

Əlavə  olaraq  deyim  ki,  kitabı  oxuyarkən  daha  dolğun  hisslər 

yaşamaq  istəyirsinizsə,  o  zaman  yanınızda  mütləq  çay  və  ya  kofe 

olsun.  


 

Həzin musiqi sədaları da kömək edə bilər. Bunları yazarkən və ideal 



şəraitdən danışarkən gülürəm. Çünki hal-hazırda yanımda qolumu 

tutub  oyunu  üçün  məndən  “restart”  gözləyən  oğlum  və  arxamda 

uzanmış  halda  yemək  üçün  ağlayan  qızım  var.  Onların  səsi 

qulağımda olan musiqinin səsinə qarışıb.  

 

Paqanini və Memar Əcəmidə Yaşayan Gənc 

Səhər tezdən gümrah şəkildə durub, “bu gün 5 səhifə yazacağam” 

dedim. Lakin axşam saat yeddi idi və bir cümlə belə yazmamışdım. 

Bu  səhnə  mənim  həyatımda  tez-tez  baş  verir.  Söz  verirəm  ki,  bu 

gün  edəcəyəm,  ancaq  bir  də  ayılıram  ki,  üstündən  xeyli  müddət 

keçib  və  verdiyim  sözü  belə  xatırlamıram.  Çünki  xatırlayanda, 

ürəyim  ağrıyır.  İlk  dəfə  “kitab  yazacağam”  sözünü  ağzımdan  7  il 

öncə çıxarmışdım. Yeddi il sonra bu gün yazıram və hələ də mənə 

çatmır.  O  qədər  vaxtdan  sonra  necə  oldu  ki,  cəsarət  toplayıb, 

sonda bunu etdim?  

Kitabın 30 səhifəsini daha öncə cızma-qara etmişdim, ancaq sonra 

hər  nə  qədər  cəhd  etsəm  də,  vaxt  və  qətiyyət  tapa  bilməmişdim. 

Bir  işi  başlayanda,  çox  asandır,  ancaq  onu  bitirmək  həqiqətən  də 

“öhdəlik”  tələb  edir.  Hətta  utanmasam,  deyərəm  ki,  dəlilik  tələb 

edir.  Siz  çılğın  kimi  qərar  verib  işinizə  son  nöqtəni  qətiyyətlə 

qoymalısınız. Qoyulan nöqtənin səsindən bütün otağınız və binanız 

lərzəyə  gəlməlidir.  Bu  misraları  təsir  altında  yazıram,  çünki  hal-

hazırda  iki  balamdan  qaçıb  yataq  otağında  gizlənmişəm  və 

qulağımda Paqanini skripkasını ifa edir.  

Paqanininin ruhu onun əllərinə ayrı bir şiddət verir. Həmin şiddət 

skripkanın tellərini darmadağın edir. Onun əlləri həmin skripkanın 


10 

 

boynundan  yapışaraq  “sənin  üzərində  əsrlərlə  unudulmayacaq 



ifalarımızı edəcəyik” deyir.  

“O,  səhnədə  dayanıb  və  gözləri  yumuludur”  deyə  düşünürəm. 

Ancaq  səhnədə  olan  insanların  ürəklərinin  nə  qədər  ayıldığını  və 

canlandığını  da  təsəvvür  edə  bilirəm.  Mən  onun  kimi  gözlərimi 

bağlayıb yaza bilmirəm, ancaq mən də əllərimlə kompüterə hücum 

etmişəm  və  şiddətli  zərbələrim  klaviaturanı  narahat  edir.  Bu  dəfə 

“o,  qərarlıdır  və  bitirəcək”  deyən  və  daha  öncə  oğlumun  marağı 

ucbatından 3 düyməsini itirən klaviaturam narahatdır. Ola bilsin ki, 

bu  əsəri  yazıb  bitirəndə  və  sonuncu  nöqtəni  qoyanda  “nöqtə” 

düyməsi  də  sıradan  çıxacaq.  Paqanini  mənim  ruhumu,  mən  isə 

onun  ruhunu  teleport  etmişəm.  İndi  o,  Memar  Əcəmidə  H.Əliyev 

küçəsində  olan  binalardan  birinin  4-cü  mərtəbəsində  yazır.  Mən 

isə  onun  konsert  zalında  dayanıb,  yüzlərlə  insanın  qarşısında 

əsrarəngiz  skripkamda  ifa  edirəm.  İkimiz  də  məmnunuq,  çünki 

proses  gedir.  Biz  kvan  yaşayırıq.  Biz  sevdiyimiz  işlə  məşğuluq. 

Yazırıq və skripkada ifa edirik.  

Bəs  siz  bizim  ikimizin  ifasını  dinləyərkən  nə  etmək  istəyirsiniz? 

Cavabı  bir  yerə  qeyd  edin.  Həmin  cavab  sizin  şiddətə  və  sizin 

qətiyyətə  çevrilsin.  Həmin  cavab  sizi  həyatınızın  qərarına  aparsın. 

Həmin  qərar  istiqamətində  gedə-gedə  xoşbəxt  olun.  Dayanmayın 

və hərəkət edin. Qoyun sizin barmaqlar da “əsl siz”ə təslim olsun. 

Siz  də  onları  “ilahi  qaşıntını”  üzə  çıxarmaq  üçün  istifadə  edin. 

İstifadə  edəcək  qədər  cəsarətli  olun.  Həmin  barmaqlar  sizə  yalnız 

avtobus,  metro  tutacaqlarından  tutmaq  üçün  verilməyib.  Həmin 

barmaqlar sizə yalnız burnunuzu eşəsiniz, və ya kompüterdə oyun 

oynayasınız  deyə  verilməyib.  Onlar  sizə  yaratmaq  üçün  verilib. 

Həyatınızın  “əsərini”  yaradın.  Bu  əsər  bişmə,  dekorasiya,  musiqi, 


11 

 

film,  kitab,  paltar,  rəsm  ola  bilər.  Bu  əsər  minlərlə  fərqli  əl  işi  ola 



bilər. 

Paqanini  Memar  Əcəmiyə  öyrəşməmiş  onu  konsert  zalına 

qaytarıram.  Kitabımın  notlarını  tərtib  edərkən,  ona  çox  dərin 

minnətdarlıq  hissi  keçirirəm.  Son  akkordlarla  özümüzü  sonsuza 

qədər  ölməz  edirik.  Çünki  biz  hər  sözə  və  nota  həyat  üfürürük. 

Çünki biz hər sözdə və notda yaşayırıq. Çünki biz hər sözlə və notla 

həyatları geriyə qaytarıb, onlara yeni şans veririk. Biz “ilahi” şəkildə 

qaşınırıq.  Bədənimiz  və  ruhumuz  əbədiyyət  üçün  qaşınır.  Ölüm 



bizdən  qorxur.  Çünki  ölüm  əsərlərə  toxuna  bilmir.  Çünki  ölüm 

əsrlərə  toxuna  bilmir.  O  sadəcə  kənardan  izləməli  olur.  Və  təslim 

olmayan insanın yenilməz ruhu qarşısında təslim olur. 

Bəs  siz  nə  üçün  təslim  olmayacaqsınız?  Ruhunuzu  və  bədəninizi 

nəyə  həsr  edəcəksiniz?  Bu  suallardan  yayınaraq  yaşamayın.  3-5 

gün “mən də hamı kimi başım rahat, özüm rahat olum” prinsipiylə 

gəzən  başdaşına  çevrilməyin.  Paqanini  ifa  edərkən  “mən  də  onun 

kimi ifa etmək istəyərdim” deyənlər az olmayıb. Ancaq elə həmin 

saniyədəcə  “yəqin  bu  onda  ilahi  vergidir”  deyib  vaz  keçənlərdən 

olmayın. İlahi hər kəsə nəsə verib. Bəs sizə verilən o vergi nədir? 

Həmin  vergini  tapmaq  üçün  daxilinizə  3D  səyahətə  çıxın.  Bu 

səhayətdə  özünüzü  yenidən  inşa  edin.  Təməliniz  sizin  açıq-aydın 

istəkləriniz olsun. Fasadınız sizin xəyallarınız və hədəfləriniz olsun. 

Betonunuza  bol  öhdəlik,  cəsarət  və  məsuliyyət  qatın.  Çünki  bu 

səyahətə  çıxmaq  ürək  istəyir.  Hal-hazırda  bu  səhifələri  oxuyan  və 

onlarla birgə döyünən ürəklər bu səyahətin öhdəsindən gələr deyə 

düşünürəm.  

 


12 

 

3D Səyahət və Bitirmək Qərarı 

Sizinlə  bu  kitabı  bitirməyimə  səbəb  olan  3  məqamı  paylaşmaq 

istəyirəm: 

1.  15  noyabr-da  “WOWOMAN”  adlı  təşkilata  “Daxili  Motivasiya 

üçün  3D  Səyahət”  seminarını  təqdim  etmək  üçün  dəvət 

edilmişdim.  Təşkilat  yarandığı  tarixdən  etibarən  iştirakçı  sayının 

rekordunu  (110  nəfər)  mənim  seminarımda  vurmuş  oldu. 

Xanımlarla  inanılmaz  2  saat  keçirdim  və  anladım  ki,  üzərində 

işlədiyim  3D  Səyahət  bir  təlim  məhsulu  kimi  ölkəmdə  bir  çox 

həyatları yaxşıya dəyişəcək. Ancaq bir də anladım ki, eyni enerjini 

və  çıxışı  hər  dəfə  ötürmək  mümkün  olmayacaq.  Ona  görə  də,  bu 

seminarın  daxilində  olan  mesajları  kitabın  içinə  sistemli  şəkildə 

daxil  etmək  qərarına  gəldim.  Zara  Arpetrei  Hüseynovaya  məni  öz 

komandasıyla  tanış  edib  bu  cür  fürsəti  yaratdığı  üçün  isə,  ayrıca 

təşəkkür edirəm.  

2.  Dünyaca  məşhur  natiq  Erik  Tomasın  Avstraliyada  çıxış  edərkən 

çəkilən  “Dream  the  dream”-“Xəyalları  xəyal  edin”  videosu  mənə 

çox pis təsir etdi. Həmin video bəlkə də ilahi şapalaq idi. Mən Eriki 

3  il  idi  ki,  izləyirdim.  Onun  ilk  günlərini  görmüşdüm.  Heç  kimin 

tanımadığı və hər həftənin bazar ertəsində T.G.I.M (Tanrıya şükür 

ki,  bazar  ertəsidir)  video  silsiləsiylə  youtube-u  fəth  etməyə 

başlayan  Erik  hər  gün  öz  xəyalına  bir  addım  daha  yaxınlaşırdı.  O 

dayanmadan  danışırdı.  İnsanları  ruhlandırırdı.  Onun  həyat 

hekayəsi  var  idi.  Amma  o  həyat  hekayəsini  yenidən  yazırdı.  Mən 

isə onu izləyirdim. Onun qədər cəsarətli deyildim. Amma ürəyimin 

dərinliyində  əmin  idim.  Mən  də  bu  işi  etmək  və  insanları 

ruhlandırmaq  istəyirdim.  Erik  mənim  yaşamaq  istədiyim  həyatı 

dəqiqəbədəqiqə  yaşayırdı.  Mən  isə  elə  hey  kənardan  baxıb  eyni 


13 

 

həyatı  yaşamaqdan  çəkinirdim.  Ancaq  illər  sonra  o,  əldə  etdiyi 



uğuru  videosunda  izah  edərkən,  çox  güclü  bir  məqama  toxunur. 

“Bu  uğur  dolu  günlər  hələ  olmayanda,  yalnız  iki  nəfər  idik: 

kameraçı  və  mən.  Ancaq  biz  xəyalımızla  yaşayırdıq.  Xəyalımızla 

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə